WorksheetsKurikulum - Təfəkkürün növləri - 2025
Total questions: 10
Worksheet time: 5mins
Name
Class
Date
1.
1. Aşağıdakılardan hansı Divergent düşüncəyə aiddir?
a)
A) Problemin bir mümkün həll yolu var.
b)
B) Nəticəyə tez çatmaq olur.
c)
C) İdeya toplama prosesi ilə seçilir.
d)
D) İndiyədək istifadə olunan yollar doğrudur.
e)
E) Əlavə fikir tapmaq çətin olur.
2.
2. Taksi sürücüsü müştərini mənzil başına ən qısa yol ilə və təhlükəsiz çatdırır. Müştəri taksi sürücülərinin hamısının belə peşəkar olduğu qənaətinə gəlir. Bu zaman müştəri hansı məntiq xətasına yol verir?
a)
A) Həddən artıq ümumiləşdirmə
b)
B) Şəxsi qərəzlilik
c)
C) Cəmiyyət tərəfindən qəbul edilmək
d)
D) Analogiya
e)
E) Özünü bənzətmək
3.
3. Xanım müəllimə yeni dərs ilinin əvvəlində fərqli saç düzümündə məktəbə gəlir. İki ildir dərs keçdiyi sinifdəki şagirdlərdən biri Xumar da saç düzümünü sevimli müəlliminin saçı kimi etməyə çalışır. Burada Xumar hansı məntiq xətasına yol vermişdir?
a)
A) Cəmiyyət tərəfindən qəbul edilmək
b)
B) Şəxsi qərəzlilik
c)
C) Həddən artıq ümumiləşdirmə
d)
D) Özünü bənzətmək
e)
E) Analogiya
4.
4. Baku Bus avtobusuna minmək istəyən şəxs hər kəsin girəcəkdəki aparata kart yaxınlaşdırdıqdan sonra nəqliyyata minməyə icazəsinin olduğunu görür və anlayır ki, müasir avtobuslarda gediş haqqı nəğd deyil, kartla ödənilir. Burada şagird hansı mühakimədən istifadə edir?
a)
A) İnduksiya
b)
B) Deduksiya
c)
C) Ümumiləşdirmə
d)
D) Şəxsi qərəzlilik
e)
E) Cəmiyyət tərəfindən qəbul edilmək
5.
5. Tənqidi düşüncəyə sahib insana aid deyil:
a)
A) Arqumentləri dəyərləndirə bilir.
b)
B) Fikirlərini əsaslandırarkən dəlillərdən düzgün və qərəzsiz şəkildə istifadə edir.
c)
C) Bir işi görməmişdən öncə onun mümkün nəticələrini görə bilir.
d)
D) Öz fikirlərində qərəzliliyə yol verə biləcəyinin mümkünlüyünü anlayır.
e)
E) Hər hansı bir məsələnin müzakirəsində hər zaman haqlı olduğunu düşünür.
6.
6. İctimai nəqliyyatdan istifadə zamanı təhlükəsizlik qaydalarını bilən şagird avtobusa minərkən tutacaqdan tutur. Burada şagird hansı mühakimədən istifadə edir?
a)
A) Deduksiya
b)
B) Analogiya
c)
C) Ümumiləşdirmə
d)
D) İnduksiya
e)
E) Şəxsi qərəzlilik
7.
7. "İki avtomobil svetoforda qırmızı işıqdan keçərkən yol polisi onlardan ikincini saxlayır. Avtomobilin sürücüsü yol polisindən birinci keçən avtomobili niyə saxlamadığını soruşur?" Bu zaman ikinci sürücü hansı mühakimədən istifadə etmiş olur?
a)
A) Şəxsi qərəzlilik
b)
B) Həddən artıq ümumiləşdirmə
c)
C) Analogiya
d)
D) Özünü bənzətmək
e)
E) Cəmiyyət tərəfindən qəbul edilmək
8.
8. Ətrafımdakı hər kəsin Facebook profili var və aktiv istifadə edilir. Mən də mütləq Facebookda özümə profil açmalıyam. Bu zaman hansı məntiq xətasına yol verilir?
a)
A) Özünü bənzətmək
b)
B) Cəmiyyət tərəfindən qəbul edilmək
c)
C) Şəxsi qərəzlilik
d)
D) Analogiya
e)
E) Həddən artıq ümumiləşdirmə
9.
9. Məntiqi təfəkkür haqqında deyilənlərdən biri doğru deyil.
a)
A) Nizamlı şəkildə bir fikirdən əlaqəli digər fikrə keçmək prosesidir.
b)
B) Fikirlərini fakt və sübutlarla əsaslandırma bacarığı tələb edir.
c)
C) Qərar qəbul edərkən müsbət və mənfi tərəfləri nəzərə almaq lazımdır.
d)
D) Ardıcıl düşünməyi tələb edir.
e)
E) İdeyanı düşüncələri ilə əsaslandırmağı tələb edir.
10.
10. Ayaqüstü yeməklərin sağlamlığa ziyan vurduğunu bilən şagird məktəbdən sonra yolüstü yoldaşının təklif etdiyi dönəri yemir. Burada şagird hansı mühakimədən istifadə edir?
a)
A) Şəxsi qərəzlilik
b)
B) Ümumiləşdirmə
c)
C) Deduksiya
d)
D) Analogiya
e)
E) İnduksiya
100 %
