Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

YMST 7

Total questions: 21

Worksheet time: 18mins

Name
Class
Date
1.

Balıq məhsulları istehsalında istifadə edilən donmuş balıqların donu ən çox hansı üsulla açılır?

a)

sənaye tezlikli cərəyanla

b)

yüksək və çox yüksək tezlikli cərəyanla

c)

vakuumda kondensasiya olunan buxarla

d)

duzluqda

e)

suda

2.

Hansı donmuş məhsul donu açdıqdan sonra satılır?

a)

ət

b)

balıq

c)

dondurma

d)

kərə yağı

e)

tərəvəz

3.

Donmuş balıqların donu elektron üsulu ilə necə açılır?

a)

yüksək tezlikli dəyişən cərəyanın intensiv elektrik sahəsindən keçirməklə

b)

doymuş duz məhlulunun içinə salmaqla

c)

sərin suyun içində saxlamaqla

d)

sənaye tezlikli cərəyanla təsir etməklə

e)

vakuumda kondensasiya olunan buxarla təsir etməklə

4.

Donmuş balıqların donu mikrodalğa üsulu ilə necə açılır?

a)

donmuş duz məhlulunun içinə salmaqla

b)

sənaye tezlikli cərəyanla təsir etməklə

c)

yüksək tezlikli dəyişən cərəyanın intensiv elektrik sahəsindən keçirməklə

d)

açıq havada saxlamaqla

e)

isti suyun içində saxlamaqla

5.

Donmuş balığın donu dielektrik üsulu ilə necə açılır?

a)

vakuumda kondensasiya olunan buxarla təsir etməklə

b)

soyuq suyun içində saxlamaqla

c)

Açıq havada saxlamaqla

d)

sənaye tezlikli cərəyanla təsir etməklə

e)

yüksək tezlikli dəyişən cərəyanın intensiv elektrik sahəsindən keçirməklə

6.

Donmuş balığın yüksək və çox yüksək tezlikli cərəyanla donunun açılması üsulu bəzən necə adlanır?

a)

dielektrik

b)

vakuumda donu açma

c)

havada donu açma

d)

buxar-hava mühitində donu açma

e)

isti metal plitədə donu açma

7.

Donmuş balığın yüksək və çox yüksək tezlikli cərəyanla donu açıldıqda nə üçün balığın bütün qatlarının donu bərabər sürətdə açılır?

a)

istilik balığın bütün qatlarında eyni vaxtda toplandığı üçün

b)

cərəyan balığın daxili qatına daha çox təsir etdiyinə görə

c)

cərəyan balığın xarici qatına daha çox təsir etdiyinə görə

d)

cərəyan balığın orta qatına daha çox təsir etdiyi üçün

e)

cərəyan balığın daha ətli qatına daha çox təsir etdiyinə görə

8.

Donmuş balığın donu mikrodalğa üsulu ilə açılarkən balığın kütləsində dəyişiklik baş verirmi?

a)

kütləsi artır

b)

kütləsi azalır

c)

kütləsi sabit qalır

d)

kütləsi əvvəlcə azalır, sonra isə artır

e)

kütləsi əvvəlcə artır, sonra isə azalır

9.

Donmuş balığın donu yüksək və çox yüksək tezlikli cərəyanla açılarkən verilən enerji hara sərf olunur?

a)

balığın kütləsinin artmasına

b)

balığın həcminin artmasına

c)

donmuş balığın donunu açmağa

d)

balığın tərkibindəki suyun buxarlanmasına

e)

balığın tərkibindəki yağın əriməsinə

10.

Donu açılmış balığın saxlanmaya davamlılığı necədir?

a)

uzun müddət saxlamaq olar

b)

bir neçə gün saxlamaq olar

c)

davamsızdır

d)

davamlıdır

e)

soyuq şəraitdə 5 gün

11.

Donu açılmış balığın hansı bir səbəbdən həmən müddətdə istifadəsi mümkün olmadıqda nə etmək lazımdır?

a)

təkrar dondurmalı

b)

çıxdaş edilməli

c)

təkrar soyudulur

d)

soyuducu kamerada saxlanılır

e)

defrastatora qoymalı

12.

Donmuş balığın donunun sənaye tezlikli cərəyanla açılması üsulunun çatışmayan cəhəti nədir?

a)

donu açmağa xeyli enerji və suyu sərf olunması

b)

balığın donunun gec açılması

c)

elektrik cərəyanının balığın bütün səthində bərabər yayılması

d)

balığın bütün qatları və səthinin donunun eyni zamanda açılması

e)

donmuş balığa verilən elektrik cərəyanın istiliyə çevrilməsi

13.

Donmuş balığın donunun açılması rejiminə riayət etmədikdə nə baş verir?

a)

donun açma müddəti uzanır

b)

donun açma müddəti qısalır

c)

balığın sensor göstəriciləri pisləşir

d)

donu açılan balığa olan tələbat ödənilmir

e)

donun açma əməliyyatında istifadə edilən qurğular sıradan çıxır

14.

Donmuş balıqların duzluqda donunun açılması müddəti əsasən hansı amillərdən asılıdır?

a)

balığın cinsindən

b)

balığın təmizlənmə dərəcəsindən

c)

balığın ölçüsündən

d)

balığın pulcuqlu və ya pulcuqsuz olması

e)

balığın kimyəvi tərkibindən

15.

Donmuş balığın donu duzluqda açılarkən duzluqda nə baş verir?

a)

donun açılması dövründə duzluqdakı duzun təqribən 1 ÷ 1. 5 %-i balığa diffuziya edir

b)

donun açılması dövründə duzluğun qatılığı artır

c)

donun açılması dövründə duzluğun qatılığı dəyişilmir

d)

balığın tərkibindəki duzların bir hissəsi duzluluğa keçir

e)

duzluğun qatılığı əvvəlcə artır, sonra isə azalır

16.

Donmuş balıqları duzluqda donu açılarkən kütləsi dəyişirmi?

a)

kütləsi dəyişilmir

b)

kütləsi artır

c)

kütləsi 1. 5 ÷ 2. 5 % azalır

d)

kütləsi əvvəlcə artır, sonra isə azalır

e)

kütləsi əvvəlcə azalır, sonra isə artır

17.

Donmuş balıqların donu suda açılarkən suyun temperaturu neçə ºC arasında olması vacibdir?

a)

isti su

b)

qaynar su

c)

soyuq su

d)

15 ÷ 18 ºC temperaturlu

e)

qaynadılıb soyudulmuş su

18.

Donmuş balıqların donu suda açılarkən balığın kütləsində hansı dəyişiklik baş verir?

a)

kütləsi azalır

b)

kütləsi sabit qalır

c)

kütləsi 2 ÷ 3 % artır

d)

kütləsi əvvəlcə azalır, sonra isə artır

e)

kütləsi əvvəlcə artır, sonra isə azalır

19.

Donmuş balıqların donu suda açılarkən tərkibindəki suda həll olan ekstraktiv və mineral maddələrində nə baş verir?

a)

miqdarı dəyişilmir

b)

miqdarı artır

c)

miqdarı azalır

d)

miqdarı əvvəlcə azalır, sonra isə artır

e)

miqdarı əvvəlcə artır, sonra isə azalır

20.

Donmuş iri balıqların donunun suda açılması nə üçün məsləhət görülmür?

a)

baha başa gəldiyinə görə

b)

suyun temperaturu yüksəldiyi və çirkləndiyi üçün

c)

xeyli su itkisi olduğuna görə

d)

balıq su çəkərək sulanır və keyfiyyəti aşağı düşdüyü üçün

e)

balığın kütləsi azaldığına görə

21.

Suda donu açılmış balıqları nə üçün dərhal sudan çıxarmaq lazımdır?

a)

balığın kütləsi azaldığına görə

b)

suya qənaət etmək üçün

c)

balığın mikroorqanizmlərlə yoluxma təhlükəsi artdığına görə

d)

vaxta qənaət etmək

e)

balığın xeyli miqdar su çəkərək keyfiyyətinin aşağı düşməyə yol verməmək üçün