Worksheets"AR Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanun
Total questions: 19
Worksheet time: 10mins
Azərbaycan Respublikası onun ərazisindən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə ........... tədbirlər görür. Nöqtələrin yerinə aşağıdakılardan hansı yazılmalıdır?
"Azərbaycan Respublikası Dövlət Bayrağının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq
bu Qanuna uyğun olaraq
beynəlxalq hüquq normalarına uyğun olaraq
AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq
Azərbaycan Respublikası Dövlət bayrağının daimi qaldırılmalı olduğu yerlərdən biri yanlışdır:
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binası üzərində
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının binası üzərində
Azərbaycan Respublikası Hesablama Palatasının binası üzərində
yerli özünüidarəetmə orqanlarının binası üzərində
Azərbaycan Respublikası Dövlət bayrağının daimi qaldırılmalı olduğu yerlərdən biri yanlışdır:
Azərbaycan Respublikası Mərkəzi Bankın binası üzərində
Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının binası üzərində
Azərbaycan Respublikasının məhkəmələrinin binası üzərində
yerli icra hakimiyyəti orqanlarının binası üzərində
Azərbaycan Respublikası Dövlət bayrağının daimi qaldırılmalı olduğu yerlərdən biridir:
Nizami Rayon İcra Hakimiyyətinin binası üzərində
Nizami Rayon Bələdiyyəsinin binası üzərində
Nizami Rayon Məhkəməsinin binası üzərində
Nizami Rayon Polis Şöbəsinin binası üzərində
Azərbaycan Respublikası Dövlət bayrağının daimi qaldırılmalı olduğu yerlərdən biri yanlışdır:
Azərbaycan Respublikası Prokurorluğunun binası üzərində
Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin binası üzərində
Məhkəmə-Hüquq Şurasının binası üzərində
Prezident sarayının və dövlət iqamətgahlarının üzərində
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının binaları üzərində, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iqamətgahları üzərində ................. qaldırılır. Nöqtələrin yerinə aşağıdakılardan hansı yazılmalıdır?
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq daimi
Beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq
Beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq daimi
Azərbaycan Respublikası Dövlət bayrağı .................. Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata alınmış gəmilərin üzərində qaldırılır. Nöqtələrin yerinə aşağıdakılardan hansı yazılmalıdır?
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq
Azərbaycan Respublikasının Su Məcəlləsinə uyğun olaraq
Azərbaycan Respublikasının Gəmilərin Qeydiyyatı Məcəlləsinə uyğun olaraq
"AR Dövlət bayrağının istifadə qaydaları haqqında" qanuna uyğun olaraq
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının sərhəd nəzarət-buraxılış məntəqələrinin və sərhəd zastavalarının binaları üzərində ...............
qaldırılır
daimi qaldırılır
yerləşdirilir
qaldırılır və yerləşdirilir
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissə və hərbi gəmilərində hansı halda qaldırılmır?
hərbi andiçmə mərasimində
hərbi hissələrə və ya hərbi gəmilərə dövlət mükafatları təqdim edildikdə
hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduqda
hərbi qulluqçulara rütbə verilərkən
Xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanında dayanarkən öz bayrağı ilə yanaşı, .............. uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağını da qaldırmalıdır. Nöqtələrin yerinə aşağıdakılardan hansı yazılmalıdır?
"AR Dövlət bayrağının istifadə qaydaları haqqında" qanuna
AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələrə
beynəlxalq dəniz adətlərinə
beynəlxalq hüquq normalarına
Azərbaycan Respublikası Dövlət bayrağının daimi qaldırılmalı olduğu yerlərdən biri yanlışdır:
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin iş otağında
Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iş otağında
Azərbaycan Respublikası məhkəmələrinin iclas salonunda
Yerli icra hakimiyyəti orqanları rəhbərlərinin iş otağında
Azərbaycan Respublikası Dövlət bayrağının daimi yerləşdirilməli olduğu yerlərdən biri yanlışdır:
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin iş otağında
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin iş otağında
Naxçıvan Muxtar Respublikası Baş Nazirinin iş otağında
Azərbaycan Respublikası Baş Prokurorunun iş otağında
Azərbaycan Respublikası Dövlət bayrağının daimi qaldırılmalı olduğu yerlərdən biri yanlışdır:
Naxçıvan Muxtar Respublikası Baş Nazirinin iş otağında
Naxçıvan Muxtar Respublikası Prokurorunun iş otağında
Azərbaycan Respublikası diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iş otaqlarında
Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin iş otağında
Azərbaycan Respublikasının Dövlət bayrağı aşağıda göstərilənlərdən hansının nəqliyyat vasitələri üzərində yerləşdirilmir:
Azərbaycan Respublikası Prezidentinin
Dövlət nümayəndə heyəti rəhbərlərinin
Milli Məclisin sədrinin
Xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinin
Tamamlayın:
Azərbaycan Respublikasının Dövlət bayrağı qanunvericiliklə müəyyənləşdirilmiş hallarda və qaydada andiçmə mərasimi keçirilən yerlərdə ..................
qaldırılır
yerləşdirilir
istifadə olunur
təsvir olunur
"Azərbaycan Respublikasının Dövlət bayrağının təsvirinin istifadə"si ilə bağlı yerlərdən biri yanlışdır:
beynəlxalq uçuşları həyata keçirən Azərbaycan Respublikası mülki hava gəmilərinin üzərində
Azərbaycan Respublikası hüdudlarından kənar uçuşlar üçün istifadə olunan hərbi nəqliyyat hava gəmilərinin üzərində
Azərbaycan Respublikasının dövlət mükafatlarının, habelə qanunvericiklə nəzərdə tutulmuş hallarda rəsmi döş nişanlarının elementi kimi
Yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində
Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri ............ fərqləndirici nişanı kimi istifadə olunur.
Nöqtələrin yerinə aşağıdakılardan hansı yazılmalıdır?
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sərhəd gəmilərinin və qayıqlarının
Azərbaycan Respublikası hüdudlarından kənara uçuşlar üçün istifadə olunan hərbi nəqliyyat hava gəmilərinin
beynəlxalq uçuşları həyata keçirən Azərbaycan Respublikası mülki hava gəmilərinin
dövlət hakimiyyət orqanları tərəfindən keçirilən rəsmi tədbirlər və mərasimlər zamanı həmin rəsmi tədbir və mərasimlərin
Azərbaycan Respublikası Dövlət bayrağı yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində .................
qaldırıla (asıla) bilər
daimi qaldırılır
yerləşdirilir
qaldırıla (asıla) və ya yerləşdirilə bilər
Tamamlayın:
Azərbaycan Respublikası Dövlət bayrağı yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müəssisə və idarələr tərəfindən keçirilən tədbirlər zamanı ..................
daimi qaldırılır
qaldırılır (asılır)
qaldırıla (asıla) və ya yerləşdirilə bilər
yerləşdirilir
