wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

MİQ 2024 - QƏBUL SUALLARI - KURİKULUM -

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.
1. Nyutonun 3-cü qanununu üzgüçülükdə tətbiq etmək" fikri inteqrasiyanın hansı növünə uyğundur?
a)
A) Fənlərarası inteqrasiya / Fənüstü inteqrasiya
b)
B) Fəndaxili inteqrasiya / Fənüstü inteqrasiya
c)
C) Yalnız Fəndaxili inteqrasiya
d)
D) Yalnız Fənlərarası inteqrasiya
e)
E) Yalnız Fənüstü inteqrasiya
2.
2. Gizli bullinqə aid olan fikirləri müəyyən edin. ↪️ 1. Fiziki güc ↪️ 2. Təzyiq ↪️ 3. Saxta dostluq ↪️ 4. Ələ salmalar ↪️ 5. Fərqləndirmə ↪️ 6. Təhqir ↪️ 7. Şayiələr ↪️ 8. Kiber bullinq
a)
A) 1,2,3,5
b)
B) 3,5,7,8
c)
C) 2,6,7,8
d)
D) 3,4,5,6
e)
E) 2,4,6,8
3.
3. "Şagird əsərləri təhlil edib sonda öz sözləri ilə izah edir" fikri idraki sahənin hansı mərhələsinə uyğundur?
a)
A) Yaratmaq
b)
B) Tətbiq etmək
c)
C) Dəyərləndirmək
d)
D) Təhlil etmək
e)
E) Anlamaq
4.
4. Müəllim "Qar şahzadəsi" adlı əsəri oxudub rollu oyunlarla əsəri canlandırır. Daha sonra anlamağı yoxlamaq üçün bu əsərdən müəyyən obrazların şəklini partaya qoyur və bir şagird digərinə müəyyən suallar verərək obrazın adını tapılmasına çalışır. Bu fikir hansı iş üsuluna aiddir?
a)
A) Auksion
b)
B) Qərarlar ağacı
c)
C) Mən kiməm?
d)
D) Müzakirə xəritəsi
e)
E) Ziqzaq
5.
5. "Gəminin suda batmamağını cismin üzmə şərtinə görə necə izah etmək olar?" fikri idraki sahənin hansı mərhələsinə uyğundur?
a)
A) Təhlil etmək
b)
B) Dəyərləndirmək
c)
C) Anlamaq
d)
D) Yaratmaq
e)
E) Tətbiq etmək
6.
6. Sinifdə davamlı olaraq dərsə gecikən şagirdiniz var. Onunla bağlı hansı tədbiri görərsiniz?
a)
A) Dərs zamanı vaxt itirmədən problemi soruşaram
b)
B) Şagirdlə fərdi şəkildə danışıb problemi öyrənməyə çalışaram
c)
C) Dərhal valideyni ilə əlaqə saxlayaram
d)
D) Məktəb rəhbərliyinə xəbər verərəm
e)
E) Ümumi iclas təşkil edərəm
7.
7. Biri fasilitator müəllimə aid deyil:
a)
A) Şagirdlərin yeni sözləri anlamasını təmin etmir
b)
B) Şagirdlərə həyati situasiyaları təqdim edir
c)
C) Şagirdə səmərəli qərar verməyə yönəldir
d)
D) Eyni oyun və üsulları yaradır
e)
E) Mövzunu həyatı əlaqələndirir
8.
8. Hansı halda müəllimin atdığı addım doğru deyil?
a)
A) Şagird pedaqoji fəaliyyətin obyekti kimi deyil, bərabərhüquqlu partnyor kimi görünür
b)
B) Müəllim ikitərəfli qərar qəbul edir
c)
C) Şagirdlərin arasında konflikt olduğunu bilən müəllim buna göz yumur və şagirdlərinin özünün həll edəcəyini düşünür
d)
D) Konfidensiallığı qorumaq üçün fərdi müzakirələr təşkil edir
e)
E) Müəllim qaydaları şagirdlərlə birgə tərtib edir
9.
9. "Paltarı əyindən çıxardıqda gücülənmə əmələ gəlir. Bunu necə izah edərsən?" fikri idraki sahənin hansı mərhələsinə, inteqrasiyanın və biliknin hansı növünə uyğun gəlir?
a)
A) Tətbiq etmək / Fənlərarası inteqrasiya / Konseptual
b)
B) Təhlil etmək / Fəndaxili inteqrasiya / Metakoqnitiv
c)
C) Dəyərləndirmək / Fənlərarası inteqrasiya / Deklarativ
d)
D) Anlamaq / Fənüstü inteqrasiya / Prosedural
e)
E) Anlamaq / Şaquli inteqrasiya / Deklarativ
10.
10. "Şagird caz ilə klassik musiqini sintez edir" fikri idraki sahənin hansı mərhələsinə uyğundur?
a)
A) Yaratmaq
b)
B) Tətbiq etmək
c)
C) Dəyərləndirmək
d)
D) Təhlil etmək
e)
E) Anlamaq
11.
11. Diferensial təlimə aid olmayan fikri müəyyən edin:
a)
A) Homogen qruplara yaratmağa meyilli olmaq
b)
B) Şagirdin individual tələblərini nəzərə almaq
c)
C) Hər bir şagirdə fərdi şəkildə yaxınlaşmaq
d)
D) Heterogen sinif olan mühitdə tətbiq etmək
e)
E) Müxtəlif növ strategiyalardan istifadə etmək
12.
12. İllik və Gündəlik planlamaya aid olan fikirləri müəyyən edin. 1. İllik Planlama 2. Gündəlik Planlama a. Əsas standart öz əksini tapır b. Ümumi təlim nəticələrinə istinad edilir c. Mövzuların ardıcıllığı öz əksini tapır d. Diferensiasiya təmin edilir e. Dərs icmalı hazırlanır f. Dərsin məqsədi müəyyənləşir
a)
A) 1-a,b,c; 2-d,e,f
b)
B) 1-b,c,d; 2-a,e,f
c)
C) 1-c,d,e; 2-a,b,f
d)
D) 1-d,e,f; 2-a,b,c
e)
E) 1-a,d,f; 2-b,c,e
13.
13. Müəllim dərsi təşkil edərək dərsi keçməyə başlayır. Şagirdlər ancaq müəllimə diqqətlə qulaq asır və dərsə cəlb olunmurlar. Müəllimin hansı addımı effektiv hesab olunar?
a)
A) Şagirdləri utandırmaq
b)
B) Dərsi oyun şəklində keçmək
c)
C) Müəllimin tez-tez şagirdlərə gülümsəməsi
d)
D) Birtərəfli qərar qəbul etmək
e)
E) Şagirdlərə şəxsi həyatı haqqında suallar vermək
14.
14. "Ətrafa özünü sevdirmək; İnsanlar tərəfindən anlaşılmaq" fikri Kolberq "Mənəvi İnkişaf" nəzəriyyəsinin hansı mərhələsinə uyğundur?
a)
A) Səlahiyyət və sosial nizamı qorumaq
b)
B) Universal etik prinsiplər
c)
C) İndividualizm
d)
D) Qəbulolunma
e)
E) İtaət və cəza
15.
15. Formativ qiymətləndirməyə aid olan fikri müəyyən edin:
a)
A) Mövcud bilik səviyyəsini müəyyən etmək
b)
B) Təlimi effektiv təşkil etməyə kömək edir
c)
C) Təlim nailiyyətinin irəliləyişini izləmək
d)
D) Əldə olunan nailiyyəti yoxlamaq
e)
E) Səviyyəni qiymətləndirmək
16.
16. Açıq düşüncə tərzinə zidd olan fikri müəyyən edin.
a)
A) Mental olaraq özünü bloklamaq
b)
B) Daha çox vaxt sərf etməklə səhvləri minimuma endirmək
c)
C) Nəticəyə yox, nəyəsə öyrənməyə cəhd etmək
d)
D) Çətinlikləri sevmək
e)
E) İstifadə etdiyi metodu dəyişmək
17.
17 Sinifdə şagirdlərdən biri dərsdə tez-tez telefonuna baxır. Müəllim belə halda nə etməlidir?
a)
A) Sinif qaydalarını şagirdə xatırlatmalıdır
b)
B) Prosedurların faydasız olduğunu qəbul etməlidir
c)
C) Yeni qaydalar hazırlamalıdır
d)
D) Prosedurları dərsdə tez-tez dəyişməlidir
e)
E) Gözləntiləri yenidən tərtib etməlidir
18.
18. "Tarixdə baş verən sənaye inqilablarının həmin dövrdəki şəhərin atmosferinə, həyatına və urbanizasiya məsələsinə necə təsir etdiyi barədə fikirlərinizi əsaslandırın" fikri inteqrasiyanın hansı növünə uyğundur?
a)
A) Yalnız Fəndaxili
b)
B) Yalnız Fənlərarası
c)
C) Fənlərarası / Fənüstü
d)
D) Yalnız Fənüstü
e)
E) Fənüstü / Fəndaxili
19.
19. "Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Tiflis və Gəncə dövründəki fəaliyyətinə dair mövqeyinizi bildirin. Fikrinizi arqumentlərlə əsaslandırın". Tapşırıq bilik və təfəkkürün hansı növünə, idraki sahənin hansı mərhələsinə uyğundur?
a)
A) Prosedural / Məntiqi təfəkkür / Tətbiq etmək
b)
B) Prosedural / Tənqidi təfəkkür / Tətbiq etmək
c)
C) Metakoqnitiv / Yaradıcılıq təfəkkürü / Yaratmaq
d)
D) Konseptual / Məntiqi təfəkkür / Təhlil etmək
e)
E) Konseptual / Tənqidi təfəkkür / Dəyərləndirmək
20.
20. ""Su ehtiyatları ilə zəif təminolunma ölkənin iqtisadi həyatı üçün təhlükəlidir" fikrini faktlarla əsaslandırın" sualı əsasında müzakirə təşkil edir". Verilmiş tapşırıq bilik və təfəkkürün hansı növünə, idraki sahənin hansı mərhələsinə uyğundur?
a)
A) Deklarativ / Məntiqi təfəkkür / Dəyərləndirmək
b)
B) Prosedural / Yaradıcılıq təfəkkürü / Xatırlamaq
c)
C) Konseptual / Tənqidi təfəkkür / Təhlil etmək
d)
D) Metakoqnitiv / Yaradıcılıq təfəkkürü / Tətbiq etmək
e)
E) Prosedural / Məntiqi təfəkkür / Anlamaq