Font size
WorksheetsDövlət qulluğu - Ümumi
Total questions: 20
Worksheet time: 32mins
Dövlət qulluğu haqqında Qanun nə vaxt qəbul edilmişdir?
23.06.2001
21.07.2000
21.09.2001
01.09.2001
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğunun prinsiplərindən hansı düzgün deyil?
qanunçuluq
dövlət qulluğuna qəbulun şəffaflığı
dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi
Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında səlahiyyət bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət Qulluğunu İdarəetmə Şurasının səlahiyyətlərindən hansı düzgündür?
Dövlət qulluğu haqqında Qanunun tətbiqinə nəzarət edir
Dövlət qulluqçularının təminatını həyata keçirir
Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən edir
Dövlət qulluğu haqqında Qanunun hazırlanmasını təmin edir
Dövlət qulluqçusu kimdir?
Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.
Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.
Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasının qanunlarına sadiq olacağına and içən şəxsdir.
Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən şəxsdir
Dövlət qulluqçusunun andının tam və düzgün verilmiş variantını seçin.
Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və dövlətin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm
Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm
Azərbaycan Respublikasına sadiq olacağıma, onun qanunvericiliyinə dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlətin mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm
Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlətin mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və dövlətin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm
Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər nəyə uyğun məsuliyyət daşıyır?
İntizam məsuliyyəti
Mülki Məcəlləyə uyğun məsuliyyət
İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət
Bu Qanuna uyğun məsuliyyət
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun xidməti vəsiqəsi nəyi təsdiq edən sənəddir?
dövlət qulluğu vəzifəsini və səlahiyyətlərini
ixtisas dərəcəsini və qulluq stajını
dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini
dövlət qulluğu vəzifəsini və dövlət qulluğu stajını
Dövlət qulluqçusunun siyasi partiyaların fəaliyyətində iştirakı ilə bağlı verilmiş fikirlərdən hansı düzgündür?
Dövlət qulluqçusu bütün hallarda siyasi partiyaların fəaliyyətində iştirak edə bilər
Dövlət qulluqçusu heç bir halda siyasi partiyaların fəaliyyətində iştirak edə bilməz
Dövlət qulluqçusu birbaşa rəhbərinin razılığı ilə siyasi partiyaların fəaliyyətində iştirak edə bilər
Dövlət qulluqçusu qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak edə bilməz
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun əlavə təhsil alması kimin tərəfindən müəyyən olunur?
Onun birbaşa rəhbəri tərəfindən
Qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
Dövlət qulluqçusunun özü tərəfindən
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun qulluq stajına görə əmək pensiyasına əlavələr edilməsi üçün neçə il dövlət qulluğu stajı tələb olunur?
Bütün hallarda ən azı 15 il
Bu Qanunla müəyyən edilmiş hallar istisna olmaqla minimum 15 il
Bir qayda olaraq 10 il
Bir qayda olaraq 15 ildən az
Dövlət qulluqçularının mükafatlandırılması ilə bağlı verilmiş səhv fikri göstərin.
Dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması və vəzifə borcuna və andına sədaqəti dövlət orqanının rəhbəri tərəfindən qiymətləndirilməlidir.
Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır.
Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir.
Dövlət qulluqçusu mükafatlandırılarkən «Vətənə xidmətə görə» ordeninin üç dərəcəsi ilə təltif edilə bilər.
Natamam fikri tamamlayın:
Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun etirazına baxmayaraq, həmin rəhbər işçi öz göstərişini qüvvədə saxlayırsa və ondan yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi ləğv etmirsə...
dövlət qulluqçusu da məsuliyyət daşıyır.
dövlət qulluqçusu qismən məsuliyyət daşıyır.
dövlət qulluqçusunun yalnız birbaşa rəhbəri məsuliyyət daşıyır.
dövlət qulluqçusu məsuliyyətdən azad olunur.
Hər hansı şəxsin dövlət qulluğuna qəbul edilə bilmədiyi hallardan yanlış olanı göstərin.
məhkumluğu ödənilməmiş və ya götürülməmişsə
barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa
onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təsdiq edilərsə
bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda
Dövlət qulluğu haqqında Qanuna əsasən düzgün olmayan fikri göstərin.
(bir və ya bir neçə cavab seçə bilərsiniz)
Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır.
Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Dövlət qulluğuna qəbul müsabiqə və test imtahanı əsasında aparılır.
Müsabiqə test imtahanından ibarətdir.
Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı və ya DİM təşkil edir.
Dövlət qulluğunda hansı vəzifələrin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir?
Bütün inzibati vəzifələrin
İnzibati vəzifələrin ali-üçüncü təsnifatlarına aid olan bütün vəzifələrin
Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun olan vəzifələrin
Ali kateqoriya dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin
Namizədlərin müsahibə nəticələrindən şikayət edəcəkləri subyektlərdən hansı düzgün deyil?
Dövlət Qulluğunu İdarəetmə Şurası
Dövlət Qulluğunu İdarəetmə Şurasının Katibliyi
Məhkəmə
Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (məsələn, Apellyasiya Şuraları)
Dövlət qulluğunun şərtləri ilə bağlı verilmiş yanlış variantı göstərin.
Bütün dövlət qulluqçularına ildə bir dəfə 30 təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir.
Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
Dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır.
İş vaxtı 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı verilmiş səhv fikri göstərin.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən yekun qiymətin 40 faizi tapşırıqların (hədəflərin) icra səviyyəsinin qiymətləndirilməsinə əsaslanır.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən yekun qiymətin 40 faizi meyarlar əsasında qiymətləndirilməyə əsaslanır.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdirilir.
Dövlət qulluqçusunun xidməti fəaliyyəti üzrə yekun qiymət müəyyən edildikdən sonra onunla müsahibə keçirilir.
Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi ilə razılaşmadıqda... (tamamlayın)
inzibati qaydada və məhkəmə qaydasında şikayət etmək hüququna malikdir
inzibati qaydada və Şuraya şikayət etmək hüququna malikdir
inzibati qaydada, Şuraya və məhkəmə qaydasında şikayət etmək hüququna malikdir
yalnız inzibati qaydada şikayət etmək hüququna malikdir
Dövlət qulluğunda olmanın yuxarı yaş həddi neçədir?
65
70
75
60
