NEW
Font size
WorksheetsUntitled Quiz
Total questions: 24
Worksheet time: 12mins
1. Məhəmməd Yunusun sosial innovasiyaya verdiyi əsas töhfə hansı məzmunu ifadə edir?
A) İnkişaf etmiş ölkələrdə iri sənaye müəssisələrinin maliyyələşdirilməsinə yönələn bank modelinin qurulması
B) İnkişaf etməkdə olan ölkələrdə aztəminatlı əhali üçün mikro kredit mexanizminin tətbiqi
C) Texnoloji innovasiyaların sənaye sahəsinə inteqrasiyasını təmin edən maliyyə sisteminin yaradılması
D) Dövlət büdcəsi hesabına sosial təminat proqramlarının genişləndirilməsi
E) Transmilli bank şəbəkələrinin regional bazarlara daxil olması
2. Sosial innovasiya anlayışının 1960–1970-ci illərdə elmi müzakirələrə daxil edilməsində aşağıdakılardan hansı birbaşa rol oynamışdır?
A) Karl Marks və Maks Veberin iqtisadi sistemlərə dair nəzəri baxışları
B) Robert Ouenin istehsal münasibətlərinə yönəlmiş kooperativ modeli
C) Peter Drucker və Michael Youngun sosial dəyişikliklərə dair yazıları
D) Şumpeterin texnoloji modernləşmə yanaşması
E) Franklinin icma təşkilatlanması ilə bağlı praktiki ideyaları
“Əlaqəli fərq” yanaşmasına görə sosial innovasiyanın birinci əsas ölçüsü aşağıdakılardan hansını əks etdirir?
A) Sosial dəyişikliklərin yalnız hüquqi islahatlar yolu ilə həyata keçirilməsini
B) Yeniliyin tamamilə sıfırdan yaradılan ideya formasında ortaya çıxmasını
C) İnnovasiyaların yalnız texnoloji sahədə reallaşmasını
E) Mövcud elementlərin yeni kombinasiyalar və hibrid formalar şəklində birləşməsini
E) Yeniliklərin sadəcə dövlət strukturları tərəfindən təşviq olunmasını
Şumpeterin “yaradıcı məhvetmə” nəzəriyyəsinin sosial innovasiya ilə əsas əlaqəsi nədən ibarətdir?
A) Mövcud ictimai institutların tamamilə ləğv edilməsini əsaslandırmasından
B) Sahibkarların köhnə strukturları qoruyaraq yenilik yaratması ideyasından
C) Mövcud elementlərin yeni üsullarla birləşdirilməsi yolu ilə yenilik yaradılmasını izah etməsindən
D) Sosial dəyişikliklərin yalnız texnoloji sıçrayışla mümkün olmasını irəli sürməsindən
E) İnnovasiyaların yalnız dövlət siyasəti vasitəsilə formalaşmasını vurğulamasından
1. Sosial innovasiyanın “çətin və sistemli problemləri hədəfləməsi” aşağıdakılardan hansını daha dəqiq ifadə edir?
A) Ayrı-ayrı fərdi problemlərə qısa müddətli müdaxilə mexanizmlərinin tətbiqini
B) Bir sahə ilə məhdudlaşan lokal sosial təşəbbüslərin təşkili prosesini
C) İctimai və ekoloji xarakterli mürəkkəb problemlərə uzunmüddətli və kompleks yanaşmanı
D) Fərdi rifaha yönəlmiş müvəqqəti sosial proqramların həyata keçirilməsini
E) Sosial yardımın əsasən maddi dəstək formasında göstərilməsini
2. Sosial innovasiyanın təşkilati və hüquqi formadan asılı olmaması hansı əsas məntiqə əsaslanır?
A) Sosial problemlərin həlli üçün mütləq dövlət strukturlarının iştirakı tələb olunur
B) Həll mexanizminin hansı təşkilati çərçivədə həyata keçirilməsindən daha çox nəticənin önəmli olması
C) Sosial təşəbbüslərin yalnız beynəlxalq qurumlar tərəfindən icra edilməsinin zəruriliyi
D) Hüquqi statusun sosial nəticələrə birbaşa təsir etməsi
E) Sosial innovasiyanın formal institutlar daxilində məhdudlaşdırılması
3. Sosial innovasiyanın əməkdaşlıq tələb etməsi hansı iştirakçı münasibətini daha düzgün ifadə edir?
A) Dövlətin sosial sahədə əsas icraedici subyekt kimi təkbaşına çıxış etməsini
B) Biznes strukturlarının sosial sahədə kommersiya maraqlarını ön plana çəkməsini
C) Sosial layihələrin fərdi təşəbbüslər üzərində qurulmasını
D) Hökumət, biznes və qeyri-kommersiya sektorları arasında qarşılıqlı və aktiv tərəfdaşlığı
E) Sosial yeniliklərin əsasən akademik mühitdə formalaşmasını
4. Sosial innovasiya ilə iqtisadi innovasiya arasındakı əsas fərq hansı fikirdə daha düzgün əksini tapır?
A) İqtisadi innovasiya ictimai rifaha, sosial innovasiya isə bazar gəlirlərinə əsaslanır
B) İqtisadi innovasiya yeni məhsul və bazarların yaradılmasına, sosial innovasiya cəmiyyətdə sosial ehtiyacların ödənilməsinə yönəlir
C) Hər iki innovasiya növü eyni məqsəd və nəticələrə xidmət edir
D) Sosial innovasiya bazar mexanizmləri ilə, iqtisadi innovasiya sosial ehtiyaclarla bağlıdır
E) Sosial innovasiya əsasən texnoloji dəyişikliklərə bağlıdır
Sosial innovasiyanın əsas fəaliyyət sahələrinin istiqamətləri hansı cavabda daha tam əks olunmuşdur?
A) Sosial dəyərlərin qorunması və dövlət büdcəsinin artırılması
B) Həyat keyfiyyətinin yüksəldilməsi və yeni iş imkanlarının formalaşdırılması
C) Sosial yardım mexanizmlərinin genişləndirilməsi və vergi siyasətinin təkmilləşdirilməsi
D) Gəlir səviyyəsinin yüksəldilməsi və bazar rəqabətinin gücləndirilməsi
E) Sosial bərabərsizliyin statistik ölçülməsi və dövlət proqramlarının icrası
1. Nizamnamə məktəblərinin sosial innovasiya kimi əsas fərqləndirici cəhəti hansı məzmunda daha düzgün ifadə olunur?
A) Dövlət tərəfindən tam sərt nəzarət altında fəaliyyət göstərən ənənəvi təhsil modelinə əsaslanması
B) Maliyyələşmənin dövlət tərəfindən təmin edilməsi ilə yanaşı, idarəetmədə daha çevik mexanizmlərin tətbiqi
C) Təhsil prosesində bazar mexanizmlərinə üstünlük verilməsi
D) Təhsil proqramlarının yalnız özəl sektor tərəfindən tərtib olunması
E) Sosial bərabərsizliyin aradan qaldırılmasının təhsildən kənar vasitələrlə həyata keçirilmƏSİ
2. İcma mərkəzli planlaşdırmanın klassik mərkəzləşdirilmiş planlaşdırmadan əsas fərqi hansı yanaşmada daha aydın görünür?
A) Planların dövlət qurumları tərəfindən vahid formada hazırlanması
B) İnkişaf strategiyalarının əsasən xarici ekspertlər tərəfindən müəyyən edilməsi
C) Regional inkişafın yalnız iqtisadi göstəricilərlə ölçülməsi
D) Yerli icmaların öz resursları və tarixi bilikləri əsasında qərarvermədə aktiv iştirakı
E) İcmaların ehtiyaclarının ümumi standart proqramlarla tənzimlənməsi
3. Emissiya ticarəti mexanizminin sosial və ekoloji məqsədi aşağıdakılardan hansı formada daha dəqiq ifadə olunur?
A) Çirklənməni azaldan müəssisələrin iqtisadi üstünlük qazanması və normanı aşanların əlavə xərc daşıması
B) Bütün biznes subyektlərinə eyni miqdarda çirkləndirmə hüququnun verilməsi
C) Çirkləndirmənin sərbəst bazar prinsipləri ilə tənzimlənməsi
D) Çirkləndirmə limitlərinin dövlət tərəfindən dəyişməz saxlanılması
E) Emissiya kreditlərinin yalnız iri şirkətlər üçün nəzərdə tutulması
4. Ədalətli ticarət (Fair Trade) hərəkatının əsas ideoloji və praktik məqsədi aşağıdakılardan hansında daha dolğun əks edilir?
A) Kənd təsərrüfatında istehsal həcmini maksimum səviyyəyə çatdırmaq
B) Fermerlərin məhsullarını daha aşağı qiymətlərlə bazara çıxarmasını təmin etmək
C) Fermerlərin beynəlxalq bazarlardan tam kənarda qalmasını təmin etmək
D) Kənd təsərrüfatında sənayeləşməni sürətləndirmək
E) İstehsalda sosial ədalət, ekoloji davamlılıq və insan hüquqlarının qorunmasını təmin etmək
5. ABŞ-da yaşayış yerlərinin mühafizəsi ilə bağlı həyata keçirilən proqramların sosial innovasiya baxımından əsas üstünlüyü hansı mexanizmdə özünü göstərir?
A) Təbiətin qorunmasının yalnız cərimə mexanizmləri ilə tənzimlənməsi
B) İnsanların və bizneslərin ekoloji mühafizəyə iqtisadi stimullar, qrantlar və vergi güzəştləri vasitəsilə cəlb edilməsi
C) Torpaq sahiblərinin hüquqlarının tam məhdudlaşdırılması
D) Ekoloji mühafizənin yalnız qeyri-kommersiya sektoruna həvalə edilməsi
E) Yaşayış yerlərinin qorunmasının yalnız nəzəri strategiyalar əsasında aparılması
1. Fərdi İnkişaf Hesabları (FİH) proqramının sosial innovasiya kimi əsas funksiyası hansı yanaşmada daha düzgün ifadə olunur?
A) Aşağı gəlirli şəxslərin gündəlik istehlak xərclərini artırmaq üçün birbaşa maliyyə yardımı göstərilməsi
B) Qənaət prosesinin təşviqi yolu ilə şəxslərin uzunmüddətli məhsuldar məqsədlərə yönəldilməsi
C) İşsiz şəxslərin müvəqqəti sosial yardım hesabına təmin olunması
D) Bank sektorunda depozit həcmini artırmaq üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi
E) Dövlət büdcəsinin sosial transfertlər üzrə yükünün azaldılması
2. Fərdi İnkişaf Hesabları proqramında qənaətin ikiqat və ya üçqat artırılması hansı əsas mexanizm hesabına mümkün olur?
A) Şəxsi bank faizlərinin avtomatik yüksəldilməsi
B) Dövlət subsidiyalarının fərdi hesaba birbaşa köçürülməsi
C) Qənaət olunan vəsaitə proqram tərəfindən əlavə maliyyə uyğunlaşdırmasının verilməsi
D) Kredit faizlərinin güzəştli formada tətbiqi
E) Vergi azadolmaları yolu ilə qənaətin təşviqi
3. Beynəlxalq əmək standartlarının ölkələr üzrə fərqli səviyyədə olmasının əsas səbəbi hansı fikir ilə daha düzgün izah olunur?
A) Bütün ölkələrdə əmək qanunvericiliyinin eyni hüquqi mexanizmlərə əsaslanması
B) İqtisadi inkişaf səviyyəsi və sosial təminat sistemlərinin müxtəlif struktura malik olması
C) İşçi hüquqlarının bütün regionlarda eyni formada qorunması
D) Qlobal şirkətlərin əmək siyasətinə tam nəzarət etməsi
E) Əmək münasibətlərinin yalnız bazar mexanizmləri ilə tənzimlənməsi
4. Mikromaliyyə mexanizminin sosial məqsədi aşağıdakılardan hansında daha dolğun ifadə olunur?
A) Aztəminatlı insanların iri bank sisteminə inteqrasiyasını sürətləndirmək
B) Yoxsul təbəqələrin maliyyə imkanlarını genişləndirməklə onların iqtisadi fəallığını artırmaq
C) Bank sektorunun kredit portfelini genişləndirmək
D) Sosial yardım xərclərini kredit mexanizmləri ilə əvəz etmək
E) Dövlətin maliyyə bazarına nəzarət imkanlarını gücləndirmək
5. Dəstəklənən məşğulluq proqramlarının klassik məşğulluq siyasətindən əsas fərqi hansı mexanizmdə daha aydın görünür?
A) İşə yerləşdirmə prosesinin yalnız vakant yerlərin elan edilməsi ilə məhdudlaşması
B) İştirakçının işdə uzunmüddətli uğurunu təmin edən nəqliyyat, texnologiya, təlim və fərdi nəzarət dəstəyinin verilməsi
C) Əmək bazarına çıxışın tam sərbəst iqtisadi şəraitdə təşkili
D) İşəgötürənlərin sosial öhdəliklərdən azad edilməsi
E) Əmək münasibətlərinin əsasən mövsümi xarakter daşıması
1. Bərabər ödənişli atalıq və analıq məzuniyyətinin sosial bərabərliyə təsiri hansı məzmunda daha düzgün ifadə olunur?
A) Qadınların əmək bazarından müvəqqəti kənarda qalmasını stimullaşdırmaqla gender balansını tənzimləməsi
B) Uşaq baxımının əsasən sosial xidmətlərə ötürülməsi
C) Kişilərin əmək fəaliyyətindən daha uzun müddət uzaqlaşmasını təşviq etməsi
D) Ailə gəlirlərinin azalması hesabına sosial rifahın yenidən bölüşdürülməsi
E) Uşaq baxımı məsuliyyətinin ailə daxilində daha balanslı bölüşdürülməsi və qadınların iş həyatında qalmasının gücləndirilməsi
“Şüşə tavan” anlayışının sosial innovasiya baxımından aradan qaldırılması hansı əsas istiqamətə xidmət edir?
A) Rəhbər vəzifələrə təyinatların korporativ maraqlara uyğun tənzimlənməsi
B) Rəhbərliyin sosial məsuliyyətinin zəiflədilməsi
C) İşçilərin yaş amilinə görə vəzifələrə bölgüsünün gücləndirilməsi
D) İdarəetmədə qadınların və azlıq qruplarının sistemli şəkildə təmsilçiliyinin artırılması
E) Menecment strukturunun mərkəzləşdirilməsi
3. Hökumətə məxsus qida meşələrinin sosial və ekoloji baxımdan əsas funksiyası hansı yanaşmada daha dolğun əks olunur?
A) Şəhər təsərrüfatının kommersiyalaşdırılması və kənd təsərrüfatı məhsullarının ixracının artırılması
B) Şəhər sakinlərinin təzə və əlverişli qidaya çıxışını artırmaqla qida təhlükəsizliyinin və sosial bərabərliyin gücləndirilməsi
C) Dövlət torpaqlarının satışa çıxarılması yolu ilə büdcə gəlirlərinin artırılması
D) Urbanizasiyanın sürətini artırmaq məqsədilə yaşıl sahələrin azaldılması
E) Əhali artımının qarşısını almaq məqsədilə şəhər infrastrukturunun daraldılması
4 günlük iş həftəsinin gücləndirici sosial innovasiya kimi əsas təsiri hansı fikirdə daha dəqiq ifadə olunur?
A) İş saatlarının uzadılması hesabına istehsal həcminin artırılması
B) İşçilərin rifahının yüksəlməsi, iş–şəxsi həyat balansının yaxşılaşması və məhsuldarlığın artması
C) İşçi sayının azaldılması yolu ilə xərclərin optimallaşdırılması
D) Əmək intizamının sərtləşdirilməsi vasitəsilə nəzarətin gücləndirilməsi
E) Əmək bazarında rəqabətin zəiflədilməsi
5. Regenerativ kənd təsərrüfatının klassik kənd təsərrüfatı modellərindən əsas fərqi hansı məzmun üzərində formalaşır?
A) Torpağın intensiv şəkildə kimyəvi maddələrlə zənginləşdirilməsi
B) Torpaq sağlamlığının bərpası, karbon saxlanmasının artırılması və biomüxtəlifliyin gücləndirilməsi
C) Məhsuldarlığın qısa müddətdə maksimum həddə çatdırılması
D) Su resurslarının daha sürətli tükədilməsi hesabına məhsul artımı
E) Monokültür əkinçiliyinin genişləndirilməsi
