wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

kommunikasiya mövzu1-15

Total questions: 15

Worksheet time: 11mins

Name
Class
Date
1.

İşgüzar kommunikasiyada ünsiyyətin predmetidir:

a)

şəxsi problemlər

b)

siyasi vəziyyət

c)

ailə problemləri

d)

teatr xəbərləri

e)

ortaq iş fəaliyyəti

2.

Texniki kommunikasiya nədir?

a)

Bir nöqtədən, qurğudan və ya şəxsdən digərinə müəyyən rabitə kanalı ilə məlumatın verilməsidir.

b)

İnformasiyanın məzmununun qəbuledici tərəfindən başa düşülməsi şərtilə verilməsi və qəbul edilməsidir.

c)

Verilən informasiyanın qəbuledicinin fəaliyyətinə təsiri və səmərəli istifadə edilməsidir.

d)

Nəqliyyat vasitələrinin hərəkət marşrutları, rabitə kanalları, şəhər təsərrüfatının yeraltı şəbəkəsidir.

e)

İnformasiyanın istənilən istiqamətlərdə mübadiləsidir.

3.

İctimai nitq nədir?

a)

İnformasiya mübadiləsidir.

b)

İki və daha çox insanın dialoqudur.

c)

İctimaiyyət içərisində qurulan söhbət mübadiləsidir.

d)

Ünsiyyət naminə (və ya xatirinə) ünsiyyətdir.

e)

Çoxsaylı auditoriyaya müraciətlə söylənilən nitqdir.

4.

Ritorik qanun sistemində mövzunun dəqiq izahını nəzərdə tutan ilk mərhələ necə adlanır?

a)

dispozisiya

b)

invensiya

c)

elokusiya

d)

memorio

e)

aksio

5.

İctimai (kütləvi) nitqin növlərinə daxildir:

1. akademik nitq

2. diplomatik nitq

3. məhkəmə nitqi

4. məruzə

5. mühazirə

6. tənqidi çıxış

a)

2,3,4

b)

3,4,5

c)

4,5,6

d)

1,2,3

e)

1,3,5

6.

Kommunikativ niyyət (intensiya) nədir?

a)

Ünsiyyətin müəyyən komponentlərinin və şərtlərinin məcmusudur.

b)

Kommunikasiya prosesində nəticəyə nail olmaq səyidir.

c)

Kommunikasiyanın funksional xarakter daşımasıdır.

d)

Təşkilatın fəaliyyət qaydasını müəyyən edən qaydalar məcmusudur.

e)

İşgüzar kommunikasiya emosionallığıdır.

7.

Aşağıdakılardan biri kommunikativ situasiyanın komponentlərinə aid deyil:

a)

nitqin mövzusu (predmeti)

b)

nitq adresatının obrazı

c)

nitq müəllifinin obrazı

d)

kommunikativ niyyət (intensiya)

e)

ünsiyyətin qeyri-müəyyən şərtləri

8.

İşgüzar kommunikasiya:

a)

Ünsiyyət naminə (və ya xatirinə) ünsiyyətdir.

b)

Təcrübə, biliklər, fikir və hisslərin mübadiləsidir.

c)

Rasional əsasda qurulmuş bir şəxs və ya bir qrup insan kimi çıxış edə bilən ünsiyyət tərəfdaşlarına şüurlu, məqsədyönlü və müvafiq məlumat təsiridir.

d)

Partnyorlar arasında hər hansısa bir dialoqdur.

e)

İnformasiyanın ötürülməsi və qarşılıqlı təsir prosesidir.

9.

İşgüzar kommunikasiyanın reqlamentləşdirilməsi nə deməkdir?

a)

İştirakçıların zahiri görünüşünə, geyimlərinə və danışma tərzinə müəyyən tələblərin qoyulması

b)

Müəyyən edilmiş qaydalara və məhdudiyyətlərə tabe olunması

c)

Müdiriyyət və işçilər arasındakı münasibətlərdə subordinasiyanın qorunması

d)

Qəbul edilmiş rolun tələblərinə uyğun davranılması

e)

Rolun ampluasına əməl olunması

10.

“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni nəyi tədqiq etmir?

a)

akademik, elmi fəaliyyətdə ictimai nitq ünsiyyətinin xüsusiyyətlərini

b)

kommunikasiya prosesinin ümumi nəzəri əsaslarını

c)

peşəkar ictimai nitqin yaradılması qanunauyğunluqlarını

d)

fəlsəfi kateqoriyaları

e)

dinləyicilərə məqsədyönlü təsir göstərməyi

11.

Akademik nitqdə etos nədir?

a)

tərəqqiyə inam

b)

professional təşəbbüskarlıq

c)

akademik nitqin mənəvi dəyər komponenti

d)

empirik əsas

e)

mövzu sahəsinə maraq

12.

Akademik nitqdə pafos nədir?

a)

elmi birlik

b)

hisslərin ifadə üsulu ilə bağlı ritorik kateqoriya, emosiyalara müraciət

c)

qanunauyğunluqlar

d)

sosial ideallar

e)

yaradıcılıq

13.

Natiqliyin nəzəri cəhətdən dərk edilməsi ilə bağlı yazılmış ilk əsərlər hansı dövrə aiddir?

a)

orta əsrlərə

b)

antik dövrə

c)

V əsrə

d)

XIV əsrə

e)

müasir dövrə

14.

Akademik kommunikasiya:

a)

Peşəkar ictimai nitqin yaradılması qanunauyğunluqları və onun effektivliyinin şərtləri haqqında bilik sahəsidir.

b)

Rasional əsasda qurulmuş bir şəxs və ya bir qrup insan kimi çıxış edə bilən ünsiyyət tərəfdaşlarına şüurlu, məqsədyönlü və müvafiq məlumat təsiridir.

c)

Əməkdaşlıq, məqsədlərə yaxınlaşmağa çalışmaq, tərəfdaşlıq münasibətlərinin yaxşılaşdırılmasıdır.

d)

Yüksəkixtisaslı mütəxəssislərin işlərə cəlb edilməsidir.

e)

Müəssisənin inkişaf strategiyasını müəyyən etməkdir.

15.

Reqlament nədir?

1. Dövlət orqanının, qurumun, təşkilatın fəaliyyət qaydasını müəyyən edən qaydalar məcmusudur.

2. Müştərək müəssisələrdə işçilər arasında Qərb ünsiyyət üsu­ludur.

3. İşgüzar kommunikasiyada iştirak edənlərin davranışıdır.

4. Ünsiyyət iştirakçıların rollarını, lazımi norma və davranış standartlarını müəyyən edən rəsmi statuslardır.

5. Mü­şa­virənin, iclasın, konfransın, qurultayın və s. aparılması qaydası haqqında qabaq­ca­dan müəyyən və qəbul edilmiş nizamnaməsidir.

a)

1,5

b)

1,4

c)

2,5

d)

2,3

e)

4,5