wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Quiz: ŞOK – Yadda saxla, yoxla, düşün

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Şok nədir?

a)

Qan təzyiqinin azalması ilə müşayiət olunan emosional vəziyyət

b)

Hüceyrələrin oksigen və qida çatışmazlığı nəticəsində həyat funksiyalarının pozulması

c)

Sinir sisteminin qısa müddətli iflici

d)

Sadəcə qan itkisinə cavab reaksiyası

2.

Hipovolemik şokun əsas səbəbi nədir?

a)

Ürək ritminin pozulması

b)

Qan və ya maye itkisi

c)

Allergen təsiri

d)

Onurğa zədəsi

3.

Aşağıdakı əlamətlərdən hansısı hipovolemik şoka xasdır?

a)

İsti, qızarmış dəri

b)

Bradikardiya

c)

Solğun, soyuq dəri və taxikardiya

d)

Qan təzyiqinin yüksəlməsi

4.

Anafilaktik şokda ilk tətbiq ediləcək dərman hansıdır?

a)

Atropin

b)

Adrenalin

c)

Dopamin

d)

Furosemid

5.

Şok zamanı “ABC” prinsipi nəyi ifadə edir?

a)

Arteriya, beyin, kapilyar

b)

Airway (hava yolu), Breathing (nəfəs), Circulation (dövran)

c)

Ağrı, bədən istiliyi, qan

d)

Aktivləşmə, balans, koordinasiya

6.

Nə zaman aktiv kömür istifadə olunur?

a)

Dəri ilə təmasda

b)

Şüur itkisi və aspirasiya riski varsa

c)

Zəhərin qəbulundan 30 dəq keçibsə

d)

Ağız yanığı olduqda

7.

Aşağıdakılardan hansı kardiojen şokun tipik əlamətidir?

a)

Taxipnoe və isti dəri

b)

Bradikardiya və yüksək təzyiq

c)

Boyun venalarının gərginliyi və ağciyərdə xırıltı

d)

Sərbəst sidik ifrazı

8.

Neyrogen şokda hansı simptom fərqləndiricidir?

a)

Bəbəklərin genişlənməsi

b)

Bradikardiya və isti dəri

c)

Tənəffüsün dayanması

d)

Tər ifrazının artması

9.

Şokun kompensasiya mərhələsində orqanizm necə cavab verir?

a)

Damarlar genişlənir və ürək ritmi azalır

b)

Ürək döyüntüsü artır, damarlar yığılır

c)

Tənəffüs dayanır

d)

Qan təzyiqi dərhal düşür

10.

Şok xəstəsinə ilk yardım zamanı ediləcək əsas hərəkət hansıdır?

a)

Xəstəni oturtmaq

b)

Qusdurmaq

c)

Xəstəni uzadıb ayaqları qaldırmaq

d)

Suyu bol içirmək