Font size
WorksheetsFiziki şəxslərin gəlir vergisi
Total questions: 31
Worksheet time: 31mins
Muzdlu işdən gəlir əldə edən şəxslərin gəlirləri üzrə vergitutma obyekti nədir?
sahibkarlıq fəaliyyətindən olan aylıq gəlirləri
vergiyə cəlb olunan illik gəlirləri
.vergiyə cəlb olunan bütün gəlirləri
vergiyə cəlb olunan aylıq gəlirləri
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin gəlirləri üzrə vergitutma obyekti nədir?
vergiyə cəlb olunan bütün gəlirləri
sahibkarlıq fəaliyyətindən olan illik gəlirləri
qeyri sahibkarlıq fəaliyyətindən olan illik gəlirləri
vergi ili ərzində əldə etdikləri gəliri ilə gəlirdən çıxılan xərcləri arasındakı fərq
Fiziki şəxslərin gəlirləri üzrə vergitutma bazası müəyyənləşdirilərkən vergi ödəyicisinin hansı gəlirləri nəzərə alınır?
yalnız muzdlu ilə əlaqədar əldə etdikləri gəlirlər
sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən olan bütün gəlirlər
yalnız formada aldığı bütün gəlirlər
istər pul, istərsə də natural formada aldığı bütün gəlirlər
Fiziki şəxslərin əldə etdikləri qəlirlər aşağıdakı kimi təsnifləşdirilir:
muzdlu işlə əlaqədar əldə edilən gəlir;
muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;
vergilərdən azad edilən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlə
vergilərdən azad edilən gəlirlər;
əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan olan gəlirlər;
Qeyri-sahibkarlıq fəaliyyətindən olan gəlirlərə aiddir:
faiz gəliri, dividend, royalti;
vergi ödəyicisinə bağışlanmış borcun məbləği (işçinin işəgötürənə olan borc və ya öhdəliyinin bağışlanıldığı hallar istisna olmaqla);əmlakın icarəyə verilməsindən gəlir;
sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən olan gəlir;
işəgötürənin öz işçisinə mal, iş və xidmət formasında təqdim etdiyi hədiyyələr;
əmlakın icarəyə verilməsindən gəlir;
Fiziki şəxslərin 2500 manatdan çox olan aylıq gəlirdən hansı vergi dərəcəsi ilə vergi tutulur?
350 manat +2500 manatdan çox olan məbləğin 25 faizi
350 manat +2500 manatdan çox olan məbləğin 30 faizi
400 manat +2500 manatdan çox olan məbləğin 25 faizi
350 manat +2500 manatdan çox olan məbləğin 14 faizi
Qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən 2500-8000 manatadək olan aylıq gəlirlərindən hansı vergi dərəcəsi ilə vergi tutulur?
350 manat +2500 manatdan 8000 manatadək olan məbləğin 30 faizi
125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi
400 manat +2500 manatdan 8000 manatadək olan məbləğin 25 faizi
75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi
Xüsusi notariusların bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan hansı dərəcə ilə vergi tutulur?
20 faiz
10 faiz
6 faiz
14 faiz
Fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən divident şəklində əldə etdikləri gəlirindən hansı dərəcə ilə vergi tutulur?
20 faiz
10 faiz
6 faiz
14 faiz
Gəlir vergisinin ödəyiciləri kimlərdir?
Hesabat dövründə vergiyə cəlb edilən gəlir əldə edən rezident fiziki şəxslər
Hesabat dövründə vergiyə cəlb edilən gəlir əldə edən rezident və qeyri-rezident fiziki şəxslər
Hesabat dövründə vergiyə cəlb edilən gəlir əldə edən rezident fərdi sahibkarlar
Hesabat dövründə vergiyə cəlb edilən gəlir əldə edən ölkə vətəndaşları
Rezident fiziki şəxslərin gəlir vergisinin vergitutma obyekti nədir?
Azərbaycan Respublikasında pul formasında ödəmə mənbəyində əldə etdikləri gəlirləri
Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda əldə etdikləri gəlirləri
Azərbaycan Respublikası mənbələrdən əldə etdikləri gəlirləri
Azərbaycan Respublikasında ödəmə mənbəyində əldə etdikləri gəlirləri
Muzdlu işdən gəlir əldə edən şəxslərin gəlirləri üzrə vergitutma obyekti nədir?
vergiyə cəlb olunan aylıq gəlirləri
vergiyə cəlb olunan bütün gəlirləri
vergiyə cəlb olunan illik gəlirlər
sahibkarlıq fəaliyyətindən olan aylıq gəlirləri
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin gəlirləri üzrə vergitutma obyekti nədir?
vergi ili ərzində əldə etdikləri gəliri ilə gəlirdən çıxılan xərcləri arasındakı fərq
vergiyə cəlb olunan bütün gəlirləri
sahibkarlıq fəaliyyətindən olan illik gəlirləri
qeyri sahibkarlıq fəaliyyətindən olan illik gəlirləri
Fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirlərinə aiddir:
əmək haqqı, bu işdən alınan hər hansı ödəmə, fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirlər
dividendlər, royalti, icarə haqqı, faiz gəlirləri
dividendlər, royalti, icarə haqqı, faiz gəlirləri, yaxud gələcək muzdlu işdən alınan gəlirlər
əmək haqqı, dividendlər, royalti, icarə haqqı, faiz gəlirləri
Muzdlu işə aid olmayan fəaliyyətdən olan gəlirlər necə təsnifləşdirilir?
sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər;
biznes və kommersiya fəaliyyətindən gəlirlər;
sahibkarlıq fəaliyyətindən gəlirlər və satışdankənar gəlirlər;
qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər və və satışdankənar gəlirlər;
Sahibkarlıq fəaliyyətindən olan gəlirlərə aşağıdakılar aiddir:
gəlirdən çıxılan kompensasiya edilən məbləğlərin (ehtiyatların) azalmasından olan gəlir;
sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən olan gəlir;
sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir;
əsas vəsaitlərin təqdim edilməsindən alınan gəlir;
faiz gəliri, dividendlər, icarə haqqı;
Fiziki şəxslərin 2500 manat olan aylıq gəlirdən hansı vergi dərəcəsi ilə vergi tutulur?
10 %
14 %
20 %
25 %
Neft-qaz sahəsində fəaliyyəti olmayan vergi ödəyicilərində işləyən fiziki şəxslərin 8000 manatdan şox olan aylıq gəlirdən hansı vergi dərəcəsi ilə vergi tutulur?
625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi
675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi
725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi
manat + 8000 manatdan çox olan məbləğin 25 faizi
Qeyri-sahibkarliq fəaliyyəti göstərən fiziki şəxslərin 30000 manat təşkil edən illik gəlirlərindən hansı vergi dərəcəsi ilə vergi tutulur?
10%
14%
30%
20%
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən hansı dərəcə ilə vergi tutulur?
30 faiz
14 faiz
20 faiz
25 faiz
Xüsusi notariusların bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan nə qədər vergi tutulur?
6 faiz
14 faiz
25 faiz
10 faiz
Xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin hansı
hissəsi gəlir vergisindən azad edilir?
50000 manatadək olan
vergiyə cəlb edilmir
20000 manatadək olan
100000 manatadək olan
Şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın hansı hissəsi vergidən azad edilir?
20000 manatadək olan
10000 manatadək olan
vergiyə cəlb edilmir
50000 manatadək olan
Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirinin 2500 manatadək olan hissəsi nə qədər vergidən azad edilir?
ölkə üzrə yaşayış minimumunun 1 misli (200 manat) məbləğində olan hissəsi qədər
ölkə üzrə yaşayış minimumunun 1 misli (206 manat) məbləğində olan hissəsi qədər
ölkə üzrə yaşayış minimumunun 12 misli (1860 manat) məbləğində olan hissəsi qədər
ölkə üzrə yaşayış minimumunun 1 misli (176 manat) məbləğində olan hissəsi qədər
Beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri hansı vergi dərəcəsi ilə vergiyə cəlb edilir?
200 manatadək olan hissəsi vergiyə cəlb edilmir
14%
vergiyə cəlb edilmir
4000 manatadək olan hissəsi vergiyə cəlb edilmir
Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:
Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynlərinin
Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;
sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin;
müharibə əlillərinin;
Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:
I və II qrup əlillərin;
həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynlərin;
Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin;
1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin
qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır:
I və II qrup əlillərin;
sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin;
qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular;
həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynlərin;
Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:
məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər;
həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri;
vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri);
Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular;
İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin 50 faizi hansı müddətə vergidən azad edilir?
7 il
5 il
6 il
10 il
Fiziki şəxsin əmlakın təqdim edilməsindən yaranan zərər həmin ildə kompensasiya edilə bilmirsə...
gələcək 3 ilədək davam edən sonrakı dövrə keçirilir və belə əmlakın təqdim edilməsindən götürülən gəlir hesabına kompensasiya edilir
5 ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir
5 ilədək davam edən sonrakı dövrə keçirilir və həmin illərin mənfəəti hesabına kompensasiya edilir
belə əmlakın təqdim edilməsindən əldə olunan gəliri hesabına kompensasiya edilir
