wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sınaq2

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

1. Aşağıdakılarda göstərilənlərdən hansında vergi nəzarətinin mahiyyəti düzgün açıqlanmışdır?

a)

Vergi nəzarəti – vergi ödəyicilərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir.

b)

Vergi nəzarəti – vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir.

c)

Vergi nəzarəti – vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir.

d)

Vergi nəzarəti – vergi ödəyicilərinin və vergi uçotunun aparılmasına vahid nəzarət sistemidir.

2.

2. Vergi nəzarəti vergi və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səlahiyyətləri hədlərində hansı normativ-hüquqi aktlara müvafiq olaraq həyata keçirilir ?

a)

Vergi Məcəlləsinə

b)

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə,

Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına

c)

Gömrük Məcəlləsinə

d)

Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunvericilik aktlarına

3.

3. Vergi orqanları tərəfindən vergi nəzarəti hansı formalarda həyata keçirilir?

1) vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla;

2) gəlir və xərclərin uçotunu aparmaqla;

3) uçot və hesabat məlumatlarını yoxlamaqla;

4) mənfəət və zərərlərin uçotunu aparmaqla;

5) vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla;

6) vergi uçotunu aparmaqla;

7) gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə;

a)

1,2,3,4

b)

2,3,4,5

c)

3,4,5,6

d)

1,3,5,7

4.

4. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər harda uçota alınır?

a)

ərazi vergi orqanlarında

b)

olduqları hüquqi ünvanda (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş)

c)

yaşadıqları yer üzrə

d)

Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə

5.

5. Vergi ödəyicisinin filial, nümayəndəlik və ya digər təsərrüfat subyekti olduqda, vergi ödəyicisi harda vergi uçotuna alınır?

a)

filial, nümayəndəlik və digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə

b)

həm özünün olduğu yer, həm də filial, nümayəndəlik və digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə

c)

özünün olduğu ünvan üzrə

d)

yerli özünü idarəetmə orqanlarında

6.

6. Kameral yoxlama vergi orqanı tərəfindən yerlərə getmədən nəyə əsasən həyata keçirilir?

a)

vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən vergi hesabatına və mənbəyi məlum olan məlumatlara

b)

vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən mühasibat uçotunun məlumatlarına, vergi hesabatına və mənbəyi məlum olan məlumatlara

c)

vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlara

d)

vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən vergi bəyannaməsinə, mühasibat və vergi uçotunun məlumatlarına və və mənbəyi məlum olan məlumatlara

7.

7. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi barədə hansı sənəd göndərir?

a)

Elektron məktub

b)

Qərar

c)

Sorğu məktubu

d)

Bildiriş

8.

8. Səyyar vergi yoxlaması (o cümlədən elektron audit yoxlaması) nəyə əsasən həyata keçirilir?

a)

yuxarı vergi orqanının sərəncamına

b)

Dövlət vergi xidmətinin qərarına

c)

vergi orqanının qərarına

d)

ərazi vergi irarəsinin qərarına

9.

9. Növbəti səyyar vergi yoxlaması hansı müddət ərzində aparılır?

a)

30 gündən artıq davam edə bilməz

b)

bir aydan az olmamaqla aparılır

c)

bəzi hallarda 60 gün davam edə bilər

d)

90 gündən artıq davam edə bilməz

10.

10. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:

1) verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə;

2) vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;

3) ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə;

4) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə;

5) kameral vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;

6) nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi ilə aparıldıqda;

7) mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda;

a)

2,3,4,5

b)

3,4,5,6

c)

1,2,3,4

d)

1,3,5,7