wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Turizm iqtisadiyyatı 1-3

Total questions: 15

Worksheet time: 15mins

Name
Class
Date
1.

Turizmə təsir edən mənfi amillərə aşağıdakılar daxildir:

a)

böhranların əmələ gəlməsi, sənaye istehsalının aşağı düşməsi, valyuta sistemində qeyri stabillik

b)

Real gəlirlərin artımı, gəlirlərin daha müntəzəm bölüşdürülməsi, valyuta kursunun stabil vəziyyəti

c)

Turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanmasına və tətbiq edilməsinə nail olmaq, təbii inhisarçılığa şərait yaratmaq

d)

Əhalinin öz mədəni irsinə marağı artır, iqtisadi cəhətdən zəif inkişaf etmiş regionlarda ətraf mühitin mühafizəsi məsələləri həll edilir, dövlət inhisarçılığa şərait yaradır

2.

 Dünyadakı turizm hərəkətlərinin sürətlənməsi və yayılması aşağıdakı hadisələrdən hansından sonra baş verdi?

a)

II Dünya müharibəsi

b)

I Dünya müharibəsi

c)

Böyük Coğrafi Kəşflər

d)

Soyuq müharibə

3.

Turizmdə multiplikator effekti nədir?

a)

turistlərin yerli iqtisadiyyata qoyduğu pulların qəbul edən ölkədə faktiki xərclənməsinin məcmusudur. 

b)

turist təəssüratlarının ölkəyə gətirilməsidir ki, eyni zamanda turistlərin pullarının ölkədən çıxarılması ilə müayiət olunur.  

c)

Ölkə vətəndaşlarının xaricə səfər etmələdir. 

d)

Xaricdən turistlərin ölkəyə səfəridir

4.

Turizm biznesinin strateji məqsədi nədir?

a)

səyahətin təşkili üzrə fəaliyyətin nəticəsində mənfəətin maksimallaşdırılmasıdır. 

b)

asudə vaxtın əlverişli surətdə istifadə olunması nəticəsində cəmiyyətin və insan həyatının yüksək səviyyəsini və keyfiyyətini təmin etmək

c)

turizm məhsulu istehsal edənlə dövlət arasında münasibətlərdir

d)

turistlərin yerli iqtisadiyyata qoyduğu pulların qəbul edən ölkədə faktiki xərclənməsinin məcmusudur.

5.

Bu müəssisə bütün cavabdehliyi daşıyan fərdi sahibkara məxsusdur. Onun əsas qüsuru ondan ibarətdir ki, sahibkar başqa şəxslərə (işçilər və müştərilər) görə yalnız özü cavabdehlik daşıyır. Bu hansı turizm müəssisəsidir?

a)

Şəxsi turizm müəssisəsi

b)

Turizm şirkəti

c)

Konsorsium

d)

Turkorporasiya

6.

1968-ci ilin turizm biznesinin inkişafında dönüş nöqtəsi olmasının səbəbi nədir?

a)

Boinq firması 500 sərnişin qəbul edən “Cambocet” adlı avialeyneri istifadəyə verdi

b)

Əhalinin dini dünyagörüşündə dəyişikliklər oldu

c)

Dövlətlər turizmə diqqət ayırmağa başladırlar.

d)

İşgüar turizmin inkişafı

7.

Turizm biznesinin inkişafının birinci mərhələsi hansı dövrü əhatə edir?

a)

XX əsrin 70-ci illərinə qədər olan dövr

b)

XX əsrin 90-ci illərinə qədər olan dövr

c)

XX əsrin 80-ci illərinə qədər olan dövr

d)

XX əsrin 60-ci illərinə qədər olan dövr

8.

 XX əsrin 70-ci illərindən sonra turizmin təşkili hansı xarakteri aldı?

a)

kütləvi

b)

fərdi

c)

təşkilati

d)

sosial

9.

 Bu rəqabət aparan şirkətlər arasında baş verir, iki firma aktiv və passivlərini xüsusilə fəaliyyət üçün yaradılmış yeni şirkətə təhvil verirlər.

a)

birləşmə

b)

udulma

c)

 inteqrasiya

d)

diversifikasiya

10.

 Səhmlərin birbaşa alınması yolu ilə bir şirkət başqası üzərində nəzarət əldə edir.  

a)

udulma

b)

birləşmə

c)

inteqrasiya

d)

diversifikasiya

11.

 Bu texnoloji proses istehsalatın və ya xammalın emalından başlayaraq hazır məhsulun buraxılması ilə tamamlanan vahid texnoloji zəncir yaradan istehsalatın şəbəkəsidir.

a)

inteqrasiya

b)

udulma

c)

birləşmə

d)

iriləşmə

12.

 İtaliyada “Colli” mehmanxana firması turistlərə ekoloji təmiz yeyinti məhsulları təqdim etmək məqsədilə özünün ictimai yeyinti müəssisələri üçün kənd təsərrüfatı ferması almışdır. Bu hansı iqtisadi prosesdir?

a)

üfüqi inteqrasiya 

b)

diversifikasiya

c)

şaquli inteqrasiya

d)

iriləşmə

13.

Turizm sənayesində görünməyən ticarət anlayışı dedikdə nə başa düşülür?

a)

Görünməyən ticarət xidmət sahəsində idxal və ixrac ilə müəyyən olunur

b)

Görünməyən ticarət ölkələr arasında dostluq, mehriban qonşuluq, dinc münasibətlər, iqtisadi, ticarət, elmi-teхniki və mədəni əlaqələr, turist mübadiləsi üzrə dövlətlərarası və hökümətlərarası əməkdaşlıq sazişləri ilə müəyyən olunur

c)

Görünməyən ticarət hazır məhsul və xammal kimi maddi məhsulların idxal-ixracı ilə müəyyən olunur

d)

Görünməyən ticarət qanunverici təşəbbüs və sosial turizmin təşkilinin yeni növü əsasında ölkədə sosial turizmin bərpası ilə müəyyən olunur

14.

 Turizm məhsulunun qiymәtinin azalması sәbәbi ola bilәr:

a)

resurslara qiymәtlәrin aşağı düşmәsi 

b)

istehlakçıların gәlirlәrinin artması 

c)

istehsala vergilәrin artması 

d)

qarşılıqlı tamamlanan әmtәәyә qiymәtin enmәsi 

15.

Turizmin inkişafı üçün ehtiyac duyulan maliyyə mənbələri aşağıdakı kimi qruplaşdırılır:

a)

Turizm müəssisələrinə ilkin olaraq müхtəlif maliyyə qrupları tərəfindən qısamüddətli kreditlərin verilməsi, uzunmüddətli maliyyə yardımları

b)

Turizm layihəsinin miqyası üzrə, layihənin məqsədli istiqamətlənməsi üzrə, turizm müəssisəsinin həyat dövrünün müxtəlif mərhələlərində həyata keçirilən investisiya dövrünün xarakteri və tərkibi üzrə, dövlət müdaxiləsinin dərəcəsi üzrə, pul vəsaitləri istifadəsinin iqtisadi effektivlik səviyyəsi üzrə

c)

Analitik qabiliyyəti, kommunikasiya vasitələrinin düzgün seçimi bacarığı, qarşıya məqsəd qoyma bacarığı, qərar qəbul edərkən əsaslandırma, işi səmərəli təşkil etmək qabiliyyəti və s 

d)

Kütləvi informasiya vasitələri, çap reklam nəşrləri, kino və video reklam, küçə reklamı, suvenirlər, sərgilər, birjalar, yarmarkaların hesabına maliyyə yardımları