wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

İş yerlərində heyətin fəaliyyətinin təşkil olunması.

Total questions: 32

Worksheet time: 16mins

Name
Class
Date
1.

Müəssisədə əməyin düzgün təşkili dedikdə nə başa düşülür?

a)

iş qüvvəsindən səmərəli istifadə və az əmək sərfi ilə çox məhsul istehsal etmək vəzifəsi

b)

marketinq planlaşdırılması və hesabatlar

c)

müştərilər tərəfindən olan şikayətlərə ciddi nəzarət

d)

xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərlə alınması

e)

müştəri sorğularının qəbulu və işlənməsi

2.

2) Əməyin təşkilində məqsədlərə aid deyil:

a)

a) iş vaxtı fondundan səmərəli istifadə hesabına əmək məhsuldarlığını artırmaq

b)

b) istehsal avadanlıqlarından səmərəli istifadə hesabına əmək məhsuldarlığının artmasını təmin etmək

c)

c) əmək prosesində hərtərəfli inkişaf üçün əlverişli şərait yaratmaq

d)

d) iş həyatında əsasən iş təcrübəsi olmayanlara üstünlük vermək

e)

e) maddi vasitələrdən səmərəli istifadə hesabına əmək məhsuldarlığının artmasını təmin etmək

3.

Əməyin təşkili prosesi:

a)

əmək fəaliyyətində effektiv nəticə əldə etmək məqsədilə insanların, istehsal vasitələrinin və texnologiyanın əmək prosesi zamanı bir araya gəlməsidir

b)

işçilərin əmək prosesi zamanı fəaliyyətlərindən məmnunluq səviyyəsidir

c)

potensial müştərilərin müəyyənləşdirilməsidir

d)

şifahi və yazılı olaraq, sərbəst şəkildə ünsiyyət qurma bacarıqlarının məcmusudur

e)

mübahisəli məsələlərin araşdırılmasını nəzərdə tutur

4.

Kollektiv əmək prosesinə aid deyil:

a)

kollektiv əmək fəaliyyətində müəyyən işçilərin digərlərini önəmsəmədən fərqlənməsi

b)

hər hansı məhsulun istehsalı kollektiv əmək fəaliyyətində müxtəlif sayda əməliyyatların icrasını tələb edir

c)

iş yerində tələblər işçilərin müəyyən tərzdə yerləşməsini tələb edir ki, bu da əmək bölgüsü və əmək kooperasiyasında əks olunur

d)

işçilər arasında qarşılıqlı əlaqələr müəyyən olunur

e)

əmək prosesi bir biri ilə zaman və məkan cəhətdən əlaqədar olan çoxlu əməliyyatların birləşməsindən əmələ gəlir

5.

Əmək bölgüsünün növləri:

a)

ümumi, praktik, ekoloji

b)

ümumi, xüsusi, individual (fərdi yanaşma)

c)

özəl, praktik, fiziki

d)

kooperativ, nəzəri, funksional

e)

fiziki, ixtisas, rəsmi

6.

Xüsusi xarakterli əmək bölgüsünə aiddir:

a)

əmək prosesinin müəssisəsinin işçiləri arasında dəstələrə görə bölgüsüdür

b)

istehsal və qeyri-istehsal sahələrinin, sahələr daxilində sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ticarət, təhsil, elm, dövlət idarəçiliyi, mədəniyyət və s. bölünməsidir

c)

əmək prosesinin müəssisəsinin işçiləri arasında briqadalara, kollektivlərə görə bölgüsüdür

d)

əmək prosesinin müəssisəsinin işçiləri arasında peşə-ixtisas səviyyəsinə görə bölgüsüdür

e)

sənaye sahəsinin ayrı müəssisələr və istiqamətlərə görə bölünməsi (elektrotexnika, transport və s.)

7.

Fərdi yanaşmaya əsaslanan individual xarakterli iş bölgüsünə aid deyil:

a)

əmək prosesinin müəssisəsinin işçiləri arasında dəstələrə görə bölgüsüdür

b)

əmək prosesinin müəssisəsinin işçiləri arasında bölünməsidir

c)

istehsal və qeyri-istehsal sahələrinin, sahələr daxilində sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ticarət, təhsil, elm, dövlət idarəçiliyi, mədəniyyət və s. bölünməsidir*

d)

əmək prosesinin müəssisəsinin işçiləri arasında briqadalara, kollektivlərə görə bölgüsüdür

e)

əmək prosesinin müəssisəsinin işçiləri arasında peşə-ixtisas səviyyəsinə görə bölgüsüdür

8.

Şaquli istiqamətli əmək bölgüsünə aiddir:

a)

tabe edən müdirlər və tabe olunan işçilər arasındakı münasibətlər nəzərdə tutulur (qərar qəbul edənlər və onu icra edənlər)

b)

şaquli istiqamətli əmək bölgüsünə əsaslanan münasibətlər inzibati deyil, təşkilatın ümumi məqsədi bütün əməkdaşları bu cür münasibətləri qurmağa məcbur edir

c)

nümunə kimi bir idarəetmə orqanının şöbə müdirləri arasında münasibətləri göstərmək olar

d)

bir-birinə tabe olmayan bir səviyyəyə mənsub bölmələrin rəhbərlərinin və əməkdaşlarının ümumi məqsədə nail olmaq üçün birgə fəaliyyət uyğunluğu nəzərdə tutulur

e)

bir-birinə tabe olmayan əməkdaşların birgə fəaliyyət uyğunluğu nəzərdə tutulur

9.

Beynəlxalq əmək bölgüsünün mahiyyəti:

a)

vergi və mühasibat uçotunun beynəlxalq standartlarla aparılmasıdır

b)

ayrı ölkələrin müəyyən məhsul növləri üzrə ixtisaslaşmasıdır, ölkələr arasında təbiət və iqlim şəraiti, coğrafi mövqe, xammal ehtiyatları və enerji mənbələrinə əsaslanır

c)

ölkələrdə inşaat mühəndisliyi, sənaye və tikinti üzrə ali təhsil imkanlarını təzərdə tutur

d)

ölkələr üzrə əməkhaqqının hesablanması qaydalarıdır

e)

dünyada korporativ idarəetmənin qiymətləndirilməsi ilə bağlı olan məsələləri əhatə edir

10.

Beynəlxalq ixtisaslaşma nümunəsi göstərin:

a)

consulting (məsləhətçi) şirkətlərin ənənəvi idarəçilik üsullarının üzərinə xətt çəkməsi

b)

risklərinin qiymətləndirilməsi

c)

işçi qüvvəsinin miqrasiyası

d)

Avropa ölkələrinin təyyarə istehsalı üzrə əmək mübadiləsi

e)

Yaponiyada avtomobil, elektronika, saatlar istehsalı (ölkə müəssisələrində oxşar məhsulların istehsal konsentrasiyası)

11.

Beynəlxalq əməkdaşlıq nümunəsi kimi Airbus Corporation - dünyanın ən məşhur təyyarə istehsalçılarından birini gətirmək olar. Bu əməkdaşlıq fəaliyyətinə aid deyil:

a)

korporasiyanın fəaliyyətində xoşagəlməz əmək şəraiti yüksək səviyyəli işçi axını, miqrasiyasına səbəb olur

b)

korporasiyanın əsas məqsədi müxtəlif dərəcəli təyyarələrin istehsalıdır, lakin əsas diqqət sərnişin təyyarələrinin istehsalına yönəldilib

c)

şirkətin Avropanın dörd ölkəsində zavodları var, hər biri xüsusi hissələrin istehsalı ilə məşğuldur və təyyarələrin son yığılması Fransa və Almaniyada həyata keçirilir

d)

şirkət ötən əsrin 60-cı illərinin sonlarında bir neçə Avropa aviasiya şirkətini birləşdirərək yaradılıb

e)

çox böyük iş həcmi və çoxlu sayda fabrikin olması sayəsində bu korporasiyanın çox böyük işçi heyəti var, yəni təxminən 50 min nəfərə yaxın

12.

Sinergetik menecmentin xüsusiyyətlərinə aid deyil:

a)

yeni sinergetika paradiqması əsasında öz fəaliyyətini quran şirkətlər yeni alternativlər axtarır, dəyişikliklərin nəticəsinin gözlənilməz ola biləcəyini qəbul edir

b)

yeni sinergetika paradiqması əsasında öz fəaliyyətini quran şirkətlər mürəkkəb sistemli müstəqil bir iş hazırlayır

c)

müxtəlif sahələrdə özünü­təşkil qaydalarını öyrənən idarəetmə istiqamətidir

d)

əmək müqavilələrinin rəsmiləşdirilməsi prosesində aşkarlanan çatışmazlıqları aradan qaldırır

e)

bu cür təşkilatmа bir sıra yeni iş üsulları əsasında ənənə üzərində qurulan işləri təkmilləşdirir və yeni, innovativ, elmi iş fəaliyyəti hazırlayır

13.

“Synergeia” sözünün latınca tərcümədən alınan mənası:

a)

mühüm qərarların qəbul olunması

b)

ETT-nin inkişafı

c)

əməkdaşlıq, mübadilə, inteqrasiya

d)

işin məzmunu

e)

istehsal, əmək əməliyyatları, təşkilat

14.

Müəssisədə əməyin təşkilinin əsas prinsipləri:

a)

dinamik, konkret, optimal, kompleks və effektiv

b)

insanın mədəni, estetik, mənəvi ehtiyacları

c)

məhsuldar və qeyri-məhsuldar əmək prosesləri

d)

sanitar – gigienik normalar

e)

fizioloji və estetik faktorlar

15.

19. Əməyi təşkilinin dinamikası:

a)

tətbiq olunan əmək metodlarının və ya tələb olunan işin məzmunun dəqiq və aydın olmasıdır

b)

qəbul edilən qərarların əsasında əmək və maddi ehtiyatları daha səmərəli istifadə etməni imkan verəcək bir optimal, əlverişli variant durur

c)

istehsalın, əmək əməliyyatlarının, təşkilatın, iş yerlərinin və s. bir birlərinə bağlı olmasıdır

d)

ETT-nin inkişafı ilə bağlıdır, onun nəticəsində müəssisələr yeni texnologiya tətbiq edir, bu isə öz növbəsində yeni əmək üsullarını yaradır

e)

xərclər, normal əmək şəraiti, əmək ehtiyatlarının və vaxtının səmərəli istifadəsi nəticəsində uğurun qazanılmasıdır

16.

20. Əməyi təşkilinin konkret olması:

a)

tətbiq olunan əmək metodlarının və ya tələb olunan işin məzmunun dəqiq və aydın olmasıdır

b)

ETT-nin inkişafı ilə bağlıdır, onun nəticəsində müəssisələr yeni texnologiyaya tətbiq edir, bu isə öz növbəsində yeni əmək üsullarını yaradır

c)

qəbul edilən qərarların əsasında əmək və maddi ehtiyatları daha səmərəli istifadə etməni imkan verəcək bir optimal, əlverişli variant durur

d)

istehsalın, əmək əməliyyatlarının, təşkilatın, iş yerlərinin və s. bir birlərinə bağlı olmasıdır

e)

minimal xərclər, normal əmək şəraiti, əmək ehtiyatlarının və vaxtının səmərəli istifadəsi nəticəsində uğurun qazanılması

17.

Əməyi təşkilinin optimallıq nəyi göstərir?

a)

ETT-nin inkişafı ilə bağlıdır, onun nəticəsində müəssisələr yeni texnologiya tətbiq edir, bu isə öz növbəsində yeni əmək üsullarını yaradır

b)

tətbiq olunan əmək metodlarının və ya tələb olunan işin məzmununun dəqiq və aydın olmasıdır

c)

istehsalın, əmək əməliyyatlarının, təşkilatın, iş yerlərinin və s. bir birlərinə bağlı olmasıdır

d)

qəbul edilən qərarların əsasında əmək və maddi ehtiyatları daha səmərəli istifadə etməni imkan verəcək bir optimal, əlverişli variant durur

18.

Əmə­yin təş­ki­li­nin kom­plek­sli ol­ma­sı han­sı an­la­ma gə­lir?

a)

istehsalın, əmək əməliyyatlarının, təşkilatın, iş yerlərinin və s. bir-birinə bağlı olmasıdır

b)

ETT-nin inkişafı ilə bağlıdır, onun nəticəsində müəssisələr yeni texnologiya tətbiq edir, bu isə öz növbəsində yeni əmək üsullarını yaradır

c)

qəbul edilən qərarların əsasında əmək və maddi ehtiyatları daha səmərəli istifadə etmək imkanı verəcək bir optimal, əlverişli variant durur

d)

tətbiq olunan əmək metodlarının və ya tələb olunan işin məzmununun dəqiq və aydın olmasıdır

e)

minimal xərclər, normal əmək şəraiti, əmək ehtiyatlarının və vaxtının səmərəli istifadəsi nəticəsində uğurun qazanılmasıdır

19.

Əmə­yin təş­ki­li­nin ef­fek­tiv ol­ma­sı nə de­mək­dir?

a)

ETT-nin inkişafı ilə bağlıdır, onun nəticəsində müəssisələr yeni texnologiya tətbiq edir, bu isə öz növbəsində yeni əmək üsullarını yaradır

b)

qəbul edilən qərarların əsasında əmək və maddi ehtiyatları daha səmərəli istifadə etmək imkanı verəcək bir optimal, əlverişli variant durur

c)

istehsalın, əmək əməliyyatlarının, təşkilatın, iş yerlərinin və s. bir-birinə bağlı olmasıdır

d)

tətbiq olunan əmək metodlarının və ya tələb olunan işin məzmununun dəqiq və aydın olmasıdır

e)

minimal xərclər, normal əmək şəraiti, əmək ehtiyatlarının və vaxtının səmərəli istifadəsi nəticəsində uğurun qazanılmasıdır

20.

A.Smith qeyri-məhsuldar işçi qüvvəsinə kimləri aid edirdi?

a)

mütəmadi olaraq istehsal prosesi ilə məşğul olanları

b)

fabrik işçilərini

c)

əmək fəaliyyəti ilə məşğul olmayanları

d)

dövlət məmurlarını, zabitləri, ordunu və gəmiçiləri, hüquqşünasları, musiqiçiləri, artistləri və s.

e)

uşaqları

21.

Əmək­in ödənilməsi və motivasiyasına aiddir:

a)

texnika tətbiqi sənədlərə sərf olunan vaxtı azaldır, onun sistemli istifadəsi isə idarəçilik əməyinin məhsuldarlığını artırır

b)

bazar münasibətlərində istehsalın artması və informasiyanın çoxalması kimi proseslər texnologiya istifadəsinin nə dərəcədə önəmli olmasını göstərir

c)

işçilərin digər daha yüksək əmək haqqı ödəyən şirkətlərə getməməsi üçün nəzərdə tutulub, əks halda “işçi qüvvəsinin miqrasiyası” baş verəcək və bu şirkətin fəaliyyətinə ziyan vuracaq

d)

yeni materialların tətbiqi, istehsal prosesinə uyğunlaşma

e)

istehsalat binalarının və ofis ləvazimatlarının rəng seçimində erqonomik tələblərin nəzərə alınması

22.

28. Əmək elmi təşkilinin iqtisadi vəzifəsi:

a)

cəmiyyətin başlıca məhsuldar qüvvəsinin (insanların) əmək prosesində sağlamlığını təmin edən daha əlverişli istehsalat şəraitinin yaradılmasına xidmət edir

b)

iş qüvvəsinin iş qabiliyyətinin qorunmasını təmin edir

c)

insanın hərtərəfli inkişafını təmin edir

d)

əmək prosesində insan amilinin rolunun yüksəlməsinə xidmət edir

e)

əmək məhsuldarlığının yüksəldilməsi, maddi və əmək ehtiyatlarından daha səmərəli istifadəni aks etdirir

23.

29. Əmək elmi təşkilinin sosioloji vəzifəsi:

a)

cəmiyyətin başlıca məhsuldar qüvvəsinin (insanların) əmək prosesində sağlamlığını təmin edən daha əlverişli istehsalat şəraitinin yaradılmasına xidmət edir

b)

şirkətin marketinq materiallarının yayılmasını idarə edir

c)

əmək məhsuldarlığının yüksəldilməsi, maddi və əmək ehtiyatlarından daha səmərəli istifadəni aks etdirir

d)

əmək prosesində insan amilinin rolunun yüksəlməsi, insanın hərtərəfli inkişafına xidmət edir

e)

müştərilər üçün kommersiya təkliflərinin hazırlanmasına nəzarət edir

24.

Texniki estetika nədir?

a)

işçilər arasında vəzifə məsuliyyətlərinin rasional bölüşdürülməsidir

b)

dizayn nəzəriyyəsinin prinsiplərindən istifadə edərək sənayenin, istehsalın, konstruksiyaların, istehsal mühitinin optimal şərtlər daxilində mövcudluğudur

c)

əmək alətlərinin təkmilləşməsidir

d)

əməyin bölünməsi prosesidir

e)

istirahət rejiminin optimallaşmasıdır

25.

İstehsalat mədəniyyətinin və iş şəraitinin fiziki mühit faktorlarına aiddir:

a)

yüksək səs, həddindən artıq işıqlı mühit, yüksək atmosfer təzyiqi, radiasiya, yüksək rütubət

b)

işçilərin iş mühitinə uyğunlaşan geyimi

c)

işin tempi, sürəti, monotonluğu, işçinin intensiv əmək fəaliyyətinə təsiri, işçinin yorulması və ya iş fəaliyyətini gümrah davam etməsi imkanı

d)

zərərli bakteriyalar, viruslar işçi sağlamlığı üçün təhlükə yaradır – iş yerində təmizliyə riayət olunması

e)

istehsalat binalarının və ofis ləvazimatlarının rəng seçimində erqonomik tələblərin nəzərə alınması

26.

Stasionar iş yeri nümunəsini göstərin:

a)

qazıntı işləri

b)

təmir işləri

c)

inşaatçılar

d)

növbətçilər

e)

avadanlıq və ya texnologiya ilə təmin olunmuş ofis binaları

27.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən, gündəlik iş vaxtının müddəti və bilavasitə sonrakı gün istirahət günü olan iş gününün müddəti neçə saat olmalıdır?

a)

gündəlik iş vaxtının müddəti 7 saatdan, bilavasitə sonrakı gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz

b)

gündəlik iş vaxtının müddəti 10 saatdan, bilavasitə sonrakı gün istirahət günü olan iş gününün müddəti isə 4 saatdan çox ola bilməz

c)

gündəlik iş vaxtının müddəti 9 saatdan, bilavasitə sonrakı gün istirahət günü olan iş gününün müddəti isə 3 saatdan çox ola bilməz

d)

gündəlik iş vaxtının müddəti 5 saatdan, bilavasitə sonrakı gün istirahət günü olan iş gününün müddəti isə 8 saatdan çox ola bilməz

e)

gündəlik iş vaxtının müddəti 8 saatdan, bilavasitə sonrakı gün istirahət günü olan iş günü işçilər çalışmır

28.

Qısaldılmış iş vaxtını səciyyələndirən xüsusiyyətlərə aid deyil:

a)

həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan saatdan artıq ola bilməz

b)

motivasiya və öhdəliklərinə yaradıcı yanaşan işçilər üçün qısaldılmış iş vaxtı müəyyən olunur

c)

16 yaşdan 18 yaşadək işçilər üçün, yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq ola bilməz

d)

fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olduqda, bu vəzifədə çalışan işçilərə 36 saatdan çox olmayan iş vaxtı müəyyən edilir

29.

İntizam tənbehlərinə aid deyil:

a)

töhmət

b)

bir ildən çox olmayaraq az maaşlı işə keçmək (müqavilədə qeyd olunubsa, 1/4-i məbləğindən çox olmamaq şərtilə)

c)

işdən çıxmaq

d)

xəbərdarlıq (işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır)

e)

hamısı aiddir

30.

İntizam tənbehlərinin verilməsi qaydalarına aid deyil:

a)

intizam tənbehi müəyyənləşərkən, operativ təhliletmə qabiliyyətinə sahib işçilərə güzəşt edilir

b)

inzibati tənbehin verilməsində əmək stajı, sosial sığorta stajı rol oynamır - ola bilər ki, işçi 2 ay işləyib, amma tənbeh tədbiq olunası pozuntular edib, ona tənbeh verilə bilər

c)

intizam tənbehi verilməmişdən əvvəl işəgötürən, işçidən yazılı izahat tələb edir

d)

işçi qaydaları pozsa belə, töhmətin verilib-verilməməsi işəgötürənin səlahiyyətlərindədir

e)

intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir

31.

İntizam tənbehlərinin verilməsi məsələlərinə aid deyil:

a)

intizam tənbehi verilən gündən 6 ay müddətində qüvvədə olur. Bu müddət ərzində işçi yeni bir xata törətməzsə, o, intizam tənbehi almamış hesab olunur

b)

işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdi

c)

intizam tənbehi verilən gündən 1 il müddətində qüvvədə olur

d)

intizam tənbehi qüvvədə olduğu müddət ərzində, işçi əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə mükafatlandırılırsa - mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir

e)

müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılırsa - mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir

32.

Müəssisələrdə əmək intizamının reqlamentləşdirilməsini (qaydaya salınması) tənzimləyən sənədlərə daxildir:

a)

müəssisə daxili əmək qaydaları / texniki təhlükəsizlik və texnoloji intizam qaydalarına əmək etmə haqqında əsasnamə

b)

aylar və günlər üzrə işə çıxmanı, növbənin müddətini və fasilə vaxtını müəyyən edən iş qrafikləri

c)

tabel uçotunun aparılması (hər bir işçinin tabel üzrə sırası, soyadı, adı, atasının adı, ayın hər günü üçün iş vaxtı haqqında məlumatları əks etdirən vərəqə)

d)

Əmək Məcəlləsi

e)

hamısı daxildir