NEW
Font size
WorksheetsTərcüməyi-hal.xasiyyətnamə. arayış. təqdimat
Total questions: 10
Worksheet time: 5mins
Biri tərcümeyi-halı xarakterizə edən xüsusiyyət deyil:
şikayət
nailiyyətlər
ailə tərkibi
doğum ili
təhsil haqqında məlumat
Təqdimatın (prezentasiyanın) hazırlanma qaydalarına aid deyil:
həddən artıq uzun cümlələrdən istifadə etmək
dizayna önəm vermək
həddən artiq animasiya vasitələrindən istifadə etməmək
şəkilləri, videoları təqdimatın mövzusuna uyğun seçmək
başlıqları fərqləndirmək
Verilənlərdən biri səhv fikirdir:
Tərcümeyi-halla biblioqrafiya arasında fərq yoxdur.
Bioqrafiya kiminsə tərcümeyi-halının başqası tərəfindən yazılmış formasıdır.
Avtobioqrafiya şəxsin öz əli ilə yazdığı tərcümeyi-haldır
Memuar ədəbiyyatı avtobioqrafik xarakterdə olur.
“Tərcümeyi-hal” ərəb sözüdür.
Biri özündə arayışın məzmununu ehtiva etmir:
Arayışın hansı məqsədlə tərtib edildiyi qeyd edilmir.
Arayiş müəssisə rəhbəri tərəfindən imzalanır.
Bütün hallarda məsul şəxsin imzası möhürlə təsdiq olunmalıdır.
Arayışın sonunda sənədin hara təqdim olunması qeyd edilməlidir
Arayışın sonunda sənədin hara təqdim olunması qeyd edilməlidir
1. Fikirlərdən biri doğru deyil:
Arayışın dili xüsusi üslubda tənzimlənmir.
Arayışda söz sırası pozulmur.
Arayış sirf rəsmi –işgüzar üsluba əsaslanır.
Arayışda emosionallığa, bədiiliyə yol verilməməlidir.
Arayış həqiqəti əks etdirməlidir.
Təqdimata aid olan xüsusiyyətlərdən biri səhv xarakterizə olunub
Təqdimat yalnız xoş niyyətlər üçün yazılır.
Təqdimatın forması təxminən ərizə forması kimidir.
Təqdimat ərizə və tələbnamə deyil.
Yuxarı qurumun iclasında müzakirə edildikdə, təqdimatın tam mətni oxunur.
“Təqdimat” ərəb sözüdür.
İşgüzarlıq baxımından fərqlidir:
təqdimat
nota
bəyanat
fərman
sərəncam
1. Kəmalə Hacıyeva ali məktəbə qəbul olmuşdur. Sənədlərini təqdim edərkən ondan özü haqqında ətraflı məlumat verilməsi tələb olunur. O, hansı əməli yazı nümunəsi yazmalıdır?
ərizə
xasiyyətnamə
arayış
tərcümeyi-hal
bildiriş
1. ... Adilə Hüseynova ali kateqoriyalı müəllimdir. Bu günlərdə onun anadan olmasının 60 ili tamam olacaqdır. Kollektivdə böyük hörmətə malikdir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, A.T.Hüseynovanın 60 illik yubileyinin keçirilməsinə şərait yaratmağınızı Sizdən xahiş edirəm.
B.Nəbiyev
15.05.2018
Verilmiş nümunə hansı əməli yazı növünə aiddir?
arayış
ərizə
xasiyyətnamə
təqdimat
akt
Vəzifəyə təyin olunmaq üçün ilk növbədə tələb olunan sənədlər hansılardır?
protokol və təqdimat
tərcümeyi-hal və xasiyyətnamə
təqdimat və izahat
etibarnamə və xasiyyətnamə
arayış və hesabat
