Font size
WorksheetsSamitlər
Total questions: 16
Worksheet time: 8mins
Hansı bənddə yalnız kar samitlər verilib?
k,p,ğ,z
k,p,f,x
b,d,t,c
Hansı sözlərdə "k" fərqli tələffüz olunur?
köpük, şəkil, kəpək
bank, konsert, konstitusiya
kömək, yemək, kirpi
Hansı sözdə "k" samitinin tələffüzü fərqlidir?
şəkil
kitab
funksiya
"Yat" sözünün sonuncu hərfini hansi samitlə əvəz etsək , həm ad, həm də hərəkət bildirən söz yaranar?
ş
d
z
hansı bənddəki sözlərdə samitlər eyni, saitlər fərqlidi?
bazar,zərbə
qatır, dırnaq
dəniz, zinət
Hansı samitlərin kar qarşılığı yoxdur?
h
l-m-n-d-
l-m-n-r
Samitlərə aid etmək olmaz.
səs telləri iştirak edir
küydən və avazdan ibarət olur.
küydən əmələ gəlir
tələffüzündə ağız boşluğunda müxtəlif
maneələr olur.
ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur.
[m], [n] samitləri daha necə adlanır
kar samitlər
burun samitləri
dodaq-diş samitləri
Dilimizdə samit səslər neçədir və necə ifadə olunur
26 samit səs 25 hərflə ifadə olunur.
25 samit səs 23 hərflə ifadə olunur.
Hansı sözün əvvəlinə Ç samiti əlavə etsək yeni söz alınar ?
çiçək
sətir
ətir
" Odlamaq "sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin .
A) yalnız açıq saitlər işlənmişdir
B) [ odlamax ] şəklində tələffüz olunur
c) [d,m ] cingiltili ,[ x] kar samitdir
d) [o,a] qalin , açıq saitlərdir
e) Qalın saitlərin ahəngi gözlənilmişdir
saitlə başlanan şəkilçi artırdıqda hansı sözdə k-y əvəzlənməsi baş vermir ?
A) dirək
b) çiçək
c) ev-eşik
d) əzik - üzük
e) aptek
hansı sözdə bitişdirici samit işlənib ?
A) körpünün
b) körpülərin
c) oxusa
d) çörəyin
e) əlcəyin
[ x' ]səsinin iki dəfə işləndiyi sözü müəyyən edin
A) göyçəklik
B) xörək
c) xeyirxah
d) yəqinlik
d) mexanik
cərgələrdən birində " Q" hərfi üç müxtəlif səsi ifadə edir
A) yaraq , qapaq , qəlb
B ) qonaq , otaq , qapı
c) çanaq , aşıq , şəfəq
d) çıraq , məqsəd , toqqa
e) nöqsan , qərargah , rəqs
hansı sırada birinci tərəfin son samiti [ x ] şəklində tələffüz olunur .?
A) Bula...... suyu
b) əxla.... nümunəsi
c) qona.....otağı
d) qula.....asmaq
e) soyu....auditoriya
