wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Tur iq test 1

Total questions: 28

Worksheet time: 14mins

Name
Class
Date
1.

Turizmin iqtisadi xüsusiyyətlərindən biri deyildir:

a)

insanın mənəvi tələbatını ödəmək

b)

yeni iş yerlərinin açılması

c)

regionların inkişafının stimullaşdırılması

d)

sahibkarlıq fəaliyyətinin genişlənməsi

e)

iqtisadi dəyərin yaradılması

2.

Turizmin iqtisadiyyatının əsas məqsədləri hansı sırada tam izah olunmuşdur?

a)

turistin psixoloji tələbatını maksimum dərəcədə təmin etmək, turizm təklifi edən təşkilatın gəlirlərini maksimum dərəcədə artırmaqdır. 

b)

ölkə üzrə turist tələbatının artmasını təmin etmək və təklifi artırmaq

c)

ölkə üzrə yeni iş yerlərini açmaqla işsizliyin azaldılması

d)

mono-mədəniyyət anlayışının genişləndirilməsi

e)

turistlərin tələbatının ödənilməsi

3.

Turizmin elm kimi ilk təbliği nə vaxt və kim tərəfindən olmuşdur?

a)

1905 G.Feuler

b)

1906 F.Geuler

c)

1841 T.Kuk

d)

1850 Hilton

e)

1905 T.Kuk

4.

Sabitlik iqtisadi anlayış kimi necə izah olunur?

a)

iqtisadi artımda və qiymətlərin səviyyəsindəki stabilliyi əks etdirir

b)

işçilərin işdən çıxması ilə müşahidə olunur.

c)

turizm məhsullarından istifadə ilə izah olunur.

d)

Turizm xidmətlərindən istifadə ilə izah olunur. 

e)

tuirzm firmalarının sayı ilə müəyyən olunur. 

5.

Xidmәtlәr bazarından turizm firmalarına gedәn axın necә adlanır?

a)

satışdan gәlirlәr 

b)

istehlak xәrclәri 

c)

pul gәlirlәri 

d)

resurslar

e)

xәrclәr 

6.

Turizmin regionun sosial-mədəni inkişafına təsirini izah edən variantlardan biri səhvdir:

a)

regionda yeni iş yerləri yaranır. 

b)

kənd təsərrüfatı məhsullarının sərfəli satışı təmin olunur.

c)

kənd əhalisinin yaşayış səviyyəsi yüksəlir

d)

təbii-mədəni abidələrin qorunmasına şərait yaradır. 

e)

sosial-mədəni infrastrukturun qorunmasına şərait yaradır. 

7.

Aşağıdakılar turizmin inkişafında hansı dövrə aiddir? Milli gəlir, adambaşına düşən gəlir artmış, ETT inkişaf etmiş, istehsalda yeni üsullar kəşf edilmiş, insanların asudə vaxtları çoxalmış, insanların satınalma gücündə artım olmuşdur. 

a)

II Sənaye İnqilabından sonrakı dövrə

b)

I Dünya müharibəsindən əvvəlki illərə

c)

I Dünya müharibəsindən sonrakı illərə

d)

II Dünya müharibəsindən sonrakı illərə

e)

Sənaye inqilabından əvvəlki illərə

8.

1905-ci ildə turizmin elmi təbliği hansı alim tərəfindən yayılmışdır?

a)

G.Feuler

b)

T.Kuk

c)

C.Kuk

d)

Herodot

e)

Aristotel

9.

İlk səyyahlar kimlər olmuşlar?

a)

Zəvvarlar

b)

İşğalçılar

c)

Turistlər

d)

Ekskursantlar

e)

Dağ bələdçiləri

10.

İlk səyyahlar hesab olunan ......... Səyahət müddətində əsas məqsədi dini məbədlərlə tanışlıq və dini təbliğ etmək olmuşdur:

a)

zəvvarların 

b)

aqroturistlərin

c)

alpinistlərin

d)

raftinq sürənlərin

e)

dalğıcların

11.

Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü işlətmişlər:

a)

qədim yunan alimləri

b)

qədim çin alimləri

c)

qədim hindli alimlər

d)

qədim romalılar

e)

qədim misirlilər

12.

Bu söz yunan dilindən tərcümədə "oykos" və "nomos" sözlərinin birləşməsindən əmələ gəlmişdir:

a)

İqtisadiyyat

b)

İnvestisiya

c)

İnflyasiya

d)

Diversifikasiya

e)

Multiplikasiya

13.

2008/2012-ci illərdə bu ölkədə baş verən iqtisadi böhran turizm sektoruna əhəmiyyətli təsir göstərdi:

a)

ABŞ

b)

Yaponiya

c)

Çin

d)

Rusiya

e)

İngiltərə

14.

2008/2012-ci illərdə ABŞ-da baş verən iqtisadi böhran başlamışdı:

a)

Daşınmaz əmlak bazarında

b)

İT sektorunda

c)

Elmi-texnoloji tərəqqi sahəsində

d)

Təhsil sektorunda

e)

Turizm sektorunda

15.

V.İ.Azar turizmi iqtisadi anlayış kimi təhlil edərkən:

a)

turizmi milli iqtsiadiyyatın elementi və dünya iqtisadiyyatının ayrılmaz bir hissəsi kimi göstərir. 

b)

turməhsul istehsalçıları ilə istehlakçıları arasında maraqlara xidmət edən iqtisadiyyat sahəsi kimi göstərir. 

c)

turizmi dar mənada öyrənir. 

d)

turizmi iqtisadiyyatın bir sahəsi kimi tanımır. 

e)

turizmi adi fəaliyyət kimi səciyyələndirir. 

16.

Ekonomika ( iqtisadiyyat ) termini qәdim yunan dilindәn tәrcümәdә nәyi ifadә edir?

a)

ev tәsәrrüfatının idarә edilmәsi qaydaları

b)

 ticarәt

c)

tәsәrrüfat fәaliyyәti 

d)

әmtәә istehsalı 

e)

maliyyә 

17.

Turist qəbul edən ölkələr üçün turizmin ən vacib iqtisadi təsiri hansıdır?

a)

Ölkə üçün gəlir yaradır

b)

Vergiləri azaldır

c)

Regional inflyasiyanı artırır

d)

Mal istehsalını artırır

e)

Təmizlik xərclərini artırır

18.

Turizmə təsir edən mənfi amillərə aşağıdakılar daxildir:

a)

böhranların əmələ gəlməsi, sənaye istehsalının aşağı düşməsi, valyuta sistemində qeyri stabillik

b)

Real gəlirlərin artımı, gəlirlərin daha müntəzəm bölüşdürülməsi, valyuta kursunun stabil vəziyyəti

c)

Turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanmasına və tətbiq edilməsinə nail olmaq, təbii inhisarçılığa şərait yaratmaq

d)

Əhalinin öz mədəni irsinə marağı artır, iqtisadi cəhətdən zəif inkişaf etmiş regionlarda ətraf mühitin mühafizəsi məsələləri həll edilir, dövlət inhisarçılığa şərait yaradır

e)

Yerli məhsul və xidmətlərin, torpaq və digər təbii resursların qiyəmtələrinin yüksəldilməsi, turizm məhsullarının idxalı zamanı ölkədən valyuta axınları, ekoloji və sosial problemlərin meydana çıxması

19.

 Dünyadakı turizm hərəkətlərinin sürətlənməsi və yayılması aşağıdakı hadisələrdən hansından sonra baş verdi?

a)

II Dünya müharibəsi

b)

I Dünya müharibəsi

c)

Böyük Coğrafi Kəşflər

d)

Soyuq müharibə

e)

SSRİ-nin dağılması

20.

Aşağıdakılardan hansı turizmin yoxsulluq üzərindəki dolayı təsirlərindən biridir?

a)

fermerlərin qazancı

b)

fəhlələrin gəlirləri

c)

restoranlarda işləmək

d)

infrastrukturun inkişafı

e)

Təbiət abidələrinin aşınması

21.

II Sənaye İnqilabının turizmə verdiyi təsirlərdən hansı yalnışdır?

a)

inflyasiyanın artımı

b)

insanların satınalma gücündə artım

c)

adambaşına düşən gəlirdə artım

d)

milli gəlirdə artım

e)

İstehsalda yeni üsulların kəşfi

22.

Turizmin idxalı nədir?

a)

turist təəssüratlarının ölkəyə gətirilməsidir ki, eyni zamanda turistlərin pullarının ölkədən çıxarılması ilə müayiət olunur

b)

turist təəssüratlarının ölkədən çıxarıldığı halda turistlərin pullarının ölkəyə daxil olması ilə müşayiət olunur. 

c)

Xaricdən turistlərin ölkəyə səfəridir. 

d)

Regiona mütəmadi olaraq turistlərin axınıdır.

e)

Mürәkkәblik vә çoxlu sayda idarә sәviyyәlәrinin olmasıdır

23.

Turizmin ixracı nədir?

a)

turist təəssüratlarının ölkədən çıxarıldığı halda turistlərin pullarının ölkəyə daxil olması ilə müşayiət olunur. 

b)

turist təəssüratlarının ölkəyə gətirilməsidir ki, eyni zamanda turistlərin pullarının ölkədən çıxarılması ilə müayiət olunur.  

c)

Mürәkkәblik vә çoxlu sayda idarә sәviyyәlәrinin olmasıdır

d)

Ölkə vətəndaşlarının mütəmadi olaraq xaricə etdiyi səfərlərdir.

e)

Valyutanın ölkədən xaricə axınıdır. 

24.

Turgünlərin sayı hansı düsturla hesablanır?

a)

G=S*tor

b)

G=S*P

c)

S=G*P

d)

S=G*tor

e)

P=S*tor

25.

Zaqatala rayonuna 2024-cü ilin may-sentyabr aylarında 10000 nəfər turist səfər etmiş, turistlərin regionda keçirdiyi orta müddət 3.5 gündür. Turgünlərin sayını hesablayın.

a)

35000

b)

2857

c)

13500

d)

1350

e)

3500

26.

Mövcud regionda turistlərin xərclərinin yekun həcmi hesablanır:

a)

P=G*Xor

b)

G=S*tor

c)

G=S*P

d)

P=G*S

e)

P=S*tor

27.

ÜMM hansı düsturla hesablanır?

a)

C+İ+G+ (x-m)

b)

Əq = Gmax/Gmin*100%

c)

G = S×Tor

d)

PΣ = G×Хоr

e)

Gç = Çi×365+Çm×Tm

28.

Multiplikator effekti iqtisadiyyata nə vaxt və kim tərəfindən daxil olmuşdur?

a)

1931 Riçard Kan

b)

1936 A.Smit

c)

1935 Riçard Kan

d)

1934 Hensiker

e)

1932 Krapf