wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Rəq. transformasiya və onun rəq. iqt.ın formalaşmasında rolu

Total questions: 10

Worksheet time: 8mins

Name
Class
Date
1.

"Rəqəmsallaşma" termininə ilk dəfə harada rast gəlinib?

a)

"The Economist" jurnalında

b)

"Capgemini" konsaltinq şirkətinin nəşr etdiyi jurnalda

c)

"Şimali Amerika Icmalı" jurnalında

d)

The Guardian qəzetində

2.

Aşağıdakı variantlardan biri rəqəmsallaşma anlayışını ifadə etmir?

a)

iş dünyasının yeni sərhədlərində dəyər yaratmağa kömək edir;

b)

xidmətin çatdırılmasında səmərəliliyi təmin edə bilmir;

c)

müştəri təcrübəsinə birbaşa təsir edən proseslərin optimallaşdırılmasına şərait yaradır;

d)

bütün biznes təşəbbüslərini dəstəkləyən ümumi təməl imkanların yaradılmasına imkan verir.

3.

Aşağıdakı fikirlərdən biri doğru deyil?

a)

Rəqəmsal transformasiya rəqəmsal texnologiyaların inteqrasiyasını və buna uyğun olaraq iş təcrübəsi və mədəniyyətinin dəyişməsi ilə sosial və sektoral ehtiyaclar üçün asan həll yollarının yaradılmasını nəzərdə tutan anlayışdır.

b)

Rəqəmsal transformasiya, tək-tək rəqəmsallaşdırma təşəbbüslərindən imtina edərək, bütövlükdə proseslər və xidmətləri,asanlaşdırmaq üçün tamamilə sistemin yenidən qurulmasını ifadə edir.

c)

Rəqəmsal transformasiya həmçinin vətəndaşlarla xidmət göstərənlərin qarşılıqlı əlaqələrini asanlaşdırmaq üçün tamamilə sistemin yenidən qurulmasını ifadə edir.

d)

Rəqəmsallaşma məlumatların əlçatanlığının artırılması və təkmilləşdirilməsinə mane olur.

4.

"Microsoft" şirkəti rəqəmsal hökumət transformasiyası üzrə yol xəritəsinin neçə əsas hərəkətverici qüvvəsini müəyyən edib?

a)

2

b)

4

c)

3

d)

5

5.

Rəqəmsal hökumət transformasiyası üzrə yol xəritəsinin əsas hərəkətverici qüvvələrinə aid deyil?

a)

Dövlət qulluqçularının rəqəmsal bacarıqlarının artırılması

b)

Vətəndaşların cəlb olunması

c)

Əmək intensivliyinin artırılması

d)

Dövlət xidmətlərinin optimallaşdırılması

e)

Xidmətlərin transformasiyası

6.

Rəqəmsal transformasiyanın üstünlüklərindən biri deyil:

a)

Əməliyyatların asanlaşdırılması;

b)

Artan innovasiya və çeviklik;

c)

Institutlar arasında daha asan əməkdaşlıq;

d)

Məlumatların şəffaflığının azalması

7.

"Deloitte" şirkətinin rəqəmsal transformasiya strategiyası ilə bağlı tövsiyələrinə əsasən, rəqəmsallaşma prosesi mərhələlərindən biri deyil:

a)

rəqəmsallaşmaya başlamaq (Beginning digital);

b)

rəqəmsal etmək (Doing digital);

c)

rəqəmsal olmağa başlamaq (Becoming digital);

d)

rəqəmsal qurmaq(Setting up digital) ;

e)

rəqəmsal olmaq (Being digital).

8.

Hökumətin öz vətəndaşlarına təklif etdiyi xidmətlərə aid bəzi əsas komponentlər hansı variantda düzgün verilib?

a)

Fərdiləşdirmə, Problemsiz təcrübə, Proaktiv, Gözlənilən

b)

Fərdiləşdirmə, Proaktiv, Gözlənilən, Sistemləşən

c)

Proaktiv, Gözlənilən, Sistemləşən, Çoxkanallı strategiyalar

d)

Çoxkanallı strategiyalar, Fərdiləşdirmə, Universal rəqəmsal identiklik

9.

Başdan-sona rəqəmsal xidmətlərinüstünlüklərinə aid deyil:

a)

Xidmətlər daha səmərəli və idarəedilən olur;

b)

Ərizə və müraciətlərin gedişatı izlənir, şəffaflaşır;

c)

Ərizələrin işlənməsi, yaxud təsdiqlənməsi avtomatlaşdırılır;

d)

Digər dövlət məlumat bazaları ilə qarşılıqlı yoxlama/doğrulama real vaxt rejimində olur;

e)

Biznes hesabatları, statistika daha çox vaxtda hazırlanır.

10.

Ağıllı müqavilə sistemlərinin tətbiqinin faydalarından biri deyil:

a)

Sürətlilik, səmərəlilik və dəqiqlik

b)

əmək intensivliyində artım

c)

Etibarlılıq və şəffaflıq

d)

Təhlükəsizlik

e)

Qənaət