wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

sahibkarlıq 5

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

Biznes fəaliyyəti formasına görə necə təsnifləşdirilir?

a)

mikro, kiçik, orta və iri biznes

b)

dövlət, xüsusi və bələdiyyə biznesi

c)

Konsorsium, kartel, konsern, assosasiya, sin­dikat, maliyyə-sənaye qrupları

d)

istehsal, kommersiya, maliyyə və konsaltinq biznes

2.

Bu cür müəssisələrdə istehsal vasitələrinin mülkiyyəti xüsu­si (real və ya hüquqi) şəxslərə məxsusdur.

a)

dövlət müəssisələri

b)

özəl müəssisələr

c)

qarışıq müəssisələr

d)

xüsusi təyinatlı müəssisələr

3.

Kapitalı həm dövlət, həm də fərdi şəxslər və ya qurumlar tərəfindən əhatə olunan müəssisələrdir.

a)

Xarici kapitallı (müştərək) müəssisələr

b)

Qarışıq müəssisələr

c)

Dövlət müəssisələri

d)

Özəl müəssisələr

4.

İstehsal edilmiş məhsul və ya xid­məti alıb istehlak edən insanlar ....... adlanır

a)

son istehlakçı

b)

təchizatçı

c)

distribyutor

d)

istifadəçi

5.

Əmək alətlərindən və obyektlərindən əmək amilləri kimi istifadə edərək, sonradan istehlakçılara, alıcılara, ticarət təşkilatlarına satmaq üçün məhsul, xidmət, informasiya, mənəvi dəyərlər istehsal edirsə bu nədir:

a)

kooperativ sahibkarlığı

b)

istehsal sahibkarlığı

c)

maliyyə sahibkarlığı

d)

konsaltinq sahibkarlığı

6.

Aşağıdakılardan hansı istehsal sahibkarlığının zəif cəhəti hesab edilmir?

a)

Çox böyük sosial əhəmiyyətə malikdir

b)

Bazar iqtisadiyyatının və infrastrukturun inkişaf səviyyəsindən çox asılı olmağı

c)

Yüksək dövlət tənzimləməsinə məruz qalır

d)

Ən riskli və mürəkkəb sahibkarlıqdır

7.

Bu fəaliyyətin məqsədi əmtəələrin əldə edilməsi, onların saxlanması və sonradan satışıdır:

a)

konsaltinq sahibkarlığı

b)

maliyyə sahibkarlığı

c)

kommersiya sahibkarlığı

d)

konsultativ sahibkarlıq

8.

Kommersiya sahibkarlığı hansıı sahələri əhatə edir:

a)

ticarət, istehsal, təchizat, satış

b)

istehsal, satınalma,tədarük

c)

əmtəə birjaları, fond birjaları, satış, müştəri məmnuniyyəti

d)

ticarət, ticarət-satınalma,

ticarət-vasitəçilik,

əmtəə birjalarında fəaliyyət

9.

Yüksək rentabellidir və rentabelliyi 20-30% və bəzən daha çoxdur.

a)

maliyyə sahibkarlığı

b)

informasiya sahibkarlığı

c)

kommersiya sahibkarlığı

d)

sığorta sahibkarlığı

10.

Maliyyə sahibkarlığının güclü tərəfi hansıdır?

a)

Çeviklik və mobillik

b)

Yüksək dövlət tənzimlənməsi

c)

Yalnız dövlət subsidiyalarına bağlılıq

d)

Çox aşağı rentabellik

11.

Xüsusi yaradılmış və dövlət qeydiyyatından keçmiş, öz əmlakına, təsərrüfat idarəçiliyinə malik olan və bu əmlakla öz öhdəliklərini yerinə yetirən, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edən və həyata keçirən, öhdəliklərini yerinə yetirən, məhkəmədə iddiaçı və cavabdeh ola bilən təşkilatdır.

a)

fiziki şəxs

b)

hüquqi şəxs

c)

kartel

d)

kommersiya təşkilatı

12.

Mal və xidmət­lərini geniş istehlakçı kütlələrinə çatdırmaq üçün müəyyən regionlarda müstəqil fəaliyyət göstərən konsessiya alıcıları müstəqilliklərini itirmədən, tanınmış siste­min rəqabət üstünlüklərindən faydalanaraq qazanc əldə etmək üçün bağladıqları müqavilə növüdür.

a)

konsorsium

b)

françayzinq

c)

françiza

d)

kartel

13.

Fond birjasında qiymətli kağızların dəyəri necə formalaşır?

a)

Tələb və təklif əsasında

b)

Dövlətin təyin etdiyi sabit qiymətlə

c)

Kredit faizlərinə görə

d)

Konsaltinq xidmətləri və lizinq müqavilələrinə görə

14.

Sığorta sahibkarlığının əsas sahələri hansılardır?

a)

Konsaltinq və audit

b)

Lizinq və kredit sığortası

c)

Dövlət və özəl sığortası

d)

Şəxsi, əmlak və məsuliyyət sığortası

15.

Dövriyyə vəsaitlərinə nələr daxildir?

a)

Hüquqi xidmətlər

b)

İcarə müqavilələri və audit hesabatları

c)

Konsultasiya xidmətləri

d)

Xammal, materiallar, yanacaq və enerji

16.

Əmək resursları istehsal sahibkarlığında necə təmin olunur?

a)

Sahibkarın özü və muzdlu işçilər vasitəsilə

b)

Yalnız dövlət orqanları tərəfindən

c)

Maliyyə bazarları ilə

d)

Sığorta və konsaltinq şirkətləri vasitəsilə

17.

İstehsal sahibkarlığının normal işləməsi üçün ilk növbədə nə tələb olunur?

a)

Maliyyə alətləri

b)

Sığorta müqavilələri

c)

Əsas istehsal fondları

d)

istehsal müqaviləsi və maliyyə

18.

Konsultativ sahibkarlıq nəyi ifadə edir?

a)

Əmtəə birjasında ticarəti

b)

Lizinq xidmətlərini və kreditlərin verilməsini

c)

Yalnız maliyyə əməliyyatlarını

d)

Müxtəlif sahələrdə məsləhət və tövsiyə xidmətlərini

19.

Konsaltinq xidmətlərinin əsas forması hansıdır?

a)

Ekspert, proses və təlim xarakterli

b)

Kredit, lizinq və audit

c)

Bank, sığorta və fond

d)

İcarə, audit və sığorta

20.

Konsaltinq xidmətlərində ən passiv forma hansıdır?

a)

Proses konsultasiya

 

b)

Təlim konsultasiyası

c)

Lizinq xidməti

d)

Ekspert konsultasiya