wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

strateji turizm 1, 2, 3 mövzular 2-ci hissə

Total questions: 30

Worksheet time: 15mins

Name
Class
Date
1.

Bu mərhələnin mahiyyəti ondan ibarətdir ki, təşkilata dair strateji əhəmiyyət kəsb edən qərarlar qəbul edən zaman menecerlər təşkilatın hansı vəziyyətdə olduğu və hansı strategiyaları reallaşdırdığı barədə dəqiq təsəvvürə malik olsunlar.

a)

Cari strategiyanın Müəyyənləşdirilməsi

b)

Məhsul Portfelinin Təhlili

c)

Seçilmiş strategiyanın qiymətləndirilməsi

d)

Daxili mühitin təhlili

e)

Firmanın Strategiyasının Seçilməsi

2.

Bu strategiyanın həyata kecirilməsinin əsas mahiyyəti ondan ibarətdir ki, şirkət məhsulları ən aşağı xərclərlə istehsal etməyə çalışır. Bu Porterin strategiyanın işlənib hazırlanması üçün təklif etdiyi hansı strategiyadır?

a)

İstehsalatda xərclərin minimumlaşdırılması üzrə liderlik

b)

gündəlik fəaliyyətdə istifadə edilən qaydalar dəsti

c)

firmanın səylərinin mərkəzləşdirilməsi

d)

bütün cavablar doğrudur.

e)

firma tərəfindən istehsal edilən məhsulların differensiallaşdırılması

3.

Strategiyanın hazırlanma mərhələlərini sıralayın. 1. Daxili və xarici mühitin öyrənilməsi və təhlili; 2. Müəssisənin (firmanın) missiyasının (niyyətinin) və məqsədlərinin müəyyən edilməsi; 3. Strategiyanın formalaşdırılması, seçilməsi və təhlili; 4. Seçilmiş strategiyanın həyata keçirilməsi; 5. Strategiyanın icrasının qiymətləndirilməsi və onun üzərində nəzarətin təşkili.

a)

1 2 3 4 5

b)

5 4 1 2 3

c)

1 3 2 4 5

d)

2 1 3 4 5

e)

3 2 1 5 4

4.

Korporativ strategiya:

a)

bütövlükdə təşkilatın strategiyası

b)

məhsulların işlənilməsi strategiyası

c)

istehsalın, heyətin, xərclərin və s. idarə edilməsi strategiyası

d)

istehsalın yüksəldilməsi

e)

təşkitlatın ayrı-ayrı strateji bölmələrinin və məhsulların işlənilməsi strategiyası

5.

Aşağıdakılardan biri startap deyil:

a)

Təklif etdiyi məhsulda müştəriləri nəzərə almır

b)

İnnovativ və proqressivdir

c)

Məxsusi mentallıq və mədəniyyətə sahibdir

d)

son dərəcə qeyri-müəyyən şəraitdə yeni məhsul və ya xidmətin hazırlanması üçün nəzərdə tutulan insanlardan təşkil olunan institutdur.

e)

Kiçik, ilkin maliyyə təsisçilərdən, yaxud dostlardan və ailələrdən alınmaqla çox məhdud büdcəyə malikdir.

6.

Zərər=

a)

Xərc>Gəlir

b)

Xərc/gəlir

c)

xərc=gəlir

d)

xərc<gəlir

e)

mənfəət

7.

Mənfəət =

a)

Gəlir-xərc

b)

Xərc-Gəlir

c)

Xərc

d)

Gəlir=xərc

e)

Xərc+gəlir

8.

Turşirkətdə 3 nəfər işçi daxili turların hazırlanması, 2 nəfər gəlmə turizm üzrə, 2 nəfər isə getmə turizm üzrə işləyir. Bunlardan əlavə müəssisənin 1 mühasibi, 1 meneceri və 1 xadiməsi fəaliyyət göstərir. Müəssisənin illik dövriyyəsi 180000 manatdır. Bu sahibkarlı subyekti ölçüsünə görə hansı kateqoriyaya aiddir?

a)

mikro

b)

kiçik

c)

iri

d)

konsern

e)

orta

9.

İşçilərinin sayı 11-50, illik dövriyyəsi 200 minlə 3 milyon arasında dəyişən müəssisələr:

a)

kiçik

b)

konsern

c)

mikro

d)

orta

e)

iri

10.

Insan fəaliyyətinə müsbət təsir vasitəsi necə adlanır?

a)

mоtivasiya

b)

optimallaşma

c)

konsepsiya

d)

strategiya

e)

missiya

11.

PİMS analizinin açılışı:

a)

Marketinq Strategiyalarının Mənfəətə Təsiri

b)

Marketinq Strategiyalarının Xərclərə Təsiri

c)

Xərclərin Marketinq strategiyalarına təsiri

d)

bütün cavablar doğrudur

e)

Mənfəətin Marketinq strategiyalarına təsiri

12.

Biznesin mikrohümitinin istehlak bazarlarına aiddir:

a)

istehsalat

b)

əmək

c)

torpaq

d)

informasiya

e)

kapital

13.

Biznesin mikrohümitinin ehtiyat bazarlarına aid deyil:

a)

istehsalat

b)

əmək

c)

torpaq

d)

informasiya

e)

kapital

14.

Sinerji effekti 4 elementin birləşməsindən əmələ gəlir. Biri səhvdir:

a)

struktur

b)

insan

c)

material

d)

metod

e)

avadanlıq

15.

Qrupda elə bir “xassə” əmələ gəlir ki, o heç bir qrup üzvündə yoxdur. Bu xassə yalnız bir araya gəlib, birgə çalışdıqda meydana çıxır.

a)

sinerji effekti

b)

6 qüvvə

c)

7S

d)

üfüqi bölgü

e)

SWOT

16.

5 nəfərin birgə fəaliyyəti 5-dən böyük olur. 5-dən artıq qalan hissə nə adlanır?

a)

sinerji effekti

b)

5 qüvvə

c)

7S

d)

üfüqi bölgü

e)

SWOT

17.

Bu əməyin ümumi fəaliyyətin hissələri olan ünsürlərə bölünməsidir:

a)

üfüqi bölgü

b)

şaquli bölgü

c)

fərdi bölgü

d)

kütləvi bölgü

e)

differensial bölgü

18.

Bu planlaşdırma və idarəetmə prosesində müəssisə tərəfindən tənzimlənə bilən məhsul (xidmət) istehsalı və satışı şərtlərini əhatə edir:

a)

firmanın daxili mühiti

b)

firmanın xarici mühiti

c)

ekoloji mühit

d)

firmanın dolayı mühiti

e)

firmanın mikromühiti

19.

Qida məhsullarından tələb olunan "halal qida sertifikasiyası" hansı növ xarici mühit amilinə aiddir?

a)

sosial-mədəni mühit

b)

təbii mühit

c)

ekoloji mühit

d)

iqtisadi mühit

e)

texnoloji mühit

20.

Antalyadakı otellərin xarici turfirmalar qarşısında bazar gücü nə üçün zəifdir?

a)

otellərin təklif etdiyi xidmətlərin standart və oxşar olması

b)

turoperatorların sayının az olması

c)

otaqları baha qiymətə sata bilmələri

d)

bütün cavablar doğrudur.

e)

otellərin sayının az olması

21.

Porterin 5 qüvvə analizinə görə bazarda təchizatçıların çox olmasının üstün cəhətinə aiddir:

a)

rəqabət nəticəsində uyğun qiymətə keyfiyyətli xammal ala bilir.

b)

bazarda bərabərsizlik yaradır.

c)

bazarda oliqopoliya yaradır.

d)

bazarda inhisarçılıq yaradır.

e)

bazarda monopoliya yaradır.

22.

PESTEL analizində bu amillərin hansı mühitə aid olduğunu ardıcıllıqla qeyd edin: 1. vergi siyasəti 2. vergi dərəcəsi 3. rifah səviyyəsi

a)

siyasi, iqtisadi, sosial

b)

siyasi, sosial, texnoloji

c)

iqtisadi, təbii, mədəni

d)

sosial, iqtisadi, texnoloji

e)

sosial, siyasi, iqtisadi

23.

PESTEL analizində əmək məcəlləsinin təhlili hansı mühitə aiddir?

a)

siyasi/hüquqi mühit

b)

iqtisadi mühit

c)

sosial-mədəni mühit

d)

ətraf mühit

e)

texnoloji mühit

24.

Burada xammalın, enerji və sərvətlərin mövcudluğu və əlçatan olması, iqlim şəraiti, habelə çirklənmə və təbii tarazlığın nə dərəcədə pozulması nəzərdə tutulur. Bu hansı mühit amilinə aiddir?

a)

təbii mühit

b)

texnoloji

c)

siyasi mühit

d)

sosial mədəni mühit

e)

iqtisadi mühit

25.

Məhsullar mənəvi cəhətdən sürətlə köhnəlir, onun həyat dövrəsi azalır, digər tərəfdənsə yeni-yeni növ məhsulların işlənib hazırlanması sürətlənir. Bu hansı mühit amilinə aiddir?

a)

texnoloji

b)

iqtisadi mühit

c)

sosial mədəni mühit

d)

ekoloji vəziyyət

e)

siyasi mühit

26.

Bu, əhalinin alıcılıq qabiliyyətidir ki, cari gəlir və qiymətlərdən, işsizlik səviyyəsi, vergilər sistemi və s.-dən asılıdır. Qeyd olunanlar hansı mühit amilinə aiddir?

a)

iqtisadi mühit

b)

siyasi mühit

c)

ekoloji vəziyyət

d)

təbii mühit

e)

sosial mədəni mühit

27.

Mühit amili olaraq "rəqiblər" aiddir:

a)

xarici mikromühit

b)

xarici makromühit

c)

daxili makromühit

d)

heç biri

e)

daxili mikromühit

28.

Mühit amili olaraq "istehlakçılar" aiddir:

a)

xarici mikromühit

b)

xarici makromühit

c)

daxili makromühit

d)

heç biri

e)

daxili mikromühit

29.

Mühit amili olaraq "əmək ehtiyatları" aiddir:

a)

xarici mikromühit

b)

xarici makromühit

c)

daxili makromühit

d)

heç biri

e)

daxili mikromühit

30.

Stakeholder konsepsiyası ilk dəfə nə vaxt və kim tərəfindən hazırlanıb?

a)

1980-ci illərdə R. Edvard Friman

b)

1905 F.Geuler

c)

1975 A.Şumpeter

d)

1947 P.Samuelson

e)

1986 M.Porter