NEW
Font size
WorksheetsMüəssisənin iqtisadiyyatı - 6-7-8 - 2025
Total questions: 20
Worksheet time: 14mins
Xalis inhisar üçün əsas şərt hansıdır?
Bazarın açıq olması
Məhsulun çox əvəzedicisinin olması
Tələbin sabit olması
Məhsulun yeganə satıcısının olması
Təklifin sonsuz olması
Xalis inhisarın yaranmasının əsas səbəblərindən biri nədir?
Aşağı xərclər
Rəqabətin güclü olması
Giriş maneələrinin yüksək olması
Dövlət subsidiyası
Tələb artıqlığı
Təbii inhisarın əsas xüsusiyyəti nədir?
İstehsal miqdarı artdıqca orta ümumi xərclərin azalması
Mənfəətin qeyri-sabitliyi
İstehsal miqdarı artdıqca orta ümumi xərclərin artması
Bazara girişin asan olması
Tələbin sonsuz olması
Xalis inhisarçı firma qiyməti necə təyin edir?
MC səviyyəsində
MR = MC-yə əsaslanaraq tələb əyrisi üzərindən
AVC səviyyəsində
MR səviyyəsindən aşağıda
Tələbin altında
Təbii inhisarlarda ən çox hansı xidmətlər olur?
Məişət xidmətləri
Sosial xidmətlər
İctimai xidmətlər
Təmizlik xidmətləri
Kommunal xidmətlər
Qiymət ayırımçılığı nədir?
Eyni məhsulun fərqli alıcılara fərqli qiymətlərlə satılması
Fərqli məhsulların alıcılara eyni qiymətlə satılması
Qiymətlərin rəqibə görə təyin edilməsi
Bütün növ endirimlərin ləğv edilməsi
Qiymətlərin sərbəst buraxılması
Dominant firmanın üzləşdiyi tələbin adı nədir?
Orta tələb
Ekstensiv tələb
Ümumi tələb
Qalıq tələb
İntensiv tələb
Oliqopoliya bazarının əsas xüsusiyyəti hansıdır?
Məhsulların tam eynicinsli olmaması
Bazarın çoxsaylı satıcılardan ibarət olması
Qiymətlərin sərbəst formalaşmaması
Firmaların qarşılıqlı asılılığın olması
Bazarın dövlət tərəfindən idarə edilməsi
Oliqopoliya firmalarının davranışına “Oyunlar nəzəriyyəsi”nin tətbiqinin əsas məqsədi nədir?
Firmaların strateji qərarlarını təhlil etmək
Bazarda firmaların sayını artırmaq
Rəqabəti tam aradan qaldırmaq
Tələb funksiyasını ləğv etmək
Qiymətləri dövlət tərəfindən müəyyən etmək
Nəş tarazlığı nəyi ifadə edir?
Firmaların tələb əyrisinin dəyişməsini
Rəqabətin tam olmamasını
Heç bir iştirakçının birtərəfli qaydada strategiyasını dəyişməklə öz faydasını yaxşılaşdıra bilməməsini
Qiymətin marjinal xərclərə bərabərləşməsini
Bazarın tam inhisara çevrilməsini
Oliqopoliya bazarında firmalar niyə istehsal həcmini sonsuz artırmır?
Dövlət qanunları bunu qadağan etdiyindən
Xərclər sıfır olduğundan
Yeni firmalar bazara asan daxil olduğundan
Qiymət effekti mənfəəti azaltdığına görə
Tələb sabit olduğuna görə
“Məhbus dilemması”nın mahiyyəti nəyi ifadə edir?
Firmaların həmişə optimal nəticəyə nail olmasını
Firmaların dövlət nəzarətindən çıxmasını
Firmaların ümumi maraqları ilə fərdi maraqları arasında olan ziddiyyəti
Qiymətlərin təsadüfi dəyişməsini
Tələbin sabit olmasını
İstehsal həcmi effekti nədir?
Tələbin azalması zamanı qiymətin artması
İstehsal artdıqca mənfəətin qiymət səbəbilə azalması
Rəqib istehsalını təkrarlamaq
Xərclərin sabit qalması
Əlavə istehsalın mövcud qiymətlə daha çox mənfəət gətirməsi
Kartel niyə qeyri-qanuni hesab olunur?
Çünki bazar təklifini artırır
Çünki dövlət bundan əlavə gəlirlər əldə edir
Çünki bazar rəqabəti gücləndirir
Çünki o, istehsal xərclərini azaldır.
Çünki rəqabəti məhdudlaşdırır və ictimai rifahı azaldır
İnhisarçı rəqabət bazarında məhsulların əsas xüsusiyyəti hansıdır?
Tam eynidir (yekcinsdir)
Bir-birinə heç bənzəmirlər
Oxşardır, lakin fərqliləşdirilmişdir
Standart məhsullardır
Vahid tələbə uyğunlaşdırılırlar
Uzunmüddətli dövrdə inhisarçı rəqabət bazarında iqtisadi mənfəət hansı səviyyədə olur?
Mənfi olur
Sıfıra yaxınlaşır
Orta səviyyədə olur olur
Maksimum olur
Sonsuz olur
İnhisarçı rəqabət bazarında uzunmüddətli tarazlıq halı necə ifadə olunur?
P = ATC
P = MC
MR = ATC
P = AVC
MC = ATC
Məhsulun üfüqi fərqliləşdirilməsi nəyə əsaslanır?
Keyfiyyətin kəskin fərqlənməsinə
Dövlət standartlarına
Qiymət fərqlərinə
Rəqibsiz bazara
Müştərilərin zövq və seçim fərqlərinə
Aşağıdakılardan hansı məhsulun fərqliləşdirilməsinə aid deyil?
Dizayn
Keyfiyyət
Qablaşdırma
Qiymətlərin sabitliyi
Əmtəə nişanı
İnhisarçı rəqabət bazarında uzunmüddətli tarazlıqda hansı iki bərabərlik doğrudur?
P = MC və
MR = ATC
P = MR və
MC = ATC
P = MC və
P = ATC
MR = MC və
P = ATC
MC = AVC və
P = MR
