Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

makro 1

Total questions: 25

Worksheet time: 25mins

Name
Class
Date
1.

Xalis Şəxsi Gəlir necə hesablanır?

a)

Şəxsi gəlirdən şəxsi gəlir vergisi və digər qeyri-vergi ödəmələrini çıxdıqdan sonra qalan gəlirdir

b)

Yerli vətəndaşların xaricdə əldə etdiyi gəlirləri ÜDM-yə əlavə etməklə və xaricilərin ölkədə qazandıqları gəlirləri ÜDM-dən çıxmaqla alınır

c)

İstehlak, İnvestisiya, Dövlət Xərcləri və Xalis İxracatın cəmi kimi hesablanır

d)

Ölkə vətəndaşlarının ümumi gəlirlərindən amortizasiya xərclərini çıxdıqdan sonra alınır

e)

XMM-dən dolayı biznes vergilərini çıxmaqla və biznes dotasiyalarını əlavə etməklə hesablanır

2.

Şəxsi Gəlir nəzərə almır?

a)

Bunların hamısını

b)

Korparasiyanın qazandığı, lakin sahibinə ödəmədiyi mənfəəti, yəni saxlanılan gəlirləri

c)

Onların borc kağızlarından əldə etdikləri faiz gəlirlərini

d)

Ailə təsərrüfatlarının sosial rifah və sosial müdafiə kimi dövlət proqramlarından əldə etdikləri gəlirləri

e)

Korporativ Gəlir Vergisini və sosial sığorta ilə bağlı ödəmələri

3.

Milli Gəlir (MG) necə hesablanır?

a)

Ölkə vətəndaşlarının ümumi gəlirlərindən amortizasiya xərclərini çıxdıqdan sonra alınır

b)

İstehlak, İnvestisiya, Dövlət Xərcləri və Xalis İxracatın cəmi kimi hesablanır

c)

XMM-dən dolayı biznes vergilərini çıxmaqla və biznes dotasiyalarını əlavə etməklə hesablanır

d)

Hər hansı istehsalçının ÜMM-un istehsalına sərf etdiyi əlavə dəyərin cəmlənməsi ilə hesablanır

e)

Şəxsi gəlirdən şəxsi gəlir vergisi və digər qeyri-vergi ödəmələrini çıxdıqdan sonra qalan gəlirdir

4.

Ümumi Daxili Məhsul (ÜDM) necə hesablanır?

a)

İstehlak, İnvestisiya, Dövlət Xərcləri və Xalis İxracatın cəmi kimi hesablanır

b)

Ölkə vətəndaşlarının ümumi gəlirlərindən amortizasiya xərclərini çıxdıqdan sonra alınır

c)

XMM-dən dolayı biznes vergilərini çıxmaqla və biznes dotasiyalarını əlavə etməklə hesablanır

d)

Yerli vətəndaşların xaricdə əldə etdiyi gəlirləri ÜDM-yə əlavə etməklə və xaricilərin ölkədə qazandıqları gəlirləri ÜDM-dən çıxmaqla alınır

e)

Şəxsi gəlirdən şəxsi gəlir vergisi və digər qeyri-vergi ödəmələrini çıxdıqdan sonra qalan gəlirdir

5.

Aşağıda göstərilənlərdən hansı ÜMM-ə daxil edilir:

a)

ölkə vətəndaşlarının xarici firmaların səhmlərinə görə aldıqları dividentlər

b)

köhnə avtomobilin alınması

c)

ölkənin özəl firmasında müvəqqəti işləyən xarici menecerin gəliri

d)

özəl firmaların faiz ödəmələri

e)

xarici firmanın ölkədə əldə etdiyi mənfəət

6.

İnsan kapitalı bir çox cəhətdən fiziki kapitala bənzəyir. Doğru olanını seçin:

a)

Bunların hamısı

b)

Fiziki kapital kimi, insan kapitalı da istehsal olunmuş istehsal amilidir

c)

Fiziki kapital kimi, insan kapitalı hər hansı dövlətin əmtəə və xidmət istehsal etmək qabiliyyətini artırır

d)

İnsan kapitalınının iqtisadi artım üçün xüsusi əhəmiyyət kəsb etdiyini iddia edirlər

e)

İnsan kapitalına qoyulan investisiya, fiziki kapitala qoyulan investisiya kimi alternativ dəyərə malikdir

7.

Əgər insan kapitalı müsbət təsirlərə malikdirsə

a)

beyin axını həmin insanların daha kasıb olmasına səbəb olar

b)

beyin axını kasıb dövlətin insan kapitalı ehtiyatını artırar

c)

beyin axını həmin insanların daha varlı olmasına səbəb olar

d)

bunların hamısı

e)

beyin axını həmin insanların rifah halına təsir etməz

8.

İnsan kapitalı nəyi ifadə edir

a)

əmtəə və xidmətlərin istehsal edilməsi üçün istifadə edilən avadanlıq və strukturları göstərir

b)

bunların hamısı

c)

cəmiyyətin dünyanın necə işləməsi haqqında biliklərini ifadə edir

d)

vahid vaxt ərzində istehsal olunan məhsulun miqdarını göstərir

e)

biliklərin işçi qüvvəsinə köçürülməsinə sərf olunan sərvətləri göstərir

9.

İnkişafın səmərəlilik effekti nədir

a)

yoxsul ölkələrin varlı ölkələrə nisbətən daha sürətlə inkişaf etməsi xüsusiyyətidir

b)

iqtisadi rifahın cəmiyyət üzvləri arasında adil surətdə bölüşdürülməsi xüsusiyyətidir

c)

istehsal amilləri artdıqca hər bir əlavə istehsal amili vahidindən əldə olunan gəlirin azalması xüsusiyyətidir

d)

varlı ölkələrin yoxsul ölkələrə nisbətən daha sürətlə inkişaf etməsi xüsusiyyətidir

e)

cəmiyyətin malik olduğu qıt sərvətlərdən maksimum dərəcədə faydalanmaq xüsusiyyətidir

10.

Verginin azalması ailə təsərrüfatlarının istənilən faiz dərəcəsində əmanət toplamaq həvəsini artırdığı üçün

a)

təklif olunan siyasət hər bir faiz dərəcəsində borc kapitalının təklifini artıracaqdır

b)

hər bir faiz dərəcəsində investisiya miqdarını və bununla da borc kapitalına olan tələbi artıracaqdır

c)

hər bir faiz dərəcəsində investisiya miqdarını və bununla da borc kapitalına olan tələbi dəyişdirəcəkdir

d)

təklif olunan siyasət hər bir faiz dərəcəsində borc kapitalının tələbini artıracaqdır

e)

təklif olunan siyasət hər bir faiz dərəcəsində borc kapitalının tələbini azaldacaqdır

11.

Əmanətlərini artırmaq istəyənlərin təklif etdiyi vəsaitlərlə, investisiya etmək istəyənlərin tələb etdiyi vəsaitlərin uzlaşdırılmasını təmin edən hansı mexanizmdir

a)

maliyyə sistemi

b)

bazar mexanizmi

c)

səmərəli bazarlar hipotezi

d)

bazarların irasionallığı

e)

milli hesablar sistemi

12.

ABŞ dövlətinin kredit riski aşağı olduğu üçün

a)

dövlətin buraxdığı istiqrazlar adətən çox aşağı faiz verir

b)

çox yüksək faiz dərəcəsi təklif edən dəyərsiz istiqrazlar buraxır

c)

dövlətin buraxdığı istiqrazlar adətən çox yuxarı faiz verir

d)

çox aşağı faiz dərəcəsi təklif edən dəyərsiz səhmlər buraxır

e)

çox yüksək faiz dərəcəsi təklif edən dəyərsiz səhmlər buraxır

13.

Son alqı-satqı günündə satılan səhmlərin miqdarıdır

a)

dividentin həcmi

b)

səhm üzrə gəlir

c)

əməliyyat həcmi

d)

səhm indeksi

e)

qiymət-mənfəət nisbəti

14.

Müəssisədə qismən sahibkarlığa iddia sənədidir

a)

Çeklər

b)

Bank sertifikatı

c)

Veksel

d)

Səhm

e)

Istiqraz

15.

Kiçik ərzaq dükanı biznesini maliyyələşdirmək üçün hansı maliyyə vasitəçilərindən istifadə edə bilər?

a)

istiqraz və səhm bazarından

b)

birgə fondlardan

c)

kredit ittifaqlarından

d)

yerli banklardan

e)

sığorta şirkətləri və kredit təklif edən şəxslərdən

16.

Səmərəli Bazar Hipotezinin ikinci mənası odur ki:

a)

bazar qiymətində təklif edilən səhmlərin sayı, məhz insanların almaq istədikləri səhmlərin sayından çoxdur

b)

bazar qiymətində təklif edilən səhmlərin sayı, məhz insanların almaq istədikləri səhmlərin sayına bərabərdir

c)

bazar qiymətində tələb edilən səhmlərin sayı, məhz insanların satmaq istədikləri səhmlərin sayından çoxdur

d)

bazar qiymətində təklif edilən səhmlərin sayı, məhz insanların almaq istədikləri səhmlərin sayından azdır

e)

bazar qiymətində tələb edilən səhmlərin sayı, məhz insanların satmaq istədikləri səhmlərin sayına bərabərdir

17.

Bazarda daha yaxşı nəticə göstərməyin qeyri-mümkün olduğunu deyir:

a)

Birgə fondlar

b)

Səmərəli bazarlar hipotezi

c)

İndeks fondları

d)

Ən fəal fond menecerləri

e)

Portfel menecerləri

18.

Şirkətin mənfəətliliyini müəyyən edən amilləri göstərin:

a)

Müştərilərin sadiqliyi

b)

Hansı hökumət tənzimlənməsi və vergi yükü ilə üzləşməsi

c)

Onun məhsuluna olan tələb

d)

Bunların hamısı

e)

Işçilərin həmkarlar təşkilatında birləşib-birləşməməsi

19.

12. Səmərəli bazarlar hipotezinə əsasən:

a)

insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları şirkətlərin illik hesabatlarını oxumaqla əldə edirlər

b)

insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları “Wall Street” təhlilçilərinin məsləhətlərinə qulaq asmaqla alırlar

c)

insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları fundamental təhlillər aparan və qərarlar verən menecerlərdən alırlar

d)

insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları rasional şəkildə istifadə edirlər

e)

insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları irasional şəkildə istifadə edirlər

20.

Sığorta bazarlarının riski bölüşmək qabiliyyətinə mane olan arzu edilməyən seçimi müəyyən edin:

a)

insanlar sığortanı aldıqdan sonra onlar riskli davranışlarına az diqqət yetirirlər

b)

böyük riskli şəxs aşağı riskli şəxsə nisbətən daha gec-gec sığortaya müraciət edir

c)

böyük riskli şəxs aşağı riskli şəxsə nisbətən daha tez-tez sığortaya müraciət edir

d)

insanlar sığortanı aldıqdan sonra onlar riskli davranışlarına çox diqqət yetirirlər

e)

insanlar sığortanı aldıqdan sonra onlar riskli davranışlarına diqqət yetirmirlər

21.

Əgər r faiz dərəcəsidirsə, onda N ildən sonra alınacaq X məbləğinin cari dəyəri necə hesablanır?

a)

(2+r)N x X

b)

X ⁄ (1−r)N

c)

X ⁄ rN

d)

(1–r)N x X

e)

X ⁄ (1+r)N

22.

Verilmiş səhm indeksində olan bütün səhmləri alan qarşılıqlı fonddur:

a)

Sığorta fondu

b)

Maliyyə fondu

c)

Ən fəal fond menecerləri

d)

Birgə fondlar

e)

İndeks fondları

23.

Federal Ehtiyatlar Sisteminin monetar siyasət vasitələrinə 3 alət daxildir:

a)

Gəlirin həcmi, istehlakın həcmi, psixoloji amil

b)

Mübadilə vasitəsi, hesablama vahidi, əmanət vasitəsi

c)

Faiz norması, istehlakın və yığımın həcmi

d)

Açıq bazar əməliyyatları, ehtiyatlar üzrə tələblər, diskont faizi

e)

Tələb üzrə depozitlər, səyahətçi çekləri, qısamüddətli depozitlər

24.

Birləşmiş Ştatların iqtisadiyyatındakı pul kütləsinin M1 pul aqreqatına aşağıdakılardan hansıları aiddir:

a)

Bunların hamısı

b)

Tələb üzrə depozitlər

c)

Səyahətçi çekləri

d)

Valyuta (nəğd pul)

e)

Digər çek depozitləri

25.

Ölkədə əmtəə və xidmətlərin alqı--satqısını təmin edən, nəğd və nəğdsiz (ödəmə) formalarda olan pul vəsaitlərinin (pul aqreqatlarının) məcmusu

a)

Pul kütləsi

b)

Pul sistemi

c)

Pul bazası

d)

Pula olan tələb

e)

Pul aqreqatı