
KURİKULUM - Ümümi sinaq
Authored by Araz Elemov
others

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1. Hansı fikir yanlışdır?
A) Müəllim səmərəli təlim mühiti formalaşdırmaq üçün şagirdini tanımalı, onun haqqında bütün əhəmiyyətli məlumatlara malik olmalıdır.
B) Şagirdyönümlü təlimin səmərəli olması üçün müəllim sinifdə öz fəaliyyətini fasilitasiya üzərindən qurmalıdır.
C) Dərs prosesinə aid olan bütün fəaliyyətlər bir-biri ilə əlaqəli olmalı, öyrənmə fəaliyyəti təlim nəticələrinə və qiymətləndirmə meyarlarına yönəlməlidir.
D) Hər bölmənin sonunda mütləq layihə işi işlədilməlidir ki, şagirdlərdə həyati bacarıqlar formalaşdırılsın.
E) Müşahidə zamanı şagirdin “bədən dili”nin oxunması onun emosional vəziyyəti, həmçinin təlim nəticələrinə çatıb-çatmaması ilə bağlı informasiyanı anlamağa kömək edir.
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
2. "Şagirdlərdən birinin ailəsində problem olduğundan təlim nailiyyətləri aşağı düşmüşdür. Başqa şagird bu problemi öyrənir, sinfə gəlib hamıya danışır. Sinif yoldaşının bundan xoşu gəlmədiyini görsə də, fikir vermir. Bu hərəkət sinifdə şagirdlər arasında problem yaradır". Bu situasiyanı düzəltmək üçün müəllimin atacağı hansı addım daha səmərəli ola bilər?
A) Müəllim valideyn iclası çağırmalı və şagirdin davranışını müzakirə etməlidir. Çünki valideynlər öz övladlarına çox təsir edə bilirlər.
B) Müəllim şagirdi öz aralarında apardıqları yersiz söhbətlərə görə cəzalandırmalıdır ki, onlar öz davranışlarını korrektə etsinlər.
C) Müəllim şagirdlə görüş keçirməli, şagirdin fəaliyyətini refleksiya etdirməli, sinifdə dəyərləri inkişaf etdirməlidir.
D) Müəllim şagirdin bu hərəkətini görən kimi yerindəcə onu danlamalıdır ki, başqalarına nümunə olsun.
E) Müəllim sinifdə şagirdlər arasında münasibəti düzəltmək üçün bir müddət avtoritar yanaşma nümayiş etdirməlidir.
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
3. "Müəllim yeni bölmənin tədrisinə keçməmişdən əvvəl bu bölmə üzrə şagirdlərin təlim ehtiyaclarını müəyyənləşdirmək üçün sual-cavab edir. Bu proses müəllimə tədrisi effektiv planlaşdırmağa da kömək edəcək". Bu fəaliyyət haqqında verilənlərdən hansı doğrudur?
A) Müəllim diaqnostik qiymətləndirmə aparır.
B) Müəllim formativ qiymətləndirmə aparır.
C) Müəllim şagirdlərin intellektini dəyərləndirir.
D) Müəllim summativ qiymətləndirmə aparır.
E) Müəllim şagirdləri xarakterlərinə görə qiymətləndirir.
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
4. "Əsərin sənə maraqlı gələn hissəsi hansı idi? Nə üçün?" Tapşırıq Blumun idrak taksonomiyasının hansı mərhələsinə uyğundur?
A) təhlil etmək
B) tətbiq etmək
C) dəyərləndirmək
D) yaratmaq
E) anlamaq
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
5. "Şəklə bax. Rəssamın ötürmək istədiyi emosiyaları əks etdirən mətn qur". Tapşırıq Blumun İdrak taksonomiyasının hansı mərhələsinə uyğundur?
A) təhlil etmək
B) tətbiq etmək
C) dəyərləndirmək
D) xatırlamaq
E) anlamaq
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
6. "Müəllim bu il yeni sinfə daxil olacaq. O, dərs ilinin başlanmağına bir neçə gün qalmış valideynlərə məktub göndərərək özü və gələcək təlim prosesi haqqında onlara məlumat verir". Bu addımı atmaqda müəllimin məqsədi nədir?
A) Pedaqoji prosesin tamlığını təmin etmək
B) Şagirdləri formativ qiymətləndirmək
C) Valideynlərlə effektiv münasibət yaratmaq
D) Şagirdlərlə əks-əlaqə yaratmaq
E) Sosial-emosional öyrənməni təmin etmək
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
7. "Müəllim dərsin izahından sonra şagirdləri mövzu ilə bağlı sual-cavab edir. Prosesdə aydın olur ki, şagirdlərdən biri mövzudakı bəzi məqamları anlamayıb. Müəllim şagirdin anlamaqda çətinlik çəkdiyi məqamları tapıb, ona bu məqamların üzərində işləmək üçün istiqamət verir". Bu proseslə bağlı verilənlərdən hansı doğrudur?
A) Situasiyadan aydın olur ki, müəllim dərsi səmərəli izah etməyib.
B) Situasiya göstərir ki, müəllim dərsi planlaşdırmayıb.
C) Bu proses formativ qiymətləndirmənin səmərəli aparıldığını göstərir.
D) Bu proses müəllimin təlim nəticələrini əvvəlcədən şagirdlərə bildirdiyini göstərir.
E) Bu proses müəllimin mövzu ilə bağlı biliklərinin yüksək olduğunu göstərir.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?