wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

vergi inz 3

Total questions: 20

Worksheet time: 38mins

Name
Class
Date
1.

Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər harada uçota alınırlar?

a)

yaşadıqları yer üzrə

b)

uçota alınmırlar

c)

Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə uçota alınırlar

d)

ancaq rezidenti olduğu ölkədə uçota alınırlar

e)

istənilən vergi orqanında uçota alınırlar

2.

Yerli vergilərin hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət hansı orqan tərəfindən həyata keçirilir?

a)

icra hakimiyyəti orqanları

b)

bələdiyyənin yerləşdiyi ərazinin maliyyə orqanı

c)

bələdiyyələrin vergi xidməti orqanı

d)

bələdiyyə ərazisindəki maliyyə orqanı

e)

bələdiyyənin yerləşdiyi ərazinin maliyyə və vergi orqanı

3.

Xidmət mərkəzində göstərilən xidmətlərin onların məzmununa və göstərilmə formasına görə aşağıdakı kimi qruplaşdırılır:

1) sifahi xidmətlər

2) sənəd qəbulu xidmətləri

3) hazır sənədlərin verilməsi

4) məsləhət xidməti

5) internet xidməti

a)

2,4

b)

1,2,3

c)

2,3,4

d)

3,4,5

e)

1,3,5

4.

Hazır sənəd xidmət mərkəzinə daxil olan gündən sonrakı hansı müddət ərzində vergi ödəyicisi sənədini götürmədikdə o hansı sənəd tərtib edilməklə vergi orqanının aidiyyəti strukturuna təhvil verilir?

a)

Reyestr

b)

Protakol

c)

Cədvəl

d)

Hesabat

e)

Akt

5.

Vergi orqanları tərəfindən göstərilən xidmətlər hansı vasitələrlə həyata keçirilir:

1) internet resursları;

2) Çağrı mərkəzi;

3) xidmət mərkəzləri;

4) ünvanlı xidmətlərin göstərilməsi;

5) operativ nəzarətin göstərilməsi

a)

2,3,5

b)

2,4

c)

2,3.4,5

d)

1,2,3,4

e)

1,3

6.

Vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda onların şəxsi məlumatlarına aşağıdakı hansı məlumatlar daxil edilir? 1. onların adı,

doğulduğu tarix və yer; 2. cinsi və yaşadığı ünvan; 3. ailə vəziyyəti barədə məlumat; 4. şəxsiyyətini təsdiq edən sənədin məlumatları və vətəndaşlığı; 5. siyasi mənsubiyyəti.

a)

1, 2, 3

b)

2, 3, 4

c)

1, 2, 4

d)

1, 3, 5

e)

1, 3, 4

7.

İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs tərəfindən uçota alınma barədə verdiyi ərizəyə aşağıdakı sənədlərdən hansıları əlavə edilməlidir? 1. qeydiyyata alındığı dövlətdə qeydiyyat [inkorporasiya] sənədi və ticarət reyestrindən çıxarış və təsis sənədləri; 2.Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd [icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər] və hüquqi şəxsin rəhbərinin [təmsilçinin] şəxsiyyətini təsdiq edən sənədin surəti; 3. xarici hüquqi şəxsin qeydiyyata alındığı

ölkədə və digər ölkələrdəki rəhbərlərinin [təmsilçilərinin] şəxsiyyətini təsdiq edən sənədlərin surəti; 4. Azərbaycan Respublikasında və digər ölkələrdə bilavasitə və ya dolayısı yolla nəzarətində olan qurumlar və gəlir mənbələri haqqında müvafiq icra hakimiyyəti orqanı

tərəfindən müəyyən edilən forma üzrə məlumat; 5. xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə və digər ölkələrdəki fəaliyyət növləri

barədə məlumat.

a)

2, 4, 5

b)

1, 2, 4

c)

1, 3, 5

d)

1, 2, 3

e)

3, 4, 5

8.

Vergi ödəyicisi vergi öhdəliyini vergi qanunvericiliyində müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı hesablanmış (yenidən hesablanmış) vergi, faiz və maliyyə sanksiyalarının ödənilməsi üçün ona hansı sənədi göndərir?

a)

Sərəncam

b)

Məhkəmə qərarını

c)

Vergi orqanlarının qərarını

d)

Elektron məktub

e)

Bildiriş

9.

Əmlakın siyahıya alınması aşağıdakı ardıcıllıqla həyata keçirilir:

1) nağd pul vəsaitləri;

2) bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları,

minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair);

3) hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və ya bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi

qiymətlilər;

4) istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas

vəsaitlər;

5) inventarizasiya aparılmaqla digər əmlak;

a)

2,3,5,4

b)

2,4,1,3,5

c)

4,3,1,2,5

d)

3,4,2,1,5

e)

1,2,3,4,5

10.

Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir:

1) vergi ödəyicisi müflis elan edilmədikdə;

2) müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə;

3) müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda;

4) vergisinin rəhbərliyi dəyişildikdə və ya vergi ödəyicisi olan fiziki şəxs öldükdə;

a)

2,4

b)

2,3

c)

1,2

d)

3,4

e)

1,3

11.

Hər bir vergi orqanı nəzarət işinin nəticələri barədə vergi orqanlarının müəyyən etdiyi formada özünün yuxarı vergi orqanına hansı sənəd təqdim edir?

a)

məlumat

b)

Elektron məktub

c)

Elektron protokol

d)

Elektron çıxarış

e)

Hesabat

12.

Operativ vergi nəzarəti aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:

1)vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatların əldə edilməsi;

2) valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində

qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi;

3) verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi

orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə;

4) vergi ödəyicisi yeni inventarizasiya metodu ilə müşahidə keçirilməsi;

5) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması;

a)

1,3

b)

3,4

c)

2,3

d)

1,2

e)

2,5

13.

Vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nələr müəyyənləşdirilir?

1) alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu

2) işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi

3)vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi

4) malların nağd qaydada satışı

5) malların istehsal sahəsi ərazisindən sənədləşdirilməmiş çıxarılması

6) istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu

a)

2,3,4

b)

2,4,6

c)

1,3,5

d)

1,2,6

e)

3,4,5

14.

Səyyar vergi yoxlaması vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini hansı vergilər üzrə aparılır?

a)

bütün vergilər üzrə

b)

mənfəət, ƏDV, aksiz

c)

mənfəət, gəlir və əmlak vergiləri

d)

mənfəət, gəlir, əmlak, və torpaq vergiləri

e)

mənfəət, gəlir, əmlak, ədv

15.

Hansı halda gəlir vergisi və ya mənfəət vergisi üzrə vergi hesabatının verilməsi müddəti uzadıla bilər?

a)

vergi ödəyicisi hesabatın verilməsi müddəti keçdikdən sonra müraciət etdikdə

b)

vergi ödəyicisi hesabatın verilməsi müddəti keçdikdən sonra müraciət etdikdə və ödənilməli olan vergiləri ödədikdə

c)

vergi ödəyicisi müraciət etdikdə istənilən vaxt

d)

vergi ödəyicisi hesabatın verilməsi müddəti başa çatanadək müraciət etdikdə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödədikdə

e)

vergi ödəyicisi hesabatın verilməsi müddəti başa çatanadək müraciət etdikdə və bu zaman ödənilməli olan vergi məbləği ödənilmədikdə

16.

Dövlət müəssisəsində çalışan şəxs II qrup əlildir. Onun aylıq əmək haqqı 500 manat təşkil edir. Qanunla müəyyən edilmiş güzəştləri nəzərə almaqla onun ödəməli olduğu aylıq gəlir vergisini hesablayın.

a)

24 m

b)

14 m

c)

70 m

d)

72 m

e)

42 m

17.

Azərbaycan Respublikasının Milli Qəhrəmanına işlədiyi dövlət müəssisəsində (2019-ci il) aylıq 3000 man əmək haqqı hesablanmışdır. Gəlir vergisini tapın

a)

370 m

b)

375 m

c)

360 m

d)

350 m

e)

364 m

18.

Ölkəmizdə keçirilən lotoreyada iştirak edən Türkiyə vətəndaşı 1000 manat məbləğində uduş əldə etmiş və lotoreya biletinin alışına 50

manat sərf etmişdir. Tutulacaq vergi məbləğini hesablayın.

a)

950 manat

b)

95 manat

c)

133 manat

d)

33 manat

e)

100manat

19.

Tikinti şirkətində (özəl) işləyən fiziki şəxs mart ayında muzdlu işlə əlaqədar 8300 manat əmək haqqından tutulan gəlir vergisini hesablayın.

a)

52 manat

b)

42 manat

c)

56 manat

d)

60 manat

e)

36 manat

20.

Vergi ödəyicisi malları pərakəndə qaydada 500 manata(ƏDV ilə birlikdə) satmışdır. Hesablanmış ƏDV-ni tapın.

a)

106.75 manat

b)

76,27 manat

c)

152,54 m

d)

76 m

e)

100 manat