WorksheetsVergi 6.
Total questions: 18
Worksheet time: 14mins
Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər harada uçota alınırlar?
ancaq rezidenti olduğu ölkədə uçota alınırlar
olduqları yer üzrə
istənilən vergi orqanında uçota alınırlar
uçota alınmırlar
Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə uçota alınırlar
Yerli vergilərin hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət hansı orqan tərəfindən həyata keçirilir?
icra hakimiyyəti orqanları
bələdiyyənin yerləşdiyi ərazinin maliyyə orqanı
bələdiyyə ərazisindəki vergi orqanı
bələdiyyələrin vergi xidməti orqanı
bələdiyyənin yerləşdiyi ərazinin maliyyə və vergi orqanı
Vergi nəzarəti hansı məqsədlə həyata keçirilir?
vergi ödəyicilərini məsuliyyətə cəlb etmək
qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısını almaq
vergi ödəyicisinin digər təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqəsini müəyyən etmək
vergilərin tam və vaxtında yığılmasını təmin etmək
vergi ödəyicisinin obyektinin fəaliyyətini dayandırmaq
Hansı şəxslər vergi agenti ola bilərlər?
yalnız qeyri-rezident fiziki və hüquqi şəxslər
yalnız hüquqi şəxslər
yalnız fiziki şəxslər
həm fiziki, həm də hüquqi şəxslər
yalnız Azərbaycan Respublikasının vətəndaşı olan və yaşı 18-dən yuxarı olan istənilən şəxs
Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda o, vergi orqanına nə təqdim etməlidir?
Fəaliyyətinin dayandırıldığı gündən gec olmayaraq vergi orqanına müvafiq arayış təqdim edir
Vergi hesabatını təqdim etmir
İstənilən halda vergi hesabatını təqdim etməlidir
Vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edir
Vergi hesabatını boş göstərməklə təqdim edir
Şəhadətnamə-dublikatın və onun alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin forması hansı dövlət orqanı tərəfindən təsdiq olunur?
Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi
Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi
Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Maliyyə Nazirliyi
Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Mərkəzi Bank tərəfindən
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və digər sənədlər daxil olduğu gündən sonrakı neçə gün müddətində həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərməlidir?
20 gün
2 gün
5 gün
1 gün
10 gün
Vergi nəzarətini həyata keçirməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri hansı orqanda uçota alına bilərlər?
Yerli [bələdiyyə] orqanında
Xarici Işlər Nazirliyində
Gömrük orqanında
Vergi orqanında
Maliyyə orqanında
Eyni vergi ödəyicisinə neçə VÖEN verilə bilər?
2 VÖEN verilə bilər
hər fəaliyyət sahəsinə görə ayrıca VÖEN verilə bilər
4 VÖEN verilə bilər
1 VÖEN verilə bilər
məhdudiyyət qoyulmur
Vergi ödəyicisinin vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən neçə gün müddətində vergi orqanına məlumat verməlidir?
15 gün
20 gün
40 gün
10 gün
5 gün
Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yerin və ya yaşadığı yerin dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra neçə gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını həyata keçirməlidir?
30 gün
20 gün
15 gün
10 gün
5 gün
Vergi ödəyicisinin uçotda olmasını təsdiq edən Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında hansı sənəd verilir
heç bir sənəd verilmir
Şəhadətnamə-dublikat
Şəhadətnamənin surəti
Şəhadətnamənin yeni nüsxəsi
Şəhadətnamənin itməsi ilə bağlı arayış
Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respublikasında hansı müddətdə olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?
fəaliyyətə başladığı günədək
fəaliyyətə başladıqdan 5 gün müddətində
fəaliyyətə başladıqdan 10 gün müddətində
ffəaliyyətə başladıqdan 30 gün müddətində
fəaliyyətə başladıqdan 20 gün müddətində
Şəhadətnamə dublikatın bildiriş hissəsi neçə gün müddətində bank idarəsi tərəfindən qaytarılmadıqda, vergi orqanı onun səbəblərini dəqiqləşdirməyə başlayır?
15 gün
3 gün
5 gün
10 gün
30 gün
Səyyar vergi yoxlaması zamanı hansı hallarda mütəxəssis dəvət oluna bilər?
yuxarı vergi orqanının göstərişi ilə
dəvət olunmur
vergi ödəyicisinin tələbi ilə
xüsusi bilik və təcrübə tələb olunduqda
məhkəmənin qərarı ilə
Səyyar vergi yoxlamasının nəticələri hansı sənədlə rəsmiləşdirilir?
vergi yoxlaması protokolu ilə
rəsmiləşdirilmir
vergi yoxlaması aktı ilə
bildirişlə
arayışla
Növbəti səyyar vergi yoxlaması ildə təqvim ili ərzində neçə dəfədən çox olmayaraq keçirilir?
2 ildən bir
belə bir məhdudiyyət nəzərdə tutulmuşdur
3 dəfədən
2 dəfədən
1 dəfədən
Kameral vergi yoxlaması harada keçirilir?
vergi ödəyicisinin obyektində
yoxlamanı keçirən əməkdaşın istəyi ilə istənilən yerdə
məlumat alındığı mənbədə
yerlərə getmədən vergi orqanında
banklar və ya kredit təşkilatlarından alınmış məlumatlar əsasında həmin təşkilatlarda
