wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Nida

Total questions: 23

Worksheet time: 12mins

Name
Class
Date
1.

1)Nidalar haqqında fikirlərdən biri yanlışdır:

a)

A)Nidalar təəccüb, qorxu, təəssüf, hiddət və s. kimi hissləri ifadə edə bilir

b)

B)Danışanın hiss və həyəcanını, qorxu və ya sevincini bildirən köməkçi nitq hissəsinə nida deyilir

c)

C)Nidalar müəyyən hissi hallarla əlaqədar tələffüz edilən sözlərdir

d)

D)Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə nida deyilir

2.

2)Cümlələrdən hansında nida qorxu və narahatlıq bildirir:

a)

A)Allah sən saxla, vay – vay – vay

b)

B)Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!

c)

C)Ay haray, köməyə gəlin

d)

D)Of, ürəyim partlayır

3.

3)Nida haqqındakı fikirlərdən hansı səhvdir?

a)

A)Cümlənin əvvəlində gələn nidalardan sonra vergül və ya nida işarəsi qoyulur

b)

B)Cümlənin sonunda gələn nidalardan əvvəl vergül, sonra isə nida və ya üç nöqtə qoyulur

c)

C)Çağırış bildirən a, ay, ey nidalarından sonra vergül qoyulur

d)

D)Nidalar dildə söz yaradıcılığında da iştirak edir

4.

4)Nidalar haqqındakı fikirlərdən biri düzgündür:

a)

A)Müstəqil leksik mənalı sözlər bəzən nidalara çevrilir

b)

B)Nidalar dildə söz yaradıcılığında iştirak etmir

c)

C)Cümlənin sonunda gələn nidalardan sonra vergül qoyulur

d)

D)Cümlənin əvvəlində gələn nidalardan əvvəl vergül qoyulur

5.

5)Şadlıq, sevinc bildirən nidalar hansılardır?

a)

A)Afərin, vay, ox

b)

B)Hey, ay, aman, oho

c)

C)Vay, ay, pah atonnan

d)

D)Ay can, bəh – bəh, paho

6.

6)Beytdə işlənmiş nida hansı mənanı ifadə edir? (Of...Sənin gözlərin kor olsun, cəllad! Sənə demədimmi şirindir övlad!)

a)

A)Qəzəb

b)

B)Həyəcan

c)

C)Yalvarış

d)

D)Təəssüf

7.

7)Həm isim, həm də nida kimi işlənən sözləri göstərin

a)

A)Xox, oy, ox

b)

B)Ay, vay, ox

c)

C)Bəh, ehey, vay

d)

D)Ay, uy, oy

8.

8)Sevinc, heyranlıq bildirən nidanı göstərin:

a)

A)Vay

b)

B)Ay can

c)

C)Ay aman

d)

D)Ay

9.

9)Məntiqi ardıcıllığı tamamlayın:
Paho, bəh – bəh, ay can, ......

a)

A)Afərin

b)

B)Ay haray

c)

C)Tfu

d)

D)Of

10.

10)Bıy, sən nə vaxt gəldin? cümləsində nida hansı məna növündə işlənib?

a)

A)Çağırış

b)

B)Nifrət

c)

C)Kədər

d)

D)Təəccüb

11.

11)Çağırış bildirən nida hansı cümlədə işlənib:

a)

A)Ey, bura bax

b)

B)Bəh – bəh, quşlar nə gözəl oxuyur

c)

C)Ay aman, bu harda qaldı

d)

D)Xox, qorxdum səndən

12.

12)Hansı cümlədə nida qorxu və narahatlıq bildirir?

a)

A)Ah, dost – düşmən içində başımı necə qaldıracağam?

b)

B)Ay can, ay can mənə mane olanlar özləri bəlaya düşdülər

c)

C)Nə etibarsız adammışsan, Arif, pəh - pəh - pəh!

d)

D)Ehey, səsimə səs verin hardasınız

13.

13)Təəccüb bildirən nidalar hansılardır?

a)

A)bəh-bəh

b)

B)tfu, hey

c)

C)bıy, ah

d)

D)ay can-ay can

14.

14)Çağırış nidaları hansılardır

a)

A)Hey, huyy, ehey, ədə

b)

B)Vallah, billah, əşi, heyif

c)

C)Ey dad, ay aman, haray, eh

d)

D)Bu da belə, bu da bu, bəs belə, yox bir

15.

15)Cümlənin sonunda gələn nidadan əvvəl və sonra hansı durğu işarəsi qoyulmalıdır?

a)

A)əvvəl vergül, sonra nida və ya sual

b)

B)əvvəl vergül, sonra nöqtə

c)

C)əvvəl vergül, sonra nida və ya üç nöqtə

d)

D)əvvəl nida, sonra sual

16.

16)Nidalar necə yazılır?

a)

A)bitişik

b)

B)ayrı

c)

C)defislə

d)

D)həm ayrı, həm də defislə

17.

17)Bunlardan biri nidadır:

a)

A)vızıltı

b)

B)qaqqılda

c)

C)ufultu

d)

D)oxqay

18.

18)Nida işlənmiş cümlələrdən hansında durğu işarəsi səhv qoyulmuşdur?

a)

A)Ey, bura gəl

b)

B)Bura gəl Ey, adam

c)

C)bu günlər geçmədi, ay, töhfə

d)

D)Ah, bu günləridəmi görəcəkdim

19.

19)Hansı nida cümləsinə aid edilə bilməz?

a)

A)Nida cümlələrinin xüsusi forması yoxdur

b)

B)Nəqli, sual və əmr cümlələri həyəcanlı intonasiya ilə deyiləndə nida cümləsinə çevrilir

c)

C)Nida cümləsinin üç növü var

d)

D)Yüksək hiss – həyəcanla tələffüz edilən cümlələrə nida cümləsi deyilir

20.

20)Nida cümləsini göstərin:

a)

A)Tələsmə, hələ tezdir

b)

B)Yetər artıq, ayaqlarda süründük

c)

C)Gün olsun ki, qurtarsın dava

d)

D)Yenə də hər zaman ürəyimdəki sənsən

21.

21)Hansı nümunədə nida cümləsi var?

a)

A)Tələsmə, hələ tezdir!

b)

B)Irəli gəl!

c)

C)Tez gel!

d)

D)Təki, sən məni bağışla!

22.

22)Biri nida cümləsidir:

a)

A)Dedim axı bu işin axırı yoxdur.

b)

B)Qızın bu işdən xəbəri yoxdur.

c)

C)Bəh-bəh nə gözəl havadır!

d)

D)Mən ki heç nə etməmişəm.

23.

23)Bunlardan hansı köməkçi nitq hissəsidir?

a)

A)nida

b)

B)zərf

c)

C)isim

d)

D)zərflik