wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sənaye Strategiyaları üzrə Quiz

Total questions: 33

Worksheet time: 19mins

Name
Class
Date
1.

Sənaye quruluşu dedikdə nə nəzərdə tutulur?

a)

Bazarın ümumi vəziyyəti, rəqiblərin sayı, məhsul fərqliliyi, giriş-çıxış baryerləri və tənzimləyici amillər

b)

Şirkətin bazar payı, rəqabət gücü və maliyyə vəziyyəti, məhsul fərqliliyi, giriş-çıxış baryerləri

c)

Firmanın biznes strategiyasının uzunmüddətli məqsədləri

d)

Marketinq, maliyyə və İK funksiyalarının performansı, Bazarın ümumi vəziyyəti

e)

Müştəri seqmentlərinin davranış və seçimləri, Şirkətin bazar payı, rəqabət gücü

2.

Sənaye quruluşunun dörd elementi hansılardır?

a)

Konsentrasiya, ölçü iqtisadiyyatı, məhsul fərqlənməsi, giriş maneələri

b)

Biznes strategiyası, funksional strategiyalar, bazar seqmentləri, mövqeləşdirmə

c)

Bazar liderliyi, niş bazar, qiymət üstünlüyü, reklam səviyyəsi

d)

Məhsul keyfiyyəti, qiymət, dizayn, xidmət

e)

Rəqiblərin sayı, texnoloji səviyyə, müştəri məmnuniyyəti, AR-GE

3.

Seqmentləşdirmə və mövqeləşdirmənin strategiyada yerinə uyğun cümlə hansıdır?

a)

Seqmentləşdirmə strategiyanın başlanğıc mərhələsidir, mövqeləşdirmə isə sonrakı mərhələdir.

b)

Mövqeləşdirmə başlanğıc, seqmentləşdirmə isə sonrakı mərhələdir

c)

Hər ikisi eyni mərhələdə həyata keçirilir.

d)

Seqmentləşdirmə yalnız marketinqdə, mövqeləşdirmə isə maliyyədə tətbiq olunur.

e)

Seqmentləşdirmə və mövqeləşdirmə funksional strategiyaların tərkib hissəsidir.

4.

Xərclərin liderliyi strategiyasının əsas məqsədi nədir?

a)

Rəqiblərə nisbətən aşağı xərclə fəaliyyət göstərmək və effektivliyi artırmaq

b)

Fərqli məhsullar təqdim etmək və marka sadiqliyi yaratmaq

c)

Kiçik niş bazara fokuslanmaq

d)

Standart məhsul yaratmaq və yüksək qiymət təyin etmək

e)

Yeni bazarlara çıxmaq

5.

Fərqləndirmə strategiyasının məqsədi nədir?

a)

Müştərilərin nəzərində bənzərsiz və fərqli məhsul/xidmət təqdim etmək

b)

Rəqiblərə nisbətən aşağı xərclə fəaliyyət göstərmək və effektivliyi artırmaq

c)

Kiçik bazar seqmentinə fokuslanmaq

d)

Standart məhsulları kütləvi istehsal etmək

e)

Yalnız coğrafi bölgələrdə bazar payını artırmaq

6.

Fokuslanma (diqqət) strategiyası əsasən nə üçün istifadə olunur?

4 lines
7.

Fokuslanma (diqqət) strategiyası əsasən nə üçün istifadə olunur?

a)

Dar bazar seqmentinə yönələrək rəqiblərdən üstünlük qazanmaq

b)

Bütün bazarda fəaliyyət göstərmək

c)

Müştərilərin nəzərində bənzərsiz və fərqli məhsul/xidmət təqdim etmək

d)

Rəqiblərə nisbətən aşağı xərclə fəaliyyət göstərmək və effektivliyi artırmaq

e)

Yeni bazarlara çıxmaq və Standart məhsulları kütləvi istehsal etmək

8.

Fokuslanma strategiyasında mümkün yanaşmalardan biri deyil:

a)

Fokus-standart məhsul

b)

Fokus-aşağı xərc

c)

Fokus-fərqləndirmə

d)

Fokus-aşağı xərc/fərqləndirmə

e)

Fokuslanmış niş bazara yönəlmə

9.

Aşağıdakı nümunələrdən hansı fokuslanma strategiyasına uyğun deyil?

a)

Mass-market avtomobillər istehsalı və satışı

b)

Rolls-Royce – lüks avtomobillər

c)

Whole Foods – üzvi və sağlam qidalar

d)

İçərişəhərdə turistlər üçün suvenir mağazası

e)

Shirvan Wines – seçilmiş müştəri qrupuna keyfiyyətli şərab

10.

“Müdafiə müharibəsi” strategiyasının əsas xüsusiyyəti hansıdır?

a)

Bazar liderinin mövcud bazar payını qorumaq üçün rəqiblərin yeni məhsullarını sürətlə kopyalaması və mövcud məhsulları müdafiə etməsi.

b)

Kiçik niş bazarlarda gizli fəaliyyət göstərərək riskləri azaltmaq.

c)

Bazar liderinə hücum edərək onun zəif nöqtəsini (boş kərpici) tapmaq

d)

Rəqabətin olmadığı yeni sahələrə daxil olub yenilik gətirmək.

e)

Şirkətin fəaliyyətini tamamilə dayandırmaq və aktivləri satmaq.

11.

“Hücum müharibəsi” strategiyasını ən çox hansı firma tətbiq edə bilər?

a)

Bazarın ikinci və ya üçüncü böyük oyunçusu, bazar liderinə qarşı spesifik zəif nöqtədən hücum etməyə imkan verən resurslara sahib olan firma.

b)

Bazar lideri, mövqeyini qorumaq üçün əks-hücuma keçəndə.

c)

Kiçik partizan firması, yalnız müəyyən payı müdafiə etmək məqsədilə.

d)

Tamamilə yeni bazara daxil olan startap, rəqabətsiz seqment axtararkən.

e)

Ləğvetmə və əlçatan maddi təminat üçün aktivlərini satışa çıxaran firma.

12.

“Yan mühasirə” strategiyasının mahiyyəti necə izah olunur?

a)

Rəqabətin az və ya olmadığı yeni bir sahəyə daxil olaraq orada yeniliklər etmək və rəqibləri təəcübləndirmək.

b)

Bazar liderinin mövqeyini frontal hücumla ələ keçirmək.

c)

Sadəcə mövcud məhsulu ucuzlaşdırmaq və kütləvi istehlaka yönəlmək.

d)

Rəqiblərin məhsullarını sürətlə kopyalayıb bazarda oxşar məhsul yerləşdirmək.

e)

Aktivləri satıb bazardan çıxmaq.

13.

Aşağıdakılardan hansı strategiya növü rəqibləri təəcübləndirmək və onların reaksiya imkanlarını məhdudlaşdırmaq üçün daha uyğundur?

a)

Yan mühasirə — yeni, rəqabətsiz sahəyə ani və innovativ giriş.

b)

Müdafiə — mövqe qorunması və rəqib hücumlarına cavab.

c)

Hücum — liderə frontal zərbə vurmaq.

d)

Partizan — kiçik müdafiə mövqeyi saxlamaq.

e)

Ləğvetmə — fəaliyyətləri dayandırmaq.

14.

Bir şirkət bazarda fərqlənmək üçün yeni texnologiya tətbiq edir, məhsulun dizaynını dəyişir və müştəri təcrübəsini artırmağa çalışır. Bu halda, hansı funksional strategiya əsas rol oynayır?

a)

Ar-Ge (Araşdırma və İnkişaf) strategiyası

b)

Satınalma strategiyası

c)

Maliyyə strategiyası

d)

İnsan resursları strategiyası

e)

İstehsal strategiyası

15.

Müəssisə satış həcmini artırmaq üçün müştəri loyallığı proqramları, endirim kampaniyaları və reklamın intensivləşdirilməsi kimi tədbirlər görür. Bu, hansı funksional strategiyanın nümunəsidir.

a)

Marketinq strategiyası

b)

Ar-Ge strategiyası

c)

İstehsal strategiyası

d)

İnsan resursları strategiyası

e)

Satınalma strategiyası

16.

Bir müəssisə xərcləri azaltmaq və ehtiyatları optimallaşdırmaq məqsədilə təchizatçılarla uzunmüddətli əməkdaşlıq müqavilələri bağlayır. Bu halda, hansı strategiya tətbiq olunur?

a)

Satınalma strategiyası

b)

Marketinq strategiyası

c)

Maliyyə strategiyası

d)

İnnovasiya strategiyası

e)

İstehsal strategiyası

17.

Bir şirkət əməkdaşlarının motivasiyasını artırmaq, liderlik təlimləri keçirmək və karyera inkişaf planları hazırlamaqla hansı funksional strategiyanı həyata keçirir?

a)

İnsan resursları strategiyası

b)

Marketinq strategiyası

c)

Ar-Ge strategiyası

d)

İstehsal strategiyası

e)

Satınalma strategiyası

18.

Bir müəssisə rəqabətdə qalmaq üçün istehsal xətlərini avtomatlaşdırır, robotlaşdırılmış sistemlər quraşdırır və keyfiyyətə nəzarət texnologiyalarını təkmilləşdirir. Bu, hansı funksional strategiyadır?

a)

İstehsal strategiyası

b)

Marketinq strategiyası

c)

İnsan resursları strategiyası

d)

Ar-Ge strategiyası

e)

Satınalma strategiyası

19.

Hibrid strategiyanın əsas fərqi nədədir?

a)

Ənənəvi və innovativ yanaşmaların birləşdirilməsi ilə şirkətə həm qiymət, həm də keyfiyyət üstünlüyü qazandırması

b)

Məhsulun fərqləndirilməsinə əsaslanaraq bazar lideri olma

c)

Rəqabətdən yayınmaq üçün bazardan tamamilə çıxma

d)

Şirkətin yalnız bir məhsul və bazara fokuslanması

e)

Rəqiblərin strategiyalarını kopyalamaq

20.

Hibrid strategiyanın tətbiqi zamanı qarşıya çıxan əsas risklərdən biri hansıdır?

a)

Mürəkkəb təşkilati strukturun və koordinasiya çətinliklərinin idarə olunması

b)

Tək strategiyaya tam bağlı qalmaq

c)

Bazar payını sürətlə itirmək və sadə təşkilati strukturun

d)

Rəqabət mühitinin zəifləməsi

e)

Şirkət daxilində innovasiyaların artması

21.

Xərc liderliyi strategiyasının əsas məqsədi nədir?

a)

Məhsulun maya dəyərini azaltmaq və ucuz qiymətlə bazarı ələ keçirmək

b)

Yeni bazarlara çıxmaq

c)

Yüksək keyfiyyətli məhsul təqdim etmək

d)

Müştəri loyallığını artırmaq

e)

İstehsalı dayandırmaq

22.

Fərqləndirmə strategiyasının əsas xüsusiyyəti nədir?

a)

Ucuz qiymət

b)

Məhsul və ya xidmətin unikallığı

c)

İstehsal xərclərinin azaldılması

d)

Bazar payını bölmək

e)

Satışların məhdudlaşdırılması

23.

Fokuslanma strategiyası nəyi nəzərdə tutur?

a)

Ümumi bazarda geniş istehsal

b)

Dar bazar seqmentinə yönəlmə

c)

Yüksək qiymətli məhsullar satmaq

d)

Daxili inteqrasiya

e)

Kütləvi istehsal

24.

kuslanma strategiyası nəyi nəzərdə tutur?

a)

Ümumi bazarda geniş istehsal

b)

Dar bazar seqmentinə yönəlmə

c)

Yüksək qiymətli məhsullar satmaq

d)

Daxili inteqrasiya

e)

Kütləvi istehsal

25.

Əgər şirkət bazarda mövqeyini itirib və aktivlərini satırsa, bu hansı strategiyadır?

a)

Əldən çıxarma (divestment)

b)

Fərqləndirmə

c)

Xərc liderliyi

d)

İnnovasiya

e)

Diversifikasiya

26.

Şirkətin məqsədi xərcləri azaltmaq və böyük miqyasda istehsal etməkdirsə, bu:

a)

Fərqləndirmə

b)

Xərc liderliyi

c)

Fokuslanma

d)

İnteqrasiya

e)

Ləğvetmə

27.

“Yuva strategiyası” başqa necə adlanır?

a)

Hərbi strategiya

b)

Fokuslanma strategiyası

c)

Böyümə strategiyası

d)

Ləğvetmə

e)

Müştəri məmnuniyyəti strategiyası

28.

“Əldən çıxarma” strategiyası şirkətə nə imkanı yaradır?

a)

Genişlənmək

b)

Zərər gətirən sahələrdən çıxmaq

c)

Yeni məhsul istehsalı

d)

İnnovasiya artırmaq

e)

Reklam xərclərini azaltmaq

29.

Ləğvetmə strategiyası nə zaman tətbiq olunur?

a)

Şirkət böyümək istədikdə

b)

Şirkət fəaliyyətini tam dayandırmaq istədikdə

c)

Yeni bazara girmək istədikdə

d)

İşçiləri artırmaq istədikdə

e)

Qiymətləri aşağı salmaq istədikdə

30.

Yenidənqurma strategiyasının məqsədi:

a)

Yeni məhsul istehsalı

b)

Təşkilati strukturu və fəaliyyət istiqamətlərini optimallaşdırmaq

c)

Qiymət siyasətini dəyişmək

d)

Reklamı artırmaq

e)

Bazar payını azaltmaq

31.

Hərbi “hücum” strategiyası nə deməkdir?

a)

Müdafiə olunmaq

b)

Rəqiblərin zəif nöqtələrinə yönəlmək və bazar payını ələ keçirmək

c)

Mövqeni qorumaq

d)

Bazarı tərk etmək

e)

Daxili xərcləri azaltmaq

32.

Müdafiə strategiyası şirkətə nə imkanı yaradır?

a)

Hücum planı qurmaq

b)

Mövcud bazar payını qorumaq

c)

Yeni bazara daxil olmaq

d)

Qiymətləri artırmaq

e)

Yeni brend yaratmaq

33.

Korporativ səviyyə strategiyası hansı suallara cavab verir?

a)

Şirkət hansı sahələrdə fəaliyyət göstərməlidir?

b)

Qiymət necə müəyyən olunur?

c)

Müştəri kimdir?

d)

Rəqiblər necə