NEW
Font size
S
M
L
XL
WorksheetsMüəllimin fasilitasiya bacarığı - 20 test
Total questions: 20
Worksheet time: 15mins
Name
Class
Date
1.
1. Müəllim şagirdin verdiyi sualı birbaşa cavablandırmır. Cavabı tapmaq üçün onu yoldaşları ilə müzakirəyə yönəldir. Verilmiş situasiya ilə bağlı hansı fikir doğrudur?
a)
A) Müəllim bu addımı atmaqla doğru edir, çünki şagirdin suallarını birbaşa cavablamamağa sərf etdiyi zamanı dərsin izahına ayırmağı hədəfləyir.
b)
B) Müəllimin bu addımı onun fasilitator kimi funksiyasını yerinə yetirməklə bərabər şagirddə affektiv sahənin cavabvermə mərhələsinin inkişafını hədəfləyir.
c)
C) Müəllim bu addımı atmaqla şagirdlərdə öz akademik biliklərinə qarşı şübhə yaranmasına səbəb ola bilər ki, bu da yolverilməzdir.
d)
D) Müəllim bu addımı ilə şagirdlərdə müxtəlif bacarıqlar formalaşdırmağı hədəfləsə də, akademik nöqteyi-nəzərdən səmərəsiz üsuldur.
e)
E) Müəllimin bu addımı şagirdlərdə mövzuya maraq oyatsa da, müəllimin fasilitator kimi passiv olduğunu göstərir.
2.
2. Biri müəllimin təlim prosesini səmərəli qurarkən buraxdığı səhvdir.
a)
A) Müəllimin şagirdin bacarıqlarını nəzərə alması
b)
B) Müəllimin resurslara o qədər də önəm verməməsi
c)
C) Şagirdlərdən gözləntilərini aydın müəyyənləşdirməsi
d)
D) Sualı cavablandırmaq üçün şagirdlərə gözləmə vaxtı verməsi
e)
E) Şagird təfəkkürünün inkişafına yönəlik dərs materiallarından istifadə etməsi
3.
3. Verilənlərdən biri müəllimin funksiyası hesab edilmir?
a)
A) Şagirdin təfəkkürünü formalaşdırmaq
b)
B) Şagirdləri qloballaşan dünyanın tələblərinə uyğun yetişdirmək
c)
C) Şagirdin metakoqnitiv bacarıqlarını inkişaf etdirmək
d)
D) Tədrisin məqsədini şagirdin imtahan nəticəsi ilə müəyyənləşdirmək
e)
E) Şagirdlərin tənqidi düşüncə bacarıqlarını inkişaf etdirmək
4.
4. Müəllimin fasilitasiya bacarığı ilə bağlı uyğunluq gözlənilməmişdir:
a)
A) 1, 4
b)
B) 2, 3
c)
C) 1, 3
d)
D) 2, 4
e)
E) 3, 4
5.
5. Aşağıdakı nümunələrdən hansı fasilitator müəllimin xüsusiyyətinə aid deyil?
a)
A) Müəllim şagirdlərin oxuya maraqlarını artırmaq üçün sinifdə fərqli mövzulara aid kitablardan ibarət oxu guşəsi yaradır.
b)
B) Müəllim yeni dərsi izah edir və şagirdlərə mövzu ilə bağlı tapşırıqlar verir, hamı tapşırığı bitirdikdən sonra şagirdlərin səhvlərinə bir-bir düzəlişlər edir.
c)
C) Müəllim dərsin əvvəlində şagirdlərin dərsə cəlb olunması üçün müxtəlif formalı təqdimatlardan istifadə edir.
d)
D) Müəllim şagirdlərin ilkin biliklərini müəyyənləşdirmək üçün diaqnostik qiymətləndirmə keçirir.
e)
E) Müəllim şagirdlərin valideynləri ilə əməkdaşlıq edərək şagirdlərin intellektləri haqqında məlumat əldə edir.
6.
6. Müəllimin fasilitator kimi yanlışa yol verdiyi situasiyaları müəyyənləşdirin.
↪️ 1. Müəllim mövzunu təqdim edən zaman həm slaydlardan, həm də əyani vasitələrdən istifadə edib hər kəsi dərsə cəlb etməyə çalışır.
↪️ 2. Müəllim sual-cavab və müzakirə prosesində şagirdlərin səhv cavablarını yerindəcə düzəldir ki, şagirdlərin növbəti fəaliyyətləri effektiv olsun.
↪️ 3. Konflikti həll etmək üçün müəllim sinif iclası təşkil edərək problemi şagirdlərlə birlikdə həll etməyə cəhd edir.
↪️ 4. Müəllim şagirdlərdə oxuyub-anlama və tənqidi düşünmə bacarığını formalaşdırmaq üçün ilin əvvəlində buzcıran strategiyalarından istifadə edə bilər.
↪️ 5. Müəllim şagirdlərin summativ nəticələrinə əsasən onların maraqları haqqında məlumat əldə edir.
a)
A) 1, 4, 5
b)
B) 2, 3, 4
c)
C) 3, 4, 5
d)
D) 1, 2, 3
e)
E) 2, 4, 5
7.
7. Müəllimin yanlışa yol verdiyi situasiyanı müəyyən edin:
a)
A) Müəllim şagirdlərə müxtəlif dinləmə materialları verərək onlarda sözlərin düzgün tələffüzü bacarığını formalaşdırmağa çalışır. Proses boyu şagirdlərə lazımi istiqamət verir.
b)
B) Müəllim şagirdlərdə müxtəlif fənlərin mövzularını bir-biri ilə əlaqələndirmək üçün onlarda analoji düşünmə bacarığı formalaşdırır. Bu, şagirdlər üçün yeni anlayışları öyrənmələri baxımından da faydalı hesab edilir.
c)
C) Məqsəd şagirdlərdə sual tərtib etmək bacarığı formalaşdırmaqdır. Şagirdlərdən bəziləri bunu necə edəcəklərini bilmirlər. Müəllim onlara dinamik feillərdən ibarət siyahı təqdim edir və prosesdə onlardan istifadə etməyi tövsiyə edir.
d)
D) Müəllim şagirdlərdə müstəqil öyrənmə bacarığı formalaşdırır. Bu zaman onların qarşılaşa biləcəkləri maneələrdən biri duyğularını düzgün idarə etməmələri ola bilər. Bunu nəzərə alan müəllim şagirdləri öyrənmə zamanı öz hisslərini idarə edə bilmələri üçün müxtəlif strategiyalarla tanış edir.
e)
E) Məqsəd şagirdlərin hər birini müzakirə prosesinə cəlb etməkdir. Bunun üçün müəllim aktiv şagirdlərdən ibarət qrup yaradaraq onlara suallar formalaşdırmağı, digər qrupa isə həmin sualları cavablandırmağı tapşırır. Bu zaman, hər kəs prosesdə iştirak etmiş olur.
8.
8. Müəllim dərsin məqsədinə çatmaq üçün sinifdə qrup işi təşkil edir. Şagirdlər qruplara bölünür və hər qrupa müxtəlif tapşırıqlar verilir. Qrupda bəzi şagirdlər az işləyir, bəziləri isə daha çox işləyir, buna görə narazılıq yaranır. Problemi aradan qaldırmaq üçün müəllimin atdığı hansı addım səmərəli olar?
a)
A) Müəllim bir müddət qrup işindən istifadə etmədən dərsi qura bilər, qrup işinə ehtiyac yarandığı anda şagirdlərə nəzarət etməklə problemi həll edə bilər.
b)
B) Müəllim qrup işi zamanı şagirdlər arasında vəzifə bölgüsü edə və onlarla birlikdə qrup qaydaları tərtib edə bilər.
c)
C) Müəllim şagirdlərin öyrənmə tərzlərini nəzərə alıb onları qruplara bölə və hər şagirdin fərdi işləməsi üçün onlara müəyyən tapşırıqlar verə bilər.
d)
D) Müəllim şagirdlərdə qrupda işləmək bacarığını formalaşdırmaq üçün onları bir müddət cütlərlə işləməyə cəlb edə bilər.
e)
E) Müəllim şagirdlərin potensialını nəzərə alıb qruplara verilən tapşırıqları sadələşdirərək müvafiq problemi həll edə bilər.
9.
9. Dərs zamanı müəllim şagirdə sual verir. Şagird suala səhv cavab verərkən müəllim onun sözünü yarıda kəsərək sualın cavabını özü deməyə başlayır. Verilən situasiya ilə bağlı doğru fikir hansıdır?
a)
A) Müəllim fasilitator kimi özündə müşahidə etmək bacarığını formalaşdırmayıb.
b)
B) Müəllim fasilitator kimi idraki hazırlığını təkmilləşdirməyib.
c)
C) Müəllim fasilitator kimi özündə planlaşma bacarığını formalaşdırmayıb.
d)
D) Müəllim fasilitator kimi özündə dinləmək bacarığını formalaşdırmayıb.
e)
E) Müəllim fasilitator kimi metakoqnitiv bacarığını formalaşdırmayıb.
10.
10. Müəllim şagirdlərin cəlbolunmasını təmin etmək və onların fəaliyyətini məqsədyönlü etmək üçün təlim nəticələrini şagirdlərə əvvəlcədən elan edir. Bu halda verilən hansı fikir doğrudur?
a)
A) Müəllim şəxsiyyətyönümlülük tələbini qoruyur.
b)
B) Müəllimin planlaşma bacarığı qənaətbəxş deyil.
c)
C) Müəllim pedaqoji səriştəlilikdə səhvə yol verir.
d)
D) Müəllim fasilitator rolunu yerinə yetirir.
e)
E) Müəllim şagirdlər üçün şəxsi nümunə olur.
11.
11. Müəllim şagirdlərə ev tapşırığı olaraq M.F. Axundzadənin həyat və yaradıcılığı ilə bağlı təqdimat hazırlamağı tapşırır. Şagirdlər müxtəlif mənbələrdən istifadə edərək məlumat toplamalı və təqdimat hazırlamalıdırlar. Müəllim şagirdlərin təqdimatlarını izlədikcə onların düzgün mənbələri araşdırmadıqlarını müşahidə edir. Müəllimin bu problemi aradan qaldırması üçün hansı addımı səmərəli olar?
a)
A) Müəllim dərs prosesində şagirdlərə müxtəlif oxu materialları təqdim edə bilər.
b)
B) Müəllim şagirdlərə təqdimatın necə hazırlanması ilə əlaqədar müxtəlif tövsiyələr verə bilər.
c)
C) Müəllim şagirdlərə əvvəlcədən qiymətləndirmə rubriklərini və mənbələr təqdim edə bilər.
d)
D) Müəllim şagirdlərdə problem həll etmə bacarığını formalaşdırmaqla bu məsələnin həllinə nail ola bilər.
e)
E) Müəllim sinifdə müxtəlif mövzularda müzakirələr təşkil etməklə verilmiş problemi aradan qaldıra bilər.
12.
12. Fasilitator müəllimlə bağlı uyğunluğu müəyyən edin.
a)
A) 1, 2
b)
B) 3, 4
c)
C) 2, 3
d)
D) 1, 4
e)
E) 2, 4
13.
13. Verilənlərdən hansı fasilitator müəllimin özündə formalaşdırmalı olduğu bacarıq hesab edilmir?
a)
A) Məqamında düzgün müdaxilə etmək
b)
B) Dinləmək
c)
C) Müşahidə etmək
d)
D) Planlaşdırma
e)
E) Mühazirə hazırlamaq
14.
14. Aşağıdakı hansı nümunədə müəllimin fasilitator kimi yanlış atdığı addımı görmək olar?
a)
A) Müəllim şagirdlərin öyrənmə tərzlərini bildiyindən dərs prosesində müxtəlif resurslar hazırlayaraq şagirdlərin diqqətini dərsə cəlb edə bilir.
b)
B) Müəllim keçdiyi mövzunun daha anlaşıqlı olması üçün şagirdlərə həyati situasiyalar təqdim edir.
c)
C) Müəllim suala səhv cavab verən şagirdə yönəldici suallar verməklə onun özünün düzgün cavaba gəlməsini təmin edir.
d)
D) Müəllim dərs ilinin əvvəlində sinifdəki şagirdləri daha yaxından tanımaq üçün onlara anket sorğusu göndərir.
e)
E) Müəllim şagirdlərin yazılarını yoxlayan zaman səhv yazılan sualların düzgün həllərini misalların altından qeyd edir.
15.
15. Verilmiş fikirlərdən hansı fasilitasiyaya aid edilə bilməz?
a)
A) Müəllim öyrənməni təmin etmək üçün sinif qaydaları tərtib edib onların şagirdlər tərəfindən tətbiqinə nəzarəti artırır.
b)
B) Müəllim şagirdin açıq tipli suala cavab verməsini təmin etmək üçün qapalı tipli suallardan dəstək üçün istifadə edir.
c)
C) Müəllim şagirdlərə fərdi yanaşaraq onları öyrənmə prosesində aktiv iştiraka yönəldir.
d)
D) Müəllim təlimi qarşılıqlı fəaliyyət üzərində quraraq birgə öyrənmə mühiti yaradır.
e)
E) Müəllim şagirdlərin müzakirə prosesini effektiv şəkildə təşkil etmək məqsədi ilə onları mövzu ilə bağlı araşdırma işinə yönəldir.
16.
16. Hansı situasiyada fasilitator müəllimin müşahidə bacarığının inkişafına ehtiyac var?
a)
A) Müəllim qruplara tapşırıq verdikdən sonra şagirdlərə yaxınlaşaraq onlara yerindəcə konstruktiv rəy verir.
b)
B) Müəllim şagirdləri sual-cavab edir və onların cavabları əsasında boşluqlarını müəyyən edərək strategiyasında dəyişiklik edir.
c)
C) Müəllim şagirdlərin bir-biri ilə mənfi münasibətlərinin onların akademik nailiyyətlərinə belə pis təsir etdiyini görür və sinifdə buzcıran strategiyası tətbiq edir.
d)
D) Müəllim həmkarının cəlbolunmada daha çox vizual təqdimatlar etdiyini görür və öz dərs keçdiyi sinifdə də bu strategiyanı tətbiq edir.
e)
E) Müəllim şagirdlərin fəaliyyətini izləyərək istifadə etdiyi metod və yanaşmalarda dəyişiklik edir.
17.
17. Verilənlərdən hansı müəllimi yaxşı fasilitator edən amil hesab edilə bilər?
a)
A) Mövzunun məqsədini dərsin sonunda şagirdlərlə bölüşmək
b)
B) Şagirdləri tanımaq üçün anket-sorğu keçirmək
c)
C) Dərsi bir qayda olaraq qrupla iş formasında keçmək
d)
D) Tədrisi ancaq imtahan nəticələrinə yönəltmək
e)
E) Bütün informasiyanı olduğu şəkildə şagirdə mənimsətmək
18.
18. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin.
a)
A) 1, 2
b)
B) 2, 3
c)
C) 3, 4
d)
D) 1, 4
e)
E) 1, 3
19.
19. Cütlərlə iş zamanı şagirdlərdən birinin diqqəti yayınır, tez-tez pəncərədən çölə baxır və əlindəki qələmi oynadır. Verilmiş fikirlərdən hansı fasilitator müəllimin fəaliyyətinə daha çox uyğun olar?
a)
A) Şagirdin davranışına məhəl qoymadan dərsə davam etmək
b)
B) Şagirdin müəyyən müddət sonra yenidən dərsə yönələcəyini güman edib gözləmək
c)
C) Digər şagird yoldaşlarının diqqətini yayındırmadan həmin şagirdə əlavə tapşırıqlar vermək
d)
D) Şagirdə sakitcə yaxınlaşaraq onun köməyə ehtiyacı olub-olmadığını müəyyən etmək
e)
E) Dərsin əvvəlində şagirdlərə verilən təlimata əlavələr edib yenidən onlara izah etmək
20.
20. Fasilitator-müəllimin dinləmək bacarığı ilə bağlı verilən hansı fikir doğrudur?
a)
A) Şagirdi öz beynində tutduğu cavabı alana kimi dinləməlidir.
b)
B) Şagirdləri sual-cavab prosesində dinləməlidir.
c)
C) Şagirdlər qrupda öz aralarında işləyərkən onları dinləməsi doğru hesab edilmir.
d)
D) Şagirdlərin nəyə necə cavab verdiklərini dinləməlidir.
e)
E) Şagirdin nitq bacarığını formalaşdırmaq məqsədi daşıyır.
Reset
