wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

RME-AZE-M9

Total questions: 7

Worksheet time: 8mins

Name
Class
Date
1.

Tədqiqat işində qarşıya qoyulmuş məsələlərin həllinə və məqsədə nail olmaq üçün istifadə olunan üsullardan olan modelləşdirmə deyərkən nə başa düşülür?      

a)

yeni biliklərin alınmasına və tətbiqinə yönəlmiş fəaliyyətdir

b)

öz məzmunu etibarilə hər hansı tamı, yaxud mümürəkkəb hadisənin tərkib hissələrinə, elementlərinə, əlaqələrinə ayırmaq və onlardan bəzilərini seçib götürmək üçün istifadə olunan üsul və qanunauyğunluqların məcmusudur

c)

cismin ayrı – ayrı elementlərini (əlamətlər, xassələr) fikrən bir tam halında birləşdirməyə imkan verən üsul və qanunauyğunluqların məcmusudur.

d)

araşdırılan obyektin onun modellləri üzərində tədqiq edilməsi metodur.

e)

mövcud olan biliklərin genişləndirilməsinə yönəlmiş fəaliyyətdir

2.

Hansı bəndəki ifadə xülasənin xüsusiyyətlərinə aid deyil?

a)

istifadə olunan hər bir mənbə daxil edilməlidir

b)

tədqiqat metodundan bəhs edən qısa cümlələrdən ibarət olmalıdır

c)

elmə verilən tövhə daxil edilməlidir

d)

   Elmi yeniliklər ümumiləşdirilmiş şəkildə yazılmalıdır

e)

bütün tezisinizin yekunu olub, akademik işinizin bütün əsas məqamlarını qısa şəkildə göstərir

3.

Akademik yazının nəticə hissəsinə hansılar aid deyil?

a)

yazıda əhatə olunan əsas məqamları yekunlaşdırılması

b)

yazıda əhatə olunan əsas məqamların bir yerə toplanması

c)

əsas hissədə qoyulan məsələ ilə bağlı son şərhlər qeyd edilir

d)

elmi işi təkmilləşdirmək üçün təkliflər vermək

e)

      girişdə qeyd olunmuş məsələlər barədə qısa məlumatın verilməsi

4.

Hipotez haqqında aşağıdakılardan hansı doğrudur?

a)

Hipotezlər yalnız təcrübə aparıldıqdan sonra irəli sürülür.

b)

Hipotez təsdiqlənməsə də elmi dəyərə təsir etmir.

c)

Hipotez yalnız statistik analizlərə əsaslanır.

d)

Hipotez sübuta ehtiyac duymayan elmi faktdır.

e)

Hipotezin doğruluğu və ya yalnışlığı tədqiqat nəticəsində müəyyən olunur

5.

Aşağıdakılardan hansı tədqiqat təklifinin əsas tərkib hissələrindən biri deyildir?

a)

Tədqiqatın məqsədi və əsaslandırılması

b)

Tədqiqatın necə aparılacağını izah edən metodologiya

c)

Tədqiqatın nəticələrinin əvvəlcədən tam şəkildə təqdim olunması

d)

Araşdırılacaq mövzunun aydın şəkildə ifadəsi

e)

Tədqiqatın mümkün resurs və vaxt məhdudiyyətlərinin nəzərə alınması

6.

060610-Enerji maşınqayırması mühəndisliyi ixtisası üzrə təhsil altan tələbə həmin ixtisas üzrə tədqiqat aparan zaman ilk növbədə ədəbiyyat axtarışı etməlidir. Ədəbiyyat axtarışı elmi tədqiqat üçün hansı əsas üstünlükləri təmin edir?

a)

Ədəbiyyat axtarışı yalnız tədqiqatın nəticələrinin yazılması üçün istifadə olunur.

b)

Ədəbiyyat axtarışı tədqiqat üçün nəzəri əsas yaradır.

c)

Ədəbiyyat axtarışı yalnız internetdəki məlumatları toplamaq üçün istifadə olunur.

d)

Ədəbiyyat axtarışı elmi işin nəticələrini yoxlamaq üçün lazımdır, amma tədqiqat istiqamətinin seçilməsinə təsir etmir.      

e)

Ədəbiyyat axtarışı tədqiqat istiqamətini əsaslandırmağa kömək edir.        

7.

Əli AzTU-da “060612-Maşın mühəndisliyi” ixtisası üzrə magistr təhsili alır və digər 4 nəfər magistr tələbə yoldaşı ilə birlikdə tədqiqat işini yekunlaşdırmışdır və giriş hissəni yazmaq istəyir. Giriş hissəsində tədqiqatın metodu necə təsvir edilməlidir?

a)

   Tədqiqatda istifadə edilən hər bir metodun adı sadalanmalıdır.

b)

Metodologiya giriş hissəsində tam açıqlanmalıdır

c)

Seçilmiş metod əsaslandırılması ilə birlikdə qısa təsvir edilməlidir.

d)

Giriş hissəsində metodlar qeyd olunmamalıdır.

e)

Metodlar yalnız nəticələr hissəsində izah edilməlidir.