wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

KURİKULUM - MİQ 2023 QƏBUL SUALLARI

Total questions: 12

Worksheet time: 6mins

Name
Class
Date
1.
Ad/Soyad
4 lines
2.
Hazırlıq istiqamətiniz
a)
MİQ
b)
Sertifikasiya
3.
1. Effektiv müəllim-şagird münasibətinə aid edilə bilməz:
a)
A) Müəllim şagirdlərlə böyüklərlə danışdığı kimi danışmalıdır.
b)
B) Şagirdi pedaqoji fəaliyyətdə partnyor olaraq görmək effektiv müəllim-şagird münasibətinin qurulmasına müsbət təsir göstərir.
c)
C) Sinifdə iki uşaq dalaşır və müəllim onları görməzdən gəlir.
d)
D) Müəllim iki konflikt yaradan uşaqla danışır, əgər yenə də konflikti davam etdirsələr, müəllim onları dərsdən sonra sinifdə saxlayır.
e)
E) Müəllim şagirdin fəaliyyətini artırmaq üçün şagirdi qıcıqlandıran üslubdan istifadə etməməlidir.
4.
2. Müəllim şagirdlərə Məhəmməd Cahan Pəhləvanla bağlı araşdırma aparmağı tapşırır və müəllim "Sənə necə təsir bağışladı?", "Səncə, onun hakimiyyət dövrü necə idi?", "Sən onun yerində olsan, nə edərdin?" tipli suallar yazılmış qrafik orqanayzeri şagirdlərə verərək hər birinin fikrini soruşur. Burada hansı təlim üsulu tətbiq olunub?
a)
A) 3-2-1
b)
B) Klaster
c)
C) BİBÖ
d)
D) Simulyasiya
e)
E) 4N1KH
5.
3.Şagirdlərdən biri çox çalışmasına baxmayaraq tapşırığı yerinə yetirə bilmir, məyus olur və müəllimdən ona bu tapşırığı həll etməkdə kömək etməsi üçün xahiş edir. Bu zaman müəllim fasilitator obrazında çıxış edərək hansı addımı atır? ↪️ 1. Şagirdlərin mənasını bilmədiyi sözlərin birbaşa tərcüməsini verir ↪️ 2. Tapşırığı anlamaq üçün şagirdin fikrini açar sözlərin müəyyənləşdirilməsinə yönəldir ↪️ 3. Məsələni həll etmək üçün həyati nümunələr verir ↪️ 4. Tapşırığı müxtəlif yollarla şagirdə çatdırır ↪️ 5. Konsepsiyanı yalnız bir üsulla izah edir ↪️ 6. Şagirdin suallarına birbaşa cavab verir ↪️ 7. Yeni mövzunu şagirdlərin şəxsi təcrübəsi ilə əlaqələndirir ↪️ 8. Çətin mövzunu hər detalına qədər şagirdlərə izah edir ↪️ 9. Şagirdləri daha çox fərdi işə yönəldir
a)
A) 1,3,4,9
b)
B) 2,3,4,7
c)
C) 2,4,6,8
d)
D) 1,2,3,4
e)
E) 3,4,5,9
6.
4. "Məşhur alimin optika ilə bağlı yazdığı fikirdə şagird alimin mövqeyini müəyyənləşdirir" fikri İdrak Taksanomiyasının hansı mərhələsindədir?
a)
A) Anlamaq
b)
B) Təhlil etmək
c)
C) Yaratmaq
d)
D) Tətbiq etmək
e)
E) Bilmək
7.
5. Bir şagird digər yoldaşları ilə sinifdə heç zaman ünsiyyət qura bilmir və onlara qarşı kobud rəftar sərgiləyir. Müəllim onu yanına çağırır və deyir: "Yoldaşların sənə qarşı belə etsəydi, nə edərdin?" Bu fikrə uyğun gələn variantı seçin.
a)
A) Şagirdin emosional intellekti zəifdir və o, özü haqqında məlumatlı olsa da, davranışını idarə edə bilmir
b)
B) Şagirdin emosional intellekti zəifdir, o, öz hislərini tanıyır və buna uyğun davranır
c)
C) Şagirdin emosional intellekti yüksəkdir, o, öz hislərini tanıyır və buna uyğun davranır
d)
D) Şagirdin emosional intellekti yüksəkdir və o, özü haqqında məlumatlı olsa da, davranışını idarə edə bilmir
e)
E) Şagirdin emosional intellekti zəifdir, o, öz hislərinə ağahdır və buna uyğun davranır
8.
6. Müəllim şagirdlərə hekayənin əvvəlini təqdim etdikdən sonra hekayəni tamamlamağı şagirdlərə tapşırır. Bu tapşırıq İdrak Taksanomiyasının hansı mərhələsindədir?
a)
A) Təhlil etmək
b)
B) Yaratmaq
c)
C) Anlamaq
d)
D) Dəyərləndirmək
e)
E) Tətbiq etmək
9.
7. Qrup işi zamanı Seymur passiv olur və işləməkdən qaçır. Digər şagirdlər isə Seymuru bu hərəkətinə görə müəllimə şikayət etmək istəyir. Lakin Həsən buna imkan vermir və deyir ki, "Seymurun işləmək istəməməsinin səbəbini bilmirik. Onun işləməməsinə səbəb ola biləcək və bizim bilmədiyimiz bəzi hallar ola bilər". Verilən situasiyada Seymurla əlaqəli hansı fikri yürütmək olar?
a)
A) Özünüidarəetmə
b)
B) Özünüdərk
c)
C) Empatiya
d)
D) Münasibətlərin idarə edilməsi
e)
E) Sosial məlumatlılıq
10.
8. "Asəf problemi həll etmək üçün adətən yoldaşlarından kömək istəməsinə və yoldaşlarına qulaq asmasına baxmayaraq qərarvermə anında öz düşüncəsinə əsasən qərar verməyə üstünlük verir" hansı şəxsiyyət tipi və hansı intellekt növünə aid fikirdir?
a)
A) Fərddaxili / Ekstravert
b)
B) Fərddaxili / İntrovert
c)
C) Fərddaxili / Ambivert
d)
D) Şəxslərarası / Ekstravert
e)
E) Şəxslərarası / İntrovert
11.
9. Müəllim şagirdlərdə Metakoqnitiv biliyi formalaşdırırsa, hansı nəzəriyyənin tələbini nəzər alır?
a)
A) D. Qoulman "Emosional Zəka (İntellekt)"
b)
B) J. Piaje "Zehni inkişafın mərhələləri" nəzəriyyəsi
c)
C) R. Qanye "Öyrənmənin şərtləri" nəzəriyyəsi
d)
D) L. Kolberq "Mənəvi İnkişaf" nəzəriyyəsi
e)
E) H. Qardner "Çoxnövlü zəka" nəzəriyyəsi
12.
10. "Şagird basketbol oyununda hücumçu kimi müxtəlif manevrlərdən istifadə edir və topu səbətə dəqiq şəkildə atır". Bu situasiyaya görə şagird Psixomotor Taksanomiyasının hansı mərhələsindədir?
a)
A) İmitasiya
b)
B) Manipulyasiya
c)
C) Dəqiqlik
d)
D) Artikulyasiya
e)
E) Təbiiləşmə