Worksheets2021 yekun sinaq Maliyyə
Total questions: 30
Worksheet time: 22mins
Hansı münasibətlər maliyyə münasibətlərinə aiddir?
1. dövlət büdcəsinin formalaşdırilması ilə əlaqədar müəssələrlə dövlət arasında yaranan münasibətlər;
2. müəssisələr arasında alqı-satqı zamanı yaranan münasibətlər;
3. dövlət büdcədənkənar fondların formalaşdırilması ilə əlaqədar fiziki şəxslərlə dövlət arasında yaranan münasibətlər;
4. müəssələrlə kommersiya kredit təşkilatları arasında yaranan münasibətlər;
5. dövlət büdcədənkənar fondların vəsaitlərinin istifadəsi ilə əlaqədar dövlətlə əhali arasında yaranan
münasibətlər;
(3, 4, 5)
(2, 4, 5)
(1, 2, 5)
(2, 3, 5)
(1, 3, 5)
Bu yenidən bölgü forması regional maliyyə obyekti olmaqla ayrı-ayrı ərazilərin sosial-iqtisadi inkişaf səviyyəsinin bərabərləşdirilməsi və digər ehtiyatlarından istifadə məqsədləri üçün nəzərdə tutulur. Bu maliyyənin təkrar (yenidən) bölgü funksiyasının hansı mərhələsini ifadə edir.
təşkilatlararası
sahələrarası
ərazilərarası
dövlətlərarası
təsərrüfatlararası
Maliyyə sistemi nədir?
dövlətin öz vəzifə və funksiyalarını yerinə yetirməsi ilə əlaqədar olaraq yaranan məsrəflərdir
dövlətin maliyyə resurslarının toplanması, yenidən bölüşdürülməsi və istifadəsi ilə əlaqədar həyata keçirdiyi tədbirlərin məcmusudur
maliyyə münasibətlərinin – təsərrüfat subyektlərinin, ev təsərrüfatlarının, dövlətin, həmçinin xüsusi maliyyə institutlarının pul vəsaitləri
fondlarını bölüşdürən və istifadə edən əlaqəli kateqoriyaların, həlqələrin, sahələrin məcmusudur
bütün iqtisadi subyektlər: dövlət, müəssisə və təşkilatların maliyyə fəaliyyətləri üzərində qanunverici və icraedici hakimiyyət
orqanlarının nəzarətidir
ayrı-ayrı büdcə həlqələrinin məcmusudur
Maliyyə həlqələri dedikdə nə başa düşülür?
ümumi əlamətlərə malik ayrı-ayrı maliyyə kateqoriyalarının qruplaşdırılması
sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlər
məqsədli pul vəsaiti fondları
dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunu əks etdirən maliyyə planı
dövlətin maliyyə sistemi vasitəsilə həyata keçirdiyi tədbirlərin məcmusu
Dövlətin maliyyə resurslarının toplanması, yenidən bölüşdürülməsi və istifadəsi ilə əlaqədar həyata keçirdiyi tədbirlərin məcmusu necə adlanır?
maliyyə sistemi
maliyyə siyasəti
beynəlxalq maliyyə
vergi mexanizmi
maliyyə mexanizmi
Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aiddir:
Planlaşdırma, nəzarət
Maliyyə informasiya, operativ idarəetmə
Maliyyə informasiyası, tənzimləmə
Planlaşdırma, operativ idarəetmə
Maliyyə informasiyası, planlaşdırma
Maliyyə nəzarətinin bu metodu yoxlama metodundan fərqli olaraq tədqiqat aparılan müəssisə və təşkilatın maliyyə vəziyyətini və mümkün perspektiv imkanlarını müəyyən etmək üçün onun maliyyə-iqtisadi göstəricilərini daha geniş sferada əhatə edir. Doğru variantı seçin:
müayinə metodu
təftiş metodu
təhlil metodu
yoxlama metodu
tədqiqat aparma metodu
Nəzarətin keçirilməsi prosesində idarəedilən subyektin əməliyyatının tam tutumu üzrə maliyyə nəzarətinin hansı növləri var:
Faktiki və sənədli
Ilkin, cari və sonradan
Səyyar və kameral
Tematik və kompleks
Daxili,xarici və qarışıq
Müəssisədə mənfəət vergisi ödənildikdən sonra qalan mənfəət necə adlanır?
Qalıq mənfəəti
Xalis mənfəət
Hesab mənfəəti
Ilkin mənfəət
Ümumi mənfəət
Müəssisə maliyyəsinin prinsiplərdən hansı bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyətini çox zaman müşaiyət edən riskləəlaqədar olaraq müəyyən maliyyə ehtiyatlarının və başqa oxşar fondların yaradılması zərurətini göstərir? Uyğun variantı seçin
Özünümaliyyələşdirmə prinsipi
Maddi məsuliyyət prinsipi
Maliyyə ehtiyatları ilə təmin olunma prinsipi
Maddi maraq prinsipi
Təsərrüfat müstəqilliyi prinsipi
Bələdiyyə maliyyəsinin formalaşması və istifadəsi müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplər hansılardır?
obyektivlilik, müstəqillik, optimallıq
özünüidarəetmə, müstəqillik, aşkarlıq və yerli mənafeyin respublika mənafeyi ilə uzlaşması
xəbərdarlıq və pərakəndəlik
aşkarlıq, optimallıq, ədalətlilik
balanslaşdırma, məqsədyönlülük, xəbərdarlıq
Dövlət maliyyəsinin funksiyaları hansılardır? Uyğun olmayanı göstərin
iqtisadiyyatın dövlət tənzimlənməsi və onun stimullaşdırılması və məhdudlaşdırılması
ÜDM və MG-in bölgüsü və yenidən bölüşdürülməsi
məqsədli pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarət
istehsal sahələrinin və dövlətin sosial siyasətinin aparılmasının maliyyə vəsaitləri ilə təmin olunması
yığım və əmanət
Büdcə təsnifatının tərkibi nədən ibarətdir?:
1.Gəlirlərin təsnifatı
2.Büdcə xərclərinin istiqamətlər üzrə təsnifatı
3.Büdcə xərclərinin funksional təsnifatı
4.Büdcə gəlirlərinin növlər üzrə təsnifatı
5.Büdcə xərclərinin təsərrüfat sahələri üzrə təsnifatı
6. Büdcə xərclərinin iqtisadi təsnifatı
7.Büdcə xərclərinin inzibati təsnifatı
1,4,6,7
1,3,6,7
2,3,4,5
1,2,4,5
1,2,3,4
Büdcə anlayışını necə ifadə etmək olar?
Dövlətin əsas maliyyə sənədidir
qeyri mərkəzləşmiş maliyyə vəsaitidir
Maliyyə çatışmazlığıdır
Əsas maliyyə siyasətidir
Maliyyə mexanizmidir
Tutulması xarakterinə (üsuluna) görə vergilər təsnifləşdirilir:
dolayı və fərdi
birbaşa və dolayı
birbaşa və xüsusi
dolayı və universal
birbaşa və real
Xüsusi gəlirlər necə təsnifləşdirilir?
Dövlət, qeyri-dövlət gəlirləri
Mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş gəlirlər
Vergili, qeyri-vergili gəlirlər
Rəsmi, qeyri-rəsmi gəlirlər
Real, qeyri-real gəlirlər
Büdcə xərclərinin inzibati təsnifatı nədir?
Büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir
büdcə xərclərinin qanunvericiliyə uyğun olaraq müxtəlif prinsiplər üzrə qruplaşdırılmasıdır
Büdcə xərclərinin dövlətin yerinə yetirdiyi funksiyalara görə təsnifatıdır
Büdcənin xərclərinin qanunvericiliyə uyğun olaraq müvafiq vəzifə və funksiyaları həyata keçirən dövlət və ya özünüidarəetmə orqanları
və təşkilatlar üzrə qruplaşdırılmasıdır
Büdcə xərclərinin iqtisadi əlamətinə görə qruplaşdırılmasıdır
Dövlət büdcəsinin kassa icrası hansı orqan tərəfindən həyata keçirilir?
Beynəlxalq Bank
Büdcə təşkilatları
Mərkəzi Bank
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi
İqtisadiyyat Nazirliyi
Dövlət borcunun idarə edilməsində hansı prinsipin mahiyyəti borc alətlərinin tədavülü və ödənilməsi arasındakı optimallığı qoruyub saxlamaqdır?
Vahidlik prinsipi
Optimallıq prinsipi
Məcburilik prinsipi
risklərin aşağı salınması prinsipi
Şəffaflıq prinsipi
Dövlət borcunun idarə edilməsi metodlarına aid olmayanı seçin
möhkəmləndirmə metodu
birləşdirmə metodu
induksiya metodu
əvəzetmə metodu
dəyişdirmə metodu
Aktual problemlərin sürətli həll edilməsi məqsədilə yaradılan və problem həll olunduqdan sonra ləğv ediən büdcədənkənar fondlar necə adlanır?
Müvəqqəti büdcədənkənar fondlar
Daimi büdcədənkənar fondlar
Sosial büdcədənkənar fondlar
İqtisadi büdcədənkənar fondlar
Ümumi büdcədənkənar fondlar
Büdcədənkənar fondların yaradılması məqsədi?
1. müəssisələrdən müəyyən məbləğdə vəsaitin yığılması
2. əhaliyə sosial xidmətin genişləndirilməsi
3. dövlət müəssissələrinin zərərlərinin ödənilməsi
4. dövlətin sosial funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olan xərclərin maliyyələşdirilməsi
3,4
1,3
2,3
2,4
1,2
Qeyri-həyat sığortası özündə hansı sığorta siniflərini birləşdirmir
Əmlakın yanğından və digər risklərdən sığortası
Avtomobillərin sığortası
Hava nəqliyyatı vasitələrinin sığortası
Dəmiryol nəqliyyatı vasitələrinin sığortası
Həyatın ölüm halından sığortası
Sığortanın aparılması üçün aşağıdakılardan hansı əlamət xarakterikdir?
Proqnozlaşdırmaq əlaməti
Təsadüfilik əlaməti
Müstəqillik əlaməti
Dəqiqlik əlaməti
Etibarlıq əlaməti
İstiqraz vərəqi nədir?
pay qiymətli kağızı
qısa müddətli bank krediti
uzun müddətdli bank krediti
borc qiymətli kağızı
tədiyyə vasitəsi
Tədavül mərhələsinə görə qiymətli kağızların növləri hansılardır?
əsaslı və törəmə
xarici və daxili
səhm və veksellər
ilkin bazar və ikinci bazar
risksiz və riskli
Məlumdur ki, ev təsərrüfatı maliyyəsinin sosial iqtisadı mahiyyəti öz təzahürünü funksiyalarında tapır, bu funksiyalar hansılardır?
ailənin həyat tələbatının ödənilməsi və bölüşdürücü
fiskal və inkişaf
bölüşdürücü və xəbərdarlıq
risk və xəbərdarlıq
maliyyələşmənin asanlaşdırılması və xəbərdarlıq
Ev təsərrüfatının maliyyəsinin mahiyyəti hansı bənddə düzgün verilmişdir:
ayrı-ayrı dövlətlər və beynəlxalq maliyyə kredit təşkilatları arasında idxal-ixrac əməliyyatları və kapitalın beynəlxalq hərəkəti
prosesində yaranan iqtisadi münasibətlərdir.
ev təsərrüfatının ayrı-ayrı üzvləri tərəfindən həyat tələbatlarını ödəmək məqsədilə öz fəaliyyətləri prosesində pul vəsaitləri fondlarının
yaradılması, bölgüsü və istifadəsi üzrə həyata keçirdikləri iqtisadi pul münasibətləridir
dövlət hakimiyyəti orqanları və idarələri timsalında dövlətlə hüquqi və fiziki şəxslər arasında dövlətin kreditor, borc alan və zəmanətçi
kimi iştirak etdiyi iqtisadi münasibətlərin məcmusudur
maliyyənin nəzarət funksiyasının reallaşdırma formasıdır
maliyyə münasibətləri sistemində dövlətin müvafiq strukturları tərəfindən həyata keçirilən maliyyə tədbirlərinin məcmusudur
Beynəlxalq kreditin hansı prinsipinə görə, kredit elə adamlara təqdim edilir ki, onların maddi imkanlarının səviyyəsi gələcək ödənişlərə təminat vermiş olsun?
Məqsədli xarakter prinsipi
Maddi təminatlılıq prinsipi
Şəffaflıq prinsipi
Ödənilmə prinsipi
Qaytarılma prinsipi
Hansı maliyyə münasibətləri əsas etibarilə ölkələrarası idxal-ixrac əməliyyatları və kapitalın beynəlxalq hərəkəti prosesində meydana çıxır?
Beynəlxalq maliyyə münasibətləri
Daxili maliyyə münasibətləri
Müəssisələrarası maliyyə münasibətləri
Sığorta maliyyəsi münasibətləri
İctimai maliyyə mühasibətləri
