Font size
Worksheetsaçıq suallar.
Total questions: 25
Worksheet time: 19mins
Yaradıcılıq sahələri ilə bağlı Azərbaycanın dövlət siyasətinə aid fikirlərdən hansılar düzdür?
Elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması, xalqın mənəvi dəyərlərinin artırılması sahəsində fəaliyyətin həvəsləndirilməsi.
Beynəlxalq əlaqələrin inkişaf etdirilməsi yolu ilə müəlliflərin digər dövlətlərin ərazilərində hüquqlarının qorunması.
Əqli mülkiyyət hüquqlarının obyektləri barəsində daxil olmuş iddia sənədlərinin qanunvericilikdə müəyyən edilmiş qaydada ekspertizasını təşkil etmək
Mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq müəlliflik hüquqlarını müəyyən edən və qoruyan qanunvericilik bazasının yaradılması.
Əmlak hüquqlarını kollektiv əsasda idarə edən dövlət qeydiyyatına alınmış təşkilatları qeydiyyatdan (akkreditasiyadan) keçirmək.
Aşağıda qeyd olunanlardan hansılar Əqli Mülkiyyət Agentliyinin fəaliyyət istiqamətlərinə aiddir?
əqli mülkiyyət hüquqlarının mədəni, sosial və iqtisadi rolunun təhlilini aparmaq və nəticələrini aidiyyəti orqanlara təqdim etmək
əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təmin etmək.
əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin etmək və o cümlədən bu sahədə beynəlxalq mübadiləni və əməkdaşlığı həyata keçirmək
əqli mülkiyyət hüquqları sahəsinin inkişafına dair təkliflər hazırlamaq və aidiyyəti orqanlara təqdim etmək
əqli mülkiyyət hüquqları mədəniyyətinin formalaşmasında iştirak etmək.
Yaradıcılıq sahələrində əqli mülkiyyət məsələlərinin tənzimlənməsi haqqında fikirlərdən hansılar düzdür?
Müəllif müqavilə əsasında əmlak hüquqlarının bir qismini, yaxud hamısını başqa şəxsə verə bilər.
Müəllif müqavilə əsasında şəxsi (qeyri-əmlak) hüquqlarını başqa şəxsə verə bilər.
Əsərlərdən istifadə edilərkən, qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, hüquq sahibi ilə müvafiq müqavilə imzalanır.
Mövcud qanunvericiliklə müəyyən edilmiş normalara uyğun tənzimlənir.
Şifahi müqavilə əsasında da əsəri istifadə etmək olar.
Hansılar yaradıcı sənaye sahələridir?
Mineralların emalı sənayesi.
Nəşr sənayesi.
Filiz istehsalı sənayesi.
Audiovizual sənaye.
Memarlıq, sənətkarlıq sənayesi.
Yaradıcı sənayelər haqqında fikirlərdən hansılar düzdür?
Yaradıcı sənayelər iqtisadiyyatın vacib tərkib hissələridir.
Yaradıcı sənayelər əmtəə nişanları əsasında yaradılır.
Yaradıcı sənayelər müəliflik hüququ və əlaqəli hüquqlara əsaslanır.
Coğrafi göstəricilər yaradıcı sənayenin əsasını təşkil edir.
Yaradıcı sənayeləri həm də kreativ sənaye adlandırırlar.
Hansılar yaradıcılıq məhsullarının istehsalçılarıdır?
Faydalı qazıntı istehsalçıları
Audiovizual əsər istehsalçıları.
Nəşriyyatlar.
Rəngli metal istehsalçıları.
Fonoqram istehsalçıları.
Hansılar yaradıcılıq layihələri sırasına daxildir?
İntellektual oyunların layihələri.
Əsərlərin qısa məzmunu
Memarlıq layihələri.
Televerilişlərin layihələri.
Binaların tikintisi
Memarlıq layihələrinin tətbiqinə aid fikirlərdən düz olanlar hansılardır?
Bina və qurğular memarlıq layihələri əsasında reallaşdırılır.
Hər bir tikinti əvvəlcədən hazırlanmış memarlıq layihəsi əsasında həyata keçirilir.
Yeni avtomobil dizaynları da memarlıq layihələrinə aiddir.
Memarlıq layihələri əsasında kosmik səyahətlər təşkil edilir.
İşğaldan azad edilmiş torpaqlarımızda tikinti-abadlıq işləri memarlıq layihələri əsasında aparılır.
Hansılar yaradıcılıq fəaliyyətlərinin sahəvi formalarıdır?
Ədəbi yaradıcılıq fəaliyyəti
Yaradıcılıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılması.
Bədii yaradıcılıq fəaliyyəti
Audiovizual yaradıcılıq fəaliyyəti
Yaradıcılıq fəaliyyət nəticələrinin istehsalı
Yaradıcı sənayelərin idarə edilməsinə aid fikirlərdən hansılar düzdür?
Yaradıcı sənayelərin inkişafı sahəsində koordinasiyanın həyata keçirilməsi.
Yaradıcılıq nəticələrinin rəsmi qeydiyyatının aparılması.
Yaradıcılıq sahəsində beynəlxalq və yerli layihələrin idarə olunması.
Yaradıcı sənaye sahələrinin maliyyələşdirilməsi.
Yaradıcılıq sahəsində fəaliyyət göstərən şəxslər, şirkətlər və ictimai təşkilatlarla bu sahəni tənzimləyən dövlət qurumları və biznes tərəfdaşlarını əlaqələndirmək.
Yaradıcı sənayelərdə maliyyələşmə mexanizmlərinə aid fikirlərdən düz olanlar hansılardır?
Xidməti vəzifəsini, yaxud işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmış əsərin sənaye tətbiqinə görə qonorar ödənilmir.
Yaradıcı sənayenin əsasını təşkil edən əqli mülkiyyət obyektinin hüquq sahibi ilə həmin obyektdən istifadə və maliyyə şərtləri barədə müqavilə bağlanmalıdır.
Yaradıcılıq sənayesi məhsullarının satışından əldə olunan gəlir bütünlüklə müəlliflərə ödənilir.
Xidməti əsərdən istifadənin hər növünə görə müəllif qonorarının həcmi və ödənilməsi qaydaları işəgötürənlə müəllif arasındakı müqavilə ilə müəyyənləşdirilir.
Audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır.
1. Yaradıcı sənayelər sahəsində rəqabətə aid fikirlərdən düz olanları seçin.
Məşhur brendlərin məhsullarına oxşar məhsullar rəqabətə davamlı olur.
Yaradıcılığa əsaslanan məhsullar daha keyfiyyətli olduqda rəqabətə davamlı olur.
Daha çox tələbat olan məhsullar rəqabətə davamlı olur.
Yaradıcılığa əsaslanan məhsullar rəqabətə daha davamlı olur.
Tanınmış yaradıcı şəxslərin yaradıcılığına əsaslanan məhsullar rəqabətə davamlı olur.
Yaradıcılıq məhsullarının xüsusiyyətlərinə aid düz fikirlər hansılardır?
Yaradıcılıq nəticələri öz əksini daha çox maddi daşıyıcılarda tapır.
Yaradıcılıq məhsullarının istehsal sahələri hələlik inkişaf etməyib.
Yaradıcılıq məhsulları əsaslandığı əqli mülkiyyət obyekti ilə oxşar olur.
Yaradıcılıq məhsulları daha çox xarici görkəmi ilə fərqlənir.
Rəsm əsərləri maddi daşıyıcısı ilə birlikdə çıxış edir.
Mədəni (kreativ) sənayеyə aid olanlar hansılardır?
Ehtiyat hissələr sənayesi.
Oyuncaq və oyunlar sənayesi.
Tikinti sektoru sənayesi.
Proqram təminatı sənayesi.
Kənd təsərrüfatı sənayesi.
Kreativ sənaye haqqında fikirlərdən düz olanlar hansılardır?
Azərbaycan iqtisadiyyatında kreativ sənayenin mühüm rolu vardır.
Kreativ sənaye yalnız xalq sənətkarlığı nümunələrinə əsaslanır.
Kreativ sənaye əmtəə nişanlarına əsaslanır.
Kreativ sənaye texnologiyaların transferindən asılıdır.
Kreativ sənaye müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanır.
Nəşr sənayesi haqqında göstərilən fikrlərdən hansılar düzdür?
Nəşriyyatların müəlliflik hüququ vardır.
Nəşr sənayesi müəlliflik hüququna əsaslanır.
Mətbəələr çap məhsullarının hüquq sahibləridir
Müəlliflər nəşr sənayesinin subyektləri sırasına daxildir.
Nəşriyyatlar kitabların təkrar çapına qadağa qoya bilər
Nəşr sənayesinin əsasını təşkil edən müəlliflik hüququ və əlaqəli hüquqların sahibləri və istifadəçilər arasında münasibətlərin tənzimlənməsi haqqında fikirlərdən düz olanları seçin.
Müəlliflik hüququ və əlaqəli hüquqların sahibləri və istifadəçilər arasında münasibətlər müqavilə əsasında tənzimlənir.
Jurnala müəlliflik hüququ baş redaktora məxsusdur.
Nəşriyyatlar kitabları şifahi razılıq əsasında çap edib yaya bilərlər.
Hüquq sahibləri müqavilə əsasında müəyyən hüquqlarını istifadəçiyə verirlər.
Kitabların yenidən çap hüququ nəşriyyatlara məxsusdur.
TV və radio sənayesinin əsasını təşkil edən müəlliflik hüququ və əlaqəli hüquqların hüquq sahibləri və istifadəçilər arasında münasibətlərin tənzimlənməsi haqqında fikirlərdən düz olanları seçin.
TV və radio öz verilişinə daxil etdiyi əsərin müəllifi sayılır.
Hüquq sahibləri və istifadəçilər arasında müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən istifadə ilə bağlı münasibətlər müqavilə əsasında tənzimlənir.
TV və radio əsərləri şifahi razılıq əsasında verilişə daxil edə bilər.
TV və radio verilişlərinə daxil edilən əsərin müəllifi (hüquq sahibi) müqavilə əsasında müəyyən hüquqlarını prodüsserə verir.
Verilişlər müəlliflik hüququnun obyektləridir.
Audiovizual və CD sənayesinin əsasını təşkil edən müəlliflik hüququ və əlaqəli hüquqların sahibləri və istifadəçilər arasında münasibətlərin tənzimlənməsi haqqında fikirlərdən düz olanları seçin.
Audiovizual əsər istehsalçıları audiovizual əsərin hüquq sahibidir.
Audiovizual və CD sənayesinin əsasını əlaqəli hüquqların obyektləri təşkil edir.
Audiovizual əsər istehsalçıları və müəlliflər arasında münasibətlər müqavilə əsasında tənzimlənir.
Audiovizual əsər istehsalçıları əsərlərdən şifahi razılıq əsasında istifadə edə bilər.
Audiovizual və CD-lər müəlliflik hüququnun obyektləridir.
Proqram təminatı sənayesinin əsasını təşkil edən müəlliflik hüququ və əlaqəli hüquqların sahibləri və istifadəçilər arasında münasibətlərin tənzimlənməsi haqqında fikirlərdən düz olanları seçin.
Proqram təminatı alqı-satqı vasitəsi ola bilməz.
Proqram təminatının istifadə edilməsi üçün müvafiq lisenziya alınmalıdır.
Proqram təminatı əmtəə nişanı kimi qorunur.
Proqram təminatı ədəbi əsərlər kimi qorunur.
Proqram təminatı patentlə mühafizə olunur.
Müəllif hüququnun yaranması tarixinə aid olan düz cavabları seçin.
Əsərin nəşr olunduğu tarixdən
Əsərin yarandığı andan
Əsərin qeydiyyata alındığı tarixdən
Hüquqların müqvilə ilə verildiyi tarixdən
Müəllifli hüququ obyektinin yarandığı andan
Müəllif hüququnun оbyеktləri hansılardır?
Faydalı modellər
Musiqili-dram əsərləri
Sənaye nümunəsi
Xoreoqrafiya əsərləri
Rəsmi sənədlər
Müəllifin şəxsi (qeyri-əmlak) hüquqlarına aid olanları seçin.
Əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ)
Əsəri kütləvi nümayiş etdirmək
Şöhrətinə hörmət edilməsi hüququ
Tərcümə hüququ
İxtira hüququ
Müəllifin əmlak (iqtisadi) hüquqları hansılardır?
Açıqlama hüququ
Əsəri tərcümə etmək (tərcümə hüququ)
Faydalı modelə hüquq
Efirlə kütləvi bildiriş hüququ
Ad hüququ
Müəlliflik hüququ ilə qorunan obyekti qeyd edin:
Xoreoqrafiya əsərləri və pantomimalar
Faydalı modellər
Memarlıq, şəhərsalma sənəti əsərləri
Sənaye nümunələri
Törəmə obyektlər
