wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

İqtisadiyyata Giriş 2

Total questions: 12

Worksheet time: 9mins

Name
Class
Date
1.

Tələb və təklif qanunu nədir?

a)

Tələb ilə qiymət arasındakı əlaqəni izah edən nəzəriyyədir

b)

Qiymətin öz-özünü tənzimləyərək tələbin həcmini və təklifin həcmini tarazlığa gətirəcəyi haqqında nəzəriyyədir

c)

Təklif ilə qiymət arasındakı əlaqəni izah edən nəzəriyyədir

d)

Bunların hamısı

2.

Qeyri-qiymət amillərinin təsiri nəticəsində təklif əyrisi yerini:

a)

Sağ tərəfə dəyişir

b)

Yerini sağ və ya sol tərəfə dəyişir

c)

Yerini dəyişmir

d)

Tələb əyrisi boyunca hərəkət edir

e)

Sol tərəfə dəyişir

3.

İstehsalçıların nemətləri bazara çatdırmaq arzusunu və qabiliyyətini əks etdirən davranış forması hansı anlayışla ifadə edilir?

a)

Ehtiyac

b)

Faydalılıq

c)

İqtisadi maraq

d)

Təklif

e)

Tələb

4.

Hansı əmtəə normal əmtəə sayılır:

a)

Qiymətin dəyişməsi ilə onlara tələbin dəyişmədiyi əmtəələrdir

b)

Stabil olaraq tələbi çox olan əmtəə

c)

Stabil olaraq tələbi az olan əmtəə

d)

İstehlakçının pul gəlirinin dəyişməsilə ona olan tələbin düz mütənasib asılılıqda dəyişdiyi əmtəə

e)

İstehlakçının pul gəlirinin dəyişməsilə ona olan tələbin tərs mütənasib asılılıqda dəyişdiyi əmtəə

5.

Təkmil (mükəmməl) rəqabətli bazarın əsas əlamətləri:

a)

Bunların hamısı

b)

Satıcı və alıcıların sayı o qədər böyükdür ki, ayrı-ayrılıqda onların heç birinin qiymət üzərindəgüclü təsiri mövcud deyildir

c)

Alıcılar və satıcılar bazar tərəfindən müəyyənləşdirilən qiyməti qəbul edirlər, onlar “qiymət götürənlər” kimi xarakterizə olunurlar

d)

Təklif olunan əmtəə və xidmətlərin hamısı eyni forma və keyfiyyətəmalikdirlər

6.

Tələb əyrisi qeyri-elastik olduqda məcmu gəlir necə dəyişir?

a)

Bunların hamısı

b)

Bunlardan heç biri

c)

Qiymətin artması tələbin həcminin nisbi olaraq daha çox azalmasına səbəb olur, məcmu gəlir azalır

d)

Məcmu gəlir dəyişmir

e)

Qiymətin artması tələbin həcminin nisbi olaraq daha az azalmasına səbəb olur, məcmu gəlir artır

7.

Qeyri-elastik tələb zamanı:

a)

Qiymətin qalxması tələbin həcmini dəyişməz saxlayır

b)

Tələbin həcmi qiymətə nisbətən daha çox dəyişir

c)

Tələbin qiymət elastikliyi vahiddən böyükdür

d)

Tələbin həcmi qiymət dəyişikliyinə nisbətən daha az dəyişir, tələbin qiymət elastikliyi vahiddən kiçikdir

e)

Elastiklik sıfıra bərabərdir

8.

Təklifin qiymət elastikliyini müəyyən edən amillər hansılardır?

a)

Yaxın əvəzedici əmtəələrin mövcudluğu

b)

Satıcıların istehsal etdikləri əmtəənin miqdarını dəyişə bilmələri bacarığı və vaxt amili

c)

Zəruri istehlak malları və dəbdəbə malları

d)

Gəlirlərin dəyişməsi

e)

Bazarın hüdudları

9.

Vergi yükünün bölünməsinə təsir edən əsas amil:

a)

Tarazlıq

b)

Ədalətlilik

c)

Elastiklik

d)

Səmərəlilik

e)

Gəlirlilik

10.

Aztəminatlı alıcıların mənafeyinə xidmət edən qiymət, bu-

a)

Təklif qiyməti

b)

Tələb qiyməti

c)

Qiymət maksimumu

d)

Tarazlıq qiyməti

e)

Qiymət minimumu

11.

Dövlət tənzimlənməsinin dolayı üsullarına aiddir:

a)

Tələb qiyməti və qiymət maksimumu

b)

Təklif qiyməti və qiymət minimumu

c)

Qiymət minimumu və qiymət maksimumu

d)

Tarazlıq qiyməti və qiymət maksimumu

e)

Vergilər və subsidiyalar

12.

Bir əmtəəni əldə etmək üçün imtina olunan digər əmtəənin dəyəri nədir?

a)

Faydalılıq

b)

Seçim

c)

Rasional davranış

d)

Alternativ xərc

e)

İstehsal imkanları