NEW
Font size
WorksheetsTələb və təklif. Bazar tarazlığı - M.3
Total questions: 10
Worksheet time: 5mins
Rəqabətin iqtisadi məzmunu:
eyni əmtəə istehsalçıları arasında mübarizədir
daha əlverişli qiymətli əmtəələrin alışına görə istehlakçılar arasında mübarizədir;
müəssisələr arasında bəhsləşmədir
bazar təsərrufatı subyektləri arasında əmtəələrin istehsalı və realaşmasının ən yaxşı şərtləri uğrunda mubarizədir
istehsalçılar və istehlakçılar arasında resurslar uğrunda mübarizədir
Eyni növ əmtəənin çoxlu sayda müstəqil satıcısı və alıcısı ilə səciyyələnən bazar strukturu necə adlanır?
inhisarçı rəqabətli bazar
inhisar
təkmil rəqabətli bazar
kartel
oliqopoliya
Tələb qanununun iqtisadi məzmunu:
tələb və təklif arasındakı əlaqəni
hər bir əmtəənin elastiklik dərəcəsini
elastik və qeyri-elastik əmtəələr arasındakı əlaqəni
alınan məhsulun miqdarı ilə qiyməti arasındakı birbaşa əlaqəni
satılan məhsulun miqdarı ilə qiyməti arasındakı əks əlaqəni
Tələb əyrisinin meyli necədir?
tələb əyrisi üfiqi xətdir
tələb əyrisi şaquli xətdir
tələb əyrisi aşağıya doğru meyllidir.
tələb əyrisi yuxarıya doğru meyllidir.
düzgün cavab yoxdur
Tələb əyrisinin yerdəyişməsi adlanır:
tələbin həcminin dəyişməsi
tələbin dəyişməsi
qiymətin artması
qiymətin azalması
tələbin sabit qalması
Qeyri-qiymət amillərinin təsiri nəticəsində tələb əyrisi yerini:
sağ tərəfə dəyişir
sol tərəfə dəyişir
yerini dəyişmir
yerini sağ və ya sol tərəfə dəyişir
tələb əyrisi boyunca hərəkət edir
Əgər bir əmtəənin qiymətindəki artım digər bir əmtəəyə olan tələbin azalmasına səbəb olursa, onda bu əmtəələr:
ortaq əmtəədir.
keyfiyyətsiz əmtəələrdir
normal əmtəələrdir
tamamlayıcı əmtəələrdir
əvəzedici əmtəələrdir
Təklif qanununa müvafiq olaraq, əmtəənin qiyməti artarsa:
təklif artar
təklif azalar
təklifin kəmiyyəti azalar
təklifin kəmiyyəti artar
istehsalçıların arasında rəqabət güclənər
Əgər əmtəənin qiyməti tələb və təklif əyrilərinin kəsişmə nöqtəsindən yüksəkdirsə, onda:
əmtəə artıqlığı (izafiliyi) əmələ gələr )
əmtəə defisiti meydana çıxar
təklifin həcmi azalar
tələbin həcmi artar
həç nə baş verməz
Tələb və təklif qanunu nədir?
tələb ilə qiymət arasındakı əlaqəni izah edən nəzəriyyədir
təklif ilə qiymət arasındakı əlaqəni izah edən nəzəriyyədir
Bunların hamısı
qiymətin öz-özünü tənzimləyərək tələbin həcmini və təklifin həcmini tarazlığa gətirəcəyi haqqında nəzəriyyədir
Bunlardan heç biri
