wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

İqtisadiyyat 2

Total questions: 10

Worksheet time: 9mins

Name
Class
Date
1.

Özəlləşdirmə – bu:

a)

xarici kapitalın ölkəyə axınıdır

b)

dövlət mülkiyyətinin xüsusi mülkiyyətə verilməsidir

c)

müxtəlif təsərrüfat formalarının yaranmasıdır

d)

dövlətsizləşdirmə ilə üst-üstə düşən prosesdir

e)

investisiya qoyuluşunu sürətləndirməkdir

2.

Rəqabətin, istehsalçiların həvəsləndirilməsi sisteminin olmadığı, istehsal vasitələri üzərində dövlət mülkiyyətinin olduğu iqtisadiyyat necə adlanır?

a)

qərb inkişaf yolu

b)

qarışıq iqtisadiyyat

c)

bazar iqtisadiyyatı

d)

inzibati -amirlik iqtisadiyyatı

e)

ənənəvi iqtisadiyyat

3.

İqtisadi sistem anlayışı dedikdə:

a)

bütün ictimai iqtisadi formasiyalardakı əlaqə və münasibətlər başa düşülür

b)

bir-biri ilə qarşılıqlı əlaqə və təsirdə olan istehsalçıların vəhdəti başa düşülür

c)

müxtəlif təsərrüfat sahələrinin qarşılıqlı əlaqəsi başa düşülür

d)

bir-biri ilə qarşılıqlı əlaqə və təsirdə olan insanların istehsal prosesində iştirakı başa düşülür

e)

stehlak prosesində insanların qarşılıqlı əlaqə və münasibətləri başa düşülür

4.

Mikroiqtisadiyyatda qısamüddətli dövr dedikdə hansı zaman kəsiyi nəzərdə tutulur?

a)

firmanın fəaliyyətdə olduğu dövr

b)

bütün amillərin sabit olduğu dövr

c)

firma tikililərin dəyişdirilmədiyi halda, maşın və avadanlıqların dəyişə bildiyi

d)

bütün amillərin dəyişkən olduğu

e)

firma nə tikililəri, nə də maşın və avadanlıqları dəyişə bilmədiyi

5.

Bazar iqtisadiyyatının genetik əsaslarına bunlardan hansıları aid etmək olar?

a)

kolxoz-kooperativ təsərrüfat

b)

dövlət mülkiyyəti

c)

inkişaf etmiş əmək bölgüsü və xüsusi mülkiyyət

d)

xüsusi mülkiyyət

e)

ümum xalq mülkiyyəti

6.

Liberal bazar modelinin xarakterini hansı amil müəyyən edir?

a)

sosial sahənin dövlət tənzimlənməsi

b)

dövlət sektorunun xüsusi çəkisi

c)

kredit-pul sisteminin dövlət tənzimlənməsi

d)

ümümdaxili məhsulda dövlət büdcəsinin cox olması

e)

iqtisadiyyatda xüsusi mülkiyyətin aparıcı mövqeyi

7.

Bazar iqtisadiyyatının funksiyasına aid olmayanı müəyyənləşdirin:

a)

istehsalla istehlak arasında uzlaşma yaradır

b)

əmtəə istehsalçılarını diferensiallaşdırır

c)

əmtəə istehsalını tənzimləyir

d)

sosial bərabərlik yaradır

e)

alıcı ilə satıcını bir-biri ilə rastlaşdırır

8.

Yapon modeli üçün xarakterik olmayan hal hansıdır:

a)

beynəlxalq ticarətdə fəal iştirak

b)

investisiya və yığımın yüksık səviyyəsi

c)

milli mənafelərin şəxsi mənafelərdən üstün tutulması

d)

kənd təsərrüfatı torpaqlarının ailələrin uzunmüddətli icarəsinə verilməsi

e)

firmalarda ömürlük işlə təmin olunmanın tətbiqi

9.

Cənub-Şərqi Asiya ölkələrinin modellərində ümumi cəhət hansıdır:

a)

iqtisadiyyatda sosial problemlərin həllinin prioritetliyi

b)

dövlət və bazar tənzimlənməsinin milli xüsusiyyətlərlə vəhdəti

c)

mövcud modellər sistemində öz yerinin müəyyənləşdirilməsi

d)

xüsusi mülkiyyətin, azad rəqabətin üstün mövqeyi

10.

İnfrastruktur fəaliyyətini digərlərindən ayıran (fərqləndirən) cəhət:

a)

istehlak etməsi

b)

bölüşdürməsi

c)

mübadilə etməsi

d)

xidmət göstərməsi

e)

istehsal etməsi