wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya - 13

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

1. ....... yazılı sənəd kimi, əsasən, hökumət orqanlarının, idarə, müəssisə, təşkilat və s. rəhbərlərinin rəsmi sərəncamı hesab olunur:

a)

əmr

b)

təqdimat

c)

izahat

d)

nota

e)

bəyanat

2.

2. Hansılar daha rəsmi xarakter daşıyır?

a)

əmr və sərəncamlar

b)

ərizə və izahatlar

c)

məktub və sifarişlər

d)

anons və afişalar

e)

zəmanət və elanlar

3.

3.Məntiqi ardıcıllığı tamamlayın:

Fərman, qərar, sərəncam …

a)

protokol, reklam

b)

elan, ərizə

c)

izahat, arayış

d)

qanun, nota

e)

bildiriş, məktub

4.

4. “Fəlsəfə kafedrasının müəllimlərindən Lalə Səmədova, Günay Həsənova 1iyul 2017-ci il tarixindən məzuniyyətə buraxılsınlar” cümləsi hansı sənədin tərkib hissəsidir?

a)

arayış

b)

ərizə

c)

elan

d)

əmr

e)

akt

5.

5. Məntiqi ardıcıllığı davam etdirin: əmr, sərəncam, nota ...

a)

sifariş

b)

teleqram

c)

bəyanat

d)

bildiriş

e)

ərizə

6.

6. "Qeyd, işarə" mənasını verən və bir hökumətin başqa hökumətə rəsmi yazılı müraciətini özündə əks etdirən sənəd növünü göstərin:

a)

işgüzar məktub

b)

protokol

c)

nota

d)

əmr

e)

bəyanat

7.

7. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Nizami Qulu oğlu Cəfərov Azərbaycanda Atatürk mərkəzinin müdiri təyin edilsin". Göstərilən nümunə hansı əməli yazı növünə aiddir:

a)

xasiyyətnamə

b)

müqavilə

c)

raport

d)

etibarnamə

e)

sərəncam

8.

8. Əmr və qərarlara oxşar olan formalar hansılardır?

a)

nizamnamə, bəyanat

b)

nota, raport

c)

fərman, sərəncam

d)

müraciət, təlimat

e)

təqdimat, protokol

9.

9. Hansı sənədlər hüquqi məzmuna malikdir?

a)

işgüzar sənədlər

b)

yazılı sənədlər

c)

imzalanan sənədlər

d)

rəsmi sənədlər

e)

bütün sənədlər

10.

10. Əmrin sərəncam hissəsi haqqında deyilənlərdən biri səhvdir:

a)

«Əmr edirəm» sözləri ilə başlanır.

b)

Nəzərdə tutulan fikirlər ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir.

c)

Hər bənd struktur bölməsinin konkret icrasının və ya vəzifəli şəxsin adının göstərilməsi ilə başlanır.

d)

Qüvvədəqalma müddəti göstərilir.

e)

Müddət göstərilmir.