Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

SarAcademy

Total questions: 20

Worksheet time: 2hrs 5mins

Name
Class
Date
1.

Ən Gözəl Hədiyyə

Kəndin kənarındakı balaca daxmada təkbaşına yaşayan Qoca Yunus çox sakit və mərifətli bir adam idi. O, illərdir ki, toxuculuqla məşğul olurdu. Əlləri yorulsa da, ürəyi yorulmazdı. Hər il qış gəlməmişdən əvvəl kənddəki kasıb uşaqlara əlcəklər, papaqlar toxuyar, heç bir ad qoymadan evlərinin qapısına qoyub gedərdi.

Heç kim onun kim olduğunu bilmirdi. Amma hər kəs o “görünməz mələk”dən danışırdı. Bir gün kəndin zəngin adamlarından olan Teymur kişi təsadüfən bu sirrin üstünü açdı. Günorta vaxtı meşə yolunda Yunusun əlindəki torbanı gördü. Onu izləyib hər şeyi başa düşdü.

Ertəsi gün kəndin ortasında böyük elan yapışdırıldı: “Qoca Yunus bu il də uşaqlarımızı qışın soyuğundan qorudu. Minnətdarıq!”

Yunus bu elanı görəndə üzündəki təbəssüm itdi. Axşama doğru bir məktub tapıldı: “Mən kömək etməyi göstərmək üçün yox, sevindirmək üçün edirdim. İndi isə artıq davam etməyəcəm. Sevgi səssiz olanda daha dəyərlidir.”

Həmin gündən sonra uşaqlar nə papaq gördü, nə də əlcək. Amma hər dəfə qış gələndə kəndin ortasında bir uşaq:

— Ən gözəl hədiyyə, səssiz edilən yaxşılıqdır, — deyirdi.

1. Mətnin əsas ideyası nədir?

a)

Qış aylarında yardım etmək vacibdir.

b)

Yaxşılıq edərkən tanınmaq istəyilə deyil, səmimi niyyətlə hərəkət edilməlidir.

c)

Kənd həyatının çətinlikləri haqqında məlumat verilir.

d)

Kasıb uşaqlar həmişə köməyə möhtacdır.

2.

 Qoca Yunusun toxuduğu geyimləri uşaqlara necə çatdırdığı göstərilib?

a)

A) Kəndin ortasında paylayırdı.

b)

B) Məktəbə gətirirdi.

c)

C) Evdən-evə gedərək qapıya qoyurdu.

d)

D) Uşaqların özlərinə verirdi.

3.

Teymur kişinin hadisədəki rolu nə idi?

a)

A) Qoca Yunusa kömək edirdi.

b)

B) Məktubu yazan şəxs idi.

c)

C) Qoca Yunusun kim olduğunu ortaya çıxardı.

d)

D) Uşaqlara əlcək bağışlayırdı.

4.

Qoca Yunusun yardımını dayandırmasının səbəbi nə idi?

a)

A) Artıq toxuya bilmirdi.

b)

B) Xəstələnmişdi.

c)

C) Kənddə tanınmaqdan narahat oldu.

d)

D) Teymur kişi onunla mübahisə etmişdi.

5.

Mətnin sonunda uşaqların dediyi cümlə nəyi ifadə edir?

a)

A) Uşaqlar artıq Yunusu tanımır.

b)

B) Onlar başa düşüblər ki, səmimi yaxşılıq səssiz ediləndir.

c)

C) Uşaqlar yeni geyimlər alıblar.

d)

D) Onlar Teymur kişiyə minnətdardırlar.

6.

Mürəkkəb feilləri seçin:

1. Səmimi olmaq 2. Yada salmaq 3. Ağ eləmək

4. Oxuya-oxuya 5. Təəccüblənmək 6. Yaza bilmək

a)

A) 1,5, 6

b)

B) 1, 4, 6

c)

C) 2, 3, 5

d)

D) 1, 2, 4

7.

Əsas nitq hissələri ilə bağlı doğru fikri müəyyən edin:

a)

A) Əsas nitq hissələrinin leksik mənası olmur.

b)

B) Sadəcə mənanı qüvvətləndirməyə xidmət edir.

c)

C) Əsas nitq hissələri suala cavab verir.

d)

D) Adətən, leksik şəkilçi qəbul etmir.

8.

Feildən düzələn isimlər cərgəsini müəyyən edin:

a)

A) yataq, əlcək, döşək

b)

B) süzmə, bilik, sevinc

c)

C) kitab, gözəllik, birlik

d)

D) itkin, gülünc, kəskin

9.

Hansı cümlədə yönlük halda olan ismin tələffüzü fərqlənir?

a)

A) Ayıdan qorxan meşəyə girməz.

b)

B)Dərziyə köç dedilər ̶ iynəsini yaxasına sancdı.

c)

C)Eşşəyə gücü çatmır,palanı döyür.

d)

D)Elçiyə zaval olmaz.

10.

Fərqləndirilmiş sözlərin hansına hal şəkilçisi əlavə edildiyinə gorə ikinci sait düşüb?

a)

A)Yalanın ömrü az olar.

b)

B)Hər eybi üzə vurmazlar.

c)

C)Hər çiçəyin öz ətri var.

d)

D) Yaman olmasa, yaxşının qədri bilinməz.

11.

Qeyri-müəyyənlik bildirən yiyəlik halda olan isimlərdən hansını müəyyənlik bildirən yiyəlik hala çevirmək olur?

a)

A) alma ağacı

b)

B)Kəpəz dağı

c)

C) Qız qalası

d)

D) qartal yuvası

12.

Cümlələrdən hansında [nan2] şəkilçisi ismin çıxışlıq hal şəkilçisidir?

a)

A) Böyük adamın böyüklüyü kiçik [adamlarnan] rəftarında aşkara çıxar.

b)

B) İnsan dili ilə deyil,etdiyi [işlərnən] öyünməlidir.

c)

C)[Ölümnən] qorxmayan millətə ölüm yoxdur.

d)

D) Nifrətə [nifrətnən] deyil, yalniz [məhəbbətnən] son qoymaq olar.

13.

Yer zərfi olan cümləni seçin. 

a)

A) Biz dəniz kənarına getdik.       

b)

B) Qağayılar ləpələrin üstündə uçuşurdular.

c)

C) İrəlidə təpələr görünürdü.

d)

D) Dərələri,düzləri var ölkəmin.

14.

Zərflərdən ibarət cərgəni seçin.

a)

A.ölkə,meydan,camaat

b)

B.dadlı,buğdayı,stolüstü

c)

C.on beş,ikinci,əvvəlinci

d)

D.qəsdən,birdən-birə,hərdən

15.

İsmi xəbərli cümlə hansıdır?

a)

A) Sabah kinoya gedecəyik

b)

B) Bu əsəri yenə oxuyacağam

c)

C) Sənin istədiyin kitabdan bizdə yoxdur

d)

D) Qardaşım tətili kənddə keçirəcək

16.

"İndi onun ən yaxın dostu mənəm" cümləsinin xəbəri hansı nitq hissəsi ilə ifadə edilmişdir?
      

a)

A) zərflə

b)

   B) isimlə

c)

C) sifətlə

d)

   D) əvəzliklə

17.

Mübtəda və xəbər arasında uzlaşma əlaqəsi hansı cümlədə pozulmuşdur?
        

a)

A.Musiqi çalınır.

b)

B.Heç zaman ,heç yerə mən tələsmirəm. 

c)

C.Bahar nə xoş gəlir,ruha dad verir.       

d)

D.Yarpaqlar tökülür.

18.

"On birincilər  son zəngə hazırlaşırlar" cümləsinin mübtədası hansı nitq hissəsi ilə ifadə olunmuşdur?
      

a)

A.isimlə

b)

  B.sifətlə

c)

C.əvəzliklə

d)

  D.sayla

19.

Xəbəri feilin lazım şəkli ilə ifadə olunmuş cümləni müəyyən edin.

a)

A) Dünən dediklərimi bu gün alsınlar.

b)

B) Sabah kəndə getməliyəm.

c)

C) Deyəsən, sən də bizimlə gələsən.

d)

D) Qonaq bu gün gələsi deyil.

20.

Hansı cümlənin xəbəri frazeoloji birləşmə ilə ifadə olunub?

a)

A.Bu gün də gözləri yol  çəkirdi.   

b)

B.Kimsə sevinclə dilləndi.     

c)

C.Hamı sakit dayanmışdı.       

d)

D.Köksünü ötürüb üzümə baxdı.