NEW
Font size
WorksheetsVergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Total questions: 15
Worksheet time: 13mins
Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə,maliyyə sanksiyaları necə tıtbiq edilir?
Həmin pozuntulara görə bir,Vergi Məcəlləsində nəzərdə tutulmuş ən yüksək maliyyə sanksiyası tətbiq edilir
Hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir (Vergi Məcəlləsinin 58.7-ci maddəsi istisna olmaqla)
hər pozuntuya görə nəzərdə tutulmuş maliyyə sanksiyalarının məbləği ikiyə vurulur
Maksimum 3 pozuntuya görə maliyyə sanksiyası tətbiq edilə bilər
Məlumdur ki,vergi ödəyicisi vergilər,faizlər və maliyyə sanksiyaları üzrə borclarını birləşdirsə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı aktivlər barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Həmin məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə neçə manat məbləğində maliyyə sanksiyası tətbiq edilir?
200 manat
100 manat
40 manat
50 manat
Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldırılmışdısa,habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa,vergi ödəyicisinə (yayınmanın vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edilməsi halı istisna olmaqla) hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?
40 manat
100 manat
Azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında
Azaldılmış və ya yayındırılmış vergi məbləğinin 100 faizi miqdarında
Vergi Məcəlləsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya məcəllədə göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə,həmçinin digər uçot məlumatlarında dəyişiklik haqqənda məlumatın təqdim edilməməsinə görə,habelə Vergi Məcəlləsində nəzərdə tutulmuş “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə hansı miqdarda maliyyə sanksiyası tətbiq edilir?
1000 manat
400 manat
100 manat
40 manat
ƏDV üzrə qeydiyyat məcburi olduğu halda,qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?
200
100
50
40
Topdansatış ticarət fəaliyyəti istisna olmaqla nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən nağd pul hesablaşmalarının aparılmasına təqvim ili ərzində birinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
500 manat
1000 manat
2000 manat
3000 manat
Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədirilməsinə və ya uçota alınmamasına görə,bu hal il ərzində ilk dəfə baş verdikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
Gizlədilmiş və ya uçota alinmamış pul vəsaitinin ümumi məbləğinin 10 faizi miqdarında
Gizlədilmiş və ya uçota alınmamış pul vəsaitinin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinin 5 faizi miqdarında
Gizlədilmiş və ya uçota alınmamış pul vəsaitinin ümumi məbləğinin 5 faizi miqdarında
Gizlədilmiş və ya uçota alınmamış pul vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala ikinci dəfə yol verdikdə neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?
10 faizi
40 faizi
20 faizi
30 faizi
Plombların vurulması və açılması arasındaki müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişiklərin edilməsinə,texnoloji avadanlıqlardaki plombların zədələnməsinə,istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına,tam uçota alınmamasına,aksiz markalarının inventarizasiyasında kənarlaşmalara yol verilməsinə,eləcə də Vergi Məcəlləsinin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tıtbiq edilir?
500 manat
2500 manat
5000 manat
5500 manat
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirlməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaraldığına görə işəgötürənə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə hər bir belə şəxs üzrə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?
2000 manat
3000 manat
4000 manat
5000 manat
Vergi ödəyicisinin valyuta hesabından vəsait mübahisəsiz qaydada tutulduğu halda bank həmin gün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin neçə faizinədək hesabdakı valyuta vəsaitini dondurur?
125
110
105
95
Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda,onlar kimin xeyrinə şərh olunur?
Vergi orqanlarının
Məhkəmə orqanlarının
Gömrük orqanlarının
Vergi ödəyicisinin
Kim vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə(hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilər?
Heç bir kəs
Barəsində vergi qanunverciliyinin pozulması ilə bağlı cinayət işi qaldırılan şəxslər
Nağd pul hesablaşmalarının aparılması qaydalarını təqvim ili ərzində 1 dəfədən artıq pozan şəxslər
AR-nın Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edən işəgötürənlər
Vergi orqanından bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə , habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-1-ci maddəsinə əsasən həmin Qanunun 14.5.1-1.9-cu maddəsində göstərilən şəxslər tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınmamasına görə vergi ödəyicisinə:
58.12.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?
50 manat
105 faiz
200 manat
40 faiz
Malların alışını və ya mədaxilini təsdiq edən vergi məcəlləsində göstərilən hər hansı sənədlərdən biri olmadıqda vergi ödəyicisinə bu
cür hala görə birinci dəfə yol verdikdə hansı maliyyə sanksiyası tətbiq edilir?
gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 5 faizi miqdarında
gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinin 5 faizi miqdarında
gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 100 manatdan çox olan hissəsinə 5 faizi miqdarında
alınmış malların dəyərinin 10 faizi miqdarında
gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 3 faizi miqdarında
