NEW
Font size
WorksheetsƏmək fəaliyyətinin ödənilməsinin təşkili və idarə olunması
Total questions: 35
Worksheet time: 18mins
İş qüvvəsinin dəyərinin aşağı həddi nə ilə müəyyən olunur?
ictimai şəraitdən irəli gələn maddi və mənəvi vəsaitlərin dəyəri ilə
dövriyyədə olan pul kütləsinin həcmi ilə
əhalinin investisiya imkanları ilə
əmək qabiliyyətini saxlamaq və bərpa etmək üçün son dərəcə zəruri olan yaşayış vəsaitlərinin dəyəri ilə
vergi ödəmə qabiliyyəti ilə əlaqədardır
İş qüvvəsinin dəyərinin yuxarı həddi nə ilə müəyyən olunur?
əmək qabiliyyətini saxlamaq və bərpa etmək üçün son dərəcə zəruri olan yaşayış vəsaitlərinin dəyəri ilə
ictimai şəraitdən irəli gələn maddi və mənəvi vəsaitlərin dəyəri ilə (təhsil, səhiyyə, istirahət və s.)
mal-materiallara dair alış sənədlərinin işlənməsinin təmin edilməsi ilə
kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatı ilə
mühasibat uçotu standartları ilə əlaqədardır
Əməkhaqqının təşkil edilməsi qaydaları və prinsiplərinə aid deyil:
əməyin kəmiyyət və keyfiyyət göstəricilərinin nəzərə alınması mütləq deyil
əmək haqqı, ödənilərkən əməyin mürəkkəbliyindən, şəraitindən, məhsuldarlığından və s. asılı olaraq işçilər arasında müəyyən fərqlər qoyulmalıdır
iş qüvvəsinin dəyəri əməkhaqqıda ifadə olunan və onun ailəsinin yaşaması üçün lazım olan həyat vəsaitlərinin dəyəri ilə müəyyən edilir
işləyənlərin şəxsi maddi marağını təmin etməlidir
əmək şəraitinin nəzərə alınmalıdır, müəssisələrin coğrafi baxımdan yerləşdirilməsi / kənd təsərrüfatı sahələrinin fərqləndirilməsi (əmək bölgüsü nəticəsində insanların ictimai əməkdə iştirakı)
Əməkhaqqının əhatə etdiyi istiqamətlərə aiddir:
ümümi daxili məhsul / milli gəlir
dövriyyədə olan pul kütləsinin həcmi
xərclərinin strukturu / vergi ödəmə qabiliyyəti
əhalinin alıcılıq qabiliyyəti / əhalinin investisiya imkanları
hamısı aiddir
Əməkhaqqı forma və sistemlərinin tətbiqi şərtlərinə aid deyil:
əməkhaqqı sitemi hər bir işçidə öz işini daim yaxşılaşdırmaq üçün maddi maraq yaratmalıdır
əməkhaqqı sistemi sərf olunan əməklə onun nəticəsi arasında obyektiv nəzarətin qoyulmasına imkan verməlidir
əməkhaqqı sistemi sərf olunan əməklə onun nəticəsi arasında subyektiv nəzarətin qoyulmasına imkan verməlidir
əməkhaqqı ilə əmək sərfi arasındaki əlaqənin hər bir işçi üçün aydın olması üçün əmək haqqı sistemi sadə qurulmalıdır
əməkhaqqı sitemi hər bir işçidə təşəbbüs göstərmək üçün maddi maraq yaratmalıdır
Nominal əməkhaqqının mahiyyəti:
müəyyən müddət ərzində iş saatından və ya istehsal olunan məhsulun kəmiyyət və keyfiyyətindən asılı olaraq hesablanan əməkhaqqıdır
əmtəə və xidmətlərin qiymətlərinin dəyişməsi real əməkhaqqına təsir edir
bütün vergilər çıxılandan sonra əməkhaqqıdan qalan məbləğin əldə edə biləcəyi məhsul və xidmətlərin məcmusudur
səhmdar cəmiyyətinin bütün istehsal və vergi xərcləri çıxıldıqdan sonra səhmdarlar arasında bölüşdürülən gəlirdir
sosial fondlar hesabına əldə olunan gəlirlərdir
Real əməkhaqqının mahiyyəti:
şəxsi yardımçı təsərrüfatdan əldə edilən gəlirdir
yalnız işəmuzd sistem üçün nəzərə alınan əməkhaqqıdır
səhmdar cəmiyyətinin bütün istehsal və vergi xərcləri çıxıldıqdan sonra səhmdarlar arasında bölüşdürülən gəlirdir
bütün vergilər çıxılandan sonra əməkhaqqıda qalan məbləğin əldə edə biləcəyi məhsul və xidmətlərin məcmusudur
sosial fondlar hesabına əldə olunan gəlirlərdir
Nominal əmək haqqı 9%, qiymətlərin səviyyəsi 7% artmışdır. Real əmək haqqının dəyişmə səviyyəsini göstərin:
63 %
2 %
16 %
1 %
dəyişməyib
Düzgün variantı seçin:
pərakəndə satış qiymətləri sabit qalmaqla nominal əmək haqqının artması real əmək haqqının səviyyəsinin düşməsinə, əksinə olduqda isə qalxmasına səbəb olur
nominal əmək haqqı artmaqla yanaşı, pərakəndə satış qiymətləri aşağı düşdükdə real əmək haqqının səviyyəsi daha çox düşür
nominal əmək haqqı sabit qalmaqla, pərakəndə satış qiymətləri aşağı düşdükdə, real əmək haqqının səviyyəsi düşür, əksinə olduqda isə qalxır
nominal əmək haqqı artmaqla yanaşı, pərakəndə satış qiymətləri də qalxa bilər, bu zaman bunların artma dərəcəsindən asılı olaraq real əmək haqqının səviyyəsi arta, yaxud da aşağı düşə bilər
düzgün variant yoxdur
Əməkhaqqının əsas funksiyaları:
təkrar istehsal funksiyası, stimullaşdırıcı funksiya, əvəzedici funksiya, sosial funksiya, mövqe (status) funksiyası
bərpaedici funksiya, stimullaşdırıcı funksiya, tənzimləyici funksiya, sosial funksiya, mövqe (status) funksiyası
təkrar istehsal funksiyası, təhliledici funksiya, əvəzedici funksiya, sosial funksiya, mövqe (status) funksiyası
təkrar istehsal funksiyası, təhliledici funksiya, əvəzedici funksiya, bərpaedici funksiya, mövqe (status) funksiyası
təkrar istehsal funksiyası, stimullaşdırıcı funksiya, tənzimləyici funksiya, sosial funksiya, mövqe (status) funksiyası*
Ölkəmizdə minimum əməkhaqqı:
250 azn
200 azn
570 azn
100 azn
400 azn
Yanlış variantı seçin:
MDB dövlətlərinin əksəriyyətində minimum əməkhaqqının məbləği yaşayış minimumu ilə eynidir
MDB dövlətlərinin yalnız bəzilərində minimum əməkhaqqının məbləği yaşayış minimumunu üstələyir
Azərbaycanda minimum əməkhaqqı yaşayış minimumundan yüksəkdir
Azərbaycanda minimum əməkhaqqı yaşayış minimumundan aşağıdır
MDB dövlətlərinin əksəriyyətində yaşayış minimumunun həcmi o qədər də böyük deyil
Əməkhaqqının ödənilməsi fondunun mahiyyəti:
minimum əməkhaqqı vəsaitidir
yalnız premiyalar və mükafatları əhatə edən vəsaitdir
şirkətin əməkdaşlarının maaşlarının ödənilməsi, premiyalar, əlavələr və digər pul mükafatları üçün xərclənən pul məbləğidir
yaşayış minimumudur
yalnız sosial xarakterli ödəmələri əhatə edir, məs., müalicə üçün ödəmələr, yəni işçinin işləmək qabiliyyətini dəstəkləyən tədbirlərin ödənilməsidir
Məsələni həll edin: Plan üçün nəzərdə tutulan işçilərin sayın 10-dur. İşçilərin aldığı aylıq orta əməkhaqqı 680 azn-dır. İşçilərin əmək fəaliyyətini tələb edən plan dövr 6 ayı əhatə edir. Əməkhaqqının ödənilməsi fondu nə qədər vəsait təşkil edəcək?
680 azn
40 800 azn
6 800 azn
4 080 azn
20 400 azn
Əməkhaqqı fondunun təsnifatına aid deyil:
müəssisənin icarə haqqının ödənilməsi
saatlıq/günlük/aylıq/illik əməkhaqqı fondunun həcmi
məzuniyyətlərin ödənilməsi (eyni zamanda istifadə olunmayan)
şagirdlərin öyrədilməsi üçün verilən əlavələr
stimullaşdırıcı əlavələr (məs., uzun müddət bir müəssədə işləməyə görə verilən əlavələr), mükafatlar
Göstərilən misalda əməkhaqqının dəyişən hissəsi nə qədərdir?
4 satıcı və iki kassir, nəticədə mağazada 6 işçinin vəzifə üzrə əməkhaqqı = 300*6=1800 azn təşkil edir. Satışlardan verilən faizlər = 120 azn (bonus)*6 işçi=720 azn təşkil edir. Beləliklə, satıcı və kassir heyətinin əməkhaqqı fondu planı =720+1800=2520azn (bu cür işçilər üçün bonuslu əməkhaqqı sistemini tətbiq etmək əlverişlidir)
1800 azn
300 azn
2520 azn
120 və ya 720 azn
300 azn və ya 720 azn
Tarif sistemində nəzərə alınan əsasa aid deyil:
əməyin keyfiyyəti
əməyin və işin mürəkkəbliyi
əməyin reduksiya əmsalları
əmək şəraiti
istirahət günlərinin miqdarı
Əməyin reduksiya əmsallarının mahiyyəti:
müxtəlif çətinlik səviyyəsi olan işlərin ümumi əmsal ilə bir ölçüyə gətirilməsi, məs., iş saatı ilə ölçülməsi
ərazi, işin ağırlığı və ya zərərli olması baxımından əmək şəraiti
müəyyən məhsul istehsal edə bilmək və ya xidmət göstərə bilmək bacarığı
işin mürəkkəbliyi
işçilərin ixtisas səviyyəsi
Tarif maaşının ümumi əməkhaqqıdan fərqi :
yalnız sosial xarakterli ödəmələri əhatə edir, məs., müalicə üçün ödəmələr, yəni işçinin işləmək qabiliyyətini dəstəkləyən tədbirlərin ödənilməsi
tarif əməkhaqqı işin mürəkkəbliyi və ya işçinin tarif dərəcəsinə uyğun verilir, ümumi əməkhaqqı isə həm aylıq vəzifə maaşı, həm də işçinin naliyyətlərinə müvafiq hesablanır
şirkətin əməkdaşlarının maaşlarının ödənilməsi, premiyalar, əlavələr və digər pul mükafatları üçün xərclənən pul məbləğidir
bütün vergilər çıxılandan sonra əməkhaqqıdan qalan məbləğin əldə edə biləcəyi məhsul və xidmətlərin məcmusudur
müəyyən məhsul istehsal edə bilmək və ya xidmət göstərə bilmək bacarığına görə verilir
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin vəzifə üzrə əməkhaqqı hansı sistem ilə ödənilir?
satışlardan faizlər
“grade” üzrə
Vahid Tarif Cədvəli
xarici ölkələrin nümunəsinə əsaslanan
işəmuzd
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə vəzifə təsnifatı neçə dərəcədən ibarətdir?
19
100
5
21
30
Vahid Tarif Cədvəlinə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan, birinci dərəcənin işçilərinin tarif üzrə əməkhaqqı nə qədərdir?
570 azn
200 azn
780 azn
250 azn
906 azn
Tarif-ixtisas sorğu kitabçaları nədir?
bu normativ sənədin vasitəsilə müxtəlif işlər çətinlik səviyyəsinə, dərəcələrə və işçilərin ixtisas səviyyəsinə görə müqayisə olunur
tarif maaşları
vergi faizini göstərir
əməkhaqqına əlavə edilən rayon əmsalları
sosial ödəmələr
Qeyri-müstəqim işəmuzd əməkhaqqı sisteminin mahiyyəti:
burada əməkhaqqı birbaşa işçinin hasilat qabiliyyətindən və işçinin istehsal etdiyi məhsulun kəmiyyət və keyfiyyətindən asılıdır
köməkçi işçilər üçün tətbiq olunur (yəni mütəmadi olaraq istehsal prosesi ilə məşğul olmayanlar)
müxtəlif çətinlik səviyyəsi olan işlərin ümumi əmsal ilə bir ölçüyə gətirilməsi, məs., dərəcə, iş saatı ilə, əmək tövhəsi əmsalı ilə ölçülməsi
burada əməkhaqqının ümumi həcmi, premiyalar və hətta işin görülməsi üçün lazım olan müddət öncədən məlum olur
o zaman tətbiq edilir ki, əmək məzmunu nisbətən mürəkkəb olur və istehsal olunan məhsul sayını müəyyən etmək mümkün deyil ya da çətindir
Müstəqim işəmuzd əməkhaqqı sisteminin mahiyyəti:
köməkçi işçilər üçün tətbiq olunur (yəni mütəmadi olaraq istehsal prosesi ilə məşğul olmayanlar)
əgər iş normadan artıq görülübsə işin dəyər qiyməti qalxır, nəticədə işçiyə premiya verilir
burada əməkhaqqının ümumi həcmi, premiyalar və hətta işin görülməsi üçün lazım olan müddət öncədən məlum olur
burada əmək haqqı birbaşa işçinin hasilat qabiliyyətindən və işçinin istehsal etdiyi məhsulun kəmiyyət və keyfiyyətindən asılıdır
adətən belə işlər qısa müddət ərzində icra olunmalıdır, məs., təcili təmir, qəzaların aradan qaldırılması və s.
Mütərəqqi işəmuzd əməkhaqqı sisteminin mahiyyəti:
əgər iş normadan artıq görülübsə işin dəyər qiyməti qalxır, nəticədə işçiyə premiya verilir
işçiyə maaş onun işlədiyi vaxt həcminə əsasən verilir
köməkçi işçilər üçün tətbiq olunur (yəni mütəmadi olaraq istehsal prosesi ilə məşğul olmayanlar)
əməkhaqqının ümumi həcmi, premiyalar və hətta işin görülməsi üçün lazım olan müddət öncədən məlum olur
adətən belə işlər qısa müddət ərzində icra olunmalıdır, məs., təcili təmir, qəzaların aradan qaldırılması və s.
Akkord işəmuzd əməkhaqqı sisteminin mahiyyəti:
işlənilən saatlar fonduna görə müəyyənləşir
köməkçi işçilər üçün tətbiq olunur (yəni mütəmadi olaraq istehsal prosesi ilə məşğul olmayanlar)
yalnız işlənilən vaxt nəzərə alınır
işçiyə maaş onun işlədiyi vaxt həcminə əsasən verilir
burada əmək haqqının ümumi həcmi, mükafatlar və hətta işin görülməsi üçün lazım olan müddət öncədən məlum olur (məs., təcili təmir, qəzaların aradan qaldırılması və s.)
Vaxtamuzd əmək sistemi o zaman tətbiq edilir ki:
istehsal olunan məhsul sayını müəyyən etmək mümkün deyil
istehsal olunan məhsul sayını müəyyən etmək çətindir
işçiyə maaş onun işlədiyi vaxt həcminə əsasən verilir
əmək məzmunu nisbətən mürəkkəb olur
hamısı aiddir
Akkord işəmuzd əməkhaqqı sisteminin özəlliyini göstərin:
bütün işçilər birlik olaraq nəticənin əldə olunmasında maraqlıdırlar
əmək məzmunu nisbətən mürəkkəb olur və istehsal olunan məhsul sayını müəyyən etmək mümkün deyil ya da çətindir
sahibkarla muzdlu işçi arasındaki münasibətlər
iş qüvvəsinə olan tələblə təklif arasındakı nisbət
dərəcələrə uyğun olaraq müxtəlif növ işlər təsvir olunur
Məsələni həll edin:Mühəndis-proqramçı qeyri-müstəqim işəmuzd sistem ilə əməkhaqqı qazanır (köməkçi işçidir). Onun əməkhaqqı istehsal prosesində birbaşa iştirak edən, əsas işçilərin ümumi əməkhaqqı fondunun 5 %-nı təşkil edir. İstehsal prosesində birbaşa iştirak edən, əsas işçilərin əməkhaqqı sadə işəmuzd sistem ilə ödənilir. 20 000 məhsul hazırlanmışdır. Hər bir məhsulun qiyməti 2 azn-dır. Mühəndis-proqramçının əməkhaqqı nə qədər olacaq?
200 azn
2000 azn
550 azn
680 azn
3100 azn
Vaxtamuzd əməkhaqqı sisteminin növləri:
akkord və işəmuzd
müstəqim və qeyri-müstəqim
mütərəqqi və qarışıq
sadə və mükafatlı
Məsələni həll edin: Dövlət və Neft-qaz sektorunda çalışan işçinin aylıq nominal əməkhaqqı 960 azn (brutto) təşkil edir. Netto (real) əməkhaqqı nə qədər olacaq? (müəssisədə Həmkarlar təşkilatı fəaliyyət göstərir).
781.6 azn
960 azn
250 azn
700.8 azn
200 azn
Məsələni həll edin: Dövlət və Neft-qaz sektorunda çalışan işçinin aylıq nominal əməkhaqqı 3500 azn (brutto) təşkil edir. Netto (real) əməkhaqqı nə qədər olacaq? (müəssisədə Həmkarlar təşkilatı fəaliyyət göstərir).
3000 azn
3500 azn
2300.9 azn
2637.5 azn
3325.1 azn
Məsələni həll edin: Özəl sektorda çalışan işçinin aylıq nominal əməkhaqqı 570 azn (brutto) təşkil edir. Netto (real) əməkhaqqı nə qədər olacaq?
514.15 azn
512.75
470.3 azn
250 azn
400 azn
Məsələni həll edin: Özəl sektorda çalışan işçinin aylıq nominal əməkhaqqı 8100 azn (brutto) təşkil edir. Netto (real) əməkhaqqı nə qədər olacaq?
8100 azn
7852.3 azn
7189 azn
7000.2 azn
7239.5 azn
