Font size
WorksheetsYer haqqında biliklərin inkişafı
Total questions: 20
Worksheet time: 26mins
İqtisadi coğrafiyanın yeni sahəsini müəyyən edin:
A) Sənaye coğrafiyası
B) Kənd təsərrüfatı coğrafiyası
C) Nəqliyyat coğrafiyası
D) Əhali coğrafiyası
E) Coğrafi informasiya sistemi
Fernando Magellan həlak olduqdan sonra onun səyahətini kim tamamlamışdır?
(a)
Hansı səyyah Böyük coğrafi kəşflər dövrünün səyyahı deyil?
A) Vasko da Qama
B) Ameriqo Vespuççi
C) Xristofor Kolumb
D) Marko Polo
E) Fernan Magellan
Aleksandr Humboltun Amerika qitəsində öyrəndiyi coğrafi obyektləri seçin:
1. And dağları
2. Orinoko çayı
3. Mərkəzi Amerika
4. Böyük Göllər
5. Pataqoniya
Xronoloji ardıcıllığı müəyyən edin:
1. F. Magellanın ilk dünya səyahəti
2. X. Kolumbun Amerikanı kəşfi
3. V. Qamanın Avropadan Hindistana gedən dəniz yolunu kəşf etməsi
A) 1,2,3
B) 2,1,3
C) 3,1,2
D) 2,3,1
E) 3,2,1
Palçıq Vulkanları Dövlət Təbiət Qoruğu iqtisadi coğrafiyanın hansı shəsinin tədqiqat obyektidir?
A) Tibbi coğrafiyanın
B) Ekoloji coğrafiyanın
C) Geomorfologiyanın
D) Landşaftşünaslığın
E) Sənaye coğrafiyasının
Yerin və digər planetlərin Günəş ətrafında fırlanmasına əsaslanan heliosentrik sistem nəzəriyyəsini kim irəli sürmüşdür?
A) A. Humbolt
B) N. Kopernik
C) H. Merkator
D) D. livinqston
E) M. Lomonosov
XIII əsrdə "Böyük İpək" yolu üzərində yerləşən ərazilər və ölkələr haqqında məlumat vermiş səyyah:
A) Afanasi Nikitin
B) Leyf Erikson
C) Marko Polo
D) Nikolay Kopernik
E) Nəsrəddin Tusi
Səhv sıranı seçin:
A) Əbu Reyhan Biruni - Orta əsrlər - Şərqdə ilk dəfə gildən qlobus hazırlamışdır
B) Fernan Magellan - Böyük Coğrafi kəşflər - Yerin kürə şəklində olmasının sübutu
C) Tur Heyerdal - Müasir - Sakit okean adalarını tədqiq edib
D) Vasko da Qama - Orta əsrlər - Hindistana dəniz yolunu açıb
E) Hipparx - İlkin təsəvvürlər - Günəşin üfüqdə hündürlükdən asılı olaraq dəyişməsini söyləmişdir
Məntiqi ardıcıllıqda səhv olan sıranı tapın:
A) Vasko da Qama Hindistana dəniz yolunu açdı -> Böyük İpək yolunun əhəmiyyəti azaldı
B) A. Vespuççi Yeni dünyanı kəşf edi -> İspan, portuqal, ingilis, fransız dilləri regionda geniş yayıldı
C) Panama kanalı çəkildi -> Atlantik və Sakit okeanları arasında gəmiçilik daha da inkişaf etdi
D) Süveyş kanalı çəkildi -> Vasko da Qamanın Hindistana dəniz yolunun əhəmiyyəti azaldı
E) Dreyf stansiyaları tikildi -> Meşə yanğınları və atmosferdə baş verən proseslər öyrənildi
Doğru sıraları müəyyən edin:
1. Azərbaycanın relyefi -> B.Budaqov, M.Müseyibov
2. Azərbaycanın iqlimi -> Ə.Şıxlinski, Ə.Mədətzadə
3. Azərbaycanın iqtisadi coğrafiyası -> H.Əliyev, M.Salayev
4. Azərbaycanın torpaq örtüyü ->S.Rüstəmov
5. Xəzər dənizi ->Q.Gül
Kartoqrafiya elnminin banisi:
A) V. Dokuçayev
B) M. Lomonosov
C) D. Livinqston
D) H. Merkator
E) A. humbolt
Səhv sıranı tapın:
A) Kartoqrafiya -> XVI əsr -> Merkator
B) Torpaq coğrafiyası -> XIX-XX əsrlər -> Dokuçayev
C) Okeanologiya -> XIX əsr -> Livinqston
D) Bitki coğrafiyası -> XIX əsr -> A. Humbolt
E) İqtisadi coğrafiya -> XVIII əsr -> Lomonosov
Coğrafiya elminin informasiya mənbələrinə aid deyil:
1. Sorğu kitabları
2. Səhiyyə nazirliyinin məlumatları
3. Dövri mətbuat
4. Mülki mühafizə orqanları
5. Beynəlxalq konfranslar
Quru suları, onların digər Yer təbəqələri ilə qarşılıqlı əlaqəsini öyrənir:
A) Geomorfologiya
B) Hidrologiya
C) Paleocoğrafiya
D) Meteorologiya
E) İqlimşünaslıq
Yer atmosferində baş verən fiziki - kimyəvi prosesləri öyrənən elm sahəsi:
A) Paleocoğrafiya
B) Geomorfologiya
C) Hidrologiya
D) Meteorologiya
E) Toponimika
Adları verilmiş səyyahları birləşdirən ümumi xüsusiyyəti təyin edin:
1. Frensis Dreyk
2. Fernan Magellan
3. Ceyms Kuk
4. İvan Kruzenştern
5. Yuri Lisyanski
A) Böyük coğrafi kəşflr dövrünə aiddirlər
B) Amerika qitəsinin kəşfində mühüm rol oynayıblar
C) Dünya səyahətinə çıxmış səyyahlardır
D) Avstraliya materikini tədqiq ediblər
E) Müasir dövr səyyahlarına aiddirlər
Fiziki coğrafiyanın ənənəvi sahələrini seçin:
1. Demoqrafiya
2. Geomorfologiya
3. Kartoqrafiya
4. Riyazi coğrafiya
5. Meteorologiya
Coğrafiya elmləri sisteminə aid olmayan elmləri seçin:
1. Hidrologiya
2. İqlimşünaslıq
3. Arxeologiya
4. Torpaq coğrafiyası
5. Geologiya
Kartoqrafik modelləşdirmə hansı prinsiplərə əsaslanır?
1. Generalizasiya
2. Aerokosmik əsas
3. Riyazi əsas
4. Proqnozlaşdırma
5. Kartoqrafik işarələr
