NEW
Font size
Worksheetsratatata
Total questions: 50
Worksheet time: 25mins
Tezislə bağlı verilən fikirlərdən biri yanlışdır:
Aydın və səlis şəkildə yazılmalıdır.
Əsas mövzunun yarım mövzularını sadalanır.
Yazınızın konkret mövzusunu göstərir.
Müddəalar irəli sürülmür.
Struktur metodu barədə məlumat verir.
Xülasə ilə bağlı deyilənlərdən biri doğrudur:
Bir qayda olaraq 1-2 paraqrafdan ibarət olur.
100-500 sözdən ibarət olur.
Görülən elmi işi yekunlaşdırmağa xidmət edir.
Tezis və ya dissertasiyanın sonuncu hissələrindəndir.
Həcmi mövzu və nəşriyyat tələblərindən asılı olaraq dəyişə bilər.
Esse haqqında fikirlərdən biri səhvdir:
Kiçik həcmli, sərbəst kompozisiyalı əsərdir.
Əsas hissəsi tezis-arqument formasında qurulur.
Əslən latın sözüdür, oradan fransız dilinə keçib.
İlkin mənası “götür-qoy edərək mühakimə yürütmək” deməkdir.
Giriş hissəsi 3-5 səhifə həcmində olur.
Verilən bölmələrdən biri metodoloji hissəyə daxil deyil:
Tədqiqatın məqsədi və problemin qoyuluşu
Əsas anlayışların interpretasiyası
Problemin və ya mövzunun formulə edilməsi
Tədqiqat obyektlərinin və predmetinin təyini
Araşdırma ərəfəsində həlli tələb olunan məsələlər
Biri metodoloji hissəyə aid deyil:
Tədqiqatın məqsədi və problemin qoyuluşu
Əsas anlayışların interpretasiyası
Tədqiqat obyektlərinin və predmetinin təyin
Planlama və təşkiletmə
İşçi hipotezlərin formulə edilməsi
Aşağıdakılardan biri icmalın funksiyalarına aid deyil
informasiya funksiyası
qiymətləndirici funksiya
siqnal funksiyas
kommunikativ funksiya
yekunlaşdırıcı funksiya
Biri metodoloji hissəyə aiddir:
Öyrənmə, imtahana hazırlıq
Mövzuya aid mətnin strukturlaşdırılması
Protokolun tərtibi
İşçi hipotezlərin formulə edilməsi
Planlama və təşkiletmə
Verilənlərdən biri akademik yazının redaktəsinə aiddir:
Hadisələrin və ya bəndlərin ardıcıllığını, sırasını dəyişmək
Cümləyə başlamaq üçün istifadə edilən ifadələrlə ideyanı yenidən formalaşdırmaq
İdeyaları fərqli yollarla demək üçün tezarusun – sinonimlərin köməyindən istifadə etmək
Yazınızı oxumaq və ilkin strukturu nəzərdən keçirmək
Müəllifə istinad edərək, məlumatı yenidən ifadə etmək
Məqaləyə tənqidi rəy aşağıdakı məqamları özündə ehtiva etməlidir. Səhv variantı göstərin:
məqalənin tam adı, müəllifin adı, soyadı, atasının adı, vəzifəsi
nəşr edilməyə tövsiyə və rəyçinin adı, vəzifəsi, elmi dərəcəsi, imza
toxunulan problemin həlli ilə bağlı müəllifin nail olduğu vacib məqamlar
məqalənin həsr edildiyi problemin geniş şərhi
məqalənin aktuallıq səviyyəsi (dərəcəsi)
“Mətnin bir sıra əsas məqamlarını seçməklə, onu qısa şəkildə şərh etmək deməkdir”. Verilən fikir aiddir:
müəllifə istinad etmək
vasitəli nitq
parafraz etmək
sitat gətirmək
xülasə etmək
“Başqa müəllifin ideyalarını öz sözlərinlə ifadə etməkdir”. Verilən fikir aiddir:
müəllifə istinad etmək
vasitəsiz nitq
xülasə etmək
sitat gətirmək
parafraz etmək
Aşağıdakılardan biri peşəkar etikanın struktur komponentlərinə aid deyi
vicdanlılıq
düzgünlük
nəzakət
ədalətsizlik
səbirlilik
Verilənlərdən biri peşəkar ünsiyyətin formalarına aid deyil:
mübahisə
telefon danışıqları
polemika
işgüzar məktublaşma
mühazirə
Aşağıdakılardan biri peşəkar ünsiyyətin formalarına aid deyil:
işgüzar məktublaşma
polemika
mübahisə
etiket
müşavirə
"Elmi mövzular üzrə tamaşaçılar qarşısında açıq çəkişmələrdir". Verilən fikir aiddir:
danışıqlar
müşavirə
işgüzar söhbət
disput
debat
Ünsiyyət neçə formada xarakterizə olunur?
4
5
6
2
3
Aşağıdakılardan biri ünsiyyət zamanı istifadə edilən nitq bacarığına aid deyil:
dinləmə
danışma
oxu
yazı
görmə
Ünsiyyət zamanı neçə nitq bacarığından istifadə edirik?
2
3
6
5
4
Mənşəcə yunan dilinə məxsus sözdür, “bir şəxsin nitqi” deməkdir:
çıxış
dialoq
poliloq
monoloq
mühazirə
Verilənlərdən biri mühazirənin ümumi şərtlərinə aid deyil:
Forma və məzmun vəhdəti
Çox vaxt müzakirə edilməsi
Məlumatların dəqiq mənbələrə və faktlara əsaslanması
Məntiqi ardıcıllıq
Auditoriyanın yaş və bilik səviyyəsinin nəzərə alınması
Mənşəyinə görə “...” fransız sözüdür. Nöqtələrin yerinə uyğun gələn variantı seçin:
temperament
imic
etiket
kommunikasiya
xarakter
Biri intonasiyanın fonosintaktik mənalarına aid deyil:
nəqli, sual, əmr və nida cümlələrini formalaşdıran intonasiya
cümlə daxilində xitabları, ara sözləri və s. ayıran intonasiya
sadalama, qarşılaşdırma bildirən intonasiya
təskinlik vermək, razı salmaq məqamında işlənən intonasiya
arzu, xahiş məzmunu ifadə edən intonasiya
Nitq axını zamanı danışanın ifadə edəcəyi fikirdən asılı olaraq formalaşan ritmik-metodik səs quruluşuna ... deyilir. Nöqtələrin yerinə uyğun gələni seçin:
jest
tələffüz
mimika
intonasiya
etiket
İntonasiya haqqında verilən fikirlərdən biri yanlışdır:
Səs tonunun alçalıb-ucalmasıdır.
Apelyativ, delimitativ, kommunikativ və s. funksiyaları var.
Melodika, vurğu, ritm, pauza, temp və tembr kimi akustik vahidlərin vəhdətidir.
İntonasiyanın 2 funksiyası var
Bədii üslubda mühüm yer tutur.
Estetik funksiyaya aid olan xüsusiyyəti göstərin:
Nitq axarında cümlələrin (cümlə daxilində həmcins üzvlərin, ara sözlərin və s.) hüdüdlarını, bir-birindən ayrıldığını göstərir.
Bu, intonasiyanın ümumi funksiyası olmaqla, əslində bütün digər funksiyaları özündə birləşdirir.
İntonasiya vasitəsi ilə danışanın emosional vəziyyəti əks olunmaqla yanaşı, habelə nitqin məzmununa və adresata münasibətdə öz ifadəsini tapır.
Daha çox səhnə sənəti, bədii qiraət və s. hallarda təzahür edir.
Adresat ilə əlaqədar olan funksiya kimi danışanın nitq mədəniyyətini özündə əks etdirir
Nitqdə mahiyyəti üzrə bir-birinə yaxın olan sözlərin ifadəsi necə adlanır?
tavtologiya
pleonazm
parafraz
paronim
alqolizm
Cümlədə mənaca yaxın olan sözlərin təkrarı necə adlanır?
parafraz
alqolizm
paronim
tavtalogiya
pleonazm
Niyə beynəlxalq akademik yazı qaydalarından istifadə edilir? Səhv cavabı göstərin:
Beynəlxalq akademik yazı qaydaları müəyyən nəticənin əldə edilməsinə yönəlmiş bir mexanizmdir
Vahid standartlar üzrə yazılmış mətndə hansı məlumatın harada olduğu əvvəlcədən bilindiyinə görə, zəruri informasiyanı tapmaq da asan olur
Beynəlxalq standartlar “ümumi dil” rolunu oynayır.
Fərqli ölkələrdən olan elm adamlarının yazı vasitəsilə bir-birini anlamasına yardım edir.
Beynəlxalq yazı qaydaları oxunu mürəkkəbləşdirir.
Biri akademik məqalənin xüsusiyyətlərinə uyğun deyil:
Məqalə akademik dildə yazılmalıdır
Həcmi 7-8 səhifədən (A4) çox olmamalıdır.
Başlıqdan sonra xülasə yazılmalıdır.
Fikirlərinizi dəstəkləyəcək etibarlı mənbələrdən sitatgətirmə vacib deyil.
Xülasədən sonra açar sözlər verilməlidir.
"Söz strukturunda rast gəlinir. Bunlar mübtəda və xəbər arasında əlaqələrin pozulması, söz ardıcıllığı ilə əlaqədardır". Verilən fikir aiddir:
Tavtalogiya
Üslubi səhvlər
Alqolizm
Sintaktik səhvlər
Nitq səhvlər
Titul – üz vərəqinin xüsusiyyətlərindən biri yanlışdır
Nömrələnir
Vərəqin aşağı hissəsində buraxılış işinin yazıldığı yer və il göstərilir.
Buraxılış işinin birinci səhifəsidir.
Vərəqin ortasında buraxılış işinin mövzusu yazılır
Mövzunun altında ixtisasın şifri və adı göstərilməklə - Buraxılış işi yazılır.
Spesifik terminologiyadan istifadə edildikdə, onların siyahısı hansı başlıq altında verilə bilər?
nəticədə
girişdə
fəslin sonunda
"ixtisar siyahısı” başlığı altında
fəslin əvvəlində
Aşağıdakılardan biri buraxılış işinin struktur hissəsinin başlığı kimi qəbul edilmir:
nəticə
əlavələr
giriş
mündəricat
istifadə edilmiş qrafiklər
"Verilən informasiyanın qəbuledicinin fəaliyyətinə təsiri və səmərəli istifadə edilməsi". Qeyd edilən xüsusiyyət aiddir:
semantik kommunikasiya
praqmatik kommunikasiya
informasiya mübadiləsi
texniki kommunikasiya
informasiyanın ötürülməsi
Ritorik qanun sisteminin mərhələlərinin ardıcıllığı hansı sırada düzgün göstərilmişdir?
Dispozisya, Yadda saxlama, Elokusiya, Tələffüz, İnvensiya
Tələffüz, Yadda saxlama, Elokusiya, Dispozisya, İnvensiya
Yadda saxlama, Tələffüz, İnvensiya, Elokusiya, Dispozisya
Elokusiya, Yadda saxlama, Dispozisya, İnvensiya, Tələffüz
İnvensiya, Dispozisya, Elokusiya, Yadda saxlama, Tələffüz
485. “... ritorik anlamında, nitq subyekti, kommunikativ niyyətin daşıyıcısı sayılır”. Nöqtələrin yerinə uyğun olanı seçin:
pafos
adresat
natiqin nitqi
ritorik qanun
müəllifin obrazı
Akademik nitqdə etosa aid olanları seçin: 1. professional təşəbbüskarlıq 2. elm 3. tərəqqiyə inam 4. yaradıcılıq 5. məna 6. konsepsiyalar
3, 4, 5
2, 3, 6
1, 3, 4
2, 4, 5
1, 2, 3
487. Akademik nitqdə loqosa aid olanları seçin: 1.empirik əsas 2.yaradıcılıq 3. tərəqqiyə inam 4.anlayışlar 5. sosial ideallar 6.konsepsiyalar
2, 3, 5
3, 4, 5
1, 4, 6
2,4,3
2, 5, 6
Akademik nitqdə pafosa aid olanları seçin: 1. elmi düşüncəyə heyranlıq 2. mövzu sahəsinə maraq 3. təlim 4. yaradıcılıq 5. tərəqqiyə inam 6. sosial ideallar
2, 3, 6
1, 4, 5
4, 5, 6
1, 3, 6
1, 2, 5
Bir nöqtədən, qurğudan və şəxsdən digərinə müəyyən rabitə kanalı ilə məlumatın ötürülməsi hansı kommunikasiyanın xüsusiyyətidir?
təcrübi
tətbiqi
praqmatik
semantik
texniki
Verilən xüsusiyyət şəxslərarası kommunikasiyanın hansı funksiyasına aiddir? “Kommunikasiya iştirakçılarının davranış və fəaliyyətlərini reqlamentləşdirməyə, onların birgə hərəkətlərini əlaqələndirməyə imkan verir”.
interpretativ
sosial
informativ
praqmatik
ekspressiv
Aşağıdakılardan biri şəxslərarası kommunikasiya prosesinin struktur modellərində mütləq komponent kimi qeyd olunmayıb
informasiyanı kim göndərir (göndərən)
nə göndərilir (informasiyanın məzmunu)
informasiya prosesinə nəzarət (nəzarətçi)
informasiya kimə göndərilir (alıcı)
informasiya necə göndərilir (kanal)
"Liderin əsas rolu bir qrupda kommunikativ davranış qaydalarını təmin etməsi ilə müəyyən edilir". Verilənlərdən biri bu qaydalara aid deyil:
Qrup iştirakçılarının bir-birinin statuslarını qəbul etməsi
Başqalarının nailiyyətlərinin açıq şəkildə qiymətləndirilməsi
Qrupun fikirləri, hərəkətləri və qərarları ilə razılığını bildirmək bacarığı
Vəziyyətdəki gərginliyi vaxtında aradan qaldırmaq bacarığı (zarafat, lətifə)
Təşkilatda etibarlı ünsiyyət mühitinin yaradılmaması
Şəxslərarası ünsiyyətin xüsusiyyətlərinə aid deyil?
xətti model
dairəvi model
interaktiv model
operativ model
transaksiya modeli
İdarəetmə təşkilatında liderin funksiyalarına hansı aid deyil?
cəmiyyətlə qarşılıqlı əlaqə
komandanın formalaşması
fəaliyyətin təşkili
kooperativ ünsiyyət normalarının pozulması
münaqişələrin həlli
"Bu model kommunikasiya kommunikantların eyni vaxtda mesajı göndərməsi və qəbul etməsi prosesi hesab edilir". Verilən xüsusiyyət şəxslərarası kommunikasiyanın hansı modeliə aiddir?
dairəvi model
interaktiv model
interaktiv və ya dairəvi model
xətti model
transaksiya modeli
Verilənlər hansı liderlik tipinə aiddir: “... üç əsas liderlik üslubunun birləşməsindən istifadə edir ”.
xarizmatik lider
demokratik lider
rəylərin lider
çevik lider
nominal lider
Verilənlər hansı liderlik tipinə aiddir: “......tabeçiliyində olanlara hörmət edir, başqalarının fikir söyləmək hüquqlarını qəbul edir, idarəetmə səlahiyyətlərini mərkəzləşdirir”
xarizmatik lider
bürokratik lider
demokratik (kollegial) lider
situativ lider
çevik lider
Qrupşəkilli kommunikativ prosesin neçə əsas effektivlik meyarı var?
6
2
3
4
5
Şəxslərarası kommunikasiya funksiyalardan biri kommunikasiya tərəfdaşının niyyətlərini, münasibətlərini, hisslərini, vəziyyətini başa düşməyə xidmət edir. Söhbət hansı funksiyadan gedir?
interpretativ
sosial
informativ
ekspressiv
praqmatik
