wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Müəssisə iqtisadı - 6 (2024)

Total questions: 20

Worksheet time: 16mins

Name
Class
Date
1.

Bazarda 2 böyük firmanın hökmranlıq etdiyi hal necə adlanır?

a)

Xalis inhisar bazarı

b)

Dominant firmalar bazarı

c)

Duopoliya bazarı

d)

İnhisarçı-rəqabət bazarı

e)

Təkmil rəqabət bazarı

2.

Oliqopoliya şəraitində firmaların davranışları niyə strateji xarakter daşıyır?

a)

Hər bir firmanın qərarlarının davranışının nəticəsi yalnız öz qərarlarından deyil, həm də rəqiblərin davranışlarından (qərarlarından) asılı olduğuna görə

b)

Bazarda satıcı firmaların sayının az, alıcıların sayının isə çox böyük olmasına görə

c)

Bazarda olan firmaların hər birinin mənfəətini maksimumlaşdırmağa çalışdığına görə

d)

Bazarda olan firmaların heç biri qiymətə təsir göstərə bilmədiyinə görə

e)

Bu, firmaların davranışlarını modelləşdirmək üçün qəbul edilən şərtdən başqa bir şey deyildir

3.

Bir qayda olaraq oliqopoliya bazarlarında qiymət:

a)

xalis inhisar qiymətindən yüksək, təkmil rəqabət qiymətindən aşağı olur

b)

həm xalis inhisar qiymətindən, həm də təkmil rəqabət qiymətindən yüksək olur

c)

xalis inhisar qiymətindən aşağı, təkmil rəqabət qiymətindən yüksək olur

d)

həm xalis inhisar qiymətindən, həm də təkmil rəqabət qiymətindən aşağı olur

e)

xalis inhisar qiymətindən yüksək olur

4.

Bu əlamətlərdən hansı oliqopoliya bazarına xas deyil?

a)

belə bazarda qiymətə təsir göstərə bilən bir neçə (adətən 2-5 arası) iri firma olur

b)

belə bazarda firma üfüqi tələb əyrisi ilə üzləşir

c)

belə bazarda satılan əmtəələrin oxşarı və ya əvəzediciləri olur

d)

belə bazarlara giriş maneələri əhəmiyyətli dərəcədə olduğundan yeni firmaların daxil olması xeyli dərəcədə çətin olur

e)

belə bzarlarda firmaların qərarları strateji xarakter daşıyır

5.

Kartel sazişi nədir?

a)

bazarda olan firmaların alqı-satqı məqsədli kommersiya sazişləridir (razılaşmalarıdır)

b)

müxtəlif sahələrdə olan firmalar arasında əməkdaşlıq sazişləridir (razılaşmalarıdır)

c)

irimiqyaslı və böyük kapital tələb edən biznes layihələrinin birgə həyata keçirilməsi məqsədi güdən kommersiya razılaşmalarıdır

d)

bazarın inhisarlaşdırılması məqsədilə rəqib firmalar arasında əldə olunan məxfi sazişlərdir (razılaşmalardır)

e)

aquli münasibətlərdə olan firmalar arasında olan kommersiya razılaşmalarıdır

6.

Təkmil rəqabət bazarı modelinin əlamətlərindən hansı yanlış verilmişdir?

a)

belə sahə bazarlarında çox sayda kiçik firmalar (bazarın miqyası ilə müqayisədə) olur

b)

bütün iştirakçılar tam bazar informasiyasına malik olurlar

c)

hər cür istehsal texnologiyaları bütün firmalar üçün eyni qədər əlçatandır

d)

firmalar heç bir maneəsiz bazara daxil ola yaxud onu tərk edə bilirlər

e)

firmaların bazara çıxardıqları mallar fərqliləşdirilmiş olur

7.

İnhisarçı rəqabət bazarı modelində firma:

a)

bazar qiyməti ilə hesablaşır, lakin məhsuluna qiyməti özü təyin edir

b)

bazar qiymətini qəbul edir

c)

bazar qiyməti ilə hesablaşmadan məhsuluna qiyməti özü təyin edir

d)

qiyməti son hədd xərclərindən aşağı təyin edir

e)

qiyməti inhisar səviyyədə təyin edir

8.

Məhsulun fərqliləşdirilməsi dedikdə nə başa düşülür?

a)

sahə bazarında olan firmaların alıcılara bir-birinə çox yaxın, lakin heç də bütün əlamətlərinə görə tamamilə eyni olmayan məhsulları təklif etməsi başa düşülür

b)

sahə bazarında olan firmaların alıcılara bir-birinə çox yaxın və bütün əlamətlərinə görə bir-biri ilə tamamilə eyni olan məhsulları təklif etməsi başa düşülür

c)

sahə bazarında olan firmaların alıcılara bir-birini qarşılıqlı əvəzləyə bilməyən və fərqli təyinatlı məhsulları təklif etməsi başa düşülür

d)

sahə bazarında olan firmaların alıcılara bir-birini qarşılıqlı tamamlayan məhsulları təklif etməsi başa düşülür

e)

sahə bazarında olan firmaların alıcılara müxtəlif sahələrin məhsullarını təklif etməsi başa düşülür

9.

Məhsulun fərqliləşdirilməsinin növləri hansılardır?

a)

şaquli fərqliləşdirmə və paralel fərqliləşdirmə

b)

şaquli fərqliləşdirmə və üfüqi fərqliləşdirilmə

c)

qismən fərqliləşdirmə və tam fərqliləşdirmə

d)

zahiri fərqliləşdirmə və daxili fərqliləşdirmə

e)

forma fərqliləşdirməsi və məzmun fərqliləşdirməsi

10.

Məhsulun keyfiyyəti dedikdə nə başa düşülür?

a)

əmtəənin öz təyinatına müvafiq müəyyən tələbatları ödəməyə yararlı olmasını təmin edən ayrı-ayrı xüsusiyyətləri başa düşülür

b)

istehlakçıların imkanlarına və zövqlərinə uyğun olaraq məhsulların fərqliləşdirilməsi başa düşülür

c)

əmtəənin daşıyıcısı olduğu və öz təyinatına müvafiq müəyyən tələbatları ödəməyə yararlı olmasını təmin edən özünəməxsus xassələrinin məcmusu başa düşülür

d)

istehlakçıların imkanlarına və zövqlərinə uyğun olaraq məhsulların həm məkan, həm də zamana görə fərqliləşdirilməsi başa düşülür

e)

əmtəənin müəyyən tələblərə uyğun xarici görünüşə, dizayna və ölçülərə malik olması başa düşülür

11.

Reklamın iqtisadi mahiyyəti nədir?

a)

tələb əyrisini sola doğru hərəkət etdirməsidir

b)

tələb əyrisini sağa doğru hərəkət etdirməsidir

c)

tələb əyrisini aşağıya doğru hərəkət etdirməsidir

d)

tələbi artırmasına rəğmən tələb əyrisini sabit saxlamasıdır

e)

bazara çıxarılan mallar barədə istehlakçıları məlumatlandırmaqdır

12.

Ticarət markası nədir?

a)

bir məhsulu digər oxşar məhsullardan ayıran ad, anlayış, simvol, rəng, dizayn və ya bunların müxtəlif kombinasiyasıdır

b)

hüquqi cəhətdən qorunan firma adı, əmtəə nümunəsi və ya onların əlaqələndirilməsidir

c)

bir malı (əmtəəni, xidməti) şəkilləndirən standartların tətbiq edilməsidir

d)

malın istehsalçısının kimliyini nümayiş etdirən, məhsulu onun istehsalçısı ilə eyniləşdirən simvoldur

e)

məhsulun səmərəli pərakəndə satışının təmin edilməsinə yönəldilmiş fəaliyyətlərin məcmusudur

13.

Xarakterinə və sosial əhəmiyyətinə görə reklamlar belə qruplaşdırılır:

a)

məlumatlandırıcı reklamlar və nəsihətedici (inandırıcı) reklamlar

b)

məhsul reklamları və institutsional reklamlar

c)

axtarılan malların reklamı, yoxlanılan malların reklamı və etimadlı malların reklamı

d)

bədii reklam, sosial reklam və kommersiya reklamı

e)

məlumatlandırıcı reklam və təbliğati reklamı

14.

Asimmetrik informasiyanın birinci tipi:

a)

müqavilənin imzalanmasından sonra yaranır və sövdələşmə tərəflərindən birinin digərinə qarşı yönəlmiş, lakin bilavasitə müşahidə olunması çətin olan gizli hərəkətləri ilə bağlı olur

b)

adətən sövdələşmə prosesində yaxud müqavilənin bağlanması anında yaranır və gizli əlamətlərlə əlaqədar olur

c)

adətən sövdələşmə prosesində yaxud müqavilənin bağlanması anında sövdələşmədə iştirak etməyən kənar şəxslərin birbaşa və ya gizli davranışları ilə əlaqədar olur

d)

müqavilənin imzalanmasından sonra yaranır və sövdələşmədə iştirak etməyən tərəflərdən birinin müqavilənin icrasına qarşı yönəlmiş gizli hərəkətləri ilə bağlı olur

e)

adətən ya sövdələşmə prosesindən qabaq, ya da üqavilənin bağlanmasından sonra yaranır və gizli əlamətlərlə əlaqədar olur

15.

Aşağıdakılardan hansı biri bazar siqnallarına aid deyil:

a)

reklam fəaliyyəti

b)

firma nişanı və firmanın etibarı

c)

standartlaşdırma yaxud eyni xidmətlər şəbəkəsinin yaradılması

d)

lisenziyalaşdırma və sertifikatlaşdırma

e)

təminat (qarantiya) sistemi

16.

Aşağıdakılardan hansı istehsalın təşkili amilləri sırasına daxil deyil?

a)

iş qüvvəsi (əmək)

b)

sahibkarlıq qabiliyyətləri

c)

kapital

d)

əmtəə

e)

torpaq və təbii resurslar

17.

Tələb əsaslı qiymət nədir?  

a)

sabit təklifi olan malın qiymətidir

b)

sabit tələbi olan malın qiymətidir

c)

dəyişən təklifi olan malın qiymətidir

d)

tələbi qeyri-müəyyən olan malın qiymətidir

e)

Tələbi olmayan malın qiymətidir

18.

İstehsal amillərinə olan tələb:

a)

İlkin tələbdir

b)

Törəmə tələbdir

c)

Yanaşı tələbdir

d)

Dəyişməyən tələbdir

e)

Dövlət tərəfindən irəli sürülən tələbdir

19.

Torpağın icarə haqqı:

a)

tələb əsaslıdır

b)

təklif əsaslıdır

c)

marjinal əsaslıdır

d)

xərc əsaslıdır

e)

dövlət sifarişi əsaslıdır

20.

Aşağıdakılardan hansı dövlət tərəfindən əmək bazarının tənzimlənməsi istiqamətlərinə aid deyildir?  

a)

işsizlərin sosial təminatının qurulması

b)

əmək bazarına giriş və çıxış maneələrinin müəyyən edilməsi

c)

əmək münasibətlərinin qanunvericilik təminatı

d)

əmək miqrasiyası

e)

minimum əmək haqqı səviyyəsinin təyin edilməsi