WorksheetsMetakoqnitiv bacarıqların formalaşdırılması - izah+25test
Total questions: 25
Worksheet time: 13mins
Name
Class
Date
1.
🛑 1. Cədvələ əsasən uyğunluğu müəyyən edin
a)
A) 1, 4
b)
B) 2, 3
c)
C) 1, 2
d)
D) 2, 4
e)
E) 1, 3
2.
🛑 2. Şagirdə verilmiş sual nümunələrindən hansı onlarda metakoqnitiv bacarıqların inkişafını təşviq etmir❓
a)
A) Qarşılaşdığın problemi səmərəli yol ilə həll etmək üçün hansı üsullardan istifadə edirsən?
b)
B) Öyrənmə prosesinə nəzarət etmək üçün gedişatda hansı amillərə diqqət yetirirsən?
c)
C) Yoldaşlarının diskussiyada iştirakının onların inkişafında rolunu necə dəyərləndirirsən?
d)
D) Yeni məlumatları öyrənmək üçün fəaliyyətində hansı tənzimləmələri edirsən?
e)
E) Hər hansı bir fəaliyyət zamanı nəyi bilib-bilmədiyini necə müəyyənləşdirirsən?
3.
🛑3. Şagird özü ilə bağlı qeydlər aparmaq üçün gündəlik tutur. Onun qeyd etdiyi hansı məlumat metakoqnitiv bacarıqla əlaqəli olmaz❓
a)
A) Tapşırıqları yerinə yetirmək üçün xüsusi vaxt intervalı müəyyən edir.
b)
B) Anladığı və araşdırmağa ehtiyac duyduğu anlayışların siyahısı tərtib edir.
c)
C) Qaranlıq qalan məqamları aydınlaşdırmaq üçün lazımi mənbələri müəyyən edir.
d)
D) İstifadə etdiyi strategiyaları effektivliyinə görə qruplaşdırır.
e)
E) Təlimata əsasən terminləri qruplaşdırır.
4.
🛑 4. Uyğunluq gözlənilmişdir.
a)
A) 1, 2
b)
B) 2, 4
c)
C) 1, 3
d)
D) 2, 3
e)
E) 1, 4
5.
🛑 5. Müəllim bölmənin sonunda fərdi iş formasından istifadə edərək şagirdlərə özünü qiymətləndirmək üçün iş vərəqləri paylayır. Onlara bölmə ərzindəki fəaliyyətləri haqqında dəyərləndirmə aparmalarını tapşırır. Verilmiş situasiyaya əsasən hansı fikir yanlışdır❓
a)
A) Şagirdlər növbəti bölmə üçün istifadə edəcəkləri strategiyaları müəyyənləşdirmək imkanı əldə edəcəklər.
b)
B) Şagirdlər onlar üçün hansı mövzuların çətin, hansılarının daha maraqlı olduğunu müəyyənləşdirəcəklər.
c)
C) Müəllimin şagirdləri qiymətləndirmə prosesinə cəlb etməsi ona şagirdlər haqqında obyektiv məlumat əldə etməsinə imkan verəcək.
d)
D) Qiymətləndirmənin bu cür təşkil edilməsi şagirdlərə akademik bilikləri ilə bağlı yoldaşlarından konstruktiv rəy almağa şərait yaradacaq.
e)
E) Şagirdlər bu fəaliyyətə cəlb edilməklə çətinlik çəkdikləri məqamları müəyyən edib, dərslərin təşkili ilə bağlı müəllimə təkliflər verə bilərlər.
6.
🛑 6. Aşağıdakı hansı situasiyada şagirdin metakoqnitiv bacarığının inkişafına ehtiyacı olduğu görünür❓
a)
A) Şagird riyaziyyatdan keçirilən summativdən aşağı nəticə toplayır və bunun səbəblərini aradan qaldırmağa çalışır.
b)
B) Şagirdlərdən biri günün sonunda dərsdə öyrəndiyi məqamları qeyd edir, öyrənmə prosesində ona qaranlıq qalan hissələri də müəyyənləşdirir.
c)
C) Tədris ilin əvvəlindən şagird illik hədəflər müəyyənləşdirərək bu hədəflərə çatmaq üçün fərqli strategiyalar müəyyən edir.
d)
D) Şagird riyaziyyatı öyrənməkdə çətinlik çəkir, bunun üçün yoldaşlarının tətbiq etdiyi strategiyalardan istifadə edir.
e)
E) Şagird TEDx-dəki çıxış nümunələrinə əsasən fəaliyyətini təhlil edir və çatışmazlıqları aradan qaldırmaq üçün plan hazırlayır.
7.
🛑 7. Metakoqnitiv bacarıqlarla bağlı hansı fikir yanlışdır❓
a)
A) Bu bacarığın formalaşmasında başqalarının verdiyi konstruktiv rəylərin faydası var.
b)
B) İnsan məqsədə çatmaq üçün idrakını, emosional vəziyyətini və davranışını nəzarətdə saxlamağı bacarmalıdır.
c)
C) Şagird xarakterində dəyişiklik etmək üçün müxtəlif həssas situasiyalarda davranışını izləyir.
d)
D) Metakoqnitiv bacarıqların şagirdlərdə formalaşdırılması onların akademik nailiyyətlərinin yüksək olması ilə yanaşı, həm də sosial bacarıqlarının da inkişafına təsir edir.
e)
E) Müəllim dərsin əvvəlində müxtəlif tipli tapşırıqlarla şagirdlərin diqqətini dərsə cəlb edib onlarda özünüqiymətləndirmə bacarığını formalaşdıra bilər.
8.
🛑 8. Uyğunluğu müəyyən edin:
1️⃣ özünümonitorinq
2️⃣ özünü tənzimləmə
3️⃣ özünüqiymətləndirmə
a. Şagird tapşırıqları daha effektiv həll etmək üçün plan tərtib edir.
b. Şagird fəaliyyəti haqqında müəllimdən rəy almağa təşəbbüs göstərir, bununla diqqət etmədiyi məqamları müəyyən etmiş olur.
c. Şagird səhvlərini təhlil edərək qoyduğu hədəfə çatıb-çatmamadığını müəyyənləşdirir.
a)
A) 1-b; 2-c; 3-a
b)
B) 1-c; 2-a; 3-b
c)
C) 1-a; 2-c; 3-b
d)
D) 1-c; 2-b; 3-a
e)
E) 1-b; 2-c; 3-a
9.
🛑 9. Uyğunluğu müəyyən edin:
1️⃣ Bu bacarıq şagirdin hərəkətlərini, davranışlarını və idraki proseslərini müşahidə etməsidir.
2️⃣ Bu bacarıq hər hansı bir məqsədə çatmaq üçün şagirdin idraki, emosional vəziyyətini nəzarətdə saxlayaraq idarə etməsidir.
3️⃣ Bu bacarıq şagirdə fəaliyyəti və ya öyrənməsi haqqında refleksiya etməyə imkan verir.
a. Şagird təqdimat hazırlayan zaman təqdimata nə qədər vaxt sərf etdiyini, hansı məqamları çətinliklə icra etdiyini qeyd edir.
b. Şagird imtahana hazırlaşan zaman çətinliklə qarşılaşdıqda həvəsdən düşmür, özü üçün gündəlik hədəflər qoyur və hədəflərə çatmaq üçün plan hazırlayır.
c. Şagird layihəni hazırladıqdan sonra fəaliyyətinin doğru və ya yanlış tərəflərini meyarlar əsasında mühakimə edir.
a)
A) 1-a; 2-c; 3-b
b)
B) 1-b; 2-a; 3-c
c)
C) 1-c; 2-a; 3-b
d)
D) 1-c; 2-b; 3-a
e)
E) 1-a; 2-b; 3-c
10.
🛑 10. Metakoqnitiv bacarıqlarla bağlı cədvələ əsasən uyğunluğu müəyyənləşdirin.
a)
A) 2, 4
b)
B) 1, 3
c)
C) 2, 3
d)
D) 1, 2
e)
E) 3, 4
11.
🛑 11. Sinifdə iki şagird arasında münaqişə baş verir. Müəllim dərsdən sonra onlara təkbətək danışmaq və münaqişəni həll etmək üçün şərait yaradır, şagirdlərə duyğularını və düşüncələrini dərk etməyə və qarşı tərəfin mövqeyini dəyərləndirməyə yardım edir. Bu, onlara daha effektiv ünsiyyət və münaqişənin həlli strategiyalarını müəyyən etməyə imkan verir. Situasiyaya əsasən müəllimin məqsədi ilə bağlı hansı fikir doğrudur❓
a)
A) Müəllimin məqsədi sinifdə qaydalara əməl etmədiyinə görə cəza metodundan istifadə edir.
b)
B) Müəllim şagirdlərə bir-birilərinə hörmət etmələri üçün milli kimlik hissini aşılayır.
c)
C) Müəllim şagirdlərdə tənqidi düşüncəni inkişaf etdirməyi hədəfləyir ki, uşaqlar mübahisə zamanı arqumentlərdən məharətlə istifadə edə bilsinlər.
d)
D) Şagirdlərdə metakoqnitiv düşünmə bacarıqlarını inkişaf etdirərək onlara özünənəzarət bacarıqlarının inkişafı üçün şərait yaradır.
e)
E) Müəllimin addımı şagirdlərin idraki proseslərindən xəbərdar olma bacarıqlarını inkişaf etdirməyə yönəlmişdir.
12.
🛑 12. Layihə hazırlamaları üçün müəllim şagirdləri qruplara ayırır və qrup daxilində onlar arasında iş bölgüsü aparır, müxtəlif tapşırıqlar verir. Şagirdlərdən biri gündəlik öhdəliyində olan məsələləri araşdırır, amma buna baxmayaraq hədəfə çata bilmir. Şagird zəif tərəflərini bilsə də, çatışmazlığını aradan qaldırmaqda əziyyət çəkir. Müəllimin hansı addımı atması şagirdin problemini aradan qaldırmağa kömək edə bilər❓
a)
A) Müəllim şagirdə daha çox tapşırıq verərək çox işləməyin vacib olduğunu bildirməklə şagirdin problemini aradan qaldıra bilər.
b)
B) Müəllimin şagirdin fəaliyyəti ilə bağlı müşahidələrini həftəlik olaraq onunla bölüşməsi şagirdə çatışmazlığı aradan qaldırmaqda kömək edər.
c)
C) Müəllim şagirdlərə nəzarətini daha da artıraraq tez-tez xəbərdaredici mesajlar göndərə bilər.
d)
D) Müəllim şagirdə gündəlik məqsədlərinə çatmaq üçün sistemli plan hazırlamasına kömək edə bilər.
e)
E) Müəllim tədris zamanı şagirdin özünəməxsus xüsusiyyətlərini nəzərə almaqla problemini aradan qaldıra bilər.
13.
🛑 13. Uyğunluğu müəyyən et.
a)
A) 1-b; 2-c; 3-a
b)
B) 1-c; 2-b; 3-a
c)
C) 1-a; 2-b; 3-c
d)
D) 1-c; 2-a; 3-b
e)
E) 1-b; 2-a; 3-c
14.
🛑 14. Verilmiş cavablardan hansında şagirdin metakoqnitiv bacarıqlara malik olduğunu demək olmaz❓
a)
A) Şagird öyrənmə prosesini daha səmərəli təşkil etmək, mövzuları dərindən mənimsəmək üçün vaxtını necə effektiv şəkildə istifadə edəcəyini planlayır.
b)
B) Şagird qarşıdan gələn imtahan sessiyasına hazırlaşarkən hədəflər müəyyən edir, həmin hədəflərə çatmaq üçün strategiyalar düşünür.
c)
C) Şagird mövqeyini və bacarıqlarını obyektiv şəkildə dəyərləndirmək üçün fəaliyyəti ilə bağlı qeydlər aparır, buna əsasən həlledici nüansları müəyyənləşdirir.
d)
D) Şagird mövzunu daha dərindən araşdırmaq üçün etibarlı mənbələri müəyyənləşdirir, vacib amillərin qeydiyyatını aparır.
e)
E) Şagird dərs zamanı qarşılaşdığı çətinliklərlə fərqli nöqteyi-nəzərdən yanaşaraq onları uyğun strategiyalarla həll etməyə çalışır.
15.
🛑 15. Yanlış fikri müəyyən edin.
a)
A) Şagirddə metakoqnitiv bacarıqların inkişafı onun özünə nəzarət etməsində, öyrənmə strategiyalarına dəyişiklik etməsində təzahür edir.
b)
B) Şagirdlərin metakoqnitiv bacarıqlarının inkişafı onların malik olduqları bilik və bacarıqlar arasında effektiv şəkildə əlaqə qurmalarına təsir edir.
c)
C) Şagirdlərin metakoqnitiv bacarıqlara sahib olması yalnız akademik dərslərlə məhdudlaşmır, onlara həyatın müxtəlif sahələrində uğur qazanmalarına şərait yaradır.
d)
D) Şagirdlərdə metakoqnitiv bacarıqların inkişaf etdirilməsi onların davamlı olaraq şəxsi və peşəkar inkişafı üçün zəmin yaradır.
e)
E) Metakoqnitiv bacarıqlar tədrisin şagirdin özünəməxsus xüsusiyyətlərinin nəzərə alınaraq qurulmasını ehtiva edir.
16.
🛑 16. Müəllim şagirdlərə "şəxsi jurnal" tutmağı tapşırır. Burada gündəlik fəaliyyətlərinin planlaması ilə bağlı, həmçinin hər gün çətinlik çəkdikləri məqamları qeyd etməyi bildirir. Şagirdlər həftə sonu sinif saatında qeydlərini müzakirə etməli, bir-birilərinə rəy verməlidirlər. Situasiya ilə bağlı yanlış fikri müəyyənləşdirin.
a)
A) Bu fəaliyyət şagirdlərdə vaxtın düzgün idarəedilməsi bacarıqlarının inkişafına şərait yaradır.
b)
B) Şagirdlərin tapşırığı icra etmələri onlara təkmilləşdirməli olduqları məqamları müəyyənləşdirməyə yardım edir.
c)
C) Şagirdin yoldaşından rəy alması ona öz işini doğru təhlil etməsinə imkan verir.
d)
D) Şagirdlər fəaliyyət zamanı mövzu ilə bağlı daha çox məlumat toplamaqla informasiya savadlılığı sərbəstliyini inkişaf etdirəcəklər.
e)
E) Şagirdlər tapşırığı icra etmək üçün prosesə köklənəcəklər ki, bu da onlarda effektiv öyrənməni baş verməsinə şərait yaradır.
17.
🛑 17. Müəllimin hansı fəaliyyəti şagirddə metakoqnitiv bacarıqların formalaşdırılmasına xidmət edir❓
a)
A) Müəllim şagirdlərə gündəlik qeydlər aparıb çətinliklərinin nədən ibarət olduğunu müəyyənləşdirməyi, onları necə aradan qaldırmaqla bağlı üsullar müəyyən etməyi tapşırır.
b)
B) Müəllim şagirdlərə tədqiqat və araşdırma aparmaq üçün mənbələr müəyyənləşdirərkən hansı üsulun daha səmərəli olduğu ilə bağlı müşahidə aparmaq təlimatı verir.
c)
C) Müəllim şagirdlərdə fəaliyyətlərini refleksiya etmək üçün onlara nələri daha yaxşı öyrəndiklərini müəyyən etməyi tapşırır.
d)
D) Müəllim şagirdlərə öyrəndikləri məlumatların həqiqiliyini müəyyənləşdirmək üçün onlara fasilitator kimi istiqamət verir.
e)
E) Müəllim şagirdlərin öyrənmə prosesindən nə qədər məlumatlı olduğunu müəyyənləşdirmək üçün müzakirə təşkil edir.
18.
🛑 18. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin.
a)
A) 1, 3
b)
B) 2, 4
c)
C) 1, 2
d)
D) 2, 3
e)
E) 1, 4
19.
🛑 19. Verilmiş fəaliyyətlərdən hansı şagirdlərdə metakoqnitiv bacarıqların formalaşdırılmasına xidmət etmir❓
a)
A) Şagirdlər öyrənmə prosesində bacarıqları haqda danışıb, istifadə etdikləri üsulların faydalarını izah edirlər.
b)
B) Şagird öyrənmə xüsusiyyətlərini müəyyənləşdirmək üçün gündəlik tutur, həftəlik fəaliyyətlərini təhlil edir.
c)
C) Şagirdlər qrup işi zamanı sosial bacarıqlarını dəyərləndirmək üçün yoxlama vərəqindən (çeklist) istifadə edirlər.
d)
D) Şagirdlər verilmiş mətnin xüsusiyyətlərini əvvəlcə fərdi şəkildə araşdırıb sonra cütlər şəklində qarşılaşdırırlar.
e)
E) Hər bir şagird ilk qoyduğu hədəfə necə çatdığı və bunun üçün istifadə etdiyi bacarıqlar haqqında məlumat verir.
20.
🛑 20. Hansı situasiyada şagirdin metakoqnitiv bacarıqlarının inkişaf etdirilməsinə ehtiyac var❓
a)
A) Şagird çətin tapşırıqların öyrənmədə əhəmiyyətini bildiyindən ev tapşırığını yerinə yetirən zaman bu tip tapşırıqlara üstünlük verir.
b)
B) Şagird dərsin sonunda müəllimin tətbiq etdiyi strategiyalardan hansının onun üçün faydalı olmasını müəyyənləşdirir.
c)
C) Şagird dərs ilin əvvəlində müəyyən məqsədlər qoyur və bu məqsədə çatmaq üçün fərqli yollar müəyyənləşdirir.
d)
D) Şagird dərs prosesində fəaliyyətinə müəyyən dəyişikliklər edərək hədəflərə çatmış olur.
e)
E) Şagird tapşırıqları edən zaman əvvəlcə nümunələri araşdırır və nəticədə əldə etdiyi informasiyaları ümumiləşdirir.
21.
🛑 21. Sual-cavab prosesində şagird fikrini aydın şəkildə ifadə etməkdə çətinlik çəkir. Bu hal xeyli müddətdir ki, davam edir. Müəllim şagirddən bunun səbəbini soruşanda şagird problemin nədən qaynaqlandığını bilmədiyini deyir. Verilmiş situasiyada müəllimin hansı addımları şagirdin metakoqnitiv bacarıqlarının inkişafına kömək edə bilər❓
1️⃣ Müəllim sinifdə hər bir şagirdin fərqli düşüncəyə malik olduğunu nəzərə alaraq şagirdlərə sual verdikdən sonra onların düşünməsi üçün vaxt verə bilər.
2️⃣ Müəllim şagirdə söz ehtiyatının nə qədər geniş olduğunu müəyyənləşdirmək üçün tapşırıq verə bilər.
3️⃣ Müəllim şagirdə suala cavab verə bilmədiyi zaman hansı hisslər keçirdiyini müəyyənləşdirməklə bağlı tapşırıq verə bilər.
4️⃣ Müəllim şagirdə verilmiş mətnlə əlaqəli açıq suallar müəyyənləşdirməyi tapşıra bilər.
a)
A) 1, 2
b)
B) 2, 4
c)
C) 3, 4
d)
D) 2, 3
e)
E) 1, 3
22.
🛑 22. Aşağıda verilən cavablardan hansı şagirddə metakoqnitiv bacarığının olduğunun göstəricisi ola bilər❓
a)
A) Şagird layihə üzərində işə başlamazdan öncə problem ilə bağlı müxtəlif açıq tipli suallar tərtib edir.
b)
B) Şagird problemin həlli yollarını müəyyənləşdirmək məqsədi ilə real həyati situasiyalarla əlaqə yaradır.
c)
C) Şagird layihə işi üzərində işləyərkən müxtəlif anlayışlar arasında əlaqə yaratmaq üçün qeydlər edir olaraq qeydlər aparır.
d)
D) Şagird layihəni daha kiçik hissələrə bölüb bəzilərinin icrasını komanda üzvlərindən birinə tapşırmaqla səmərəli nəticə əldə etməyi planlaşdırır.
e)
E) Şagird müntəzəm olaraq inkişafını izləyir, problemlərini müəyyən edir və lazım gəldikdə istifadə etdiyi yolları təkmilləşdirir.
23.
🛑 23. Müəllim şagirdlərin metakoqnitiv bacarıqlarının olub-olmamasını müəyyənləşdirmək üçün anket sorğusu tərtib edir. Anket sorğusunda müəllim müxtəlif tipli suallardan istifadə edir. Tərtib olunmuş hansı sual şagirdin metakoqnitiv bacarığını yoxlamağa xidmət etmir❓
1️⃣ Öyrənmə zamanı fəaliyyətinizi təhlil edib və nəticələrə əsasən planınızda dəyişiklik edə bilirsinizmi?
2️⃣ Hər hansı prosesə başlamamışdan əvvəl özünüzü həvəsləndirməyi vacib hesab edirsinizmi?
3️⃣ Hər gün müxtəlif fənlərdən elmi məlumatlar əldə edirsinizmi?
4️⃣ Sizə çətin gələn məsələlər başqalarına da çətin gələ bilərmi?
5️⃣ İnformasiyanı yadda saxlamaq üçün özünəməxsus yolunuz varmı?
a)
A) 1, 4
b)
B) 2, 3
c)
C) 3, 4
d)
D) 1, 2
e)
E) 1, 5
24.
🛑 24. Cədvələ əsasən metakoqnitiv bacarıqlarla bağlı uyğunsuzluğu müəyyənləşdirin.
a)
A) 1, 2
b)
B) 2, 4
c)
C) 1, 3
d)
D) 3, 4
e)
E) 2, 3
25.
🛑 25. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin.
a)
A) 1, 4
b)
B) 2, 3
c)
C) 1, 2
d)
D) 2, 4
e)
E) 1, 3
100 %
