Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

İnklüziv təhsil

Total questions: 26

Worksheet time: 26mins

Name
Class
Date
1.

Müəllimlərin ən yaxşı öyrənmə yolları ilə bağlı aşağdakı ifadələrdən hansı yalnışdır?

a)

A)Müəllimlər yeni bilik və təcrübələri mənimsəmək üçün davamlı olaraq bu biliklərdən istifadə etməli,təcrübə mühitində olmalıdırlar

b)

B)Müəllimlərin intensiv və əhatəli olaraq təlimlərdə iştirak etdikdən sonra ekspertə çevrirlər

c)

C)Müəllimlərin inam,hörmət,paylaşma mədəniyyətinin olduğu və özlərini təhlükəsiz hiss etdikləri mühitdə daha yaxşı öyrənirlər

d)

D)Müəllimlər öz məktəblərindəki digər müəllimlərlə əməkdaşlıq etdikdə daha yaxşı öyrənirlər

e)

E)Müəllimlər yeni təcrübələri dərhal siniflərində sınaqdan keçirdikdə daha yaxşı öyrənirlər

2.

BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında "konvensiyasına əsasən":

a)

Əlilliyi olan uşaqların hamı ilə bərabər keyfiyyətli və ödənişsiz təhsil almaq imkanları təmin edilməlidir

b)

Əlilliyi olan uşaqlar ümumtəhsil müəssisələrində deyil,xüsusi məktəblərdə yerləşdirilməsi təmin edilməlidir

c)

Əlilliyi olan uşaqlarla ayrıca məşğul olmaq üçün mütəxəssislər cəlb edilməlidir

d)

Əlilliyi olan uşaqlara xüsusi tapşırıqlar verilməli və onları yerinə yetirmələrini kömək edilməlidir

e)

Əlilliyi olan uşaqlara müəllim xüsisi diqqət göstərməli,onları qorumağa çalışmalıdır

3.

Ülkər üçüncü sinfə dərs deməyə başlıyan yeni müəllimdir, İnklüziv təhsil üzrə təlimlərdə iştirak edib. O,bütün təhsil alanların, o cümlədən əlilliyi olan uşaqların ehtiyaclarını nəzərə olan və şəhərdə inklüziv məktəb kimi tanınan 1 saylı məktəbdə işləməyə başlayıb. Aşağdakılardan hansı vəziyyət onun səriştəli və inlüziv müəllimə çevrilməsinə mane olacaq? Ülkər müəllimin...

a)

A)Məktəbdə tədris yollarını birgə müəyyən etdiyi Peşəkar Təlim İcmasına qoşulması

b)

B)Öyrənmə çətinliyi olan uşaqların dərsə cəlb olunması ilə bağlı xüsusi təhsil müəllimindən məsləhətlər alması

c)

C)Məktəbdə müəllimlərin açıq dərslərində iştirak etməsi və açıq dərslər verməsi

d)

D)Əlilliyi olan şagirdlərin təlim ehtiyaclarını ödəmək üçün yalnız xüsusi pedaqoqun köməyindən istifadə etməsi

e)

E)Şagirdlərin öyrənmə ehtiyaclarını tətbiq etməsi və nəticələrini refleksiya etməsi

4.

Sinifdə baş verənlərlə bağlı məlumatların davamlı toplanması və təhlil olunması müəllimlərin təcrübəsinin artırılmasında niyə önəmlidir?

a)

A)Vəzifə yüksəlişinə və daha çox pul qazanmalarına imkan yaradır

b)

B)İnzibati işləri yerinə yetirmək üçün daha çox vaxt imkanı verir

c)

C)Növbəti dərslər üçün daha yaxşı üsullar düşünmələrinə imkan verir

d)

D)Digər müəllimlərin etimadını qazanmağa imkan verir

e)

E)Şagirdlərin bilikləri daha asan qavramalarına şərait yaradır

5.

İnklüziv təhsilin tətbiqinə ən böyük maneə hansıdır?

a)

A)Məktəbə gedən yolların əlçatanlığının təmin olunmaması

b)

B)Məktəblərdə pandus, Brayl əlifbasının, eşitmə aparatının olmaması

c)

C)Maliyyə vəsaitlərinin və dövlət dəstəyinin olmaması

d)

D)Xüsusi təhsil müəllimlərinin olmaması

e)

E)Cəmiyyətin əlilliyə mənfi münasibəti

6.

Hər kəsin eləcə də əlilliyi olan uşaqların müxtəlif öyrənmə ehtiyacları var. Bu o deməkdir ki:

a)

Əlilliyi olan uşaqlar üçün ümumi kurikulun əsasında xüsusi kurukilum hazırlanmalıdır

b)

Eyni əlilliyi olan uşaqlar üçün eyni tədris strategiyaları tətbiq edilməlidir

c)

Müəllimlər şagirdlərin ehtiyaclarını nəzərə alaraq usaqyönümlü təlim üsullarından istifadə etməlidir

d)

İnklüziv təhsil xüsusi pedaqoqların iştirakı olmadan mümkün deyil

e)

Əlilliyi olan uşaqların ümumtəhsil məktəblərində ayrıca təlimə ehtiyacı var

7.

X nömrəli məktəbin tədris metodogiyaları sayəsində fərqlənir.Onlar əlilliyi olan uşaqların ehtiyaclarını nəzərə aldığı üçün məktəbin təlim nəticələri uğurlu olmuşdur. Müəllimlərin əlilliyi olan şagirdləri cəlb etmək üçün istifadə etdikləri strategiyalardan biri onların qarışıq bacarıqlara malik qruplarda öyrənməsi üçün imkanlar yaratmaqdır. X saylı məktəb təsvir olunan strategiya belə adlanır:

a)

dəstək qrupu

b)

birgə öyrənmə

c)

əlçatan təkim məkanları

d)

öyrənmə üslubları

e)

öyrənmə vasitələri

8.

Şagirdlərin qiymətləndirilməsinin məqsədi deyil?

a)

müəllimin özünü təhlili

b)

Şagirdin özünü təhlili

c)

valideyinlərlə ünsiyyət

d)

naliyyətlərin qiymətləndirilməsi

e)

şagirdin özündən başqası ilə müqayisəsi

9.

10)Verilmiş xüsusiyyətlər qiymətləndirlimənin hansı növünə aiddir?

¤Öyrənmədə olan çətinliklərin və təlim ehiyaclarının təhlili

¤Şagirdlərin inkşafının izlənilməsi

¤Əks-əlaqənin təmin edilməsi

¤Şagirdlərinin motivasiyası

a)

Diaqnostik

b)

formativ

c)

milli

d)

beynəlxalq

e)

summativ

10.

Aşağıdakı vəziyyətlərdən hansı müəllimlər arasında əməkdaşlıq strategiyası deyil?

a)

A)Bir qrup müəllim dərsi planlaşdırır, hazırlayır və təkmilləşdirir,dərsi sinifdə sınaqdan keçirir,dərsi müşahidə edir, bir-birinə rəy verir,dəyişikliklər edir və nəticələri sənədləşdirir

b)

B)Bir müəllim şagirdlərə çətin bir mövzunu təqdim edərkən dərsi daha təcrübəli müəllimlərlə birgə keçir

c)

C)Müəllimlər həmkarlarından birinin dərsinin videoyazısına baxır,güclü cəhətlər və yaxşılaşdırıla biləcək məqamlar barədə refleksiya edirlər

d)

D)İşarə dilini bilən xüsusi təhsil müəllimi ümumi təhsil müəlliminə eşitmə qabiliyəti məhdud olan uşaqlara dərs keçərkən kömək edir

e)

E)Xüsusi pedaqoq məktəbdə inklüzivlik üzrə ekspert kimi çıxış edir və əlilliyi olan uşaqlarla bağlı məsələlər barədə sualları ancaq o, cavablandırır

11.

İnklüziv təhsil aşağıdakıları ehtiva edir:(uyğun cavabı seçin)

a)

A)Təhsil sistemində və məktəblərdə siyasətin,mədəniyyətin və prosesin dəyişdirilməsini

b)

B) Yalnız əlilliyi olan uşaqların təlim mühitinə uyğunlaşdırılmasını

c)

C)Əlilliyi olan bütün uşaqların xüsusi məktəblərə göndərilməsini

d)

D)Fiziki olaraq məktəbə gedə bilməyən uşaqların evdə təhsillə təmin edilməsini

e)

E)Müəllimə yönələn sinif strategiyalarından istifadəni

12.

Uşaq və ailəyə dəstək planının məqsədi nədir?

a)

A)İnklüziv məktəblərdə ümumi dərs planlarının bütün uşaqlara tətbiq olunması alternativdir.

b)

B)Təlim hədəfinin hazırlanması,bu hədəflərə nail olmaq üçün zəruri dəstək və təminatların müəyyənləşdirilməsi üçün uşaq haqqında məlumat toplamaqdır.

c)

C)Əlilliyi olan uşağın ailə üzvləri haqqında məlumatları və onların göstərə biləcəyi dəstəyi əks etdirir.

d)

D)Həkim diaqnozunu,uşağın zəif cəhətlərini və məhdudiyyətlərini sadalayır.

e)

E)Uşağın xüsusi təhsilə və ya evdə təhsilə yönləndirilməsinə dair sübutları təmin edir.

13.

Fəridin görmə əlilliyi var,bu səbəbdən 10 yaşı olmasına baxmayaraq hələ indi birinci sinfə gedir. O, ancaq sol gözü ilə,həmçinin zəif görür. Bir gün Fəridin anası məktəbə gedir. Fəridin arxa partada əyləşdiyini və lövhədə yazılanları görməkdə çətinlik çəkdiyinin şahidi olur. O, tənha görünürdü və sinif yoldaşlarından heç biri ilə danışmırdı. Fəridin vəziyyətini düzgün ifadə edən variant hansıdır?

a)

A)Fərid məktəbə gec getdiyi üçün xüsusi pedaqoqun dəstəyi ilə təmin edilməyib.

b)

B)Fərid adi sinfə inteqrasiya olunub, təlim onun ehtiyaclarına uyğunlaşdırılmayıb.

c)

C)Məktəb inklüzivdir. Fəridin məktəbə gəlməsinə və hamı ilə birgə təhsil almasına icazə verilib.

d)

D)Yaş fərqləri olduğu üçün Fəridin sinif yoldaşları ona kömək etməkdə çətinlik çəkirlər.

e)

E)Fəridin eynəyi gözünə münasib deyil, yaxşı görməsi üçün yeni eynəyə ehtiyacı var.

14.

Verilmiş strategiyalardan biri məhz əqli əlilliyi olan uşaqların ehtiyaclarını nəzərə alır:

a)

A)Nitqi mətnə çevirən funksiyaya malik kompüterdən istifadə etmək

b)

B)Kompüterdə şifahi təsvir proqramlarından istifadə etmək

c)

C)Təlimatları bir neçə dəfə təkrarlamaq

d)

D)Brayl əlifbasından istifadə etmək

e)

E)Sinifdə iri şiriftlə çap edilmiş təlim materiallarından istifadə etmək

15.

Təranə 4-cü sinif şagirdidir. O,rəsm çəkməyi və leqolar vasitəsi ilə müxtəlif fiqurlar qurmağı xoşlayır. Çox hərəkətlidir və vaxtını sinif otağının müxtəlif guşələrində xüsusilə oyuncaqların saxlandığı yerdə keçirir. Bu fəaliyyətlərlə məşğul olduqda çox diqqətlidir. Lakin müəllimə qulaq asmalı olduqda çətinlik çəkir. Hansı strategiya şagirdin dərsə marağını cəlb etməkdə müəllimlərə kömək edə bilər?

a)

A)Sevdiyi təlim guşəsində səssiz oxuya cəlb etmək

b)

B)Şəkilli kitablarla təmin etmək

c)

C)Obyektlərə toxunmağa və hərəkət etməsinə şərait yaratmaq

d)

D)Mövzuya uyğun posterlərdən istifadə etmək

e)

E)"Boşluqları doldur" tipli tapşırıqların tətbiqi

16.

Müəllimlər yeni bilik və təcrübələri tətbiq edə bilmələri üçün onların davamı olaraq bu biliklərdən istifadə etməli və təcrübə mühitinin içində olmalıdırlar. Bu o deməkdir ki, öyrənmə

a)

A)Davamlı və fasiləsizdir

b)

B)Kulminativdir

c)

C)təsadüfidir

d)

D)paraleldir

e)

E)əyləncənlidir

17.

İnklüziv təhsil sistemində xüsusi pedaqoqların rolu ilə bağlı aşağıdakı fikirlərdən hansı doğrudur?

a)

A)Müəllimlər sinifdə əlilliyi olan uşaqlarla yalnız xüsusi pedaqoqların köməyi ilə işləyə bilərlər.

b)

B)İnklüziv təhsilin tətbiqi ilə əlaqədar xüsusi məktəblərin hamısı bağlanacaq.

c)

C)Xüsusi pedaqoqlar ümumi təhsil müəllimlər,valideynlər və müxtəlif sahələrdən olan peşəkarlarla yaxında işləməlidir.

d)

D)Xüsusi pedaqoqlar inklüziv məktəbdə heç bir rola malik deyil.

e)

E)Əlilliyi olan uşaqlara yalnız xüsusi pedaqoqlar dərs keçə bilər.

18.

Aşağıdakılarda hansı Peşakar Təlim İcmasının(PTİ) xüsusiyyəti deyil?

a)

A)PTİ-nin əsas məqsədi bütün uşaqların öyrənməyini təmin etməkdir.

b)

B)Hər kəs üçün öyrənməyə yönələn əməkdaşlıq mədəniyyəti var.

c)

C)Şagirdlərin maraqlarını müəyyənləşdirir və təlim hədəflərinə çatmaq üçün həll yolları tapır.

d)

D)Məktəbdə aktual olan əsas məsələləri müzakirə etməyə toplaşırlar.

e)

E)Gələcəyə ortaq baxış var və diqqət şagirdlərin nəticələrinin yaxşılaşdırılmasına yönəlir.

19.

Boşluğa uyğun variantı seçin

"____________ müəllimlərə tədris problemlərinə müxtəlif baxış bucaqlarından yanaşmaqda və öz yanaşmasını təkmilləşdirməyə kömək edir"

a)

A)Meditasiya

b)

B)Qrup şəklində refleksiya

c)

C)Davamlı tədris

d)

D)Valideynlərlə əməkdaşlıq

e)

E)Praktik fəaliyyətlər

20.

İnklüziv təhsil ən çox aşağıdakı qruplardan hansı üçün faydalıdır?

a)

A)Yalnız eşitmə və görmə əlilliyi olan uşaqlar

b)

B)Yalnız əlilliyi olan bütün uşaqlar

c)

C)Əlilliyi olmayan uşaqlar

d)

D)Pedaqoji həyat üçün

e)

E)Bütün cəmiyyət üçün

21.

Aşağıdakılardan hansı UÖD prinsipi deyil?

a)

A)Çoxsaylı təqdimetmə vasitələri

b)

B)Çoxsaylı ifadə vasitələri

c)

C)Çoxsaylı cəlbetmə vasitələri

d)

D)Çoxsaylı hərəkət vasitələri

e)

E)Çoxsaylı planlaşdırma vasitələri

22.

Müəllim bir təlim prosesində eyni mövzunu müxtəlif üsullarla öyrənir. Bu proses belə adlanır

a)

A)Modifikasiya

b)

B)Disserensiya

c)

C)Akkomodasiya

d)

D)Xüsusi təhsil

e)

E)İnteoqrasiya

23.

Uyğunluğu müəyyən edin

1. Şəxsiyyətlərarası

2. Məntiqi-riyazi

3. Verbal-linqvistik


a.şaxələr arası

b.rəqəmlər,hesablamalar vasitəsi ilə öyrənmə

c.qrup işi vasitəsi ilə öyrənmə

a)

A)1-a 2-b 3-c

b)

B)1-c 2-b 3-a

c)

C)1-b 2-a 3-c

d)

D)1-c 2-a 3-b

e)

E)1-b 2-c 3-a

24.

İnkluziv sinifdə dərsi planlaşdırarkən nəzərə alınmalı üç amil hansıdır?

1-Dərsin məzmunu

2-Vəsaitlərin maliyyələşdirilməsi

3-Təlim prosesi

4-Ətraf mühit

5-Xüsusi müəllim

a)

A)1,2,5

b)

B)1,2,4

c)

C)1,3,4

d)

D)1,4,5

e)

E)1,3,5

25.

Sinifdə baş verənlərlə bağlı məlumatların davamlı toplanması və təhlil olunması müəllimlərin təcrübəsinin artırılmasında niyə önəmlidir?

a)

A)Vəzifə yüksəlişinə və daha çox pul qazanmalarına imkan yaradır

b)

B)İnzibati işləri yerinə yetirmək üçün daha çox vaxt imkanı verir

c)

C)Növbəti dərslər üçün daha yaxşı üsullar düşünmələrinə imkan verir

d)

D)Digər müəllimlərin etimadını qazanmağa imkan verir

e)

E)Şagirdlərin bilikləri daha asan qavramalarına şərait yaradır

26.

İnklüziv təhsil aşağıdakıları ehtiva edir:(uyğun cavabı seçin)

a)

A)Təhsil sistemində və məktəblərdə siyasətin,mədəniyyətin və prosesin dəyişdirilməsini

b)

B) Yalnız əlilliyi olan uşaqların təlim mühitinə uyğunlaşdırılmasını

c)

C)Əlilliyi olan bütün uşaqların xüsusi məktəblərə göndərilməsini

d)

D)Fiziki olaraq məktəbə gedə bilməyən uşaqların evdə təhsillə təmin edilməsini

e)

E)Müəllimə yönələn sinif strategiyalarından istifadəni