Font size
WorksheetsBilik yarışı
Total questions: 42
Worksheet time: 2hrs 6mins
Qədim Şərqin ilk və ən mükəmməl rəsədxanası hansıdır və o, nə zaman yaradılmışdır?
Teatrda, kinoda, sirkdə biletlərin satılıb qurtardığını bildirən elan necə adlanır?
Dünya Azərbaycanlılarının V qurultayı neçənci ildə və harada qeyd edilib?
Dünyanın o biri başında yerləşən ada dövlətində Yeni il yay fəslinə təsadüf edir. Bu səbəbdən bu ölkədə bayram çimərliklərdə, açıq havada qeyd edilir. Santa Klaus isə Avropada olduğu kimi ağ saqqala və qırmızı papağa malik olsa da, xarici görkəmi tam fərqlidir.
Söhbət hansı ölkədən gedir?
Bu qəhrəman Azərbaycan övladı Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrda Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olmuşdu.
Söhbət hansı generalımızdan gedir?
Gəncə şəhərinin təqribən 7 kilometrliyində, qədim Gəncənin xarabalıqları yaxınlığında VIII əsrə aid tarixi memarlıq abidəsi.
Gəncə şəhərinin ən maraqlı memarlıq abidələrindən biri xalq arasında Göy günbəz də adlandırılan bu abidə günümüzdə hansı adla tanınır?
Harri Potterin ən sadiq dostu ?
Ölçüsü 1 kub santimetr olan bu balaca heyvanın zəhəri yüz kobra və min tarantul zəhərindən də güclüdür. Onlara adətən Avstraliya və Floridada rast gəlmək mümkündür.
Söhbət hansı heyvandan gedir?
Azərbaycanın tarixi keçmişindən xəbər verən, mənəvi irsi abidələrindən biri olan bu körpü
təxminən səkkiz-doqquz yüz il əvvəl tikildiyi güman edilir və Araz çayının şimal və cənub sahillərini birləşdirirdi. Körpü1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Tarixlər boyu Azərbaycanın quzeyi ilə güneyini birləşdirən körpü Azərbaycan xalqının mənəvi birliyinin simvoluna çevrilən bu körpünün adı nədir?
Yerətrafı orbitə çıxan ilk heyvanın adı nə idi?
Bu Sovet cizgi filminin serialında epizodlardan birində "cip-cip cücələrim" mahnısından istifadə edilib
Söhbət hansı cizgi filmindən gedir?
Ən dözümlü ağac adlandirilan bu agacin müxtəlif növləri isti səhralardan tutmuş əbədi donmuş qayalıq ərazilərə qədər dünyanın hər yerində bitir. Bu agaclar hətta dağlarda, çılpaq qayalarda böyüyür
Sohbet hansi agac novunden gedir?
Dünyanın ən kiçik dövlətidir. Onun sahəsi cəmi 40 hektar təşkil edir. Orta ölçülü bir şəhərdən daha kiçik olan bu dovlet hansi dovletdir?
Təbii mühitdə sərbəst şəkildə mövcud olan yeganə maddədir nedir?
Azərbaycanda açılan ilk çörək zavodu neçənci ildə və hansı şəhərdə açılıb?
O hansı heyvandır ki, təzyiqi insan təzyiqindən 3 dəfə artıq vurur?
Nəzərinizə çatdıraq ki, bu heyvanda qan təzyiqi 340-350 litr olur və 1 dəqiqədə 60 l qan dövr eliyir
Avropa hans planetin peykidir?
.
İnsan bədənindəki ən kiçik əzələ haradadır?
Bu okean həm ərazisinə görə, həm də dünyadakı digər okeanlarla müqayisədə ən geniş olanıdır. Bu okean həm Şimal, həm də Cənub yarımkürələrində yerləşir və təxminən 168 milyon kvadrat kilometr sahəni əhatə edir. Bu hansı okeandır?
İnsan bədənində ən böyük orqan hansıdır?
Fotosintez prosesində bitkilər hansı maddələri qəbul edir?
Yer kürəsinin üç ölçülü modeli necə adlanır?
Kakao toxumu ilə şəkər qarışığından hazırlanan şırniyyat necə adlanır?
İlk metro hansı şəhərdə istifadəyə verilib?
Naxçıvan MR neçə ölkə ilə həmsərhəddir?
"Ögey ana" filmində səslənən "kəndimiz " adlı mahnıda ilin hansı fəsillərinin adı çəkilir
Limanın yanında mütləq nə olmalıdır?
Nağıl qəhrəmanı Ağbəniz meşədə hansı nağıl qəhrəmanı ilə qarşılaşır?
Bu əsər dünyanın ən məşhur uşaq ədəbiyyatı əsərlərindən biridir. Bu hekayə, uşaqlara həyatın sadəliyini, sevgi və dostluğun əhəmiyyətini, eyni zamanda insanın daxili aləminin zənginliyini göstərir. Əsər həm uşaqlara, həm də böyüklərə dərs verən əxlaqi və fəlsəfi bir əsərdir.
Bu hansı əsərdir?
Müəllifi James M. Barrie olan bu əsər uşaqların arzularının və macəralarının simvoludur. Əsərin qəhrəmanının uçma qabiliyyəti, heç vaxt böyüməməsi və Neverland-də keçirdiyi sərgüzəştlər, uşaqların uşaqlıq dövrünü qorumağın və xəyal gücünün əhəmiyyətini vurğulayır. Bu əsər həm də dostluq, sədaqət və böyümək qorxusu mövzularını işləyir.Söhbət hansı əsərdən gedir?
Bu bakteriya yaşıl bakteriyalar kimi də tanınır və ən məşhur oksigen istehsal edən mikroorqanizmlərdir. Onlar fotosintez edirlər və işıq enerjisindən istifadə edərək karbon dioksidi oksigenə çevirirlər. Bu proses, torpaq və su mühitində oksigenin artırılmasına səbəb olur. Söhbət hansı bakteriyadan gedir?
İtlər haqqında elm belə adlanır.....
Bu şəhər təqribən 3ay XX əsrdə Azərbaycanın paytaxtı olmuşdur?
1964-cü il istehsalı olan bu Azərbaycan filmində illuzionist Anatoli Falkovun köməyilə keçmiş və gələcək uşaqların gözü ilə təsvir olunur
Musiqi terminləri hansı dildədir?
Bir əsrdə neçə ay var?
Yer üzündə mövcud olan ən sərt maddə hansıdır?
Soyuq iqlim şəraitinə malik bölgələrdə tamamən qar və buzdan tikili necə adlanır?
Bu yazıçı XX əsrin ən tanınmış və mühüm qazax yazıçılarından biridir. O, həm də dünya ədəbiyyatında geniş yer tutan və böyük təsir göstərən bir mütəfəkkir və yazardır. Onun əsərləri, əsasən insanlıq, azadlıq, əxlaq və sosial dəyişikliklər mövzularını əhatə edir
Söhbət hansı yazıçıdan gedir?
2015-ci ildə Pixar Animation Studios tərəfindən istehsal olunan və Walt Disney Pictures tərəfindən paylanmış animasiya filmidir. Film, gənc qızın həyatında baş verən böyük dəyişikliklərdən sonra emosiyalarının necə işlədiyini araşdırır. Filmin əksəriyyəti həmin qızın zehni aləmində, beş fərqli emosiyanın onun hisslərini və təcrübələrini idarə etməyə çalışdığı bir mühitdə baş verir.
söhbət hansı filmdən gedir?
Fizika elminin həyatla əlaqəsini, radionu cihaz olmadan da dinləyə bildiklərini təcrübədə göstərən bu müəllim obrazı hansı Azərbaycan filmini xatırladır?
1969-cu ildə rejissor Şamil Mahmudbəyov tərəfindən ekranlaşdırılan " Şərikli çörək" filmində dünyaca məşhur Robert Luis Stivinsının müəllifi olduğu kitablardan birinin adı şəkilir
Bu hansı kitabdır?
