wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

sınaqalfa

Total questions: 25

Worksheet time: 14mins

Name
Class
Date
1.

Şəkildə göstərilən lent qrupu hansı lent tabında yerləşir (PowerPoint 2019)? .

a)

Slide Show

b)

Insert

c)

Design

d)

Home

e)

Draw

2.

Hansı hallarda fayl mübadilə buferinə düşür (Windows 11)

1) Cut əmri icra edildikdə;

2) Ctrl düyməsi basılı halda fayl digər qovluğa köçürüldükdə;

3) Copy və Paste əmrləri icra edildikdə;

4) File Explorer pəncərəsində faylı sürükləyib digər qovluq üzərində buraxdıqda;

5) Seçilmiş fayl üzərində klaviaturadakı Ctrl+C düymələr kombinasiyası basıldıqda. Düzgün variantı seçin.

a)

2, 3, 4

b)

1, 2, 3

c)

1, 3, 5

d)

2, 4, 5

e)

1, 4, 5

3.

Seçilmiş abzasın bir mövqe aşağıya yerinin dəyişdirilməsi əməliyyatı klaviaturanı hansı düymələr kombinasiyası ilə yerinə yetirilir (Word 2019)?

a)

Shift + Ctrl + Home

b)

Ctrl + ↓

c)

Ctrl + ↑

d)

Shift + ↑

e)

Shift + Alt + ↓

4.

Slayd gizlətmək üçün hansı lent tabından istifadə olunur (MS PowerPoint 2019)?

a)

Animation

b)

View

c)

Slide Show

d)

Transitions

e)

Design

5.

Sort (Sıralama) əmri harada yerləşir (Excel 2019)?

a)

Formulas

b)

View

c)

Insert

d)

File

e)

Data

6.

Doğru mülahizələri müəyyən edin. 1) Skaner qrafiki informasiyanı kağız üzərinə çıxaran qurğudur. 2) Monitor ancaq mətn tipli informasiyanı ekranda əks etdirən qurğudur. 3) Sistem bloku kompüterin əsas qurğularından biridir. 4) Printerlər iş prinsipinə görə əl ilə işləyən (hand-held) və stolüstü (desktop) olurlar. 5) Mikrofon səsin elektrik siqnalına çevrilməsini təmin edən giriş qurğusudur. 6) Keş-yaddaş əməli yaddaşa müraciəti sürətləndirmək üçün istifadə edilir.

a)

3, 5, 6

b)

1, 2, 4

c)

1, 3, 6

d)

2, 4, 5

e)

1, 4, 5

7.

Sənədin Header (Yuxarı sərlövhə) və ya Footer (Aşağı Sərlövhə) sahəsinə aşağıdakılardan hansılar daxil edilə bilər (Word 2019)?

1) Sənədin bölmə nömrələri; 2) Cari tarix və zaman; 3) Şərhlər; 4) Sənədin xüsusiyyəti; 5) Şəkillər; 6) Haşiyələr.

a)

1, 2, 3

b)

2, 4, 6

c)

3, 4, 6

d)

2, 4, 5

e)

1, 3, 5

8.

OSI-nin kanal səviyyəsində işləyən müxtəlif topologiyalı, lakin eyni protokollu şəbəkələri birləşdirən aparat-proqram təminatlı qurğu aşağıdakılardan hansıdır?

a)

Modem

b)

Router

c)

Bridge

d)

Transiver

e)

Connector

9.

129 səhifədən ibarət olan kitabın ilk səhifəsində 1024×512 pikseldən ibarət 256 rəng çalarına malik qrafik təsvir, digər səhifələrin hər birində orta hesabla 32 sətir və hər sətirdə 64 simvol vardır. Unicode-da yığılmış bu kitab yaddaşda neçə KB yer tutar?

a)

16896

b)

4608

c)

1024

d)

768

e)

516

10.

Aşağıdakı funksiyanın qiymətinin hesablanması üçün blok-sxem qurduqda məntiqi (şərti) blokdan ən azı neçə dəfə istifadə olunmalıdır?

a)

0

b)

4

c)

2

d)

1

e)

3

11.

Word 2019 mətn prosessorunun aşağıdakı hansı görünüş rejimində üfüqi xətkeş görünmür?

1) Print Layout; 2) Outline; 3) Web Layout; 4) Read Mode; 5) Draft.

a)

1, 2, 5

b)

3, 4

c)

1, 3, 5

d)

2, 4

e)

2, 3

12.

Aşağıda verilənlər bazasının 2 cədvəli verilmişdir. Cədvəl 2-də övlad və onun valideyni haqqında informasiya var. İnformasiyaya Cədvəl 1-in uyğun sətirində ID sahəsinin qiyməti ilə təyin olunmuşdur. Cədvəllərin övladlarının verilənlərinə əsasən Qurbanlı A.K.-nın oğlan övladlarının və oğlan olan nəvələrinin ümumi sayını müəyyən edin.

a)

0

b)

1

c)

2

d)

3

e)

4

13.

NTFS fayl sistemi haqqında verilmiş fikirlərdən doğru olanları müəyyən edin. 1) Susmaya görə klasterin ölçüsü 4 Kbaytdır. 2) Yalnız flaş-yaddaş tipli mobil daşıyıcılarda istifadə edilir. 3) Fayllar haqqında məlumatları MFT cədvəlində saxlayır. 4) Faylların şifrələnərək mühafizə olunmasına imkan verir. 5) Maksimum 128 Tbayt həcimli disklərlə işləmə imkanı vardır. Düzgün variantı seçin.

a)

2, 4, 5

b)

3, 4, 5

c)

2, 3, 5

d)

1, 2, 4

e)

1, 3, 4

14.

Xüsusi əməliyyatlara aid olanları müəyyən edin (Access 2019). 1) Not Null; 2) False; 3) And; 4) Between; 5) Like; 6) True; 7) Is Null.

a)

2, 3, 4, 6

b)

1, 4, 5, 6

c)

4, 5, 7

d)

1, 5, 7

e)

1, 2, 3, 7

15.

Xidmət (Servis) proqramlarının funksiyalarına aiddir:

a)

Proqram mətnlərini maşın koduna çevirmək

b)

Əməliyyat sisteminin imkanlarını genişləndirmək

c)

Kompüterin işini idarə etmək, istifadəçi ilə kompüter arasında dialoq yaratmaq

d)

Kompüterin periferik qurğuları ilə əməliyyat sistemini əlaqələndirmək

e)

Yeni proqram vasitələri yaratmaq

16.

Doğru mülahizələri müəyyən edin (Excel 2019).

1) İçərisində məlumat olan B sütunu seçilib gizlədilmişdir. A2:C2 xanalarını seçərək surətini alıb digər yerdə yerləşdirdikdə yalnız A2 və C2 xanalarının məlumatı yerləşdiriləcək.

2) Format Cells dialoq pəncərəsinin Protection tabının əmrləri vasitəsilə xanadakı düsturu gizlətmək mümkündür.

3) Format Cells dialoq pəncərəsinin Alignment tabındakı Shrink to fit əmri mətni xana ölçüsünə uyğunlaşdırır.

4) Cədvəldə seçilmiş bir neçə sətri və ya sütunu dondurmaq mümkündür.

5) Cədvəldə yalnız 1-ci sətir və ya 1-ci sütunu dondurmaq mümkündür.

6) Xana daxilində yuxarı və aşağı indeksdə yazmaq üçün hər hansı bir əmr nəzərdə tutulmamışdır.

a)

1, 3, 6

b)

2, 3, 5

c)

2, 3, 4

d)

1, 2, 4

e)

1, 5, 6

17.

Verilmiş təsvirə qovluq daxilindəki obyektlər hansı görünüş rejimində əks olunmuşdur (Windows 11)?

a)

Content

b)

List

c)

Details

d)

Tiles

e)

Small Icons

18.

Buna barmaq izi, əl həndəsəsi, üz tanıma, gözün qüzehlİ qişası, gözün torlu qişası, imza və s. misal göstərmək olar. Qeyd edilən fikirlər aşağıdakılardan hansına aiddir?

a)

Biometrik autentifikasiya

b)

Avtorizasiya

c)

İnformasiya

d)

Kiberhücum

e)

Identifikasiya

19.

Aşağıdakı təkliflərdən hansılar doğrudur? 1) II nəsil kompüterlər tranzistorlar əsasında qurulmuşdur. 2) I nəsil kompüterlər əsasən mətn informasiyanın emalı üçün istifadə olunurdu. 3) Müasir kompüterlər Neyman arxitekturası əsasında qurulmuşdur. 4) III nəsil kompüterlərdə ilk dəfə əməliyyat sistemlərindən istifadə olunmuşdur. 5) IV nəsil kompüterlər böyük inteqral sxemlər əsasında qurulmuşdur. 6) Xarici yaddaş qurğuları kompüterin mərkəzi hissəsinə aiddir.

a)

2, 3, 4, 6

b)

1, 3, 4, 5

c)

1, 3, 5

d)

2, 3, 5

e)

1, 4, 6

20.

Variantlarda bir axtarış sistemi üzrə 4 müxtəlif sorğu və onların nəticəsində tapılan səhifələrin sayı verilmişdir. Bu axtarış şərtlərinə uyğun olmayan variantı seçin (sorğularda “VƏ YA” məntiqi əməlini işarə etmək üçün “|”, “VƏ” məntiqi əməlini işarə etmək üçün “&” istifadə edilmiştir).

a)

Master & Alfa = 3200

b)

Master | Alfa = 2300

c)

Master & Alfa = 1100

d)

Master = 1800

e)

Alfa = 1600

21.

64 simvollu əlifba ilə yazılmış mətnin hər səhifəsində 32 sətir, hər sətirində 128 simvol var. Yaddaşda tutduğu yer 300300 KB olan bu mətn 40% sıxlaşdırıldıqdan sonra səhifələrin sayı neçə olar?

a)

56

b)

100

c)

200

d)

73

e)

80

22.

236 onluq ədədinin onaltılıq say sistemində yazılışında ilk rəqəm nəyə bərabər olar?

a)

1

b)

2

c)

3

d)

4

e)

5

23.

Səhifəyə nömrəni necə yerləşdirmək olar (MS Word 2019)?

Verilən əməli ardıcıllıq variantlarından düzgün olanı seçin.

1) Insert → Header and Footer → Footer;

2) Insert → Header and Footer → Header;

3) Layout → Page Background → Watermark;

4) Layout → Page Setup → Margins;

5) Insert → Header and Footer → Page Number.

(a)  

24.

Verilmiş elektron cədvəl fraqmentinə əsasən D5 xanasının qiymətini tapın (AVERAGE/CP3HA4; POWER/CTEΠEHH; COUNTIF/; SUM/CYMM) (Excel 2019).

(a)  

25.

Uyğunluğu müəyyən edin.

1) İnternetə qoşulma növləri;

2) İnternet protokolları;

3) İnternetdə kompüterin ünvanı.

a) UDP, b) Wi‑Max, c) DNS, d) ADSL, e) HTTP.

a)

1→b,d; 2→a,e; 3→c

b)

1→a,b; 2→c,d; 3→e

c)

1→b,c; 2→a,d; 3→e

d)

1→b,d; 2→c,e; 3→a

e)

1→d,e; 2→a,b; 3→c