wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

VERGİ QANUNVERİCİLİYİNİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

Total questions: 30

Worksheet time: 30mins

Name
Class
Date
1.

Aşağıdakıların hansında vergi məsuliyyətinin tərifi düzgün verilmişdir?

a)

Vergi məsuliyyəti – vergi hüquq pozuntularına görə vergi ödəyicilərinə (agentlərinə) qarşı maliyyə sanksiyalarının tətbiq edilməsidir

b)

Vergi məsuliyyəti – qanun pozuntularına görə vergi ödəyicilərinə (agentlərinə) qarşı maliyyə sanksiyalarının tətbiq edilməsidir

c)

Vergi məsuliyyəti – vergi öhdəliklərinin yerinə yetirilməməsinə görə vergi ödəyicilərinə (agentlərinə) qarşı maliyyə sanksiyalarının tətbiq edilməsidir

d)

Vergi məsuliyyəti – səlahiyyətli dövlət orqanları tərəfindən vergi ödəyicilərinə (agentlərinə) qarşı vergi hüquq pozuntularına görə maliyyə sanksiyalarının tətbiq edilməsidir

2.

Vergi ödəyiciləri tərəfindən öz vəzifələrinin yerinə yetirilməməsi hansı tədbirlərlə müşahidə olunur ?

a)

inzibati və cinayət məsuliyyəti

b)

inzibati məsuliyyəti və maliyyə sanksiyaları

c)

vergi və cinayət məsuliyyəti, həmçinin maliyyə sanksiyaları

d)

inzibati və cinayət məsuliyyəti, həmçinin maliyyə sanksiyaları

3.

.Vergi ödəyiciləri və vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə hansı qanunvericilik aktlarına əsasən məsuliyyət daşıyırlar?

a)

İnzibati Xətalar Məcəlləsi

b)

Vergi Məcəlləsi, Cinayət Məcəlləsi

c)

İnzibati Xətalar və Vergi Məcəlləsi

d)

Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə

4.

Aşağıdakı hallardan hansı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallara aid deyil?

a)

Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmaması

b)

Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması

c)

Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun təbii fəlakət şəraitində törədilməsi

d)

Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması

5.

Hansı hal vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edir?

a)

vergi ödəyicisinin xahişi olduqda

b)

vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması

c)

vergi orqanının vəzifəli şəxsinin təşəbbüsü olduqda

d)

vergi ödəyicisi fəaliyyət ünvanını dəyişdikdə

6.

Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz:

a)

vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması;

b)

vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması;

c)

vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərara əsaslanmaqla və ya onun icrası nəticəsində törədilməsi;

d)

vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması;

7.

Hansı vergi qanun pozuntusuna görə vergi ödəyicisinə qarşı 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir?

a)

Aktivləri haqqında məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən

b)

Sahibkarlıq fəaliyyətinin olmaması haqqında bildiriş olmadan vergi hesabatını müəyyən edilən müddətdə təqdim etməyən

c)

Sahibkarlıq fəaliyyətinin dəyişdirilməsi haqqında arayış olmadan vergi hesabatını müəyyən edilən müddətdə təqdim etməyən

d)

Sahibkarlıq fəaliyyətinin olmaması haqqında arayış olmadan vergi hesabatını müəyyən edilən müddətdə təqdim etməyən

8.

Mühasibat uçotu sənədlərinin tam oxunaqlı şəkildə vergi orqanının müraciətinə əsasən müəyyən edilmiş müddətdə təqdim edilməlməməsinə görə vergi ödəyicisinə hansı məbləğində maliyyə sanksiyası tətbiq edilir?

a)

50 manat

b)

100 manat

c)

200 manat

d)

500 manat

9.

Vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident kredit təşkilatlarında açılmış hesaba görə onlara qarşı hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

a)

mədaxil edilmiş pul vəsaitinin 100 faiz miqdarında

b)

məxaric edilmiş pul vəsaitinin 100 faiz miqdarında

c)

.mədaxil edilmiş pul vəsaitinin 50 faiz miqdarında

d)

məxaric edilmiş pul vəsaitinin 50 faiz miqdarında

10.

Elektron hesabatın müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməməsinə görə maliyyə institutlarına hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

a)

1000 manat

b)

500 manat

c)

300 manat

d)

200 manat

11.

Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hansı məsuliyyət tədbirləri tətbiq edilir?

a)

maliyyə sanksiyaları, faizlər və inzibati cərimələr

b)

maliyyə sanksiyaları və faizlər

c)

faizlər və inzibati cərimələr

d)

yalnız maliyyə sanksiyaları və inzibati cərimələr

12.

Hansı hallarda vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir?

a)

yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada təqsiri sübut edilməyənədək

b)

Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri sübut edilməyənədək

c)

Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri sübut edildikdən sonra

d)

yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri sübut edilməyənədək

13.

Vergi ödəyicisinin (agentinin) hansı sahələrdə yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır?

a)

vergitutma obyektinin uçotunda

b)

vergilərin hesablanmasında

c)

vergilərin ödənilməsində

d)

istənilən səhvləri

e)

yol verilən səhvlərin müstəqil düzəldilməsi qadağandır

14.

Vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə aşağıdakı hansı məsələlər müəyyən edilməlidir?

a)

onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi

b)

yüngülləşdirici və ya ağırlaşdırıcı hallar

c)

inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması

d)

qanun pozuntusunun qanunvericilikdə ziddiyyətli məqamların olması səbəbindən törədilməsi

e)

vergi ödəyicisi olan fiziki şəxsin sağlamlıq vəziyyəti

15.

Vergi qanunvericiliyinin pozulması hallarının bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, inzibati məsuliyyətin tətbiq edilməsi üçün hansı qanunvericilik aktının müddəaları ilə müəyyən edilməlidir?

a)

Yalnız Vergi Məcəlləsinin

b)

Vergi Məcəlləsi, Gömrük Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinin

c)

.Vergi Məcəlləsi və Gömrük Məcəlləsinin

d)

Vergi Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinin

16.

Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə maliyyə sanksiyaları necə tətbiq edilir?

a)

pozuntunun yüksək məbləği götürülür və ona uyğun maliyyə sanksiyası tətbiq edilir

b)

Vergi Məcəlləsində nəzərdə tutulmuş ən yüksək maliyyə sanksiyası tətbiq edilir

c)

hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir

d)

Vergi Məcəlləsində nəzərdə tutulmuş ən aşağı maliyyə sanksiyası tətbiq edilir

17.

Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz:

a)

vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması;

b)

vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması;

c)

vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması;

d)

vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərara əsaslanmaqla və ya onun icrası nəticəsində törədilməsi;

18.

Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır:

a)

vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlbetmə müddətinin qurtarması;

b)

vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törədilməsi;

c)

vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun fiziki şəxs tərəfindən xəstə halı ilə əlaqədar olaraq öz hərəkətlərinə nəzarət (özünə hesabat verməyi) və rəhbərlik etməyi bacarmadığı vəziyyətdə törədilməsi;

d)

vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının,yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi;

e)

vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması;

19.

Vergi qanunvericiliyinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz?

a)

1 il

b)

3 il

c)

5 il

d)

10 il

20.

Ümumi dəyəri hansı məbləğdən artıq olan əməliyyatlara dair arayış müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin qərarına əsasən hansı məbləğində maliyyə sanksiyası tətbiq edilir?

a)

50 manat

b)

500 manat

c)

200 manat

d)

100 manat

21.

25.Yoxlamaların keçirilməsi üçün lazım olan müvafiq sənədlərin təqdim edilməməsinə görə vergi ödəyicisinə hansı məbləğində maliyyə sanksiyası tətbiq edilir?

a)

500 manat

b)

100 manat

c)

50 manat

d)

200 manat

22.

ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

a)

ƏDV üzrə fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında

b)

.ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 100 faizi miqdarında

c)

ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında

d)

ƏDV üzrə fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğini 100 faizi miqdarında

23.

ƏDV məqsədləri üçün qeydiyyat qüvvəyə minmədən ƏDV üzrə elektron qaimə-fakturasının təqdim edilməsinə görə vergi ödəyicisinə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

a)

təqdim edilmiş vergi hesab-fakturasında göstərilməli olan vergi məbləğinin 50 faizi miqdarında

b)

təqdim edilmiş vergi hesab-fakturasında göstərilmiş vergi məbləğinin 50 faizi miqdarında

c)

təqdim edilmiş vergi hesab-fakturasında göstərilmiş vergi məbləğinin 100 faizi miqdarında

d)

təqdim edilmiş vergi hesab-fakturasında göstərilməli olan vergi məbləğinin 100 faizi miqdarında

24.

Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində ikinci dəfə yol verildikdə vergi ödəyicisinə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

a)

2000 manat

b)

1200 manat

c)

400 manat

d)

800 manat

25.

Nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların aparılmasına təqvim ili ərzində üç və daha çox dəfə yol verdikdə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

a)

qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin 40 faizi miqdarında

b)

qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin 50 faizi miqdarında

c)

qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin 10 faizi miqdarında

d)

qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin 20 faizi miqdarında

26.

Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin 1000 manatdan çox olan məbləğdə uçotdan yayındırılmasına görə vergi ödəyicisinə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

a)

1000 manatdan çox olan hissəsinin 5 faizi

b)

1000 manatdan çox olan hissəsinin 10 faizi

c)

1000 manatdan çox olan hissəsinin 2 faizi

d)

1000 manatdan çox olan hissəsinin 20 faizi

27.

Nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların aparılmasına təqvim ili ərzində birinci dəfə yol verdikdə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

a)

qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin 10 faizi miqdarında

b)

qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin 50 faizi miqdarında

c)

qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin 20 faizi miqdarında

d)

qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin 40 faizi miqdarında

28.

Malların alışını təsdiq edən sənədlərdən ən azı biri olmadıqda və təqvim ili ərzində belə hala üç və daha çox dəfə yol verdikdə vergi ödəyicisinə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

a)

alınmış malların 20 faizi

b)

dəyəri ödənilmiş malların 20 faizi

c)

dəyəri ödənilmiş malların 10 faiz

d)

alınmış malların 40 faizi

29.

Vergi ödəyicisinə vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat olmadan hesablaşma hesabı və ya digər hesablar açdığına görə kredit təşkilatına hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

a)

hər açılmış hesab üçün 1000 manat məbləğində

b)

hər açılmış hesab üçün 400 manat məbləğində

c)

hər açılmış hesab üçün 500 manat məbləğində

d)

hər açılmış hesab üçün 300 manat məbləğində

30.

Əmək müqaviləsi bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə şərait yaradıldığına görə işəgötürənə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

a)

hər bir belə şəxs üzrə 1000 manat

b)

hər bir belə şəxs üzrə 2000 manat

c)

hər bir belə şəxs üzrə 4000 manat

d)

hər bir belə şəxs üzrə 3000 manat