Last Battle 6
Authored by Rufat Amirov
Computers
Professional Development

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Üfüqi fərqliləşdirmə:
oxşar zövqləri, lakin fərqli imkanları təmin etmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur
fərqli zövqləri, lakin bir-birinə yaxın imkanları təmin etmək üçün əmtəənin istehlak xarakteristikalarının fərqliləşdirilməsini nəzərdə tutur
sahə bazarında olan bütün növ tələbləri eyni zamanda və eyni məkanda ödəmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur
bazarın məkan fərqliləşdirilməsini (yəni firmanın yerləşmə yerinin fərqliləşdirilməsini) nəzərdə tutur
müxtəlif sahə bazarlarında olan həm oxşar, həm də fərqli zövqləri təmin etmək üçün malların keyfiyyətinin fərqləndirilməsini nəzərdə tutur
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Şaquli fərqliləşdirmə:

3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Məhsulun fərqliləşdirilməsinin növləri hansılardır?
şaquli fərqliləşdirmə və paralel fərqliləşdirmə
şaquli fərqliləşdirmə və üfüqi fərqliləşdirilmə
zahiri fərqliləşdirmə və daxili fərqliləşdirmə
forma fərqliləşdirməsi və quruluş fərqliləşdirməsi
qismən fərqliləşdirmə və tam fərqliləşdirmə
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
İnhisarçı rəqabət bazarında qısamüddətli dövrdə firmalar yüksək mənfəətlə üzləşdikləri zaman qiymət (p):
orta ümumi xərclərdən (ATC) aşağı olur
orta ümumi xərclərdən (ATC) yuxarı olur
inhisar səviyyədə olur
son hədd (marjinal) xərclərə bərabər olur
inhisar səviyyədən yuxarı olur
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Təkmil rəqabət bazar modelində uzunmüddətli tarazlıq halında qiymət:
uzunmüddətli orta xərclər maksimumuna bərabər olur
uzunmüddətli orta xərclər minimumuna bərabər olur
uzunmüddətli orta xərclərlə son hədd xərclərin arasında olur
son hədd xərclərə bərabər olur
uzunmüddətli orta xərclərin orta göstəricisinə bərabər olur
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
İnhisarçı rəqabət bazarı modelinin əlamətlərindən hansı yanlış verilib
satıcı və alıcı sayının çox olması
bazara giriş-çıxış maneələrinin əhəmiyyətli səviyyədə olması
məlumat (informasiya) açıqlığı
resurslara əlçatanlığın nisbətən bərabərliyi
fərqliləşdirilmiş məhsullar
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Bu bazarlardan hansını inhisarçı rəqabət bazarlarına aid etmək olmaz?
filmlər bazarı
mobil rabitə xidmətləri bazarı
kompüter oyunları bazarı
sərinləşdirici içkilər bazarı
bədii ədəbiyyat bazarı
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?