wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Əməyin təhlükəsizliyi, işçi qüvvəsinin sağlamlığı və mühafizəsi

Total questions: 28

Worksheet time: 28mins

Name
Class
Date
1.

Əmək təhlükəsizliyi ilə əlaqəli olaraq, Əmək Məcəlləsinin 64-cü maddəsinin tələblərinə aid deyil:

a)

  əməyin təşkilində sıradan çıxmış və istifadəyə yararlı olmayan texnikanın və ya texnologiyanın tətbiq olunması

b)

əməyin mühafizəsi tədbirlərinin təmin olunması

c)

istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq

d)

əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması

e)

əməyin təşkilində ən mütərəqqi üsulların tətbiqi zamanı iş yerlərinin attestasiyası

2.

İş yerlərinin attestasiyası komissiyasının üzvü deyil:

a)

əməyin mühafizəsi xidmətlərinin peşəkar mütəxəssisləri

b)

əməyin təşkili üzrə peşəkar mütəxəssislər

c)

həmkarlar ittifaqları təşkilatının nümayəndələri

d)

biznes inkişafı mütəxəssisi

e)

attestasiya komissiyasının digər aidiyyətı üzrə üzvləri

3.

Həftədə 36 saat iş vaxtı müəyyən edilmiş işlərə aid deyil:

a)

təhlükəli əmək şəraiti (elektrotexniki qurğular)

b)

həkimlər və müəllimlər (emosional gərginlik)

c)

yüksək zehni və fiziki gərgin şəraitli işlər (bu peşələrin siyahısı Nazirlər Kabinetinin Qərarı ilə təsbit edilmişdir)

d)

ağır və ya zərərli işlər

e)

satış məsləhətçiləri

4.

  Beynəlxalq Əmək Təşkilatının məqsədlərinə aid deyil:

a)

sosial tərəfdaşlığın rolunun azaldılması

b)

bütün ölkələrdə işçilərin iş şəraiti və yaşayış şəraitini yaxşılaşdırmaq

c)

sosial-əmək problemlərinin həlli üçün beynəlxalq hədəfli proqramların hazırlanması və reallaşması

d)

sosial ədalətə əsaslanan universal və davamlı sülhün yaradılmasını təşviq etmək

e)

üzv dövlətlərə yardımın göstərilməsi

5.

Beynəlxalq Əmək Təşkilatının əsas xüsusiyyətlərindən birini göstərin:

a)

səhiyyənin maliyyələşməsində yeni innovativ üsullar istifadə olunur

b)

şirkətlərin gələcək kommersiya, investisiya və digər layihələri təhlil olunur

c)

bütün üzv ölkələrin hökumət nümayəndələri, işçilərin həmkarlar ittifaqları və işəgötürənlər bərabər hüquqla təmsil olunur

d)

maddi ehtiyatlar daha səmərəli istifadə olunur

e)

kompleks avtomatlaşdırma, kompyuterləşmənin geniş tətbiqi həyata keçirilir

6.

Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatına neçənci ildə üzv qəbul olunub?

a)

2014

b)

2005

c)

1999

d)

1992

e)

1997

7.

İlk dəfə icbari tibbi sığorta pilot layihə şəklində hansı şəhər və ya rayonlarda tətbiq olunub?

a)

Mingəçevir, Yevlax, Ağdaş

b)

  Şəmkir, Bakı, Qazax

c)

Gədəbəy, Ağstafa, Gəncə

d)

  Bakı, Yevlax, Bərdə

e)

  Quba, Daşkəsən, Sumqayıt

8.

İcbari tibbi sığortanın məqsədlərinə aid deyil:

a)

  əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək

b)

    dövlət büdcəsindən – vahid mənbədən asılılığının azaldılması

c)

səhiyyə yükünün sırf dövlət büdcəsi hesabına maliyyələşdirilməsi

d)

  dövlətlə yanaşı, vətəndaşların da sığorta haqqı formasında müəyyən məbləğlər ödəməsi ilə səhiyyənin maliyyələşdirilməsi

e)

  əhalinin maliyyə risklərini də qorumaqla tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi

9.

Təşkilatın təhlükəsizliyi dedikdə:

a)

müəssisənin  resurslarınnın qorunması və səmərəli istifadəsinin təmin olunması üçün şəraitin yaradılması başa düşülür

b)

   resurslar (maliyyə və ya ixtisaslı kadrlar) məhdud sayda olduğuna görə, onların əldə olunması yolunda məhdudiyyət başa düşülür

c)

  təşkilatın təhlükəsizliyinin dövlətin təyin etdiyi təhlükəsizlik sisteminə uyğunlaşmaması başa düşülür

d)

təşkilatın yüksək səviyyədə texniki avadanlıqla təmin olması başa düşülür

e)

intellektual fəaliyyət nəticəsində ticarət adı, əmtəə nişanı, xidmət nişanı və s. yaranması başa düşülür

10.

  Aşağıda göstərilənlər təşkilatın iqtisadi təhlükəsizliyinə təsir edən hansı xarici mühit faktoruna aiddir?

1.     tədrici azalan istehsal, reallaşmamış məhsulların bazarda toplanması

2.     qiymətlərin düşməsi, bank sistemlərinin çökməsi

3.     sənaye və ticarət firmalarının iflası və nəticədə artan işsizlik

a)

texnologiyalar

b)

ölkədə siyasi vəziyyətin dəyişməsi

c)

kommersiya sirri olan məlumatın rəqiblər tərəfindən əldə olunması

d)

makroiqtisadi böhranlar

e)

təsərrüfat fəaliyyətinə təsir edən qanunvericilik şərtlərinin dəyişməsi

11.

Təşkilatın iqtisadi təhlükəsizliyinə təsir edən xarici mühit amillərinə aid deyil:

a)

makroiqtisadi böhranlar

b)

təsərrüfat fəaliyyətinə təsir edən qanunvericilik şərtlərinin dəyişməsi

c)

yalnış kadr siyasəti

d)

haqsız rəqabət

e)

ölkədə siyasi vəziyyətin dəyişməsi

12.

Təşkilatın iqtisadi təhlükəsizliyinə təsir edən daxili mühit faktorlarına aid deyil:

a)

yalnış kadr siyasəti

b)

müştərilər ilə əlaqələrin qurulması zamanı informasiya axını

c)

işçi heyəti arasında münaqişəli situasiya

d)

məxfi məlumatın qorunması rejiminin pozulması (müəssisələr, dövlət orqanları, rəqiblər, təchizatçılar ilə əlaqələrin qurulması zamanı informasiya axını nəticəsində, müəssisə ziyana düşə bilər)

e)

makroiqtisadi böhranlar

13.

Stres-menecmentin təsvirinə aid deyil:

a)

istənilən tədbirlər stresin səbəblərini ilk öncə müəyyənləşdirməlidir

b)

stres səbəblərini xüsusi sorğu anketləri və testlərdən istifadə etməklə araşdırmaq olar

c)

son bir ay (altı ay) ərzində stresli vəziyyətləri təsvir etmək üçün heyəti dəvət etmək tövsiyə olunur

d)

iş yerində avtoritar nəzarət sistemi işləməlidir

e)

şirkət produktiv stres-menecment proqramını hazırlamağa qərar verərsə, orada rəhbərliyin, işçilərin və işəgötürənlərin nümayəndələri iştirak etməlidir

14.

Hal-hazırda işçilərdə stres vəziyyətinə qarşı müxtəlif metod və vasitələrdən istifadə olunur. L.R.Merfy iş yerindəki stresi idarə etmək üçün metodoloji yanaşma təklif edir. Bu yanaşmaya aid deyil:

a)

işçilərə təzyiqin göstərilməsi və sağlamlıqla bağlı problemlərin bir kənara qoyulması

b)

işçilərə təzyiqin göstərilməsi və sağlamlıqla bağlı problemlərin bir kənara qoyulması

c)

ofis dizaynın dəyişməsi – onun erqonomik cəhətdən düzgün qurulması

d)

daha rahat (flexible) iş qrafiklarının tətbiqi  

e)

işçilərin sağlamlığına diqqət yetirən və onun yaxşılaşdırılmasına yardımçı olan daxili təlimatların verilməsi

15.

Müəssisə və təşkilatlarda əməyin mühafizəsi ilə bağlı tədbirlərin aparılmasına təsir edən müəssisədaxili amillərə aid deyil:

a)

müəssisənin hüquqi normaları (məs., kollektiv müqavilə və ya işçilərin hüquqlarını qoruyan əmək müqaviləsi)

b)

müəssisədə əmək şəraiti

c)

müəssisələrin Həmkarlar Təşkilatları

d)

rəhbərliyin və iş yoldaşlarının mövqeyi

e)

insan hüquqlarını qoruyan beynəlxalq təşkilatlar

16.

Çalışqan işçilərin bir çoxları gördükləri işin həvəskarıdır, əsas motivasiya burada yüksək əməkhaqqıdan əlavə həm də digər amillərdir. Onlara aid ola bilməz:

a)

yüksək nəticələr əldə etmək sevinci

b)

çətinliklərin öhdəsindən gəlmək imkanı

c)

işçinin özlünü ifadə edə bilməsi imkanı

d)

ofislərdə geriləyən istehsal texnologiyası

e)

yüksək əməkhaqqı

17.

BMT, UNESCO kimi insan hüquqlarını qoruyan beynəlxalq təşkilatların məqsədi ola bilməz:

a)

təhsil, elm və mədəniyyət sahələrində dövlətlərin və xalqların əməkdaşlığını genişləndirmək

b)

insanları ətraf mühitin zərərli təsirlərindən qorumaq

c)

işləyən insanların iş saatlarını artırmaq

d)

insanların istismar edilməsinin qarşısını almaq

e)

işçilərin sağlamlığı və təhlükəsizliyinin qorunması istiqamətində icra edilən tədbirlərə nəzarət etmək və onları istiqamətləndirmək

18.

İş kollektivində sosial təzyiq faktorunun mahiyyəti:

a)

iş yoldaşlarının davranışlarına təsir göstərən və onların fərdi münasibətlərini, dəyərlərini və davranış normalarını qrup davranışına uyğunlaşdıran kollektiv (psixoloji) təsiri

b)

qanunvericilikdə nəzərdə tutulmuş qaydaların tərtibatı

c)

işçilərin əmək mühafizəsinin təminatı

d)

tərəfindən əmək müqaviləsinin şərtlərinin dəyişməsi

e)

müəssisə və təşkilatların işləmə prinsipinin hüquqi normalarla tənzimlənməsi

19.

Azərbaycanda Əmək Məcəlləsinə əsasən normal iş həftəsi müddəti:

a)

24 saat

b)

36 saat

c)

40 saat

d)

60 saat

e)

45 saat

20.

İşdəki qəza halları və peşə xəstəliklərinin neqativ nəticələri:

a)

işçilər həvəsdən düşür

b)

əmək məhsuldarlığı zəifləyir

c)

tez-tez baş verən qəza halları işçi-işəgötürən münasibətlərini pozur, ixtişaşlara yol açır

d)

qəzalar həm işəgötürən tərəf, həm də işçinin ailəsi üçün gəlir mənbəyinin itkisi deməkdir

e)

hamısı aiddir

21.

Bazar münasibətləri şəraitində risklər, gözlənilməz hadisələrin çoxalması nəyə səbəb olur?

a)

belə vəziyyət insanın fizioloji sistemini aşındırır

b)

belə vəziyyət xroniki yorğunluq yaradır

c)

belə hal mütəxəssislərin fikrincə adamların intellektual imkanlarının məhdudlaşmasına gətirib çıxarır

d)

stres hallarının artmasına

e)

hamısı aiddir

22.

Stres mənbələrinə və onların nəticələrinə aid deyil:

a)

sağlam iş mühiti

b)

iş ritminin yüksək və aşağı səviyyədə olması, peşə xəstəlikləri

c)

kəskin məsuliyyət tələbləri, depresiya

d)

cansıxıcı, monoton işlər

e)

ağır işlər, normalaşdırılmamış iş rejimi (normadan artıq iş), yorğunluq

23.

Bəzi işəgötürənlər düşünür ki, bugünkü iqtisadi vəziyyətdə şirkətin mənfəətli qalması üçün işçilərə təzyiqin göstərilməsi və sağlamlıqla bağlı problemlərin bir kənara qoyulması zəruridir. Lakin aparılan araşdırmalara əsasən:

a)

işçilərin işdən çıxmaq niyyətlərinin artmasına səbəb olur

b)

stresli iş şərtləri biznesə mənfi təsir göstərir

c)

sağlam təşkilatlarda işçilər arasında xəstələnmə və zədələnmə halları daha az olur

d)

stresli iş şərtləri həqiqətən işdən qalma və gecikmə hallarını artırır

e)

hamısı düzdür

24.

Sağlam, aşağı dərəcəli stresli iş və yüksək səviyyəli məhsuldarlıq  təşkilati xüsusiyyətlərinə aid deyil:

a)

karyera inkişafı üçün imkanlar

b)

hər bir fərdi işçini dəyərləndirən təşkilatdaxili mədəniyyət

c)

gərgin iş qrafikləri

d)

təşkilati dəyərlərə uyğun idarəetmə tədbirləri

e)

yaxşı iş qabiliyətinə və iş fəaliyyətinə malik  işçilərin qiymətləndirilməsi

25.

Stresin idarə olunması nümunələrinə aid deyil:

a)

təlimlər vasitəsilə həm iş, həm də şəxsi problemləri olan işçilərə fərdi məsləhətlər verilir

b)

işçinin icra etdiyi işin nəticələrinə görə öhdəliyi artır, funksional rolundakı anlaşılmazlıq yüksəlir

c)

stresin mənbəyi, sağlamlığa təsiri, stresi azaltmaq üçün vaxtın idarə olunması kimi fərdi bacarıqlarla bağlı işçilərə məlumat verilir

d)

ABŞ-da böyük şirkətlərin təxminən yarısı işçiləri üçün stresin idarə olunması ilə bağlı müəyyən növ təlim keçirir

e)

stresin idarə olunması ilə bağlı təlim həyacan və yuxu pozuntuları kimi stres simptomlarını qısa zamanda azalda bilər

26.

İş yerlərində stresə təsir edən müdiriyyətin siyasəti və strategiyası ilə bağlı amillər:

a)

heyət arasındakı münaqişələr / münaqişələrin qeyri-müəyyənliyi

b)

ştatların ixtisar edilməsi/ inzibati cəzalandırma prinsipinə əsaslanan motivləşdirmə sistemi / müdriyyətin təzyiqi

c)

ixtisaslaşma problemləri / inkişaf üçün imkanlar tükəndikdə

d)

məhdudiyyət və etimadsızlıq

e)

monoton işlər

27.

Stres situasiyalarını aradan qaldırmaq üçün işçi nə edə bilər?

a)

   iş ilə istirahət arasında tarazlıq yarada bilər (məs., nahar / istirahət vaxtı çalışmayaraq / istirahət günləri zamanı iş barəsində düşünməyərək)

b)

işi mərhələlərə bölərək (ən vacib işi başda görməklə)

c)

işçinin öz işi çox olduğu halda digərlərinin işini öz üzərinə götürməməklə

d)

işçi öz ətrafında rahat iş şəaraiti yarada bilər (məs., lazımsız əşyalardan azad olaraq)

e)

hamısı aiddir

28.

Beynəlxalq Əmək Təşkilatının prinsiplərinə aid deyil:

a)

yoxsullara yardımın göstərilməsi

b)

əmək fəaliyyəti ilə məşğul olanların müdafiəsi

c)

totalitar rejimin hökm sürməsi

d)

işsizlik problemi olan ölkələrə yardımın göstərilməsi

e)

demokratiyanın təmin edilməsi