NEW
Font size
WorksheetsAnaloq suallar 1-20
Total questions: 20
Worksheet time: 10mins
Əvvəllər mövcud olmayan, keyfiyyətcə yeni və orijinal bir şey yaradan fəaliyyət necə adlanır?
Yaradıcılıq fəaliyyəti
Əqli fəaliyyət obyektlərinin çapa hazırlanması və nəşr edilməsi
Elmi məqalələrin redaktə olunması
Müəlliflərin əmlak hüquqlarının idarə edilməsi
Elmi məqalələrin qeydiyyata alınması
Nəşr sənayesi hansı sənaye növünə aiddir?
Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ sənaye
Keyfiyyətli malların istehsalı üzrə sənaye
Avtomobil ehtiyat hissələri sənayesi
Məişət malları sənayesi
Təkrar istehsal sənayesi
Hansı fəaliyyətinin nəticəsi əqli mülkiyyətdir?
Yalnız yaradıcılıq fəaliyyətinin nəticəsi əqli mülkiyyətdir
Əsərlərin əksini tapdığı kitablar əqli mülkiyyətdir
Yalnız audiovizual əsərlərin nüsxələri əqli mülkiyyətdir
Yalnız elmi məqalələrin dərc olunduğu jurnallar əqli mülkiyyətdir
Qanunvericilik aktlarının toplusu əqli mülkiyyətdir
Əmlak hüquqlarını kоllektiv əsasda idarə edən təşkilatlar hansı dövlət orqanında qeydiyyata alınır?
Ədliyyə Nazirliyində
Elm və Təhsil Nazirliyində
Əqli Mülkiyyət Agentliyində
Mədəniyyət Nazirliyində
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Xalq yaradıcılığı (fоlklоr) nümunələri haqqında göstərilən fikirlərdən hansı doğrudur?
Xüsusi qorunma hüququ ilə qorunur
Sənaye mülkiyyəti obyekti kimi qorunur
Ənənəvi biliklər kimi qorunur
Toplular kimi qorunur
Ənənəvi mədəni nümunələr kimi qorunur
Əsərin qorunma müddəti bitdikdən sonra hansı hüquqi proses baş verir?
əsər ictimai varidata keçir və sərbəst istifadə olunur
Əsər dövlət varidatı sırasına keçir
Əsər müqavilə əsasında istifadəyə keçir
əsərin istifadə hüquqları vərəsələrə keçir
əsərə şəxsi hüquqlar vərəsələrə keçir
Hansı hallarda Azərbaycan Respublikasının ərazisində əqli mülkiyyət sahəsində beynəlxalq müqavilənin normaları tətbiq olunur?
Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə müəyyən edilmiş normalar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş normalardan fərqli olduqda
Milli qanunverilikdə analoji normalar olmadıqda
Beynəlxalq məhkəmələr qərar çıxardığı hallarda
Avrasiya Patent Təşkilatının qərarı olduğu halda
Ölkəmiz beynəlxalq müqavilələrin üzvü olduqda
Azərbaycan Respublikasının müəlliflik hüququ sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən hansıların müddəaları tətbiq olunur?
Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası
Avrasiya Patent Təşkilatının qaydaları
Avropa Patent Təşkilatının qərarları
Sənaye mülkiyyətinin qorunması haqqında Paris Konvensiyası
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təlimatları
Sənaye nümunəsinin rəsmi dövlət qeydiyyatından keçirilməsi şirkətə hansı hüququ verir?
Digər qablaşdırmalardan fərqlənən yeni qablaşdırma formasına müstəsna hüquq
Sənaye nümunələrindən istifadəyə qeyri-müstəsna hüquq
İxtira və sənaye nümunələrindən istifadəyə müstəsna hüquq
İstənilən sənaye nümunəsindən kommersiya məqsədilə istifadə hüququ
Qablaşdırma formalarının sənaye tətbiqinə hüquq
Müəllifin əmlak (iqtisadi) hüquqları deyilərkən hansı hüquqlar başa düşülür?
Öz əsərindən istənilən formada və istənilən üsulla istifadə etmək
Öz əsərini istənilən formada və istənilən üsulla açıqlamaq
Öz əsərini anonim və ya öz adı ilə dərc etmək
Şərəf və ləyaqətinə xələl gətirən hərəkətlərə qarşı çıxmaq
Öz əsərin müəllifi kimi tanınmaq hüququ
Müstəsna istifadə hüququ müəllifdə olan əsərlərin icazə almadan sərbəst istifadə halları “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun hansı maddələri ilə nəzərdə tutulmuşdur?
Qanunun 17-24-cü maddələri ilə
Qanunun 14-24-cü maddələri ilə
Qanunun 8-12-ci maddələri ilə
Qanunun Giriş və Preambula hissələri ilə
Qanunun 15-28-ci maddələri ilə
Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən kommersiya məqsədləri üçün hazırlanan nüsxələr necə adlanır?
Qeyri-qanuni (pirat) nüsxələr
Şəxsi məqsədlər üçün hazırlanmış nüsxələr
Görmə qabiliyyəti zəif olan şəxslər üçün hazırlanmış əlçatan nüsxələr
Kitabxanalar üçün hazırlanmış nüsxələr
Arxivlər və təhsil müəssisələri üçün hazırlanmış nüsxələr
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının inzibati idarəçiliyi altında olan Konvensiyanı seçin.
dəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası
Avropa Patent Təşkilatı
Avrasiya Patent İdarəsi
YUNESKO
Memarlıq layihələri üzrə Beynəlxalq Büro
Ədəbi, elmi və bədii əsərlərin müəlliflərinin hüquqları hansı hallarda başqalarına verilə bilər?
Müəllifin əmlak hüquqları müəllif müqavilələri üzrə verilir və vərəsəlik qaydasında keçir
Müəllifin əmlak hüquqları yalnız müəllif müqavilələri üzrə verilir
Müəllifin əmlak hüquqları yalnız vərəsəlik qaydasında keçir
Müəllifin şəxsi qeyri-əmlak hüquqları müəllif müqavilələri üzrə verilir
Müəllifin şəxsi qeyri-əmlak hüquqları vərəsəlik qaydasında keçir
Müəlliflərin, ifaçıların və yayım təşkilatlarının hüquqları əqli mülkiyyət kontekstində hansı kateqoriyaya aid edilir?
Müəliflik hüququ və əlaqəli hüquqlar kateqoriyası
İxtira və müəllif hüququ kateqoriyası
Fonoqram istehsalı və sənaye nümunəsi kateqoriyası
Sənaye mülkiyyəti və müəllif hüququ kateqoriyası
Müəllif hüququ və coğrafi adlar kateqoriyası
Azərbaycan Respublikası ərazisində olan memarlıq əsərlərinin müəlliflərinin hansı hüquqları vardır?
Özünün memarlıq, şəhərsalma və bağ-park layihələrindən istifadəyə icazə vermək və qadağa qoymaq
İşəgötürənin tapşırığı əsasında yaradılmış memarlıq, şəhərsalma və bağ-park layihələrindən istifadəyə icazə vermək və qadağa qoymaq
Xidməti vəzifəsini yerinə yetirmək qaydasında yaradılmış memarlıq, şəhərsalma və bağ-park layihələrindən istifadəyə icazə vermək və qadağa qoymaq
Xidməti vəzifəsini yerinə yetirmək qaydasında yaradılmış memarlıq, şəhərsalma və bağ-park layihələrindən kommersiya məqsədilə istifadə etmək
İşəgötürənin tapşırığı əsasında yaradılmış memarlıq, şəhərsalma və bağ-park layihələrini rəsmi qeydiyyatdan keçirmək
Coğrafi göstərici kimi qeydə alınan nişanlar hansı qanunvericilik aktı ilə qorunur?
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunla
Coğrafi göstəricilər və ixtiralar haqqında qanunla
“Patent haqqında” Qanunla
“Mədəniyyət haqqında” Qanunla
Coğrafi göstəricilərin təsdiq edilmiş siyahısı ilə
“Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi müəlliflərin hansı kateqoriyasının hüquqlarını qoruyur?
Audiovizual əsər müəlliflərinin
Audiovizual və ədəbi və bədii əsər müəlliflərinin
Rejissorların və ifaçıların
Verilişlərin müəliflərinin
Bəstəkarların və yayım təşkilatlarının
Şərikli əsərin qorunma müddəti digər əsərlərin qorunma müddətlərindən necə fərqlənir?
Şərikli əsərə müəlliflik hüququ müəlliflərin bütün həyatı boyu və şərik müəlliflərin axırıncısının vəfatından sonra 70 il müddətində qüvvədə qalır
Şərikli əsərə müəlliflik hüququ şərik müəlliflərin axırıncısının vəfatından sonra 70 il müddətində qüvvədə qalır
Əsərin qanuni dərc edilmə tarixindən sonra 70 il müddətində qüvvədə qalır
Şərikli əsərin yaradıldığı tarixdən 70 il müddətində qüvvədə qalır
Şərikli əsərə müəlliflik hüququ müəlliflərin bütün həyatı boyu qüvvədə qalır
Dövlət rəmzləri və nişanlarının qorunması hansı qanunvericilik aktları ilə tənzimlənir?
Müəlliflik hüququ və əlaqəli hüquqlardan fərqli xüsusi qanunvericilik aktları ilə
Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunveriliklə
Sənaye mülkiyyəti haqqında qanunvericiliklə
Əqli mülkiyyət qanunvericili ilə
Əmtəə nişanları haqqında qanunvericiliklə
