wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

VERGI SINAQ -2

Total questions: 25

Worksheet time: 23mins

Name
Class
Date
1.

Kommersiya hüquqi şəxsləri, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları hansı dövlət orqanında qeydiyyata

alınırlar?

a)

İqtisadiyyat və Sənaye Nazirliyində

b)

Maliyyə Nazirliyində

c)

Ədliyyə Nazirliyində

d)

Dövlət Vergi Xidməti

e)

Dövlət Gömrük Komitəsində

2.

Vergi nəzarəti hansı məqsədlə həyata keçirilir?

a)

vergi ödəyicilərini məsuliyyətə cəlb etmək

b)

vergilərin tam və vaxtında yığılmasını təmin etmək

c)

vergi ödəyicisinin digər təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqəsini müəyyən etmək

d)

qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısını almaq

e)

vergi ödəyicisinin obyektinin fəaliyyətini dayandırmaq

3.

Vergi ödəyicilərinin vahid dövlət reyestrini hansı dövlət orqanı aparır?

a)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

b)

Maliyyə Nazirliyi

c)

Dövlət Statistika Komitəsi

d)

Nazirlər Kabineti

e)

Ədliyyə Nazirliyi

4.

Vergi ödəyicisi uçota alınması haqqında şəhadətnamə aldıqdan sonra vergi orqanı tərəfindən ona bank idarəsində hesab açmaq üçün neçə gün müddətində şəhadətnamə-dublikat verilir?

a)

3 gündən gec olmayaraq

b)

1 gündən gec olmayaraq

c)

8 gündən gec olmayaraq

d)

2 gündən gec olmayaraq

e)

6 gündən gec olmayaraq

5.

Vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında açılmış hesaba mədaxil edilmiş pul vəsaitinin neçə faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir?

a)

40 faizi

b)

25 faizi

c)

100 faizi

d)

200 faizi

e)

50 faizi

6.

Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələrinin uçota

alınması barədə verilən ərizəyə aşağıdakı göstərilən sənədlərdən hansıları əlavə edilməlidir: 1. xarici hüquqi şəxsin qeydiyyata alındığı

dövlətdə qeydiyyat [inkorporasiya] sənədi və ticarət reyestrindən çıxarış; 2. xarici dövlətin rezidentinin səlahiyyətli orqanının

Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin yaradılması haqqında qərar və təsis sənədləri; 3. xarici hüquqi

şəxsin qeydiyyata alındığı ölkədə və digər ölkələrdə əldə etdiyi gəlirlər barədə məlumatlar; 4. xarici hüquqi şəxsin qeydiyyata alındığı

ölkədə və digər ölkələrdəki rəhbərlərinin [təmsilçilərinin] şəxsiyyətini təsdiq edən sənədlərin surəti; 5. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd [icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər] və bölmənin rəhbərinin [təmsilçisinin] şəxsiyyətini təsdiq edən sənədin surəti.

a)

2, 4, 5

b)

1, 3, 5

c)

1, 2, 5

d)

3, 4, 5

e)

1, 2, 3

7.

Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respublikasında fəaliyyətə başladıqdan neçə gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?

a)

20 gün

b)

45 gün

c)

30 gün

d)

fəaliyyətə başladığı günədək

e)

•gəlir əldə etmək hüququnun yarandığı gündən gec olmayaraq

8.

Kameral vergi yoxlaması zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə, vergi ödəyicisinə neçə gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergilərin hesablanmasına dair bildiriş göndərilir?

a)

15 gün

b)

dərhal

c)

10 gün

d)

5 iş günü

e)

7 gün

9.

Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində aşağıda göstərilən qərarlardan hansıları çıxara bilər? 1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb

edilməsi 2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması 3. vergi

ödəyicisinin əmlakının siyahıya alınması 4. xronometraj metodu ilə müşahidə aparılması 5. əlavə vergi yoxlaması tədbirlərinin

keçirilməsi

a)

1, 2, 3

b)

1, 2, 5

c)

3, 4, 5

d)

1, 4, 5

e)

2, 3, 4

10.

Vergi yoxlamasının həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokolda aşağıdakılardan hansılar göstərilir? 1. konkret hərəkətlərin həyata keçirilməsinin yeri və vaxtı 2. vergi ödəyicisinin əvvəlki yoxlamalarda məsuliyyətə cəlb edilib-edilməməsi 3. hərəkətin həyata keçirilməsində iştirak edən və ya onun həyata keçirilməsini müşahidə edən şəxsin adı, lazım olduqda onun ünvanı, vətəndaşlığı, azərbaycan dilində danışa bilib-bilməməsi 4. hərəkətin məzmunu, onun həyata keçirilməsinin ardıcıllığı 5. vergi ödəyicisinin büdcə qarşısında borc öhdəliklərinin olub-olmaması

a)

2, 4, 5

b)

1, 3, 4

c)

1, 2, 4

d)

3, 4, 5

e)

1, 3, 5

11.

Səyyar vergi yoxlamasının keçirilməsi zamanı ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı vergi ödəyicisinə münasibətdə aşağıdakı hansı tədbirləri görməlidir? 1. vergi ödəyicisini ekspertizanın keçirilməsi haqqında qərarla tanış etməlidir 2.ekspertin vergi ödəyicisi tərəfindən göstərilən şəxslərdən təyin olunmasına icazə verməməlidir 3. vergi ödəyicisi tərəfindən ekspertə əlavə sualların verilməsinin qarşısı alınmalıdır 4. həmin şəxsə ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlarını izah etməlidir

a)

1, 4

b)

1, 2

c)

2, 4

d)

2, 3

e)

3, 4

12.

Səyyar vergi yoxlaması keçirildikdə hansı hallarda yoxlamanı bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinə

müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər? 1. vergi yoxlamasının predmetinə aid olan və

vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt

tələb olunduqda 2.vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən

təqdim olunan əşyaların mənşə ölkəsinin müəyyən edilməsi tələb olunduqda 3. təqdim olunan sənədlərin Mühasibat uçotu haqqında

Azərbaycan Respublikasının Qanununa uyğun tərtib olunmaması müəyyən edildikdə 4. təqdim olunan sənədlərdə vergi

qanunvericiliyinin pozulması müəyyən edildikdə 5. vergi qanunvericiliyinin pozulması halları əşyalarla bağlı olduqda

a)

1, 3, 4

b)

1, 4, 5

c)

3, 4, 5

d)

1, 2, 5

e)

2, 3, 4

13.

Növbədənkənar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hansı hallarda keçirilə bilər? 1. bir neçə təsisçisi olan hüquqi şəxsin təsisçilərindən biri vəfat etdikdə 2. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 3. «Müflisləşmə və İflas haqqında» Qanuna əsasən müəssisə məhkəmənin qərarı ilə müflis elan etdikdə;4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi [azaldıldığı] aşkar edildikdə; 5. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə

xitam verilməsi barədə müraciəti olduqda.

a)

2; 3; 5

b)

1, 3, 5

c)

1; 3; 4

d)

2; 4; 5

e)

1; 2; 3

14.

Növbəti səyyar vergi yoxlaması keçirilərkən vergi ödəyicisinə göndərilən bildirişdə nələr göstərilməlidir? 1. vergi ödəyicisinin hüquq və

vəzifələri 2. vergi orqanının hüquq və vəzifələri 3. vergi ödəyicisinin hüquqi ünvanı və təsisçiləri 4. vergi yoxlamasının əsası və tarixi

5. vergi ödəyicisinin obyektlərinin sayı və hansı növ vergilərin ödəyicisi olması

a)

1, 2, 4

b)

2, 3, 5

c)

1, 3, 4

d)

3, 4, 5

e)

1, 2, 3

15.

Malların alışını və ya mədaxilini təsdiq edən vergi məcəlləsində göstərilən hər hansı sənədlərdən biri olmadıqda vergi ödəyicisinə bu cür hala görə birinci dəfə yol verdikdə hansı maliyyə sanksiyası tətbiq edilir?

a)

alınmış malların dəyərinin 10 faizi miqdarında

b)

gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinin 5 faizi miqdarında

c)

gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 5 faizi miqdarında

d)

gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 3 faizi miqdarında

e)

gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 100 manatdan çox olan hissəsinə 5 faizi miqdarında

16.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi [kontraktı] hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin [xidmətlərin] yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə [azaldılmasına] şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində birinci dəfə yol verdikdə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

a)

2000 manat

b)

100 manat

c)

400 manat

d)

1500 manat

e)

5000 manat

17.

Nəzarət-kassa aparatının çekində aşağıdakı hansı məlumatlar olmalıdır? 1. nəzarət-kassa aparatının inventar nömrəsi 2. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi 3. nəzarət-kassa aparatının markası və zavod nömrəsi 4. vergi ödəyicisinin telefon və ya faks nömrəsi 5. vergi ödəyicisinin adı

a)

1; 3; 4

b)

1; 2; 3

c)

1, 4, 5

d)

2; 3; 5

e)

1; 2; 5

18.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdə həyata keçirilən operativ vergi nəzarəti hansı məsələləri əhatə edir ? 1.

müəyyən edilmiş qaydada və hallarda vergi orqanlarında uçota durmayan və ya «Fərqlənmə nişanı» almayan vergi ödəyicilərinin aşkar

edilməsi 2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması 3. vergi ödəyicilərinin vergilərinin düzgün

hesablanması 4. xüsusi razılıq [lisenziya] tələb olunan fəaliyyət növləri ilə belə razılıq [lisenziya] olmadan məşğul olan şəxslərin aşkar

edilməsi 5. vergi ödəyiciləri tərəfindən təqdim olunmalı olan bəyannamələrin vaxtında təqdim olunması

a)

1, 3, 5

b)

1, 4, 5

c)

1, 2, 3

d)

3, 4, 5

e)

1, 2, 4

19.

Müharibə əlillərinin hər hansı muzdlu işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən gəlir vergisi tutulur?

a)

400 manatdan çox olan hissəsindən

b)

bütün məbləğdən vergi tutulmur

c)

100 manatdan çox olan hissəsindən

d)

gəlirin 30 faizi vergiyə cəlb olunur

e)

1000 manatdan çox olan hissəsindən

20.

Aşağıdakı hansı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır? 1. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar]; 2. I və II qrup müharibə əlilləri; 3. I və II qrup əlillər [müharibə əlillərindən başqa]; 4. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar]; 5. Əfqanıstana və döyüş

əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər.

a)

2, 4, 5

b)

1, 3, 5

c)

1, 4, 5

d)

2, 3, 5

e)

• 2, 3, 4

21.

Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslərin hər hansı muzdlu işdən əldə etdikləri aylıq gəlirinin hansı

məbləğindən vergi tutulur?

a)

vergi tutulmur

b)

gəlirin tam məbləği vergiyə cəlb olunur

c)

400 manatdan çox olan hissəsindən vergi tutulur

d)

200 manatdan çox olan hissəsindən

e)

gəlirin 50 faizi vergiyə cəlb olunur

22.

Dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq gəlir vergisinə hansı

qaydada cəlb olunur?

a)

birdəfəlik haqqın 50 faizi vergiyə cəlb olunur

b)

mükafatın 1000 manatdan çox olan hissəsindən vergi tutulur

c)

1000 manatdan çox olan hissəsindən vergi tutulur

d)

tam məbləğdə vergi tutulur

e)

vergidən azaddır

23.

Muzdlu işlə əlaqədar alınan gəlirlərə aşağıdakılardan hansılar aiddir? 1. işçinin xərclərinin əvəzi ödənildiyi halda ödənən vəsaitin

məbləği; 2. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda, həmin borcun və ya öhdəliyin məbləği; 3. əsas

vəsaitlərin təqdim edilməsindən alınan gəlir; 4. işəgötürən tərəfindən ödənilən sığorta haqları; 5. dividend.

a)

3, 4, 5

b)

2, 3, 4

c)

1, 2, 3

d)

1, 3, 5

e)

1, 2, 4

24.

Vergitutma məqsədləri üçün qeyri-rezident fiziki şəxsin gəliri dedikdə hansı gəlir başa düşülür?

a)

Azərbaycan Respublikasından kənarda əldə edilən gəlir

b)

rezidenti olduğu ölkədə əldə etdiyi gəlir

c)

digər ölkələrdə əldə etdiyi gəlir

d)

Azərbaycan Respublikası mənbələrindən əldə edilən gəlir

e)

Azərbaycan Respublikası mənbələrindən və Respublika hüdudlarından kənarda əldə edilən gəlir.

25.

Azərbaycan mənbəyindən royalti şəklində əldə edilən gəlirdən ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur?

a)

20 faiz

b)

15 faiz

c)

14 faiz

d)

10 faiz

e)

vergi tutulmur