NEW
Font size
WorksheetsFƏNN: SSİ /M: 8, 9, 10/
Total questions: 15
Worksheet time: 15mins
Sosial sığorta anlayışı haqqında aşağıda verilmiş fikirlərdən hansı yanlışdır?
Hər bir adamı həyat səviyyəsinin qəflətən və yolverilməz dərəcədə aşağı düşməsindən müdafiə etməyə yönəldilmiş sistemdir.
Dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımı.
Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığorta olunanın sığorta təşkilatından sığorta ödənişi almaq hüququ yaranır.
Aşağıda verilmiş variantlardan hansında sosial sığortanın iştirakçıları doğru göstərilmişdir?
I.Sığortaçı
II.Sığortaedənlər
III.Sığortaolunanlar
I və II
I və III
I, II, III
Əmək pensiyası haqqında verilmiş fikirlərdən hansı yanlışdır?
Əmək pensiyası işləyərək müvafiq qanunvericiliklə tələb olunan iş stajı və ya pensiya kapitalı olan şəxslərə ödənilir.
Əmək qabiliyyətini itirdiyi üçün işləməyən və pensiya hüququ yaranmayan şəxslərə vahid məbləğdə, yəni 130 manat məbləğində yaşa görə sosial müavinət ödənilir.
İşləməyən şəxsin də işləməyən şəxs kimi əmək pensiyası almaq hüququ vardır.
Vətəndaşın pensiya almaq hüququ hansı hallarda yaranır?
I.Pensiya yaşına çatdıqda yaşa görə pensiya
II.Əlilliyə görə pensiya
III. Çoxuşaqlılığa görə pensiya
IV.Ailə başçısını itirməyə görə
I və IV
I, II və IV
I, III və IV
Qeyri-hökumət təşkilatları dedikdə nə başa düşülür?
Hökümətdən asılı olmayaraq fəaliyyət göstərən, özünü vətədaş cəmiyyətinə aid edən müxtəlif ictimai birliklər, hərəkatlar, komitələr, fondlar, institutlar və digər təşkilatların şəbəkələridir.
Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının dəstəyi ilə cəmiyyətə öz kömək əlini uzadan təşkilatlar başa düşülür.
Gəlir əldə etmək məqsədilə ictimai işlər həyata keçirən təşkilatlardır.
Aşağıda verilmiş hansı variant Qeyri-hökumət təşkilatlarının əlamətləri arasında yer almamışdır?
Könüllü fəallıq (volontyor) sektoru
Filantropik xeyriyyə sektoru
Biznes sferasına aid olması
Qeyri-hökümət təşkilatlarına aid olmayan variantı göstər?
İctimai birliklərin üzvləri Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxslər ola bilərlər.
Qeyri hökumət təşkilatları digər iş yerlərində olduğu kimi işə qəbul etdiyi işçilərlə əmək müqaviləsi bağlamalıdır.
Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Sosial sığorta hadisəsi baş verdikdə verilmiş sosial sığorta ödəmələri arasında yer almayan variantı göstər?
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün)
Aztəminatlı ailələrə ünvanlı sosial yardımlar
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək (sosial sığorta) pensiyaları
Sığorta olunanların vəzifələri arasında yer almayan variantı göstər?
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti həyata keçirmək, sığorta fondlarını idarə etmək
Sosial sığorta haqqını vaxtında ödəmək
Sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək
Qeyri-Hökümət Təşkilatlarının iştirakçılarına aid olan variantı göstər?
Təsisçilər, üzvlər və köməkçilər
Fondlar
Təsisçilər, üzvlər,fondlar
QKS-nun dördüncü tipinə aid olan variantı seç?
Şərqi və Mərkəzi Avropa üçün səciyyəvi olub, orada QKT- na hökumət tərəfindən kifayət qədər sərt nəzarət həyata keçirilir.
İnkişaf etməkdə olan ölkələr üçün səciyyəvi olub, bu dövlətlərdə qeyri-kommersiya təşkilatlan fəal surətdə həm demokratiyanm qorunması, həm də kollektiv istifadə xidmətlərinin təmin olunması funksiyalarını icra etməklə inkişaf edirlər.
İslam dövlətləri üçün səciyyəvi olub, İslam qanunlarına görə xeyriyyəçilik müqəddəs borcdur və hər bir müsəlman öz illik gəlirinin 2,5%-ni yoxsullara yardım kimi verməlidir.
Fondlarda hansı iştirakçılar olmur?
Təsisçilər
Üzvlər
Köməkçilər
Fond yaradılarkən onun nizamnamə kapitalı nə qədər olmalıdır?
A) Beş min manatdan az olmamalıdır
On min manatdan az olmamalıdır.
On beş min manatdan az olmamalıdır
Sahibkarlıq fəaliyyətinin inkişafında makroiqtisadi göstəricilərə aid olan variant aşağıdakılardan hansıdır?
Minimum istehlak səbəti
Ölkənin inkişaf səviyyəsi
ÜDM-in həcmi, əhalinin pul gəlirləri, istehsal və xidmətin həcmi, iqtisadiyyata qoyulan xüsusi kapital və s.
Хidmət sahəsində sahibkarlığın sоsial funksiyasına aid olan variantı göstərin?
Yeni iş yerlərinin yaradılması tempi, оnun sürətləndirilməsi.
İşləməyən əmək qabiliyətli əhalinin mənzillə təmin edilməsi
Aztəminatlı ailələrin 2 il müddətində sosial yardım almasına yardımçı olmaq
